Məhkəmə qərarları › İş №1(014)-91/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-91/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-91/2021 30.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1995-ci ildə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «xxxx» MMC-də növbə nəzarətçisi işləyən, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində 23 aprel 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 mart 2021-ci il tarixdə Ağdaş RMX-da “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 26 mart 2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalari”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 01 may 2020-ci il 161 №-li Qərarının 4.5.5-ci və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 30 mart 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində yaşadığı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən evini qəsdən tərk edib Ağdaş şəhərinə getmiş, təkrarən 31 mart 2021-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşadığı evi tərk edərək piyada küçəyə çıxmış və bununla da epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12:55 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən kənd ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbayçan Respublikası CMnin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində 25 mart 2021-ci il tarixdə koronovirusa qarşı test verdiyini, həmin vaxt xəstəxanada ondan mobil nömrə istədiklərini və istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni verdiyini, 26 mart 2021-ci il tarixdə ona mesaj gəldiyini və həmin mesajda “COVİD-19” xəstəsi olması və testinin nəticəsinin pozitiv çıxması göstərildiyini, həmçinin həmin vaxt həkim Nüşabə xanımın onun mobil telefonuna zəng etdiyini və ona “COVİD-19” xəstəsi olduğunu, 14 gün müddətində evi tərk etməməli olduğunu, əks halda karantin qaydalarını pozmuş sayılacağını və buna görə onu inzibati və ya cinayət məsuliyyətinə cəlb edə biləcəklərini və daha sonra ASM-də onunla əlaqə saxlayacaqlarını bildirdiyini, lakin özündə ciddi bir narahatçılıq hiss etmədiyini, buna görə də 31 mart 2021-ci il tarixdə, saat 12:55 radələrində yaşadığı küçədə olduğunu, həmin vaxt ona zəng gəldiyini və özlərini polis əməkdaşları kimi təqdim edən şəxslərin ondan harada olduğunu soruşduqlarını, yaşadığı küçədə olduğunu və yolla evə qayıtdığını bildirdiyini, daha sonra bir az getdiyini və polislərin onu gözlədiklərini gördüyünü, həmin vaxt polislərin ona koronovirus xəstəsi olduğunu bildirdiklərini, videogörüntüsünü çəkdiklərini və ona evdən çıxmağının cinayət məsuliyyəti olması barədə izahat verdiklərini və evdən bir daha çıxmamağını tapşırdıqlarını, ona xəstə olması barədə Ağdaş MRX və ya GEM-dən, Ağdaş xəstəxanasından Nüşabə həkimin məlumat verdiyini və onu təlimatlandırdığını, lakin 30 mart 2021-ci il tarixdə yaşadığı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən evini tərk etmədiyini və Ağdaş şəhərinə gəlmədiyini bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin 30 mart 2021-ci il tarixdə yaşadığı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən evini tərk etmədiyi və Ağdaş şəhərinə gəlmədiyi barədə hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadəsi verməsi məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, məhkəmə iclasında araşdırılmış sübutlarla tam təkzib edilir. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin sahə polis rəisi vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri Pozitiv çıxan şəxslər barədə Ağdaş RPŞ-nə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə “COVİD-19” testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edibetməməsi onlar tərəflərindən yoxlanıldığını, 31 mart 2021-ci il tarixdə, saat təxminən 12:55 radələrində Ağdaş RPŞ-nin polis nəfəri Şahid2 ilə birlikdə reyd keçirərkən Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan 25.03.2021-ci il tarixdə verdiyi “COVİD-19” testinin nəticələri pozitiv çıxmış Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra yaşadığı evi tərk edərək yaşadığı küçədə olduğunu müəyyən etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsü çəkildiyini və Mehmanın özündə ciddi bir naharatçılıq hiss etmədiyi üçün yaşadığı ev tərk edərək küçəyə çıxdığını bildirdiyini, Mehmanın bir daha xəbərdarlıq edildikdən sonra evlərinə yola salındığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Ağdaş MRX X3 07.04.2021-ci il tarixli 458 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlunun test nəticələrinin pozitiv olması ilə bağlı onunla 26.03.2021ci il tarixdə əlaqə saxlanılaraq məlumat verilmiş, 14 gün ərzində yaşayış yerinin tərk etməmək barədə təlimatlandırılmış, buna baxmayaraq təcrid olunma qaydalarını pozmuşdur. Ağdaş MRX X3 07.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25.03.2021-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və müayinənin nəticəsi pozitiv olmuşdur. İş üzrə tərtib edilmiş 02.04.2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyinə yoluxmasına baxmayaraq karantin recimini tələblərini pozaraq 31.03.2021-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İş üzrə tərtib edilmiş 31.05.2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” xəstəliyinə yoluxmasına baxmayaraq karantin rejimini tələblərini pozaraq 30.03.2021-ci il tarixdə yaşadığı Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən evini tərk edərək Ağdaş şəhərinə gəlmiş, xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. İş üzrə tərtib edilmiş 25.01.2021-ci il tarixli telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonda “TƏBİB” publik hüquqi şəxs tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefona 26.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasına yoluxması ilə bağlı 25.03.2021-ci il tarixdə verdiyi testin cavabının pozitiv olması barədə SMS göndərilməsi aşkar olunmuşdur. «xxxx» MMC tərəfindən verilmiş 25.06.2021-ci il tarixli MT-071/21 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs «xxxx» MMC-də növbə nəzarətçisi işləyir. Tələbnamədən ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, himayəsində bir azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin etmək qənaətinə gələrkən onun hazırda Mingəçevir şəhərində yerləşən «xxxx» MMC-də növbə nəzarətçisi işlədiyini, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzalar tətbiq ediləcəyi təqirdə iş yerini itircəyini və bunun ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyini əsas götürür. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib iki min beş yüz manat cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar