Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-90/2020 15.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxx 1964-cü ildə Ağdaş rayonu, Hüşün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Hüşün kəndində qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12;30 radələrində Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs yaşadıqları evdə olan süpürgənin çubuğunu götürərək həmin çubuqla qəsdən bir neçə dəfə arvadı Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə vuraraq ona qəsdən sağ bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır səthindən, sağ bazunun orta 1/3-nin bayır səthinədək olan geniş qançırıilənəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs onun arvadı olduğunu, uzun müddət işləməyərək evə qazanc gətirə bilmədiyini, bu səbəbdən maddi vəziyyətlərinin pis olduğunu,arvadı Zərərçəkmiş şəxsda işləmədiyini, dəfələrlə arvadı Zərərçəkmiş şəxs onun işləməməsinə görə onu danladığını, 21avqust2020-ci il tarixdə, təxminən saat 12:30 radələrində yaşadıqları evdə olduqlarını, həmin vaxt arvadı Mahirə ilə söhbət edərkən söhbət əsnasında arvadı Mahirənin onun işləməməsini və evə qazanc gətirməməsini bildirdiyini, buna görə də arvadı Mahirə ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Mahirəyə əsəbləşərək evdə olan süpürgəyə taxılmış çubuğu süpürgədən çıxararaq arvadı Mahirəyə yaxınlaşaraq süpürgənin çubuğu ilə bir neçə dəfə sağ qol nahiyəsindən vuraraq ona xəsarət yetirdiyinibildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxs onun əri olduğunu, eyni ünvanda yaşadıqlarını, əri Təqsirləndirilən şəxs uzun müddət işləmədiyini və evə qazanc gətirmədiyini, bu səbəbdən maddi vəziyyətlərinin aşağı olduğunu, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:30 radələrində yaşadıqları evdə olan zaman əri Arzuya nə səbəbdən işləməməsini və evə qazanc gətirmədiyini bildirdiyini, buna görədə əri Arzu ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əri Arzunun ona əsəbləşərək yaşadıqları evdə olan süpürgəyə taxılmış çubuğu götürüb ona yaxınlaşaraq həmin çubuqla onun sağ qol nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 520 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sağ bazu oynağının əzilməsi, sağ bazu oynağının bayır səthindən, sağ bazunun orta 1/3-nin bayır səthinədək olan geniş qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. İş üzrə maddi sübut, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd çubuq məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinəxitam verilsin və ocinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd çubuq məhv edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-90/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-90/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver