Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-9/2022 26.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X9 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci il təvəllüldlü Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 27.11.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 yanvar 2022-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında saat 11:10-da baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 07.09.2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 08.09.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 01 may 2020-ci il 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinə zidd olaraq 09.09.2021-ci il tarixdə saat 11-56 radələrində yaşadığı Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 27 ünvanında yerləşən evini qəsdən tərk edib Agdaş rayonu Dəhnəxəlil kəndi, Agdaş-Zaragan yolu istiqamətinə, təkrarən 09.09.2021-ci il tarixdə saat 13:48 radələrində Agdaş şəhəri H.Əliyev prospekti 47-ci məhəllə ELİT Ticarət Mərkəzi istiqamətinə, 09.09.2021 13:58 radələrində idarə etdiyi VAZ 2107 markalı 03BJ770 dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdaş rayon mərkəzi xəstəxanasına getmiş, 09.09.2021 16:58 Agdaş rayonu Türyançay kəndi, Türyançay lokasiya dairəsi istiqamətinə, təkrarən o, 10.09.2021-ci il tarixdə saat 11-50 radələrində Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 27 ünvanında yaşadığı evi qəsdən tərk edərək idarə etdiyi VAZ 2107 markalı avtomaşınla getmiş və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 10- 50 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, hal hazırda idarə etdiyi VAZ 2107 markalı avtomobillə Ağdaş və Qəbələ rayonlararası taksi fəaliyyəti ilə məşqul olaraq ailəsini maddi təlabatını ödədiyini, 07.09.2021-ci il tarixdə koronovirusa qarşı test verdiyini, həmin vaxt xəstəxanada ondan mobil nömrə istədiklərini və özü istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni qoyduğunu, 08.09.2021-ci il tarixdə ona mesaj gəldiyini və həmin mesajda COV-19 xəstəsi olması və testinin nəticəsinin pozitiv çıxmasının qeyd olunduğunu, həmçinin həmin vaxt həkim Nüşabə xanımın onun mobil telefonuna zəng etdiyini və ona COV-19 xəstəsi olduğunu, 14 gün müddətində evi tərk etməməli olduğunu, əks halda karantin qaydalarını pozmuş sayılacağını və buna görə onu inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağını və daha sonra ASM-dən onunla əlaqə saxlanılacağını bildirdiyini, lakin özündə ciddi bir narahatçılıq hiss etmədiyini, buna görə də 10.09.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən bu zaman mobil telefonuna zəng gəldiyini və telefona cavab verdikdə həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etdiklərini və həyət qapısına çıxdığını, həmin zaman bayıra çıxdıqda həmin polis əməkdaşlarının onu qapının yanında gördüklərini və onun şəkilini çəkdiklərini, həmin vaxt videogörüntüsünü çəkdiklərini və ona evdən çıxmağının cinayət məsuliyyət olnması barədə izahat verdiklərini və evdən bir daha çıxmamağıı tapşırdıqlarını, həmin vaxtdan yaşadığı evi tərk etmədiyini, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan zənglərə və əhatə dairəsinə baxış keçirilərkən onun 09.09.2021-ci il tarixdə yaşayış yerini tərk edərək Ağdaş rayonu Dəhnə kəndinin və həmin gün Ağdaş rayon H.Əliyev prospekti ELİT ticarət mərkəzinin “Lokasiya” dairəsində olması müəyyən olunması barədə ola bilsin ki, Ağdaş rayon Dəhnə kəndinin və həmin gün Ağdaş rayon H.Əliyev prospekti ELİT ticarət mərkəzi istiqamətinə getdiyini, lakin xatırlamadığını, ona məxsus mobil telefonu özü istifadə etdiyini, 10.09.2021-ci il tarixdə saat 12 radələrində Polis əməkdaşlarının onu yaşadığı evin giriş qapısın yaxınlığında idarə etdiyi avtomobildə olmasını aşakar etmələri ilə bağlı həmin gün polis əməkdaşlarına atası və qardaşının xəstəxanada xəstə yatdıqlarını, onlara yemək aparmaq istədiyini göstərmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin İTB-nin sahə polis rəisi vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri Pozitiv çıxan şəxslər barədə RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə COVİD-19 testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəflərindən yoxlanıldığını, 10.09.2021-ci il tarixdə saat təxminən 11:50 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Şahid2 ilə birlikdə reyd keçirərkən Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 27-də yaşayan 08.09.2021-ci il tarixdə verdiyi COVİD-19 testinin nəticələri pozitiv çıxmış xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra Ağdaş RMX-da müalicə alan ailə üzvlərinə baş çəkmək üçün getdiyini müəyyən etdiklərini, eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı avtomaşınla hərəkətdə olması müəyyən olunduğunu, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsü çəkildiyini və Şərifin xəstəxənada müalicə alan ailə üzvlərinə baş çəkmək üçün getdiyini və bu səbəblə də yaşayış yerini tərk etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edildikən sonra evlərinə yola salındığını, 10.09.2021-ci il tarixdə karantin rejimi qaydalarını yoxalayarkən 08.09.2021-ci il tarixdə COVİD-19 testinin nəticələri pozitiv çıxmış Ağdaş şəhəri S.Səlimoğlu küçəsi ev 27-də yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saat 11:50 radələrində yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş RMX-nin PHŞ-nin 06.10.2021-ci il tarixli 1444 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 07.09.2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə “COVİD-19” infeksiyasına görə analiz alınmış, nəticə pozitiv olduğu üçün ev şəraitində ambulator müalicəyə götürülmüşdür. Ağdaş RMX-nin PHŞ-nin həkimi Nüşabə Kazımova tərəfindən vətəndaşla əlaqə saxlanılmış, bu haqda məlumat verilmişdir. Qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq “Diskə baxış keçitilməsi haqqında” 07 aprel 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, ünvan 4 ev 27-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 07.09.2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 08.09.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq o, ev şəraitində müalicə aldığı dövrdə müalicə müddəti bitməmiş ünvan 4 ev 27 ünvanından 10.09.2021-ci il tarixdə çıxaraq karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etməsi ilə bağlı video görüntülər vardır. Görüntüdən görünür ki, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq yaşayış yerini tərk etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq “CD diskə baxış keçitilməsi haqqında” 03 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 09.09.2021 12:46:27 Ağdaş rayonu Dəhnəxəlil kənd, Ağdaş-Zarağan yolu, 09.09.2021 16:58:20 Ağdaş rayonu Türyancay kəndi. Ağdaş-Zarağan yolu, 09.09.2021 11:56:00 Ağdaş rayonu Dəhnəxəlil kəndi. Ağdaş-Zarağan yolu 09.09.2021 13:48:51 Ağdaş rayon. Ağdaş şəhəri Heydər Əliyev prospekti 47-ci məhəllə. Elit Ticarət Mərkəzi, Lokasiya dairəsində olması müəyyən edilmişdir. Belə ki, onun yaşadığı ünvan ünvan 4 ev 27-saylı ünvan olmaqla ünvan 5 o, buna əməl etməyərək Azərbaycan Respubilkasının ərazisində COVİD-19 virusunun yayılması ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejim qaydalarını pozaraq, yəni epidemiya əleyhinə rejimin, sanitarya-gigiyena və karantin rejimlərinin pozulması ilə müşayiət olunan koronavirus xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHBnın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli 3962 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 27 №il evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X4-atası: X2-anası; X3-bacısı; X5- qardaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX PHŞ-in 07 oktyabr 2021-ci il tarixli 1456 saylı məktubundan görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən və iş materiallarında olan maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26.11.2021-ci il tarixdən 27.11.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı ümumilkidə bir gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Qəbələ rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Mehman Abdulhüseyn oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 18 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 saat hüquqi xidmətə görə 180 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 26.11.2021-ci il tarixdən 27.11.2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək ünvan 4 ev 27 ünvanında yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Qəbələ rayonları ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış 03 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 30 saat hüquqi xidmətə görə 180 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-9/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-9/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver