Məhkəmə qərarları › İş №1(014)-91/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-91/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-91/2020 21.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimova Firuzə Şahin qızının katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1985-ci ildə Ağdaş rayonu, Güvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Güvə kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Ağdaş rayonu, Cüvə kənd sakini xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş münaqişə zamanı yaşadıqları Ağdaş rayonu, Cüvə kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus bağ sahəsinin yaxınlığında sonuncunun baş və sol qol nahiyəsindən, həmçinin də bədənin müxtəlif yerlərindən əlindəki ağacla qəsdən vuraraq ona, baş təpə nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin, sol qulaq sırğalığının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumuşaq toxumalarının əzilməsi, sol mil bilək oynağının, sol əlin İİ barmağının əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində 17iiyun 2020-ci il tarixdə, təxminən saat 13:40 radələrində yaşadığı evə getdiyini, həmin vaxt qonşuluğunda yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs öz yaşadıqları evin qarşısında dəyandığını gördüyünü, ona təxminən 5-10 metr qalmış yolunu dəyişib evə tərəf gedərkən Mürvətin onun arxası ilə onun ünvanına nalayiq söyüşlər söyərək gəldiyini gördüyünü, Mürvətin dediklərinə əhəmiyyət vermədən iti addımlarla evə gəldiyini, Mürvətlə aralarında əvvəllər də söz söhbətlərinin olduğunu, ona söyməyi ilə bağlı polisə müraciət etdiyini, evə getdikdən sonra biraz dincəldiyini və axşam radələrində xırdabuynuzlu heyvanlarını tövlədən çıxarıb bağ sahəsinə otarmaq üçün apardığını, həmin gün saat təxminən 19:00 radələrində, heyvanların bağda otladığını və heyvanlarının digər qonşunun həyətinə keçməməsi üçün yol hissəyə çıxdığını, bu vaxt Mürvətin onun ünvanına nalayiq söyüşlər söyərək gəldiyini gördüyünü, ona yaxınlşadığını və əli ilə onun gödəkçəsindən tutaraq ona nə səbəbə görə onun ünvanına nalayiq ifadələr işlətdiyini dediyini, həmin vaxt Mürvətin yaxşı etdiyini dediyini, bundan sonra aralarında mübahisə yarandığını və mübahisə zamanı ona nalayiq ifadələr işlətdiyini, daha sonra səslərinə Mürvətin oğlu Ülfətin və onun qardaşı Hacıbayramın gəldiklərini və onları aralaşdırdıqlarını, bundan sonra aralanıb yaşadığı evə getdiyini, Mürvətlə qardaşı Hacıbayramın öz yaşadıqları evin qarşısında dalaşdıqlarını sonradan eşitdiyini, daha sonra da Mürvətin həmin gün gecə radələrində Ağdaş RMX-na müraciət etdiyini, həmçinin də polis şöbəsinə onun və qardaşının onu döyməkləri barədə ərizə verdiyini eşitdiyini, hadisə vaxtı orada Mürvət və özü olduğunu, sonradan səslərinə Mürvətin oğlu Ülfət və qardaşı Hacıbayramın gəldiklərini, hadisə vaxtı Mürvətin əlində ketman, onun əlində isə qoyunları otarmaq üçün istifadə etdiyi bir metr uzunluğunda dairəvi formada ağac olduğunu, Mürvətə heç bir xəsarət yetirmədiyini, Mürvətin ona heç bir xəsarət yetirmədiyini, Mürvət və qardaşı Hacıbayramın arasında olan dava dalaşı görmədiyini və onların da biri birlərinə xəsarət yetirmələrini də bilmədiyini, Mürvət izahatında və ifadəsində hadisə vaxtı onun əlindəki ağac parçası ilə iki dəfə baş nahiyəsindən vurmasını, daha sonra, hadisə yerinə gələn qardaşı Hacıbayramın əlləri ilə onun üz nahiyəsini cırmaqlayaraq, yumruqla vurduğunu, daha sonra yerdən daş parçası götürərək onun sinə nahiyəsindən vurduğunu bildirməsinin yalan olduğunu, hadisə vaxtı özü və qardaşının ona heç bir xəsarət yetirmədiklərini, Mürvətin xəsarəti necə almasını bilmədiyini, hadisə vaxtı sərxoş olmadığını, lakin Mürvətin sərxoş olub-olmasını bilmədiyini göstərdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi məsuliyyətdən qaçmaq, özünü müdafiə etmək məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs və Şahid4 tanıdığını, onların onun həmkəndliləri olduğunu, Hacımuradla aralarında əvəllər də dava-dalaşlar baş verdiyini, xx xxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində özünə məxsus bağ sahəsindən çıxıb yaşadığı evə getdiyini, həmin zaman heç bir səbəb olmadan Hacımuradın onun üstünə gəldiyini və ona nəsə dediyini, lakin Hacımuradın ona nə dediyini başa düşmədiyini, həmin vaxt onun əlində ağac olduğunu, həmin ağacı Hacımuradın hər iki tərəfindən əlləri ilə tutub bel nahiyəsində saxladığını, əlindəki ağac parçası ilə onun üstünə gəlib heç bir səbəb olmadan onu iki dəfə baş nahiyəsindən və bədəninin müxtəlif yerlərindən, həmçinin də sol qol nahiyəsindən vurduğunu, bundan sonra Hacımuradın qardaşı Hacıbayramın gəldiyini və onu itələməyə başladığını, həmin vaxt Hacıbayrama qardaşını da götürüb oradan getməsini dediyini, həmçinin Hacıbayramın onun üzünü cırmaqlamağa başladığını və üz nahiyəsinə yumruqla bir neçə dəfə vurduğunu, eyni zamanda yerdən də daş götürüb sinə nahiyəsindən bir dəfə vurduğunu və sol tərəfindən ona daşla xəsarət yetirdiyini, həmin vaxt ora yığışan kənd sakinlərinin onları sakitləşdirdiklərini, bundan sonra onlardan aralanıb yaşadığı evə getdiyini, onunla Hacımurad və Şahid4 arasında mübahisə və dava dalaşın xx xxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində yaşadıqları Ağdaş rayonu, Cüvə kəndində yerləşən çöl sahəsinə gedən yolda baş verdiyini, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində onunla mübahisə etdiyini lakin həmin vaxtı onu vurmadığını və ona hər hansı bir xəsarət yetirmədiyini bildirməsi ilə bağlı yalan dediyini, əvəllər də aralarında mübahisələr olduğunu və həmin gün də ona heç bir səbəb olmadan ağac parçası ilə xəsarət yetirdiyini, həmin ağac parçasının onun baş nahiyəsinə, sol bilək nahiyəsinə dəydiyini, həmçinin Hacımurad onlardan aralandıqdan sonra Hacıbayramın da ona yenə də təpiklə xəsarət yetirdiyini, hadisə vaxtı spirtli içki qəbul etmədiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını və ona qarşı şikayətçi odduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun atası olduğunu, həmçinin Təqsirləndirilən şəxs və Şahid4 tanıdığını,onun həmkəndliləri olduğunu, Hacımuradla atası və onun arasında əvəllər də dava-dalaş və mübahisələr baş verdiyini, xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində çöl sahəsində olduğunu, orada taxıl biçdirdiyini, həmin vaxt orada işləyənlərə çay və su apardığını, həmin gün saat təxminən 19:40 radələrində evə gələndə yaşadıqları evin qarşısında küçədə atası Mürvət, həmkəndlisi Hacıbayram, Hacıbayramın atası Ağasalam və digər kənd sakinlərinin toplaşdıqlarını gördüyünü, Hacıbayramın atasına və onun ailə üzvlərinə nalayiq ifadələr işlətdiyini, onlara yaxınlaşdığını və Hacıbayrama atasına nə üçün nalayiq ifadələr işlətdiyini dediyini, ona təxminən saat 19:30 radələrində həmkəndlisi Hacımuradın yaşadıqları evin bağ sahəsinin yaxınlığında atasını ağac parçası ilə vurub atasına xəsarət yetirməsi, daha sonra da həmin yerə Hacımuradın qardaşı Hacıbayram gəlməsinin ona həmin vaxt məlum olduğunu, həmin hadisənin davamı olaraq da Hacıbayramın onların yaşadığı evin qarşısında yenə də atasına nalayiq ifadələr işlətdiyini, lakin Hacımuradı həmin yerdə görəmədiyini, Hacımuradın atasını vurduqdan sonra çıxıb getdiyini, atasını evə çəkib apardığını, Hacıbayrama və Hacıbayramın atası Ağasalama isə öz iradlarını bildirib və onlara ayıb olduğunu, çıxıb evlərinə getmələrini bildirdiyini, daha sonra isə həmin gün atasının 102 xidmətinə zəng edib məlumat vermək istəsə də 102 xidmətinə düşə bilmədiyi üçün Bakı şəhərində yaşayan bibisinin gəlini X1 hadisə barədə məlumat verdiklərini və Saranın 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini, həmçinin atasının həmin gün Hacımurad tərəfindən döyülərək xəsarət alması ilə əlaqədar Ağdaş RMX-na da müraciət eddiyini, daha sonra da Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiyini, atasının dediyinə görə xx xxxx 2020-ci il tarixdə yaşadıqları kənd ərazisində həmkəndlisi Hacımuradın onu ağac parçası ilə vurub xəsarət yetirdiyini, daha sonra isə Hacımuradın qardaşı Hacıbayramın hadisə yerinə gəldiyini, Hacıbayramın da onu vurduğunu, lakin onların həmin vaxt dalaşmarını görmədiyini, atasını görəndə onun baş nahiyəsində, sol qol nahiyəsində və bədənin müxtəlif yerlərində qızartı və göyərti yerləri gördüyünü, atasının həmin vaxt sərxoş olmadığını, lakin Hacımurad və Hacıbayramın sərxoş olub olmamalarını bilmədiyini, həmin vaxt Hacımuradı görmədiyini, Hacıbayramı isə hadisədən sonra görsə də aralarında dava dalaş olmadığını, Şahid4 izahatında hadisə baş verən zaman onun da həmin yerə gəldiyini, atası Mürvət ilə birlikdə onu döydüklərini və daş parçası ilə onu sağ qol nahiyəsindən vurduğunu, daha sonra isə bədənin müxtəlif yerlərinə yumruqla və təpiklə vurmağını bildirməsinin yalan olduğunu, Hacıbayrama heç bir xəsarət yetirmədiyini, ümumiyyətlə atası ilə Hacıbayram və Hacımurad dava dalaş edən zaman onları görmədiyini, hadisənin də necə baş verməsini evə gələdikdən sonra atasından eşitdiyini, Hacıbayramın xəsarəti necə alması barədə də heç nə deyə bilmədiyini, xx xxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edədərk Hacıbayram və Hacımurad adlı şəxslər tərəfindən atasının xx xxxx 2020-ci il tarixdə döyülməsini və bu barədə şikayət etməyini bildirərək qarşı tərəfin onu öldürməklə hədələmələri, habelə onların ona böhtan atmalarını bildirməsi barədə onların onun atasını döyərək atasına xəsarət yetirdiklərini, xx xxxx 2020-ci il tarixdə küçədə dəyanərkən Hacımuradın onu gördüyünü və ona atasına onun barəsində polisə etdiyi şikayəti geri götürməsini, yoxsa onu öldürəcəyini dediyini, lakin hansı formada və necə öldürəcəyi barədə heçnə demədiyini, həmin vaxt onun əlində ağac parçası olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndliləri olduqlarını, həmin şəxslərlə aralarında düşmənçilik və ədavət olmadığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 19:30 radələrində çöl sahəsindən evə gəldiyini, həmin vaxt Mürvətgilin evinin yaxınlığında bağ sahəsi tərəfdə küçədə səs küy gəldiyini gördüyünü, tez həmin tərəfə gedəndə Mürvət ilə Hacımuradın əlbəyaxa olduqlarını, onların biri birlərinin yaxalarından tutduqlarını, Hacıbayram və həmkəndlisi Elməddin isə onları aralaşdırmaq istədiklərini gördüyünü, həmin vaxt özü də həmkəndli olduqlarını, dalaşmamalarını, ayıb olduğunu deyərək onlara köməklik etdiyini, Hacımurada onlar dalaşdıqdan sonra Hacımuradın aralanıb ev tərəfə getdiyini, həmin vaxt aralıdan səs küyə Mürvətin oğlu Ülfətin də gəldiyini, Ülfətin də gəldikdən sonra atasını götürüb evə getdiyini, daha sonra özü də yaşadığı evə getdiyini, Mürvətin polisə ərizə ilə müracət edərək Hacımurad və Hacıbayram qardaşlarının onu döyərək ona xəsarət yetirdiyini sonradan eşitdiyini, lakin həmin yerə gələnə qədər artıq onlar dalaşıb qurtardıqlarını, onların biri birini vurmalarını görmədiyini, həmin vaxt onlarda da gözlə görünən hər hansı bir xəsarət olmadığını, onları görən zaman onların əlində heç nə olmadığını, Mürvət və Hacımuradın əlləri ilə biri birlərinin köynəklərindən tutduqlarını, Elməddin və Hacıbayramın isə onları biri birindən ayırdıqlarını, Zərərçəkmiş şəxs ilə Hacımurad arasında ədavət və düşmənçilik olduğunu bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını, onun həmkəndliləri olduğunu, həmin şəxslərlə aralarında düşmənçilik və ədavət olmadığını, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 19:30 radələrində qardaşıgildən evə gələndə Mürvətgilin evinin yaxınlığında bağ sahəsi tərəfdə küçədə səs küy gəldiyini gördüyünü, tez həmin tərəfə gedəndə Mürvət ilə Hacımuradın əlbəyaxa olduqlarını gördüyünü, onlar biri birləinin yaxalarından tutduqlarını, həmin vaxtı Hacımuradın qardaşı Hacıbayramın da həmin yerə gəldiyini, onları bir-birlərindən aralayan zaman, həmkəndlisi Röyalın da həmin yerə gəldiyini, onlara həmkəndli olduqlarını, dalaşmamalarını, ayıb olduğunu dediklərini, Hacımurada onlar dalaşdıqdan sonra Hacımuradın aralanıb ev tərəfə getdiyiini, daha sonra da oradan aralanıb getdiyini, Mürvətin polisə ərizə ilə müracət edərək Hacımurad və Hacıbayram qardaşlarının onu döyərək ona xəsarət yetirdiyini bildirdiyini sonradan bildiyini, lakin özü həmin yerə gələnə qədər artıq onların dalaşıb qurtardıqlarını, onların biri birini vurmalarını görmədiyini, həmin vaxt onlarda da gözlə görünən hər hansı bir xəsarət olmadığını, onları görən zaman onların əlində heç nə olmadığını, Mürvət və Hacımuradın əlləri ilə biri birlərinin köynəklərindən tutduqlarını, özü və Hacıbayramın onları biri birindən ayırdıqlarınnı, onları aralayıb evə getdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 340 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hacıbala oğlunun bədənində olan xəsarətlər-başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin, sol qulaq sırğalarının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol mil bilək oynağının, sol əlin İİ barmağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, boynun sağ nahiyəsinin, üzün sağ nahiyəsinin,sol qulaq sırğalarının sıyrıqları, döş qəfəsinin ön sol nahiyəsinin yumşaq toxumalarının əzilməsi sol əlin İİ barmağının əzilməsi sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Sol mil bilək oynağının əzilməsi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti,Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Cinayət işnin ibtidai istintaqını aparan müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Şahid1 öldürməklə hədələməsinə, Şahid4 əməlinə hüquqi qiymət verildiyi üçün məhkəmə bunları müzakirə etmək qənaətinə gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar