Məhkəmə qərarları › İş №1(014)-90/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-90/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-90/2024 05.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 25,42 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində və idarə etdiyi “Hyundai Accent” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayıb daşımış, 09 mart 2024-cü il tarixdə saat 17:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında idarə etdiyi həmin avtomobillə saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda həmin tarixdə saat 17:43-dən 18:06-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümün içərisində ümumi təmiz çəkisi 25,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və tədbirlərin davamı kimi həmin tarixdə saat 18:23-dən 18:34-dək ona məxsus olan “Hyundai Accent” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin günlük hissəsindən 01(bir) ədəd yarımçıq papirosda ümumi təmiz çəkisi 0,11 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitəni ara-bir istifadə edir, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 5-6 gün bundan əvvəl, özünə məxsus “Hyundai Accent” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu, Xosrov kəndi ərazisindən keçib işə gedərkən şəxsi ehtiyyaclarını qarşılamaq üçün avtomobili saxlamış və yerə düşmüş, avtomobildən yerə düşən vaxt yerdə 01 ədəd sellofan büküm görmüş, sellofan bükümü yerdən götürərək açmış, içərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olmasını görmüş, həmin bitkini daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün özünə kustar üsulla papiros düzəldərək içərisinə yerdən tapdığı narkotik vasitəni doldurmuş, yarıya qədər istifadə etdikdən sonra da, həmin papirosu yenidən istifadə etmək üçün avtomobilin günlük hissəsinə qoymuşdur. 09 mart 2024-cü il tarixdə təxminən saat 17:00 radələrində özünə məxsus avtomobillə Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitlərədən istifadə etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu bildirib üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona vəkil təyin edilmiş, o, şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olmuş, həmin sellofan büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 27,42 qram olması müəyyən edilmişdir. Bundan sonra ərizə ilə müraciət edərək, özünə məxsus avtomobilə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, polis əməkdaşları və müdafiəçisi ilə birgə Ağdaş RPŞ-nin inzibati binasının həyətində saxlanılan avtomobilinin salon hissəsində günlük hissəsinə qoyduğu 01 ədəd kustar üsulla hazırladığı yarıya qədər istifadə etdiyi içərisində qurudulmuş bitki kütləsi olan papirosu təqdim etmişdir. Həmin papiros polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,65 qram olmuşdur. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı var, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində, idarə etdiyi “Hyundai Accent” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlaması, daşıması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 09 mart 2024-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrini izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 27,42 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, özünə məxsus olan avtomobilə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Hyundai Accent” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gedilmiş, Təqsirləndirilən şəxs avtomobilinin salon hissəsində günlük hissəsinə qoyduğu 01 ədəd kustar üsulla hazırlanmış yarıya qədər istifadə etdiyi içərisində qurudulmuş bitki kütləsi olan papirosu təqdim etmiş, həmin papiros təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,65 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və idarə etdiyi avtomobilə baxış zamanı, həmçinin Ağdaş RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiq etmişdir. İş materiallarında olan 09 mart 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Vüsal Bayromov əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan həmin şalvarın sağ arxa cibindən avtomobil açarını, həmin şalvarın sol arxa cibindən “Samsung” markalı mobil telefonunu, həmin şalvarın sağ yan cibindən 03 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 03 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq, ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat pul əsginasını təqdim etmiş, bundan sonra ondan üzərində başqa qanunsuz əşya və ya ümumiyyətlə hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, vardırsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzrərində təqdim etdiklərindən başqa əşya olmadığını bildirdirmiş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarda göstərilənlərdən başqa hər hansı əşya və predmet aşkar olunmamış, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 27,42 qram olması müəyyən olunmuş, bundan sonra içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan sellofan büküm 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, ekspertizaya təqdim olunacağı bildirilmiş, sonra aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon və ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat pul əsginası da iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrılıqda 01 ədəd kağız zərfə qablaşdırılaraq üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. İş materiallarında olan 09 mart 2024-cü il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, özünə məxsus avtomobilə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Hyundai Accent” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gedilmiş, əvvəlcə Təqsirləndirilən şəxs avtomobilində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobilinin salon hissəsində günlük hissəsinə qoyduğu 01 ədəd kustar üsulla hazırladığı yarıya qədər istifadə etdiyi içərisində qurudulmuş bitki kütləsi olan papirosu təqdim etmiş , həmin papiros təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,65 qram olduğu müəyyən olunmuş, içərisində spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan papiros 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, ekspertizaya təqdim olunacağı bildirilmiş, bundan sonra təhqiqatçı tərəfindən avtomobilin yük yeri hissəsinə, mühərrik hissəsinə, salon hissəsinə baxış keçirilmiş və baxış zamanı avtomobildən heç bir əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 mart 2024-cü il tarixli 3- 16-16-2-17/254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş 01 ədəd sellofan torbada, təmiz çəkisi 25,31 qram və 01 (bir) ədəd yarımçıq papirosda, təmiz çəkisi 0,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01(bir) ədəd sellofan torbada və 01(bir) ədəd yarımçıq papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 mart 2024-cü il tarixli 504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəiyinin verdiyi 28 mart 2024-cü il tarixli 5-32- 12/2-170/2024 nömrəli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: anası X4, arvadı X5, oğlu X7 və qızı X1 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 iyun 2014-cü il tarixdə doğulmuş X7 və 21 iyun 2015-ci il tarixdə doğulmuş adlı X6 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” qərardan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqıda” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 mart 2024-cü il tarixdən saat 17:00-dən 11 mart 2024-cü il tarixə saat 09:00-dək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda xeyli miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə prifilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 25,35 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin avtomobilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 16 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 96 (doxsan altı) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdən 11 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 25,35 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin avtomobilinə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 96 (doxsan altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar