Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-93/2020 10.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi 36 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi 36 nömrəli evin həyətində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs bıçaqla qəsdən vuraraq sonuncuya sol bud çanaq oynağının bayır səthinin, sol bel oma nahiyəsinin yaraları ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadəsində Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olduğunu, boşansalar da bir həyətdə ayrı-ayrı evlərdə yaşadıqlarını, xx xxxx 2020-ci il tarixdə, saat 05:00 radələrində Şahid5 Yenicə kəndində yerləşən kələm sahəsinə işləməyə getdiyini, saat 10:00 radələrində evə gəlib yemək yeyib sahəyə qayıtdığını, həmin gün saat 19:30 radələrində Şahid5 onu Ağdaş rayonu, Ləki dördyolu deyilən yerdən Yevlax şəhərinə yola saldığını, bacılarının Yevlax şəhərinə yaşadıqlarını, balaca bacısıgilə qonaq getdiyini, daha sonra evə gəlmədiyini, iki gün orada olduğunu, daha sonra İranənin bıçaqla onu vurub xəsarət yetirməsi barədə şikayət etdiyini bildiyini, lakin İranəni vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, onun dediklərinin yalan olduğunu, İranənin oğlu Ayaza təzyiq etdiyi üçün Ayazın onun əleyhinə ifadə verdiyini göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində tənqidi yanaşır, hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək, məsuliyyətdən qaçmaq məqsədi daşıyır, onun ifadəsi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyli və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olduğunu, Araz ilə 2006-cı il tarixdə ailə həyatı qurduğunu, birgə nigahlarından bir qız, bir oğlan övladlarının olduğunu, ailə qurduqdan sonra Arazın spirtli içki qəbul etməyə başladığını, buna görə də Arazla aralarında mübahisə yaranmağa başladığını, həmin mübahisələrə görə Arazla aralarında olan razılığa əsasən yaşadıqları evin həyətində özü üçün ayrıca 2 otaqlı yaşayış evi tikdirdiyini və Arazla ayrı yaşamağa başladığını, lakin Arazla ayrı yaşamaqlarına baxmayaraq yenə də aralarında mübahisələr baş verirdiyini, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində övladları ilə birlikdə yaşadığı evdə olduğunu, bu vaxt Arazın həyətdən nalayiq ifadələr işlədərək onu çağırmasını eşitdiyini, həmin vaxt çölə çıxaraq Arazdan nə istəməsini soruşduğunu, həmin vaxt yaşadığı evin pilləkənində dəyandığını, oğlunun yanında olduğunu, Arazın onun üzərinə gəlmək istədiyini, Arazın ona yaxınlaşmaması üçün pilləkənin kənarında olan vedrəni və döşəmə silmək üçün istifadə olunan ağacı ona tərəf atdığını, lakin atdığı əşyaların heç birinin ona dəymədiyini, daha sonra yaşadığı evə girdiyini və qapını bağladığını, aradan təxminən 2-3 dəqiqə sonra Arazın yaşadığı evin elektrik sayğacından işığını söndürdüyünü, pəncərədən Arazın öz yaşadığı evə getdiyini gördüyünü, daha sonra həyətə düşüb elektrik sayğacından işığı yandırdığını, bundan sonra yaşadığı evə gedərkən evin pilləkənin qarşısında Arazla qarşılaşdığını, bu vaxt Arazın yenidən ona qarşı nalayiq ifadələr işlətdiyini və əlində olan bıçaqla sol qarın nahiyyəsindən bir dəfə vurduğunu, eyni zamanda onun əlindəki bıçağın bel nahiyyəsini cızdığını, həmin vaxt oğlu Ayazın onun yanında olduğunu, Ayazın Arazın onu bıçaqla vurmasını gördüyünü, həmçinin Arazın həmin vaxt sərxoş olduğunu, Arazın onu vurduqdan sonra oğlu Ayazın qışqırmağa başladığını, Arazın evinin həyət qapısını bağlayıb qaçıb getdiyini, təcili tibbi yardıma zəng etdiyini, həmçinin sahə rəisi Şahid6 zəng edərək Arazın bıçaqla onu vurub xəsarət yetirməsini bildirdiyini, təcili tibbi yardım avtomobili gəldikdən sonra oğlu və qızını qonşuluqda yaşayan Turanənin evinə göndərdiyini, özünün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getdiyini, xəstəxanada ona yardım edildikdən sonra öz evinə qayıtdığını, Arazın onu vurub xəsarət yetirdiyini bıçağı görmədiyini, hadisənin təxminən 2-3 dəqiqə baş verdiyini, hadisə zamanı əynində ağ rəngli köynək olduğunu göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşuları olduğunu, Araz və İranənin boşansalar da bir həyətdə ayrı-ayrı evlərdə yaşadıqlarını, dəfələrlə onların arasında münaqişə olduğunu, münaqişəyə səbəb Arazın daima spirtli içki qəbul edib evdə söz-söhbət salmasının olduğunu, dəfələrlə onların səs-küyünə evlərinə getdiyini, sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə, saat təxminən 23:00 radələrində İranənin uşaqlarının ağlaya-ağlaya onlara gəldidiyini, uşaqların atasının anasını bıçaqladığını bildirdiklərini, anasını xəstəxanaya apardıqlarını, sonradan İranənin özünün Arazın bıçaqla onu vurmasını dediyini, hadisə zamanı orada kimlərin olmasını bilmədiyini göstərdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Ağdaş rayonu, Yenicə kəndində kələm əkdiyini, Arazın orada günəmuzd fəhlə işlədiyini, onun hər günü üçün pulunu verdiyini, Arazın arvadına bıçaqla xəsarət yetirməsini sonradan bildiyini, xx xxxx 2020-ci il tarixdə və başqa vaxtlarda Arazı Yevlax şəhərinə yola salmadığını, Arazın ona istintaqa çağrılan zaman onu Yevlax şəhərinə yola salmasını barədə ifadə verməsini xahiş etdiyini, Araza yalan ifadə verməyəcini dediyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində X3 onun doğma qardaşı olduğunu, Arazın İranə ilə ailə qurduğunu, birgə nikahdan iki övladlarının olduğunu, yola getmədikləri üçün boşandıqlarını, ancaq bir həyətdə ayrı-ayrı evlərdə yaşadıqlarını, boşandıqdan sonra İranənin onların ata həyətlərində ev tikdirdiyini, onların arasında tez-tez münaqişə olduğunu, münaqişənin baş vermə səbəbi Arazın İranənin həyətindən çıxmasını istəməsinin olduğunu, həmçinin İranənin tez-tez Arazdan əsassız polisə şikayət etməsini olduğunu, Arazın bıçaqla İranəni vurmadığını, Arazın xx xxxx 2020-ci il tarixdə axşam rədələrində onun və bacısı Kəmalənin evinə gəldiyini göstərdi. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində X3 onun doğma qardaşı olduğunu, Arazın İranə ilə ailə qurduğunu, birgə nikahdan iki övladlarının olduğunu, yola getmədikləri üçün boşandıqlarını, ancaq bir həyətdə ayrı-ayrı evlərdə yaşadıqlarını, boşandıqdan sonra İranənin onların ata həyətlərində ev tikdirdiyini, onların arasında daimi olaraq münaqişə olduğunu, Arazın ona bıçaqla İranəni vurmadığını bildirdiyini, Arazın onun və bacısı Sahilənin evinə gəldiyini, ancaq hansı tarixdə gəlməsini xatırlamadığını, günorta radələrində gəldiyini göstərdi. İş üzrə Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Ləki qəsəbəsinin sahə müvəkkili vəzifəsində işlədiyini, Araz və İranəni münaqişəli ailə olduqları üçün tanıdığını, Arazın tez-tez içkili vəziyyətdə söz-söhbət yaratdığını, dəfələrlə İranənin Arazdan şikayət etdiyini, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində İranənin ona zəng edərək Arazın bıçaqla onu vurmasını dediyini, İranəyə xəstəxanaya müraciət etməsini dediyini, sonra isə polis şöbəsinə zəng edərək hadisə barədə məlumat verdiyini göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs bacıları, iş üzrə şahidlər X1 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, əvvəla onların ifadələri obyektiv deyildir, qardaşlarını müdafiə etmək məqsədini daşıyır, ikincisi də onlar hadisə baş verən tarixdə və saatda, yəni xx xxxx 2020-ci il tarixdə,saat 22:00 radələrində Təqsirləndirilən şəxs onların evində olmasını təsdiq etmədilər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 366 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol bud çanaq oynağının bayır səthinin, sol bel oma nahiyəsinin yaraları, deşici-kəsici alə təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş üzrə keçirilmiş kompleks məhkəmə-tibbi-bioloci və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 546/2020 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:O(H)İ, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs əynində olmuş koftanın üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız H antigeni alındı. Göstərilən qan ləkələri O(H)/İ/ qruplu şəxsə, o cümlədən X2 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarım hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdır, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsindən vaxtdından əvvəl şərti olaraq azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 11:00 radələrində yaşadıqları evə gedərək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş, 667 manat pulunu götürüb getmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinin tələbinə görə residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməsə də, keçmiş arvadı Zərərçəkmiş şəxs qarşı xx xxxx 2020-ci il tarixdə bıçaqla cinayət törətdiyini, bundan az müddət keçmiş, yəni xx xxxxxx 2020-ci il tarixdə bıçaqla yenidən xəsarət yetirərək inzibati xəta törətdiyini və buna görə 01 ay müddətinə inzibati qayda həbs olunduğunu, məhkəmədən qaçıb gizləndiyi üçün hazırki iş üzrə barəsində axtarış elan edildiyini nəzərə alaraq məhkəmə onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli barəsində təyin edilmiş həbs növündə inzibati tənbehin müddətinin başa çatdığı tarixdən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı, hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqayerəgetməməkhaqqındailtizam qətimkan tədbiriləğvedilsin, həbs qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-93/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-93/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver