Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-9/2023 24.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxx 1979-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 24 iyun 2022ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 xx xxxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 12 oktyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs3 Ağdaş rayonu, Ləki qəsəbəsi köhnə Neftbazasının ərazisində X5 Ağdaş şöbəsinin Ləki qəsəbəsi EATS-nə məxsus xətt təsərrüfatından ümumi diametri təxminən 11 mm olan, üzəri qara rəngli izolyasiyalı, içərisindən müxtəlif rəngli mis tərkibli, üzəri izolyasiyalı 20 damar keçən 1 metri 4 manat dəyərində, 130 metr uzunluğunda olan dövlət və ictimai əhəmiyyətli rabitə xəttini kəlbətin ilə qanunsuz kəsərək gizli talayıb oğurlamaqla Zərərçəkmiş şəxs3nə 520 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci ildə, saat 22:00 radələrində ünvan 3 ünvanında yaşayan xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan qanunsuz daxil olaraq həyətin içərisində yerləşən evin pəncərəsinin şüşəsini əli ilə çıxarmaqla pəncərədən evə qanunsuz daxil olaraq həmin evin otağında olan 165 manat dəyərində bir ədəd ot biçən aparatı, 210 manat dəyərində 10 litrlik bir ədəd elektrik samovarını və 195 manat dəyərində 7 litrlik bir ədəd kömürlə işləyən samovarı gizli talayıb oğurlamaqla zərərçəkmiş şəxsə ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədi və talama niyyəti ilə 2022ci il may ayının ortalarında, saat 22:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi dalan 1, ev 5 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə üçün götürdüyü saxlanc anbarının qapısında olan qıfılı açıb içəri qanunsuz daxil olaraq həmin anbardan sonuncuya məxsus olan bir ədədinin qiyməti 11 manat olmaqla, ümumi dəyəri 99 manat olan 9 ədəd 1 litrlik “Xan çinar”, bir ədədinin qiyməti 13 manat olmaqla, ümumi dəyəri 247 manat olan 19 ədəd 1 litrlik “Honey Man”, bir ədədinin qiyməti 9 manat olmaqla, ümumi dəyəri 351 manat olan 39 ədəd 1 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 8 manat olmaqla, ümumi dəyəri 40 manat olan 5 ədəd 0,7 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 9 manat olmaqla, ümumi dəyəri 270 manat olan 30 ədəd 0,7 litrlik “Novıy stil”, bir ədədinin qiyməti 10 manat olmaqla, ümumi dəyəri 390 manat olan 39 ədəd 0,7 litrlik “Atribut”, bir ədədinin qiyməti 9,5 manat olmaqla, ümumi dəyəri 142,5 manat olan 15 ədəd 1 litrlik “Rusalka”, bir ədədinin qiyməti 6 manat olmaqla, ümumi dəyəri 222 manat olan 37 ədəd 0,45 litrlik “Taynik”, bir ədədinin qiyməti 6 manat olmaqla, ümumi dəyəri 174 manat olan 29 ədəd 0,5 litrlik “Naşe vremya”, bir ədədinin qiyməti 10,5 manat olmaqla, ümumi dəyəri 210 manat olan 20 ədəd 0,5 litrlik “White Water”, bir ədədinin qiyməti 12,5 manat olmaqla, ümumi dəyəri 175 manat olan 14 ədəd 0,7 litrlik “White Water”, bir ədədinin qiyməti 7 manat olmaqla, ümumi dəyəri 49 manat olan 7 ədəd 0,7 litrlik “Rubin”, bir ədədinin qiyməti 6 manat olmaqla, ümumi dəyəri 186 manat olan 31 ədəd 0,5 litrlik “Xan”, bir ədədinin qiyməti 8.5 manat olmaqla, ümumi dəyəri 221 manat olan 26 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, bir ədədinin qiyməti 6.5 manat olmaqla, ümumi dəyəri 240,5 manat olan 37 ədəd 0,5 litrlik “Glacier Melt”, bir ədədinin qiyməti 7.5 manat olmaqla, ümumi dəyəri 352,5 manat olan 47 ədəd 0,5 litrlik “Belıy Volk”, bir ədədinin qiyməti 7.5 manat olmaqla, ümumi dəyəri 195 manat olan 26 ədəd 0,5 litrlik “Brest”, bir ədədinin qiyməti 6 manat olmaqla, ümumi dəyəri 186 manat olan 31 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, bir ədədinin qiyməti 7.5 manat olmaqla, ümumi dəyəri 525 manat olan 70 ədəd 0,5 litrlik “Russkiy Stimul”, bir ədədinin qiyməti 4.5 manat olmaqla, ümumi dəyəri 297 manat olan 66 ədəd 0,5 litrlik “Damla”, bir ədədinin qiyməti 11 manat olmaqla, ümumi dəyəri 99 manat olan 9 ədəd 1 litrlik “Rusinkaya” spirtli içkilərini gizli talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 4671 manat 50 qəpik məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi dalan 1, ev 5 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə üçün götürdüyü saxlanc anbarının qapısında olan qıfılı açıb içəri qanunsuz daxil olaraq həmin anbardan sonuncuya məxsus olan bir ədədinin qiyməti 11 manat 01 ədəd 1 litrlik “Xan çinar”, bir ədədinin qiyməti 13 manat olan 01 ədəd 1 litrlik “Honey Man”, bir ədədinin qiyməti 9 manat olan 01 ədəd 1 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 8 manat olan 01 ədəd 0,7 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 9 manat olan 01 ədəd 0,7 litrlik “Novıy stil”, bir ədədinin qiyməti 10 manat olmaqla, ümumi dəyəri 30 manat olan 03 ədəd 0,7 litrlik “Atribut”, bir ədədinin qiyməti 9,5 manat olan 01 ədəd 1 litrlik “Rusalka”, bir ədədinin qiyməti 6 manat olmaqla, ümumi dəyəri 18 manat olan 03 ədəd 0,45 litrlik “Taynik”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Naşe vremya”, bir ədədinin qiyməti 10,5 manat olmaqla, ümumi dəyəri 31,5 manat olan 03 ədəd 0,5 litrlik “White Water”, bir ədədinin qiyməti 7 manat olan 01 ədəd 0,7 litrlik “Rubin”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Xan”, bir ədədinin qiyməti 8.5 manat olan 01 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, bir ədədinin qiyməti 6.5 manat olan 01 ədəd 0,5 litrlik “Glacier Melt”, bir ədədinin qiyməti 7.5 manat olan 01 ədəd 0,5 litrlik “Belıy Volk”, bir ədədinin qiyməti 7.5 manat, ümumi dəyəri 15 manat olan 02 ədəd 0,5 litrlik “Brest”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, bir ədədinin qiyməti 7.5 manat olan 01 ədəd 0,5 litrlik “Russkiy Stimul”, bir ədədinin qiyməti 4.5 manat olan 01 ədəd 0,5 litrlik “Damla”, spirtli içkilərini gizli talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 213 manat 50 qəpik məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tamah məqsədi və talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi dalan 1, ev 5 ünvanında yaşayan xx.xx.1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə üçün götürdüyü saxlanc anbarının qapısında olan qıfılı açıb içəri qanunsuz daxil olaraq həmin anbardan sonuncuya məxsus olan bir ədədinin qiyməti 11 manat 01 ədəd 1 litrlik “Xan çinar”, bir ədədinin qiyməti 13 manat olan 01 ədəd 1 litrlik “Honey Man”, bir ədədinin qiyməti 9 manat olan 01 ədəd 1 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 8 manat olan 01 ədəd 0,7 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 9 manat olan 01 ədəd 0,7 litrlik “Novıy stil”, bir ədədinin qiyməti 10 manat olmaqla, ümumi dəyəri 30 manat olan 03 ədəd 0,7 litrlik “Atribut”, bir ədədinin qiyməti 9,5 manat olan 01 ədəd 1 litrlik “Rusalka”, bir ədədinin qiyməti 6 manat olmaqla, ümumi dəyəri 18 manat olan 03 ədəd 0,45 litrlik “Taynik”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Naşe vremya”, bir ədədinin qiyməti 10,5 manat olmaqla, ümumi dəyəri 31,5 manat olan 03 ədəd 0,5 litrlik “White Water”, bir ədədinin qiyməti 7 manat olan 01 ədəd 0,7 litrlik “Rubin”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Xan”, bir ədədinin qiyməti 8.5 manat olan 01 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, bir ədədinin qiyməti 6.5 manat olan 01 ədəd 0,5 litrlik “Glacier Melt”, bir ədədinin qiyməti 7.5 manat olan 01 ədəd 0,5 litrlik “Belıy Volk”, bir ədədinin qiyməti 7.5 manat, ümumi dəyəri 15 manat olan 02 ədəd 0,5 litrlik “Brest”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, bir ədədinin qiyməti 7.5 manat olan 01 ədəd 0,5 litrlik “Russkiy Stimul”, bir ədədinin qiyməti 4.5 manat olan 01 ədəd 0,5 litrlik “Damla”, spirtli içkilərini gizli talayıb oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 213 manat 50 qəpik məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş və 2021-ci ilin dekabr ayında azadlığa buraxılmışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra maddi sıxıntılar çəkmiş və dolanışığı zəif olmuş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. Şəxsi işləri ilə bağlı 26 yanvar 2022-ci ildə, axşam saatlarında Ağdaş rayonu, Ləki qəsəbəsinə getmişdir. Ləki qəsəbəsində təkbaşına piyada dəmir yolu keçidini keçdikdən sonra köhnə Neftbaza ərazisi deyilən tərəfə getmiş, saat 23:00 radələrində orada olan qara rəngli kabel telefon xətlərinin çəkildiyi dayaqların olmasını görmüşdür. Həmin qara rəngli kabel telefon xətlərinin içərisində mis olmasını bilmişdir. Şəxsi ehtiyaclarını ödəməyə pul lazım olduğu üçün həmin kabeldən bir qədər kəsərək oğurlayıb aparıb yandıraraq içərisində olan misi metal qəbul etmə yerlərinə sataraq pul əldə etmək istəmiş, ətrafda hər hansı bir şəxsin olmadığını görərək həmin dayağın yanında olan hündür daşın üzərinə çıxaraq əlində olan bir ədəd kəlbətin ilə həmin dayağa bitişik kabeldən bir hissəsini kəsmiş, daha sonra aşağı düşərək kəsdiyi kabeli yumru halda dolayaraq özü ilə götürüb avtomobil yolunun kənarına çıxmış, avtomobil yolunun kənarına çıxdıqdan sonra tanımadığı yol maşınlarından birinə əl ilə işarə edərək saxladıb həmin tanımadığı avtomobil ilə Ağdaş şəhərinə gəlmişdir. Həmin dayaqlardan kəsərək oğurladığı kabeli yaşadığı evin yerləşdiyi küçəyə gətirərək orada hissələrə bölüb yandırmışdır. Həmin kabelin hissələrindən birini yandırmaq yadından çıxdığı üçün həmin yerdə qalmışdır. Səhəri gün həmin kabelin içərisindən çıxan misi toplayaraq avtomobillə məhəllələri gəzib metal yığan əvvəllər tanımadığı özünü ona Yevlax şəhər sakini kimi təqdim edən bir nəfər şəxsə ümumi olaraq 67 manata satmış və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci ildə, saat 22:00 radələrində şəxsi işləri ilə bağlı Ağdaş rayonu, Qolqəti kəndinə getmişdir. Qolqəti kəndində şəxsi işlərini görüb qurtardıqdan sonra saat 23:00 radələrində kənddə təkbaşına piyada gəzdiyi zaman ara küçədə evlərin birinin yanından keçəndə həmin evin tünd qırmızı rəngli darvazasının üzərində bir ədəd qıfıl olmasını görmüş və evdə hər hansı bir şəxsin olmadığını bilmişdir. Çünki qapı bağlı olmuşdur. Bir qədər də irəli getdikdən sonra həmin evə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək məqsədi ilə evin ətrafında dolanmağa başlamışdır. Evin ətrafını dolanarkən evin digər tərəfində həmin həyətə daxil olmaq üçün daha bir mavi rəngli qapının olmasını görmüşdür. Bir qədər dolandıqdan sonra tünd qırmızı rəngli darvazanın yanında olan hasarın üzərinə çıxaraq hasarın üzərindən həyətə daxil olmuşdur. Həyətə daxil olduqda sağ tərəfdə ev olmuşdur. Evə tərəf getmiş və evin qarşısında olan pəncərədən birinin şüşəsini əli ilə çıxararaq yerə qoymuşdur. Daha sonra əli ilə pəncərənin arxadan olan cəftəsini açmış və həmin pəncərədən evin içərisinə daxil olmuşdur. Evin otağının içərisinə baxdıqda müxtəlif ev əşyalarının olmasını görmüşdür. Lakin həmin əşyalardan nəzərini iki ədəd samovar və bir ədəd ot biçən aparat cəlb etmişdir. Həmin iki ədəd samovarı və bir ədəd ot biçən aparatı oğurlayıb daxil olduğu pəncərədən çıxararaq həyətə düşürmüşdür. Həyətdə bir ədəd un kisəsi olduğunu görərək həmin un kisəsini götürüb oğurladığı iki ədəd samovarı həmin un kisəsinin içərisinə qoymuş, bir ədəd ot biçən aparatı isə əlində tutaraq mavi rəngli darvazanın yanına gətirmiş və həmin darvazanın arxasında bir ədəd qıfıl olmasını görmüşdür. Həmin qıfılı yerdən götürdüyü bir ədəd daş ilə sındırıb qapını açmış və həmin oğurladığı əşyaları çölə çıxardaraq yola tərəf getmişdir. Yolun kənarında tanımadığı yol maşınına əl ilə işarə edərək saxlatmışdır, oğurladığı əşyaları avtomobilin yük yerinə qoyaraq həmin tanımadığı avtomobil ilə Ağdaş şəhərinə gəlmişdir. Həmin oğurladığı əşyaları yaşadığı evə gətirmiş və evdə gizlətmişdir. Bir-iki gün sonra ot biçən aparatı və iki ədəd samovarı Ağdaş rayon bazarına satmaq üçün çıxartmışdır. Ağdaş rayon bazarında həmin oğurladığı iki ədəd samovardan biri olan elektriklə işləyən samovarı 40 manata tanımadığı bir nəfər şəxsə, bir ədəd ot biçən aparatı 42 manata tanımadığı bir nəfər şəxsə satmışdır. Həmçinin bir ədəd kömürlə işləyən samovarı isə Ağdaş şəhəri, Padar küçəsində yerləşən Ələsgər adlı dəmir yığanın sexində tanımadığı bir nəfər şəxsə 30 manata satmışdır. Həmin şəxs samovarı ondan aldıqdan sonra həmin samovarı sexin kənarına qoymuş, o da oradan uzaqlaşıb getmişdir. Oğurladığı iki ədəd samovarı və bir ədəd ot biçən aparatı satdıqdan sonra əldə etdiyi ümumilikdə 112 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Öz maddi ehtiyaclarını ödəmək üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin may ayının ortalarında saat 22:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən köhnə yeməkxananın yanında təkbaşına dayanan zaman orada olan anbarın qıfılını yoxlamış və həmin qıfılı bir qədər bərkdən dartan kimi açılmasını görmüşdür. Ətrafa baxdıqda heç kimin olmadığını görüb həmin anbarın qıfılını açdıqdan sonra təkbaşına anbarın içərisinə daxil olmuş və həmin vaxt orada müxtəlif növ araqların olmasını görmüşdür. Həmin araqlardan 19 ədədini həmin anbarın içərisindən götürdüyü iki ədəd ağ rəngli un torbalarına yığıb oğurlayaraq çölə çıxardıb ətrafda heç kimin olmadığını görüb xəstəxananın yanında olan yerə apararaq orada gizlətmişdir. X6 adlanan yerə təkbaşına gedərək orada olan “Ciquli” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı əvvəllər tanımadığı avtomobilin sürücüsünə yaxınlaşmışdır. Həmin avtomobilin sürücüsünə yükünün olduğunu və yükü aparmaq lazım olmasını bildirmişdir. Sürücü onunla razılaşmış və avtomobilə oturduqdan sonra xəstəxananın yanına birlikdə gedərək həmin araqları avtomobilin yük yerinə qoymuş və yaşadığı evə aparmışdır. Sonra həmin araqları əvvəllər tanıdığı Ağdaş şəhəri, 20 yanvar küçəsində yaşayan Şahid2 evinə özünə məxsus velosipedlə təkbaşına apararaq hər birini 03 manatdan satmış və Tahirdən aldığı 57 manat pulları öz məsrəflərinə xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində dostu Təqsirləndirilən şəxs2la yenə də Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən köhnə yeməkxananın yanında görüşmüşlər. Həmin vaxt Təbriz və o təbii ehtiyaclarını ödəmək üçün anbarın yanına getmişlər. Bu zaman Təbrizə anbarın qıfılının rahat açılmasını, içəridə müxtəlif növ araqların olmasını və onun da əvvəl oradan təkbaşına araq oğurlayıb satdığını və maddi qazanc əldə etdiyini bildirmişdir. Təbriz onunla birlikdə həmin anbara daxil olaraq oradan araq oğurlayıb aparıb sataraq pul əldə etməyə razılaşmışdır. O və Təqsirləndirilən şəxs2 ətrafa baxmışlar və ətrafda heç kimin olmadığını görərək oğurluq məqsədi ilə həmin anbarın qapısında olan qıfılı açaraq anbara daxil olmuşlar. Təbrizlə birlikdə həmin anbardan 26 ədəd müxtəlif növ araqları oğurlayıb orada olan iki ədəd un torbasına birlikdə yığaraq çölə çıxmışlar və ətrafda heç kimin olmadığını görüb əvvəllər tanımadığı və adını sonradan bildiyi Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Şahid1 taksi fəaliyyəti göstərdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə aparmışlar. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Təbriz ilə birlikdə həmin oğurladıqları araqları ona məxsus velosipedlə Şahid2 evinə aparmışlar. Orada o və Təbriz həmin araqların birini 02 manatdan Şahid2 satmışlar. Şahid2 də həmin araqların müqabilində onlara 52 manat pul vermişdir. Onlar həmin pulları aldıqdan sonra dostu Təbrizlə aralarında bölmüş və hər birinə 26 manat pul çatmışdır. Daha sonra isə o və dostu Təqsirləndirilən şəxs2 Şahid2 evindən çıxıb getmişlər və həmin pulları öz məsrəflərinə xərcləmişlər. Oğurladığı əşyaları satdığı şəxslərə satdığı əşyaların oğurluq olmasını deməmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2021-ci ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra maddi sıxıntılar çəkirmiş və dolanışığı zəif olmuşdur. Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs1 dostudur. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində dostu Təqsirləndirilən şəxs1lə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən köhnə yeməkxananın yanında görüşmüşlər. Həmin vaxt Təbriz və o təbii ehtiyaclarını ödəmək üçün anbarın yanına getmişlər. Təbii ehtiyaclarını ödədikdən sonra Səbuhi ona anbarın qıfılının rahat açılmasını, içəridə müxtəlif növ araqların olmasını, özünün əvvəl də oradan təkbaşına spirtli içkilər (araqlar) oğurlayıb satdığını və maddi qazanc əldə etdiyini demişdir. O da pula ehtiyacı olduğu üçün onlar Səbuhi ilə birlikdə həmin anbara daxil olaraq həmin anbardan spirtli içki (araq) oğurlamaq qərarına gəlmişlər. Onlar Səbuhi ilə araqları oğurlayaraq aparıb satmaqla pul əldə etməyə razılaşmışlar. O və Səbuhi ətrafa baxmışlar və ətrafda heç kimin olmadığını görərək oğurluq məqsədi ilə həmin anbarın qapısında olan qıfılı əlləri ilə açaraq anbara daxil olmuşlar. Səbuhi ilə birgə həmin anbardan 26 ədəd müxtəlif növ araqları oğurlayıb orada olan iki ədəd un torbasına birlikdə yığaraq çölə çıxmışlar və ətrafda heç kimin olmadığını görərək əvvəllər tanımadığı və adını sonradan bildiyi Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Şahid1 taksi fəaliyyəti göstərdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Ağdaş şəhəri Qəbələ dördyolu adlanan yerdən Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin arxa tərəfində olan yola aparmışlar və orada taksidən düşmüşlər. Oradan da Səbuhinin yaşadığı evə aparmışlar. Daha sonra həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində Səbuhi ilə birgə həmin oğurladıqları araqları Səbuhinin velosipedi ilə əvvəllər tanıdıqları Ağdaş şəhəri, 20 Yanvar küçəsində yaşayan Şahid2 evinə aparmışlar və Tahirin evində Səbuhi ilə birlikdə həmin araqların birini 02 manatdan Şahid2 satmışlar. Şahid2 də həmin araqların əvəzində onlara 52 manat pul vermişdir. Səbuhi ilə birlikdə Tahirdən aldıqları həmin 52 manatı götürdükdən sonra aralarında bölmüşlər. Həmin bölgünün nəticəsində onların hər birinə 26 manat pul çatmışdır. Daha sonra isə o və dostu Təqsirləndirilən şəxs1 Şahid2 evindən çıxıb getmişlər. Daha sonra əldə etdikləri həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Oğurluğu Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişdir. Oğurluq etdikləri zaman onları görən olmamışdır. Oğurluq etməmişdən öncə və sonra hər hansı bir şəxsə oğurluq barədə deməmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, sahibkardır və Ağdaş şəhərində ərzaq mağazası vardır. Həmin mağazada həmçinin, spirtli içkilərin, yəni araqların satışını da həyata keçirir. Mağazadan təxminən 100 metr aralıda Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən özünə məxsus olmayan, müvəqqəti istifadə üçün götürdüyü 22 m2 anbara spirtli içkiləri (araqları) yığır. Həmin anbarda müxtəlif növdə və çeşiddə olan spirlti içkiləri (araqları) yığır. Lazım olduqca həmin anbardan araqları götürüb apararaq mağazada satır. Belə ki, həmin anbara Xırdalan, Gəncə, Ağsu və digər şərab zavodlarının istehsalı olan araqları yığmışdır. Sonuncu dəfə həmin anbara xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində nəzarət etmək məqsədi ilə baxmışdır, həmin vaxt anbardan hər hansı bir oğurluq edilməmişdir. Anbarın sağ küncündə içərisində müxtəlif növ və ölçüdə spirtli içkilər olan 22 ədəd qutu olmuşdur. Bundan başqa 2022-ci il təxminən iyun ayının 12-i həmin anbara gəlmiş və bir ədəd qutuya yığdığı müxtəlif çeşiddə olan araqları götürmüşdür. Həmin vaxt 22 ədəd qutunun orada olmamasını görmüş və yalnız iki qutu qalmışdır. Həmin vaxt tələsdiyi üçün araqların çatışmazlığına fikir verməmiş və fikirləşmişdir ki, daha sonra gəlib əskikləri müəyyənləşdirər. Daha sonra anbardan çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində yenidən spirtli içkiləri yığdığı anbara nəzarət məqsədi ilə baxmaq üçün getdikdə anbarın qapısının qıfılının sındırıldığını, anbara qanunsuz olaraq daxil olan şəxs və ya şəxslərin anbardan ona məxsus olan müxtəlif növ və çeşiddə olan spirtli içkiləri (araqları) oğurladığını aşkar etmişdir. Həmin 2 qutuda müxtəli növ spirtli içkilər olmuşdur Həmin 2 qutuda 01 ədəd 1 litrlik “Xan çinar”, 01 ədəd 1 litrlik “Honey Man”, 01 ədəd 1 litrlik “Kremlinka”, 01 ədəd 0,7 litrlik “Kremlinka”, 01 ədəd 0,7 litrlik “Novıy stil”, 03 ədəd 0,7 litrlik “Atribut”, 01 ədəd 1 litrlik “Rusalka”, 03 ədəd 0,45 litrlik “Taynik”, 01 ədəd 0,5 litrlik “Naşe vremya”, 03 ədəd 0,5 litrlik “White Water”, 01 ədəd 0,7 litrlik “Rubin”, 01 ədəd 0,5 litrlik “Xan”, 01 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, 01 ədəd 0,5 litrlik “Glacier Melt”, 01 ədəd 0,5 litrlik “Belıy Volk”, 02 ədəd 0,5 litrlik “Brest”, 01 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, 01 ədəd 0,5 litrlik “Russkiy Stimul”, 01 ədəd 0,5 litrlik “Damla”, spirtli içkiləri olmuşdur. 22 qutuda 9 ədəd 1 litrlik “Xan çinar”, 19 ədəd 1 litrlik “Honey Man”, 39 ədəd 1 litrlik “Kremlinka”, 5 ədəd 0,7 litrlik “Kremlinka”, 30 ədəd 0,7 litrlik “Novıy stil”, 39 ədəd 0,7 litrlik “Atribut”, 15 ədəd 1 litrlik “Rusalka”, 37 ədəd 0,45 litrlik “Taynik”, 29 ədəd 0,5 litrlik “Naşe vremya”, 20 ədəd 0,5 litrlik “White Water”, 14 ədəd 0,7 litrlik “White Water”, 7 ədəd 0,7 litrlik “Rubin”, 31 ədəd 0,5 litrlik “Xan”, 26 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, 37 ədəd 0,5 litrlik “Glacier Melt”, 47 ədəd 0,5 litrlik “Belıy Volk”, 26 ədəd 0,5 litrlik “Brest”, 31 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, 70 ədəd 0,5 litrlik “Russkiy Stimul”, 66 ədəd 0,5 litrlik “Damla”, 9 ədəd 1 litrlik “Rusinkaya” spirtli içkiləri olmuşdur. Həmin spirtli içkilər daha əvvəl oğurlanmışdır. O da həmin gün Ağdaş RPŞ-nə gələrək baş vermiş oğurluq barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il saat 11 radələrindən xx.xx.2022-ci il saat 15 radələrinədək olan müddət ərzində anbardan bir ədədinin qiyməti 10.5 manat olmaqla ümumi dəyəri 105 manat olan 10 ədəd 1 litrlik “Xan çinar”, bir ədədinin qiyməti 12 manat olmaqla ümumi dəyəri 240 manat olan 20 ədəd 1 litrlik “Honey Man”, bir ədədinin qiyməti 8 manat olmaqla ümumi dəyəri 320 manat olan 40 ədəd 1 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 7 manat olmaqla ümumi dəyəri 42 manat olan 6 ədəd 0,7 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 8.5 manat olmaqla ümumi dəyəri 255 manat olan 31 ədəd 0,7 litrlik “Novıy stil”, bir ədədinin qiyməti 9 manat olmaqla ümumi dəyəri 378 manat olan 42 ədəd 0,7 litrlik “Atribut”, bir ədədinin qiyməti 9 manat olmaqla ümumi dəyəri 144 manat olan 16 ədəd 1 litrlik “Rusalka”, bir ədədinin qiyməti 6 manat olmaqla ümumi dəyəri 240 manat olan 40 ədəd 0,45 litrlik “Taynik”, bir ədədinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 150 manat olan 30 ədəd 0,5 litrlik “Naşe vremya”, bir ədədinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 230 manat olan 23 ədəd 0,5 litrlik “White Water”, bir ədədinin qiyməti 12 manat olmaqla ümumi dəyəri 168 manat olan 14 ədəd 0,7 litrlik “White Water”, bir ədədinin qiyməti 7 manat olmaqla ümumi dəyəri 56 manat olan 8 ədəd 0,7 litrlik “Rubin”, bir ədədinin qiyməti 6 manat olmaqla ümumi dəyəri 192 manat olan 32 ədəd 0,5 litrlik “Xan”, bir ədədinin qiyməti 8.5 manat olmaqla ümumi dəyəri 229.5 manat olan 27 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, bir ədədinin qiyməti 6.5 manat olmaqla ümumi dəyəri 247 manat olan 38 ədəd 0,5 litrlik “Glacier Melt”, bir ədədinin qiyməti 7.5 manat olmaqla ümumi dəyəri 367,5 manat olan 49 ədəd 0,5 litrlik “Belıy Volk”, bir ədədinin qiyməti 7.5 manat olmaqla ümumi dəyəri 202,5 manat olan 27 ədəd 0,5 litrlik “Brest”, bir ədədinin qiyməti 6 manat olmaqla ümumi dəyəri 192 manat olan 32 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, bir ədədinin qiyməti 7.5 manat olmaqla ümumi dəyəri 532,5 manat olan 71 ədəd 0,5 litrlik “Russkiy Stimul”, bir ədədinin qiyməti 4.5 manat olmaqla ümumi dəyəri 301,5 manat olan 67 ədəd 0,5 litrlik “Damla”, bir ədədinin qiyməti 11 manat olmaqla ümumi dəyəri 99 manat olan 9 ədəd 1 litrlik “Rusinkaya” spirtli içkiləri (araqları) oğurlanmışdır. Oğurluq nəticəsində mənə 4700 (dörd min yeddi yüz) manat maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə 2 qutuya yığdığım bir ədədinin qiyməti 10.5 manat 01 ədəd 1 litrlik “Xan çinar”, bir ədədinin qiyməti 12 manat olan 01 ədəd 1 litrlik “Honey Man”, bir ədədinin qiyməti 8 manat olan 01 ədəd 1 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 7 manat olan 01 ədəd 0,7 litrlik “Kremlinka”, bir ədədinin qiyməti 8.5 manat olan 01 ədəd 0,7 litrlik “Novıy stil”, bir ədədinin qiyməti 9 manat olmaqla ümumi dəyəri 27 manat olan 03 ədəd 0,7 litrlik “Atribut”, bir ədədinin qiyməti 9 manat olan 01 ədəd 1 litrlik “Rusalka”, bir ədədinin qiyməti 6 manat olmaqla ümumi dəyəri 18 manat olan 03 ədəd 0,45 litrlik “Taynik”, bir ədədinin qiyməti 5 manat olan 01 ədəd 0,5 litrlik “Naşe vremya”, bir ədədinin qiyməti 10 manat olmaqla ümumi dəyəri 27 manat olan 03 ədəd 0,5 litrlik “White Water”, bir ədədinin qiyməti 7 manat olan 01 ədəd 0,7 litrlik “Rubin”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Xan”, bir ədədinin qiyməti 8.5 manat olan 01 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, bir ədədinin qiyməti 6.5 manat olan 01 ədəd 0,5 litrlik “Glacier Melt”, bir ədədinin qiyməti 7.5 manat olan 01 ədəd 0,5 litrlik “Belıy Volk”, bir ədədinin qiyməti 7.5 manat olan 02 ədəd 0,5 litrlik “Brest”, bir ədədinin qiyməti 6 manat olan 01 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, bir ədədinin qiyməti 7.5 manat olan 01 ədəd 0,5 litrlik “Russkiy Stimul”, bir ədədinin qiyməti 4.5 manat olan 01 ədəd 0,5 litrlik “Damla”, spirtli içkiləri oğurlandığını aşkar etmişdir. Qalan spirtli içkilər həmin tarixdən əvvəl oğurlanmışdır. Qıfılın sındırılması nəticəsində ona hər hansı bir maddi ziyan dəyməmişdir, çünki həmin qıfıl köhnə qıfıl olmuş və kənar şəxslərin həmin qapının bağlı olmasını düşünmələri üçün qapının üzərinə keçirtmişdim. Bundan başqa anbarda ona məxsus istifadəyə yararsız iki ədəd un kisəsi də olmuşdur. Həmin iki ədəd un kisəsi də istifadəyə yararsız olduğu üçün iki ədəd un kisəsinin götürülməsi ilə bağlı ona hər hansı bir maddi ziyan dəyməmişdir. Anbardan ona məxsus spirtli içkilərin (araqların) oğurlanması nəticəsində ona ümumilikdə 4.885 manat maddi ziyan dəymişdir, hazırda həmin ziyan ödənilməmişdir, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamışdır, onlara qarşı şikayətçidir, lakin ziyanın ödənilməsini tələb etmir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ağdaş şəhərində yaşasa da Ağdaş rayonu, Qolqəti kəndində yerləşən ona məxsus 3 otaqlı fərdi yaşayış evi vardır. Lakin həmin evdə yaşayış olmasa da içərisində istifadəsi üçün müxtəlif əşyalar vardır. Ara-sıra həmin evə gedərək baş çəkir. Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olsa da qış aylarında əsasən Ağdaş şəhərində olan evində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Qolqəti kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə gedərək baxmış və hər hansı bir əşyası oğurlanmamışdır. Evin qapısını bağlayıb çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Qolqəti kəndində yerləşən ona məxsus fərdi yaşayış evinə yenidən getmişdir. Evin həyətinə daxil olduqda evin pəncərəsinin şüşəsinin çıxarılmış vəziyyətdə evin içərisində yerdə olduğunu və pəncərənin də açıq olduğunu görmüşdür. Lakin pəncərənin alt hissəsi bağlı olmuşdur. Evə daxil olduqda evdə olan 01 ədəd 150 manat dəyərində ot biçən aparatı, 01 ədəd 10 litrlik 200 manat dəyərində elektrik samovarı, 01 ədəd 180 manat dəyərində 7 litrlik kömürlə qızıdırılan samovar oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 530 manat maddi ziyan dəymişdir, hazırda həmin ziyan ödənilməmişdir, iş üzrə Təqsirləndirilən şəxs1 ilə barışmamışdır, ona qarşı şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir. İş üzrə Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs3 MMC-nin X5 Ağdaş şöbəsinin mühəndis vəzifəsində işləyir.xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində olan abunəçilərdən biri şikayət edərək telefon xəttinin işlək olmamasına öz narazılığını bildirmişdir. Bundan sonra həmin ünvana baş vermiş texniki nasazlığı aradan qaldırmaq üçün nümayəndə göndərilmişdir. Həmin nümayəndə ərazidə olan telefon xəttini yoxlayan zaman Ağdaş rayonu, Ləki qəsəbəsi köhnə Neftbazasının ərazisində X5 Ağdaş şöbəsinin Ləki qəsəbə EATS-nə məxsus xətt təsərrüfatından 130 metr məsafədə TPP 10x2 tutumlu hava rabitə xəttinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını aşkar etdiyini bildirmişdir. Bu barədə rəhbərlik tərəfindən Ağdaş rayon polis şöbəsinə məlumat verilmişdir. Oğurluq baş verməsini aşkar etdikdən sonra əraziyə baxış keçirilmiş və dəymiş maddi ziyan ilə bağlı hesablamalar aparılaraq onun da iştirakı ilə smeta hesabatı tərtib edilmişdir. Belə ki, həmin oğurlanmış kabellərin bərpası üçün 2 ədəd mufta (kabeldən kabelə calaq vermək üçün istifadə olunur) istifadə olunur. Oğurluq baş verdikdən sonra yeni kabel verilmiş və həmin kabellər 2 ədəd mufta ilə calanmışdır. TPP kabelin markası, 10x2 isə tutumudur. 10 rəqəmi kabelin içərisindəki cilaların sayının 10 cüt olmasını bildirir. Smeta hesabatı tərtib olunan zaman mexaniki səhv olmuşdur. Belə ki, sırf oğurlanan kabelin uzunluğu 130 metr, 1 metrinin qiyməti isə 1 manat 35 qəpik təşkil etməklə oğurlanan kabelin ümumi dəyəri 175 manat 50 qəpik təşkil edir. Belə ki, həmin baş vermiş oğurluq nəticəsində X1 ümumilikdə 366 manat 47 qəpik maddi ziyan dəymişdir. Ekspertiza rəyi ilə razıydır. Həmin elektrik naqilinin (kabelin) 130 metrinin ümumi dəyərinin 520 manat qiymətləndirilməsinə hər hansı bir etirazı yoxdur, hazırda həmin ziyan ödənilməmişdir, iş üzrə Təqsirləndirilən şəxs1 ilə barışmamışdır, ona qarşı şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımış, lakin Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla hər hansı bir ədavəti və düşmənçiliyi yoxdur. Özünə məxsus VAZ 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaqla gündəlik maddi dolanışığını təmin edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində Ağdaş şəhərində yerləşən “Qəbələ dördyolu” adlanan yerdə avtomobili saxlayıb müştəri gözləmişdir. Həmin vaxt adlarını sonradan bildiyi Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq əllərində yük olmasını və onları Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Ağdaş şəhər Mədəniyyət evi”nin arxasına aparmağını bildirmişlər. O da razılaşmış və içərisində spirtli içkilər olan iki ədəd un kisəsini avtomobilinin yük yerinə qoymuşlar. Daha sonra onları dedikləri yerdə düşürmüş və bunun müqabilində ona taksi pulu kimi 2 manat pul vermişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 2022-ci ilin may ayının ortalarında əlində içərisində spirtli içkilər olan iki ədəd un kisəsi ilə hər zaman taksi kimi dayandığı yerə gəlmiş və onu aparmasını xahiş etmişdir. O da onu aparmışdır. Ağdaş şəhərində xatırlamadığı küçədə Təqsirləndirilən şəxs1 un kisələrini də götürüb düşüb getmişdir. Daha sonra onların həmin spirlti içkiləri oğurladıqlarını eşitmişdir. Onların spirtli içkiləri oğurladıqlarını bilməmiş, onlar bu barədə ona heç nə deməmişlər. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5803 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş 01 ədəd ümumi diametri təxminən 11 mm olan, üzəri qara rəngli izolyasiyalı, içərisindən müxtəlif rəngli mis tərkibli, üzəri izolyasiyalı 20 damar keçən 130 metr uzunluğunda olan elektrik naqilinin orta bazar qiyməti təxminən 520 müəyyən edilir. "xxxx" MMC-nin məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan 01 ədəd 1 litrlik “Xan çinar” spirtli içkisinin orta bazar qiyməti 11 manat, 01 ədəd 1 litrlik “Honey Man” spirtli içkisinin orta bazar qiyməti 13 manat, 01 ədəd 1 litrlik “Kremlinka” spirtli içkisinin orta bazar qiyməti 9 manat, 01 ədəd 0,7 litrlik “Kremlinka” spirtli içkisinin orta bazar qiyməti 8 manat, 01 ədəd 0,7 litrlik “Novıy stil” spirtli içkisinin orta bazar qiyməti 9 manat, 01 ədəd 0,7 litrlik “Atribut” spirtli içkisinin orta bazar qiyməti 10 manat, 01 ədəd 1 litrlik “Rusalka” spirtli içkisinin orta bazar qiyməti 9,5 manat, 01 ədəd 0,45 litrlik “Taynik” spirtli içkisinin orta bazar qiyməti 6 manat, 01 ədəd 0,5 litrlik “Naşe vremya” spirtli içkisinin orta bazar qiyməti 6 manat, 01 ədəd 0,5 litrlik “White Water” spirtli içkisinin orta bazar qiyməti 10,5 manat, 01 ədəd 0,7 litrlik “White Water” spirtli içkisinin orta bazar qiyməti 12,5 manat, 01 ədəd 0,7 litrlik “Rubin” spirtli içkisinin orta bazar qiyməti 7 manat, 01 ədəd 0,5 litrlik “Xan” spirtli içkisinin orta bazar qiyməti 6 manat, 01 ədəd 0,5 litrlik “Ledyanaya Qora” spirtli içkisinin orta bazar qiyməti 8,5 manat, 01 ədəd 0,5 litrlik “Glacier Melt” spirtli içkisinin orta bazar qiyməti 6,5 manat, 01 ədəd 0,5 litrlik “Belıy Volk” spirtli içkisinin orta bazar qiyməti 7,5 manat, 01 ədəd 0,5 litrlik “Brest” spirtli içkisinin orta bazar qiyməti 7,5 manat, 01 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr” spirtli içkisinin orta bazar qiyməti 6 manat, 01 ədəd 0,5 litrlik “Russkiy Stimul” spirtli içkisinin orta bazar qiyməti 7,5 manat, 01 ədəd 0,5 litrlik “Damla” spirtli içkisinin orta bazar qiyməti 4,5 manat, 01 ədəd 1 litrlik “Rusinkaya” spirtli içkisinin orta bazar qiyməti 11 manat təkil edir. Həmçinin, xx.xx.2022-ci il tarixə olan 01 ədəd ot biçən aparatının orta bazar qiyməti 165 manata, 01 ədəd 10 litrlik elektrik samovarının orta bazar qiyməti 210 manata, 01 ədəd 7 litrlik kömürlə qızıdırılan samovarın orta bazar qiyməti isə 195 manat təşkil edir. ünvan 6 ünvanında yaşayan Şahid2 götürülmüş bir ədəd ədəd 1 litrlik “Xan çinar”, 01 ədəd 1 litrlik “Honey Man”, 01 ədəd 1 litrlik “Kremlinka”, 01 ədəd 0,7 litrlik “Kremlinka”, 01 ədəd 0,7 litrlik “Novıy stil”, 01 ədəd 0,7 litrlik “Atribut”, 01 ədəd 1 litrlik “Rusalka”, 01 ədəd 0,45 litrlik “Taynik”, 01 ədəd 0,5 litrlik “Naşe vremya”, 01 ədəd 0,5 litrlik “White Water”, 01 ədəd 0,7 litrlik “Rubin”, 01 ədəd 0,5 litrlik “Xan”, 01 ədəd 0,5 litrlik “Ledyanaya Qora”, 01 ədəd 0,5 litrlik “Glacier Melt”, 01 ədəd 0,5 litrlik “Belıy Volk”, 01 ədəd 0,5 litrlik “Brest”, 01 ədəd 0,5 litrlik “Vodoçnıy Maqistr”, 01 ədəd 0,5 litrlik “Russkiy Stimul”, 01 ədəd 0,5 litrlik “Damla” spirtli içkiləri (araqları), həmçinin, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qara rəngli, 85 (səksən beş) metr uzunluqda, hər iki tərəfi kəsilmiş vəziyyətdə, içərisində üzəri müxtəlif rəngdə nazik simlərin daxilində mis materialdan olan kabel iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin əşyalar cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmişdir. İş materialları ilə müəyyən olunur, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdə cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2021-ci il tarixdə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkumluğu götürülmüşdür, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmişdir, Təqsirləndirilən şəxs2 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 01 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2021-ci il tarixdə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edidikdən sonra həyata keçirilməsi şərti ilə azad edilmişdir, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş məcburi müalicə ləğv edilmişdir, xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir, məhkumluğu götürülmüşdür. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin məhkəmə iclasında verdikləri qismən etirafedici və etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, Təqsirləndirilən şəxs2 təqsirini etiraf etməsini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.3-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Həmin Məcəllənin 83.3 və 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilr. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 3-cü hissəsinin 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Qəsdən ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin sadə residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi 22 iyun 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 20 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 22 iyun 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 24 yanvar 2023-cü il tarixdən hesablanmaliı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan 01 ədəd 01 litrlik “Xan çinar”, 01 ədəd 01 litrlik “Honey Man”, 01 ədəd 01 litrlik “Kremlinka”, 01 ədəd 0.7 litrlik “Kremlinka”, 01 ədəd 0.7 litrlik “Novıy stil”, 01 ədəd 0.7 litrlik “Atribut”, 01 ədəd 01 litrlik “Rusalka”, 01 ədəd 0.45 litrlik “Taynik”, 01 ədəd 0.5 litrlik “Naşe vremya”, 01 ədəd 0.5 litrlik “\/\/hite \/\/ater”, 01 ədəd 0.7 litrlik “Rubin”, 01 ədəd 0.5 litrlik “Xan”, 01 ədəd 0.5 litrlik “Ledyanaya Qora”, 01 ədəd 0.5 litrlik “Glacier Melt”, 01 ədəd 0.5 litrlik “Belıy Volk”, 02 ədəd 0.5 litrlik “Brest”, 01 ədəd 0.5 litrlik “Vodoçniy Maqistr”, 01 ədəd 0.5 litrlik “Russkiy Stimul”, 01 ədəd 0.5 litrlik “Damla” araqlarının iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd qara rəngli, 85 sm uzunluğunda, hər iki tərəfi kəsilmiş vəziyyətdə olan, içərisində üzəri müxtəlif rəngdə nazik simlərin daxilində mis materialdan olan kabelin Zərərçəkmiş şəxs3 MMC-ə qaytarılması, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş 4.885 manat ziyanın tam olaraq ödənilməməsi, lakin həmin ziyanın ödənilməsini tələb etməməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 MMC-ə vurulmuş 520 manat ziyanın, Zərərçəkmiş şəxs2 vurulmuş 570 manat ziyanın ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 22 iyun 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı üç ay iyirmi gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il iki ay on gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd 01 litrlik “Xan çinar”, 01 ədəd 01 litrlik “Honey Man”, 01 ədəd 01 litrlik “Kremlinka”, 01 ədəd 0.7 litrlik “Kremlinka”, 01 ədəd 0.7 litrlik “Novıy stil”, 01 ədəd 0.7 litrlik “Atribut”, 01 ədəd 01 litrlik “Rusalka”, 01 ədəd 0.45 litrlik “Taynik”, 01 ədəd 0.5 litrlik “Naşe vremya”, 01 ədəd 0.5 litrlik “\/\/hite \/\/ater”, 01 ədəd 0.7 litrlik “Rubin”, 01 ədəd 0.5 litrlik “Xan”, 01 ədəd 0.5 litrlik “Ledyanaya Qora”, 01 ədəd 0.5 litrlik “Glacier Melt”, 01 ədəd 0.5 litrlik “Belıy Volk”, 02 ədəd 0.5 litrlik “Brest”, 01 ədəd 0.5 litrlik “Vodoçniy Maqistr”, 01 ədəd 0.5 litrlik “Russkiy Stimul”, 01 ədəd 0.5 litrlik “Damla” araqlarının iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd qara rəngli, 85 sm uzunluğunda, hər iki tərəfi kəsilmiş vəziyyətdə olan, içərisində üzəri müxtəlif rəngdə nazik simlərin daxilində mis materialdan olan kabelin Zərərçəkmiş şəxs3 MMC-ə qaytarılması, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş 4.885 manat ziyanın tam olaraq ödənilməməsi, lakin həmin ziyanın ödənilməsini tələb etməməsi, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 MMC-ə vurulmuş 520 manat ziyanın, Zərərçəkmiş şəxs2 vurulmuş 570 manat ziyanın ödənilməməsi nəzərə alınsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-9/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-9/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver