Məhkəmə qərarları › İş №1(014)-92/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-92/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-92/2022 13.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Şikayət vermiş şəxs X6, barəsində şikayət verilmiş şəxs X7 iştirakı ilə X6 X5 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X13 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Mediasiya Şurasının üzvüdür və hazırda Ağdaş rayonunda fərdi qaydada vəkillik və mediasiya fəaliyyəti ilə məşğul olur. 13 aprel 2022-ci ildə X1 Şurasına müraciət edərək əri X12 ilə nikahın pozulması ilə əlaqədar aralarında yaranmış mübahisə üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediator təyin edilməsini xahiş etmişdir. 14 aprel 2022-ci il tarixdə Mediasiya Şurası tərəfindən bu işlə bağlı mediator təyin olunmuş və həmin iş icraatına yönəldilib. Mediasiya haqqında Qanununa əsasən həmin tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi üçün işi icraatına qəbul edərək hazırlıq mərhələsinə başlamışdır. 20 aprel 2022-ci il tarixdə mediasiyaya dəvət məktubu hazırlayaraq 21 aprel 2021-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərmişdir. Növbəti gün isə şəhərin poçtalyonu ofisinə gələrək dəvət məktubunda X4 yaşadığı ünvan kimi göstərilən M.İsayev küçəsi, ev 11 ünvanının mövcud olmadığını bildirmişdir. Belə olduqda həmin şəxsin Mediasiya Şurasına ünvanladığı müraciət məktubunda qeyd etdiyi mobil telefon nömrəsinə zəng edərək onunla əlaqə yaratmış və müraciətində ünvanın düzgün göstərilmədiyini bildirmişdir.Tərəf ona təxminən saat 15:00 radələrində xəstəxanada olan işini bitirərək gəlib özü şəxsən həmin dəvət məktubunu götürəcəyini bildirib və gəlib məktubu götürmüşdür. Həmin vaxt ilkin mediasiya sessiyasının vaxtını razılaşdırmışlar. Qeyd edilən vaxt həmin tərəflə birgə ünvan 1 ünvanında yaşayan X14 da onun ofisinə gəlmişdir. O, tərəfə məktubu verdikdən sonra onlar çıxıb getmişlər. 23 aprel 2022-ci ildə, səhər saatlarında Təbriz Dəmirov ofisinə gələrək ona 100 manat pul vermək istəmiş və pulu təqdim edən zaman Fatimə xanımın Mediasiya haqqı kimi göndərdiyini bildirmişdir. O, pulu qəbul etməmiş və Təbrizə bu iş üzrə tərəf və ya tərəfin nümayəndəsi olmadığı üçün pulu qəbul etməyəcəyimi bildirmiş və pulu qəbul etməmişdir. Hətta demişdir ki, Mediasiyaya dair xərc 100 manat deyil, 50 manatdır. Həmin pul Azərbaycan X2 hesab nömrəsinə ödənilməlidir. Təbriz Dəmirov bildirmişdir ki, Fatimə Şıxaliyeva həmin pulun 50 manatını ona minnətdarlıq əlaməti kimi göndərib. O, isə razılaşmamışdır. Bu zaman isə Təbriz demişdir ki, lap gözəl həmin 50 manat pul özümə qalar. Bundan sonra o Fatimə xanıma zəng edərək Təbrizin onun adından ona pul təklif etdiyini və pulu qəbul etmədiyini bildirmiş və mediasiyaya dair xərcin Bankda olan hesab nömrəmə keçirilməsini bir daha xatırlatmışdır. 11 may 2022-ci ildə, təxminən saat 13:00 radələrində bu iş üzrə ikinci tərəf olan X12 ona zəng edərək 12 may 2022-ci il tarixdə, saat 12:00-da iş qrafiki ilə bağlı həmin tarixdə ilkin mediasiya sessiyasında iştirak edə bilməyəcəyini, lakin şəxsən iştirak etmək istədiyini bildirərək İMSin başqa tarixə keçirilməsini xahiş etmişdir. Belə olduqda o Fatimə Şıxaliyevaya zəng etmiş və ikinci tərəfin xahişini ona çatdıraraq İMS-in keçirilməsinin 19 may 2022-ci il tarixdə münasib olub-olmayacağını müzakirə edərək, iclası hər iki tərəfin razılaşdığı ilə qeyd olunan tarixə təyin etmişdir. 12 may 2022-ci il tarixdə, saat 13:15-də Təbriz Dəmirov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ona zəng edərək həmin gün İMSnın nə səbəbdən başqa günə keçirilməsi barədə məlumat verməyini və məhz özünün dediyi tarixdə, yəni həmin gün, 12 may 2022-ci il tarixdə keçirilməsini tələb etmişdir. Mediasiya prosesi üzrə tərəf olmadığından işlə bağlı ona heç bir məlumat verməli olmadığını ona bildirdikdə Təbriz Dəmirov bərk qəzəblənmiş və qışqırmağa başlayaraq onun ünvanına nalayiq sözlər işlədərək onu təhqir etmişdir. Həmçinin ona rüşvətxor deyərək üstünə böhtan atmış və bunu etməyəcəyi, yəni həmin gün, 12 may 2022-ci il tarixdə X3 müraciəti əsasında İMS-sı keçirmədiyi təqdirdə barəsində Respublika Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcəyini bildirmişdir. Həmin gün, bir neçə müddət sonra ona kənar şəxslərdən məlumat gəldi ki, Təbriz Əhmədov öz vatsap statusunda və kütləvi informasiya vasitəsi olan “Cinayət və Olay” internet resursunda onun guya ki, rüşvətxor olmağı və rüşvət alarkən tutulmağı barədə məlumat yayıb. Bununla kifayətlənməyərək həmin gün o, ardıcıl olaraq onun 050 860 88 61 vatsap nömrəsinə ünvanına böhtan və təhqir xarakterli yazılar yazmış və səs yazısı atmışdır. Qeyd edilən şəxsin bir mediator kimi onun işinə qeyri qanuni olaraq müdaxilə etdiyindən həmin günə təyin olunmuş iş qrafiki pozulmuş və o ciddi stress keçirərək normal fəaliyyət göstərə bilməmişdir. Bu səbəbdən o, 12 may 2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və müraciəti ilə bağlı Ağdaş rayon polis şöbəsi tərəfindən araşdırma aparılaraq Təbriz Dəmirovun hərəkətləri mediatorun fəaliyyətinə müdaxilə kimi qiymətləndirirlərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 602-2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinə 09 iyun 2022-ci il tarixli 3(014)-260/2022 nömrəli qərarı ilə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602-2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində cərimə təyin edilmişdir. Bundan əlavə, bu ilin may ayında X14 ərizə ilə Ağdaş rayon prokurorluğuna müraciət edərək onu ağır cinayət törətməkdə, yəni vəzifəli şəxs kimi rüşvət almaqda təqsirləndirərək cinayət məsuliyyətinə cəlb edilməsini tələb etmişdir. Ağdaş rayon prokurorluğunun 06 iyul 2022-ci il tarixli qərarı ilə Təbriz Dəmirovun onun Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizəsi Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci madəsinə əsasən (cinayət hadisəsi olmadıqda) rədd edilmişdir. Qeyd edilənlərə əsasən, xx.xx.1976-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanda qeydiyyatda olaraq yaşayan X14 onda təsirləndirilir ki, xx.xx.1961-ci il tarixdə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu Qarağan-Şıxlar kəndində qeydiyyatda olaraq yaşayan X6 barəsində şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan həqiqətə uyğun olmayan, yalan, böhtan xarakterli məlumatlar yayması, ağır cinayət törətməkdə ittiham etməklə böhtan atması və təhqir, yəni kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 (böhtan) və 148-ci maddəsi ilə (təhqir) nəzərdə tutulmuş şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə yönəlmiş olan cinayət əməllərini törətmişdir. Buna görə də xahiş edir ki, hazırki şikayəti məhkəmə icraatına qəbul edilərək X14 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsulliyyətinə cəlb edilsin. Hazırki iş üzrə o, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınsın. X14 hazırki iş üzrə mülki cavabdeh qismində tanınaraq ondan xeyrinə mənəvi zərərin ödənilməsi kimi 10.000 manat pul tutulsun. Şikayət vermiş şəxs X13 məhkəmə hazırlıq iclasında şikayət ərizəsində göstərilənləri təsdiq etdi, lakin barışıq üçün onun tərəfindən irəli sürülmüş şərtlərə əməl etdiyi, yəni «Cinayət və Olay» internet saytında və «\/\/hatsApp» internet resursunda yaydığı məlumatların həqiqətə uyğun olmadığını məhkəmə hazırlıq iclasında etiraf edərək qeyd olunan KİV-də də bu barədə dərclər edib məndən şərəf və ləyaqətimi alçaltdığına görə üzr istədiyindən hazırda X14 ilə barışdığını və xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini bildirdi. Barəsində şikayət verilmiş şəxs X14 məhkəmə hazırlıq iclasında şikayət vermiş şəxs X13 tərəfindən barışıq üçün irəli sürülmüş şərtləri yerinə yetirdiyini, onunla barışıq əldə etdiyini bildirdi və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayət vermiş şəxs şikayət vermiş şəxs X10, barəsində şikayət verilmiş şəxs X11 dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət vermiş şəxs şikayətindən imtina etdiyi və təqsirləndirilən şəxslə barışdığı üçün Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinin tələbinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzürlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 299-300,302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar