Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-90/2023 06.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə xx.xx.1997-ci ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ilə həyat yoldaşı X5 arasında xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində birgə yaşadıqları Ağdaş rayon Abad kəndində yerləşən evdə şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Məmmədov X1 Aytac Elman qızınının baş və üz nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə vuraraq ona başın sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, sağ üst göz qapağının qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək izahatında Aytacın onun arvadı olduğunu, 2017-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının dünyaya gəldiyini, ailə qurduqları ilk vaxtlar Aytacla münasibətlərinin yaxşı olduğunu, lakin getdikcə münasibətlərinin pisləşməyə başladığını, belə ki, Aytacın nənəsi Təzəgülün Aytacla onun ailə işlərinə qoşulduğunu, bu səbəbdən də tez-tez Aytacla onun arasında mübahisə yarandığını, sonuncu dəfə mübahisələrinin xx.xx.2023-cü il tarixdə baş verdiyini, həmin günü təxminən saat 18 radələrində yaşadığı evə əsəbi gəldiyini, uşaqların da evdə ağladığını, onların səsinin onu narahat etdiyini, uşaqların üzərinə ağlamamaları üçün qışqırdıqda, Aytacın ona bu barədə irad bildirdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə zamanı əsəbi olduğu üçün yumruqla bir neçə dəfə Aytacın baş və üz nahiyəsinə qəsdən vurduğunu, bundan sonra Aytacın nənəsi Təzəgülə zəng edərək olanlar barədə ona məlumat verdiyini, Təzəgülün də Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək bu barədə məlumat verdiyini, bu hadisə ilə bağlı bildiklərinin və gördüklərinin bunlardan ibarət olduğunu, hadisə zamanı orada onlardan başqa heç bir kəsin olmadığını, səs-küyə də, heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) izahatında Təqsirləndirilən şəxs onun əri olduğunu, 2017-ci il də ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının dünyaya gəldiyini, əri Arzumla aralarında əvvəllər də mübahisələrinin baş verdiyini, xx.xx.2023-cü il tarixdə övladlarının ağladığını, əri Arzumun da buna görə əsəbləşdiyini, uşaqların üzərinə qışqırdığını, buna görə ərinə irad tutaraq “uşaqdır da ağlayır mən nə edə bilərəm” deyə bildirdiyini, bu səbəbdən əri Arzumla aralarında mübahisə yarandığını, mübahisə zamanı əri Arzumun əlləri ilə onun baş və üz nahiyələrindən qəsdən vuraraq ona xəsarət yetirdiyini, daha sonra nənəsi Təzəgülə zəng edərək bu barədə nənəsinə məlumat verdiyini, nənəsi Təzəgülün də Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək onun əri Arzum tərəfindən döyülməsi barədə məlumat verdiyini, bundan sonra isə nənəsinin onların yaşadığı Ağdaş rayon Abad kəndində yerləşən evlərinə gəldiyini, nənəsinə bir daha baş verən hadisələri danışdığını, səhəri günü isə Ağdaş RPŞ-yə getdiklərini və ərizə ilə Ağdaş RPŞ-yə müraciət etdiyini, bu hadisə ilə bağlı bildiklərinin və gördüklərinin bunlardan ibarət olduğunu, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Aytacın onun nəvəsi olduğunu, Arzumun isə Aytacın əri olduğunu, onların birgə nikahlarından 2 övladlarının dünyaya gəldiyini, onların arasında əvvəllər də mübahisələrin baş verdiyini, onların Ağdaş rayon Abad kəndində yaşadıqlarını, özünün isə Yevlax rayonunda yaşadığını, xx.xx.2023-cü il tarixdə yaşadığı Yevlax rayonunda olduğunu, mobil telefonuna zəng gəldiyini, telefonu açdığını, zəng edənin nəvəsi Aytacın olmasını gördüyünü, nəvəsi Aytacın ona əri Arzumun onu döyməsini bildirdiyini, özünün isə bu səbəbdən əsəbləşərək Azərbaycan Respublikası DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək bu barədə məlumat verdiyini, bundan sonra isə taksi ilə Ağdaş rayon Abad kəndinə nəvəsinin yaşadığı evə getdiyini, nəvəsi Aytacın baş nahiyəsində şiş və göz nahiyəsində xəsarətin olmasını gördüyünü bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 162 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - başın sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ gözün ağlı qişasına qansızma, sağ üst göz qapağının qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci məcəlləsi ilə başlanılmış ********* saylı cinayət işi məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, c/i-415 saylı məktubundan görünür ki Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(014)-87/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci məcəlləsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə həmin cəzanı tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-90/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-90/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver