Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-92/2021 24.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonunun Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 26.05.2021-ci il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu Orta Ləki kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş qapısının qarşısında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsəbləşərək “Qaz-33023” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə dayanıb təpiklə bir dəfə Zərərçəkmiş şəxs sinə nahiyəsindən, daha sonra həmin avtomobildən yerə düşərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən qəsdən vuraraq ona qəsdən burun yəhərinin əzilməsi, burun çəpərinin əyilməsi, sol burun dəliyindən nəfəsalma və nəfəsvermənin cüzi pozulması, burnun uc nahiyəsinin sıyrığı, sol məmə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.05.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində Zərərçəkmiş şəxs onun qudası və eyni zamanda dayısı oğlu olduğunu, qızı Ayselin Zərərçəkmiş şəxs gəlini olduğunu, 26.05.2021-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində qızı Ayselin zəng edərək telefonda ona qayınatası Davud ilə arasında mübahisə baş verməsini söylədiyini və ona “ata, gəl məni evimizə apar” dediyini, onun da 26.05.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində qudası Davudun yaşadığı evə qardaşı Şahid2 idarə etdiyi “Qazel” markalı avtomobil ilə getdiyini, Davudun yaşadığı evin həyətinin çöl qapısının qarşısına çatan zaman Davudun həyətdən çölə çıxdığını, həmin vaxt onun maşında olduğunu, Davudun maşının qapısını açaraq ona qızı Ayselin ona kobudluq etməsini söylədiyini, onun da Davuddan qızı Ayselin harada olmasını soruşduğunu, Davudun da ona Ayselin evdən çıxıb getməsini söylədiyini, onun da Davuda “nə istəyirsən qızımdan, onu niyə incidirsən” deyə söylədiyini, həmin vaxt Davudun ona “sən kimsən ki, mənim ailə işimə qarışırsan” dediyini, buna görə də Davud ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Davuda əsəbləşdiyini, avtomobildə dayanıb təpiklə qəsdən bir dəfə Davudun sinə nahiyəsindən vurub onu özündən kənarlaşdırdığını, daha sonra maşından yerə düşüb yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsindən qəsdən vuraraq ona qəsdən xəsarət yetirdiyini, daha sonra qardaşı Şahid2 onların dava-dalaş etmələrinə imkan vermədiyini və onları aralaşdırdığını, sonra oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin, o, ifadəsində Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın 26.05.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Davudun yaşadığı evin həyətinin çöl qapısının qarşısında baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun qudası və eyni zamanda bibisi oğlu olduğunu, 26.05.2021-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində gəlini Ayselin azyaşlı nəvəsinin üstünə qışqıraraq azyaşlı nəvəsindən dərslərini oxumamasının səbəbini soruşduğunu, həmin vaxt azyaşlı olan, altı yaşlı nəvəsinin ağladığını, onun gəlini Ayselin yanına gedib onun azyaşlı nəvəsinin üstünə qışqırmasına görə ona irad tutduğunu, gəlini Ayselin isə ona kobud formada “uşaq mənimdir, özüm bilərəm” deyə cavab verdiyini, buna görə də gəlini Aysel ilə arasında yaşadıqları evdə qısa mübahisələrinin baş verdiyini, üstündən bir neçə saat keçdikdən sonra, yəni 26.05.2021-ci il tarixdə saat təxminən 12:00 radələrində yaşadığı evin həyətinin çöl qapısının qarşısında olduğunu, həmin vaxt qudası Söhrabın “Qazel” markalı avtomobil ilə yaşadığı evə gəlməsini gördüyünü, onun da Söhrabı qarşılamaq üçün maşına yaxınlaşdığını və həmin vaxt Söhrabın maşının qapısını açaraq ona “nə istəyirsən mənim qızımdan” dediyini, onun da Söhraba onun qızı Ayselin onun gəlini olmasını, gəlini Ayselin onun evində yaşamasını, buna görə də gəlini Ayselin ona hörmət etməli olmasını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Söhrabın “Qazel” markalı avtomobildə dayanıb iki ayağı ilə onun sinə nahiyəsindən bir dəfə vurduğunu, onun da arxaya çəkildiyini, bu zaman Söhrabın maşından yerə düşüb ona yaxınlaşıb bir dəfə yumruqla onun burun nahiyəsindən vurduğunu, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edib Söhrab tərəfindən döyülməsi barədə məlumat verdiyini bldirmişdir. Həmçinin, o, ifadəsində Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın 26.05.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində yaşadıqları evin həyətinin giriş qapısının qarşısında baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa “Qazel” markalı avtomobili idarə edən Təqsirləndirilən şəxs qardaşı Şahid2 olduğunu, başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun qardaşı olduğunu, 26.05.2021-ci il tarixdə təxminən saat 11:45 radələrində qardaşı Söhrabın qızı Ayseli yaşadıqları evə gətirmək üçün onu Zərərçəkmiş şəxs evinə aparmasını ondan xahiş etdiyini, onun da özünə məxsus “Qaz-33023” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə getdiklərini, Zərərçəkmiş şəxs yaşadığı evinin həyətinin giriş qapısının qarşısında avtomobili saxladığını, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən avtomobilə yaxınlaşıb avtomobilin qapısını açdığını, Davudun avtomobilin qapısını açıb qardaşı Söhraba Ayselin ona kobudluq etməsini söylədiyini, həmin vaxt Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs “nə istəyirsən mənim qızımdan” dediyini, həmin vaxt Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisələrinin baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona məxsus avtomobildə dayanıb təpiklə bir dəfə Zərərçəkmiş şəxs sinə nahiyəsinə vurduğunu, daha sonra qardaşı Təqsirləndirilən şəxs avtomobildən düşərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini, sonra onun Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralaşdırdığını və onların yenidən bir-biriləri ilə dalaşmasına imkan vermədiyini bildirdmişdir. Həmçinin, o, ifadəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş təhqiqatda şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs onun qayınatası olduğunu, Təqsirləndirilən şəxs isə onun atası olduğunu, 26.05.2021-ci il tarixdə təxminən saat 09:00 radələrində yaşadıqları evdə azyaşlı övladına dərslərini hazırlamadığı üçün iradını bildirdiyini, həmin vaxt qayınatası Zərərçəkmiş şəxs ona kobudluq edərək nalayiq ifadə işlətdiyini, buna görə də onların aralarında mübahisə baş verdiyini, bu səbəbdən də atası Söhrabın istifadəsində olan mobil telefona zəng edərək ona gəlib onu evinə aparmasını söylədiyini, bir neçə dəqiqə gözlədiyini, lakin atası Söhrabın gəlmədiyini, buna görə də, qayınatasının evindən çıxıb atası evinə getdiyini, üstündən bir neçə saat keçdikdən sonra, yəni 26.05.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində atası Söhrabın qayınatası Davudun evinə gəlib qayınatası Zərərçəkmiş şəxs onunla mübahisə etməsinin səbəbini soruşduğunu, həmin vaxt onların aralarında mübahisə və dava-dalaş baş verdiyini, dava-dalaş zamanı atası Söhrabın qayınatası Davudu döydüyünü, lakin dava-dalaş zamanı orada olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 27.05.2021-ci il tarixli, 302 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - burun yəhərinin əzilməsi, burun çəpərinin əyilməsi, sol burun dəliyindən nəfəsalma və nəfəsvermənin cüzi pozulması, burun uc nahiyəsinin sıyrığı, sol məmə nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 26.05.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-92/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-92/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver