Məhkəmə qərarları › İş №1(014)-91/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-91/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-91/2025 22.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X18 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, məhkum olunmamış, Ağdaş şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə günorta saatlarında Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmək məqsədi ilə sonuncudan xahiş edərək 50 (əlli) manat pul vermiş, qeyd olunan vaxt Şahid2 həmin 50 manat müqabilində xeyli miqdarda, ümumi təmiz çəkisi 0,655 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Yevlax şəhəri, C.Kərimov küçəsində X8 əldə etdikdən sonra həmin küçədə onun idarə etdiyi «Mercedes Vito» markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində ona vermiş, 12 iyul 2025-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir-Yevlax-Ağdaş avtomagistralının Ağdaş rayonu, Yuxarı Nemətabad kənd ərazisindən keçən hissəsində saxlanıldıqdan sonra həmin tarixdə saat 18:21-dən 18:52dək üstü yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 ədəd qara rəngli sellofan bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram və 0,551 qram olmaqla ümumi təmiz çəkisi 0,655 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 12 iyul 2025-ci il tarixdə su almaq üçün küçəyə çıxmış idarə etdiyi avtomobili çayxananın yanında saxlayıb çayxanada əyləşənlərlə salamlaşmışdır. Həmin vaxtı çayxanada Ağdaş şəhər sakini kimi tanıdığı Xəzər adlı şəxsi görmüş və Xəzər Yevlax şəhərinə getmək istədiyini bildirmişdir. O da əynindəki paltarın təmiz olmadığını göstərmiş və evdə işinin olduğunu bildirmiş, lakin Xəzər təkidlə onu Yevlax şəhərinə aparmasını xahiş etmişdir. Bundan sonra o da evə gedərək paltarını dəyişdikdən sonra Xəzərlə birlikdə Yevlax şəhərinə getmişdir. O, Xəzərdən Yevlax şəhərinə nə səbəblə getməsini soruşduqda Xəzər dostu ilə görüşəcəyini bildirmişdir. Bundan sonra ikisi Yevlax şəhərində “kürdlər küçəsi” adlanan yeri keçdikdən sonra təxminən 500-600 metr getmiş, ora çatdıqdan sonra oraları bəyənmədiyini, buna görə də yenidən hansı səbəbdən ora getdiyini soruşmuş, Xəzər də narkotik vasitə almaq üçün getdiyini bildirmişdir. Həmin vaxt o da 50 manatlıq psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmiş, Xəzər də tanımadığı və adını bilmədiyi şəxsə zəng edərək 50 manatlıq patı da gətirməsini demişdir. Bundan sonra o, avtomobili küçənin başında saxlamış və Xəzər avtomobildən düşüb təxminən 50 metr getdikdən sonra tanımadığı şəxslə görüşmüş və həmin şəxsə pul vermişdir. Daha sonra həmin şəxs harasa getmiş və təxminən 2-3 dəqiqə sonra gələrək Xəzəri görüşmüş, bundan sonra Xəzər avtomobilə doğru gəlmiş və avtomobilə minərək onun üçün aldığı 02 ədəd bükümlərdə olan 50 manatlıq psixotrop maddə olan metamfetamini vermişdir. Bundan sonra onlar Ağdaş rayonuna doğru yola düşmüşlər. Saat təxminən 18:21-də Mingəçevir-Yevlax-Ağdaş yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən hissəsində polis əməkdaşları tərəfindən idarə etdiyi “Mercedes Vito” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmış, Xəzərə üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif etmişlər. Xəzər əynində olan qara rəngli qısaqol köynəyin sol ön cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Xəzər üzərindən aşkar edilən sellofan bükümü Yevlax şəhərindən əldə etdiyini, “kakos” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr və ya qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması təklif edilmiş, o da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə olan metamfetamin olan 02 ədəd sellofanı və kağız bükümləri təqdim etmişdir. 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür Daha sonra üzəri yoxlanılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra idarə etdiyi “Mercedes Vito” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Polis Şöbəsinə gəldikdən sonra onun üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, həmin vaxt qeydə alınmış videogörüntü olan diski, üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, uzun müddətdir ki narkotik vasitədən istifadə edir və əvvəllər məhkum olunmuşdur. 12 iyul 2025-ci il tarixdə günorta saatlarında narkotik vasitə çəkmək istəmiş və bunun üçün əvvəllər dustaq yoldaşı olan tanışı, Yevlax şəhər sakini “Rac” adlı şəxsə zəng etmək qərarına gəlmişdir. Belə ki, Rac əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub məhkum olunduğu üçün onun narkotik vasitə satmasından məlumatlı olmuşdur. Buna görə də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Racın istifadəsində olan mobil nömrəsinə zəng edərək narkotik vasitə istəmiş, sonuncu da verə biləcəyini demişdir. Bundan sonra taksi sürücüsü işləyən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə Yevlax şəhərinə Racın bildirdiyi yerə getmişlər. Ünvana çatdıqdan sonra o, Racla görüşərək 50 manatlıq patı almış və Məhəmmədlə birlikdə Ağdaş rayonu istiqamətində yola düşmüşlər. Saat 18 radələrində Mingəçevir-Yevlax-Ağdaş yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən hissəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobildə saxlanılmışdır. Polis əməkdaları tərəfindən üzərlərində və ya avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuş, o da əlində saxladığı metamfetamini təqdim etmişdir. Onun Yevlax rayonuna nə məqsədlə getməsindən Məhəmmədin məlumatı olmamış, Məhəmmədə hər hansı narkotik vasitə və ya psixotrop maddə almamış, nə də bu məqsədlə Məhəmməd ona pul verməmişdir. Onun üzərində narkotik vasitə heron deyil, yalnız Racdan aldığı metamfetamin olmuşdur. Heroini onun üzərinə polis əməkdaşları qoymuşlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2evin ibtidai istintaq zamanı verdiyi ifadəsi, eləcə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə elan edildikdikdən sonra, Şahid2ev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir və əvvəllər məhkum olunmuşdur. 12 iyul 2025-ci il tarixdə günorta saatlarında narkotik vasitə çəkmək istəmiş və bunun üçün əvvəllər dustaq yoldaşı olan tanışı Yevlax şəhər sakini “Rac” adlı şəxsə zəng etmək qərarına gəlmişdir. Belə ki, Rac əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub məhkum olunduğu üçün onun narkotik vasitə satmasından məlumatlı olmuşdur. Buna görə də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Racın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək narkotik vasitə istəmiş, sonuncu da verə biləcəyini demişdir. Bundan sonra yaşadığı evdən çıxıb Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yerləşən çayxanaya getmiş və Yevlax rayonuna getmək üçün taksi axtarmağa başlamışdır. Bu zaman tanıdığı taksi sürücüsü işləyən Ağdaş rayon sakini Təqsirləndirilən şəxs gəlmişdir. O, Məhəmmədə Yevlax şəhərinə tanışıyla görüşmək üçün getməli olduğunu bildirmiş, lakin hansı səbəbdən Yevlax şəhərinə getdiyini deməmişdir. Məhəmməd işinin olduğunu bildirərək razı olmasa da, o, təkidlə istədiyinə görə razı olmuşdur. Bundan sonra Məhəmmədin idarə etdiyi avtomobil ilə Yevlax şəhərində yerləşən “kürdlər küçəsi” adlanan yerdən keçib təxminən 500-600 metr getdikdən sonra Racın bildirdiyi yerə getmişdir. Onlar çatdıqdan sonra Məhəmməd niyə getdiklərini soruşmuş, o da narkotik vasitə alacağını bildirmişdir. Həmin vaxt Məhəmməd də 50 manat ona verərək özünə “patı” istədiyini bildirmişdir. O, Racla görüşərək 50 manatlıq özünə heroin, 50 manatlıq da Məhəmmədə patı almaq üçün Raca 100 manat pul vermiş, lakin Rac onun Məhəmməd üçün patı aldığını bilməmişdir. Bundan sonra Rac dəqiq xatırlamadığı evin həyətinə girib təxminən 2 dəqiqə sonra çıxmış və ona 01 ədəd bükümdə heroin, 02 ədəd bükümdə metamfetamin vermişdir. O, narkotik vasitə və psixotrop maddəni alan zaman Məhəmməd təxminən 50 metr kənarda avtomobildə onu gözləmişdir. Daha sonra 02 ədəd bükümdə olan patını Məhəmmədə vermiş, heroini də üzərində saxlamışdır. Bundan sonra Ağdaş rayonuna geri qayıtmışdır. 12 iyul 2025-ci il tarixdə, saat 18:21-də Mingəçevir-Yevlax-Ağdaş yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən hissəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmışdır. Polis əməkdaları tərəfindən üzərlərində və ya avtomobildə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuş, ona üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli qısaqol köynəyin sol ön cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Məhəmməddən üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr və qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmaması soruşulmuş, Məhəmməd də əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə olan metamfetamin olan 02 ədəd sellofan və kağız bükümləri təqdim etmişdir. 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Üzərlərindən şakar edilmiş narkotik vasitə və psixotrop maddələri Rac Bəkirovdan pul müqabilində almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlayaraq daşıması və istifadə etməsi, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində və ona məxsus “X24 111 CDİ” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat-axtarış tədbiri zamanı Şahid2 Təqsirləndirilən şəxs ilə birlikdə 12 iyul 2025-ci il tarixdə, saat 18:21-də Mingəçevir-Yevlax-Ağdaş yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmışdır. Təqsirləndirilən şəxs və Şahid2 hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş verilmişdir. Şahid2 üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan qara rəngli qısaqol köynəyin sol ön cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd sellofan bükümü təqdim etmişdir. Narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid2 üzərindən aşkar edilən sellofan bükümü Yevlax şəhərindən əldə etdiyini, “kakos” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr və ya qanunla qadağan edilmiş hər hansı əşyanın olubolmaması, olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 02 ədəd sellofanı və kağız bükümləri təqdim etmişdir. 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlərin “patı” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, üzərindən aşkar edilmiş bükümlərin hər ikisini Yevlax şəhərində tanımadığı şəxdən aldığını bildirmişdir. Daha sonra Şahid2 və Təqsirləndirilən şəxs üzəri və avtomobil yoxlanılmış, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Şahid2 və Təqsirləndirilən şəxs Polis şöbəsinə aparılmış, onlara müdafiəçi təyin edilmişdir. Daha sonra Şahid2 və Təqsirləndirilən şəxs aşkar edilib qablaşdırılaraq götürülmüş kağız zərflər təkrar açılaraq baxış keçirilmiş, həmin zərflər yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Şahid2 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərlərindən iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir əşya əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 12 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ilə birlikdə 12 iyul 2025-ci il tarixdə, saat 18:21-də Mingəçevir-Yevlax- Ağdaş yolunun Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmışdır. Təqsirləndirilən şəxs və Şahid2 hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər olubolmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 əynində olan qara rəngli qısaqol köynəyin sol ön cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd sellofan bükümü təqdim etmiş, narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid2 üzərindən aşkar edilən sellofan bükümü Yevlax şəhərindən əldə etdiyini, “kakos” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlər olub-olmaması, müsbət halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 02 ədəd sellofanı və kağz bükümləri təqdim etmişdir. 02 ədəd bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlərin “patı” olduğunu, Yevlax şəhərində tanımadığı şəxdən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Şahid2 və Təqsirləndirilən şəxs üzərinə və avtomobilə baxış keçirilmiş, baxış zamanı üzərlərindən və avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. 12 iyul 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Şahid2 üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə heroinə bənzər kütlə olan 01 ədəd sellofan bükümün qablaşdırıldığı 01 ədəd kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şahid2 həmin bükümün ona məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, sonra həmin kağız zərf yenidən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qablaşdırılaraq götürülmüş 01 ədəd kağız zərf açılaraq yenidən baxış keçirilmişdir. Zərfin içərisində biri kağız biri sellofan olmaqla 02 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin metmafetamin olduğunu, ona məxsus olduğunu, şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kağız zərf də yenidən qablaşdırılaraq götürülmüşdür. Hər iki şübhəli şəxs üzərlərindən aşkar edilmiş bükümlərin onlara məxsus olduğunu, onlara qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2025-ci il tarixli, 17/522 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik... kütlə...” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd qara rəngli sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,104 qr., 0,551 qr., ümumi təmiz çəkisi – 0,655 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Əlavə materialların məhkəmə ekspertizasının 19 sentyabr 2025-ci il tarixli, 17/708 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd qara rəngli sellofan bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X25 tərəfindən verilmiş 12 iyul 2025-ci il tarixli, 312 saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində 12 iyul 2025-ci il tarixinə uyğun xəsarətin hər hansı bir obyektiv əlamət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2025-ci il tarixli, 1425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixiotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X25indən daxil olan 28 iyul 2025-ci il tarixli, 18-1-22/2-1103/2025 saylı məktubdan görünür ki, Ağdaş şəhəri, Babək küçəsi 24 ünvanında yaşayan, xx xxxx 1970-ci təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X25in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli, 5-32-12/2-M-1684/2025 saylı arayışdan görünür ki, Ağdaş şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 22 avqust 1976-cı il təvəllüdlü X4, övladları 31 may 1999-cü il təvəllüdlü X5 və 11 mart 2014-cü il təvəllüdlü X1 ibarətdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 12 iyul 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə saat 18:21-də şübhəli şəxs qismində tutulmuş, 14 iyul 2025-ci il tarixdə, saat 16:00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 16:20-də təqsirləndirilən şəxs qismində dindirilmiş və 14 iyul 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 04 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,104 və 0,551 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 0,84 və 0,531 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Ağdaş rayon X14 Bölməsinin müstəntiqi X3 “cinayət işinin ayrılaraq başlanması və icraata qəbul edilməsi haqqında” qərarının surətindən görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və X12 barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq başlanması və icraata qəbul edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 12 iyul 2025-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, 04 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunun İ siyahısına əsasən kustar üsulla hazırlanmış narkotik vasitə olan metamfetamin adlı narkotik vasitənin 0.15 qram və ondan artıq hissəsi ( 2 qramadək ) xeyli miqdar hesab edilir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır və onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə, tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Cinayət Məcələsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində bir azyaşlı uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2025-ci il tarixli, 1425 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs psixiotrop maddə olan metamfetamindən epizodik istifadə etmə hallarının olduğunu, narkomaniya xəstəliyindən əzab çəkmədiyini, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması üçün qərarın surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X21 göndərilməlidir. İş üzrə 159,08 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə xidmət haqqı ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə pul ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin xidmət haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 220 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,104 və 0,551 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 0,84 və 0,531 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 03 ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan bioloji ekspertizadan sonra qalmış 0,575 qram psixatrop maddə metamfetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin Maddi sübut olan 03 ədəd DVD disk cinayət işi üzrə icraat materialda saxlanılsın. İş üzrə 159,08 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 220 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X6 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar