Məhkəmə qərarları › İş №1(014)-93/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-93/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-93/2023 08.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq nəm vəziyyətdə təmiz çəkisi 1,237 qram, quru vəziyyətdə isə təmiz çəkisi 1,101 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Vaqif küçəsində saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 22:16-dan 22:28-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol ön cibindən 1 ədəd sellofan bükümdə nəm vəziyyətdə təmiz çəkisi 1,237 qram, quru vəziyyətdə isə təmiz çəkisi 1,101 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, hazırda hərdən bir narkotik vasitə olan heroindən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vaqif küçəsində yolla gedərkən yerdə kağız büküm gördüyünü, həmin kağız bükümün onun diqqətini cəlb etdiyini, kağız bükümü götürdüyünü, kağız bükümü açanda içərisindəki maddənin narkotik vasitə olan “kokos” olduğunu gördüyünü, istifadə etdiyi üçün həmin narkotik vasitəni tanıdığını və götürüb istifadə etmək məqsədi ilə üzərində saxladığnı, həmin gün təxminən saat 21:30 radələrində yaşadığı küçədə, yəni C.Məmmədquluzadə küçəsində olarkən polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, onun üzərində narkotik vasitə saxlaması barədə özlərində məlumat olduğunu bildirdikərini və onu polis şöbəsinə dəvət etdiklərini, özü də onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində ona vəkil təyin olunduğunu və şübhəli şəxs kimi tutulduğunu, sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərində saxladığı 1 ədəd kağız büküm, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 manatlıq əsginas aşkar olunduğunu, aşkar edilmiş kağız büküm açıldıqda içərisində olan narkotik vasitə “kokos” aşkar olunduğunu, həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni Ağdaş şəhəri, Vaqif küçəsindən yerdən tapdığını bildirdiyini, sonra həmin bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,6 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların zərfə imza etdiklərini, sonra onun üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu, 1 manatlıq əsginas və 1 ədəd alışqanın onun özünə qaytarıldığını, şəxsi axtarış videokamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə küçədən Ağdaş şəhəri, M.P.Vaqif küçəsindən, şəhər stadionun qarşısından yerdən tapdığını, heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, xx.xx.2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi ilə bağlı protokolla tanış olduğunu, protokolda qeyd edilən ********* və ********* saylı mobil nömrələrin ona məxsus olmasını və şəxsi istifadəsində olmasını, həmin diskdəki mesajları özünün yazdığını, lakin hansı səbəbdən yazdığını xatırlamadığını bildirmişdir. Narkotik istifadə etdiyi üçün əməlindən peşmandır. Himayəsində 2 azyaşlı övladının olmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Ağdaş rayon Polis şöbəsinin X12 Bölməsinin polis nəfəri Şahid2la birlikdə Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsində olan zaman Fəxrəddinin yaşadığı evin qarşısında olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Fəxrəddini rayon Polis şöbəsinə dəvət etdiklərini, Fəxrəddinin də onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon Polis şöbəsində Fəxrəddinə dövlət hesabına müdafiəçi təyin edildiyini və onun şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə rayon Polis şöbəsinin növbətçi hissəsində Fəxrəddinin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Fəxrəddini əynində olan qara rəngli şalvarın sol cibindən 1 ədəd kağız büküm, 1 ədəd siqaret qutusu, 1 ədəd 1 manatlıq pul əsginası və 1 ədəd alışqan aşkar olunduğunu, aşkar edilmiş 1 ədəd siqaret qutusu açılan zaman içərisindən siqaret dənələri aşkar edildiyini, daha sonra aşkar edilmiş kağız büküm açıldıqda içərisindən qəhvəyi rəngli nəm halda olan narkotik vasitəyə bənzər maddə aşkar olunduğunu, Fəxrəddin həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni Ağdaş şəhəri Vaqif küçəsindən yerdən tapdığını bildirdiyini, sonra həmin bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1,6 qram olduğunu, daha sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığını, sonra Fəxərdinin üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu, 1 manatlıq əsginas və 1 ədəd alışqanın onun özünə qaytarıldığını, şəxsi axtarışın videokamera vasitəsilə videoqeydə alındığını və daha sonra protokol tərtib olunduğunu və bütün iştirakçılar tərəfindən protokolun imzalandığını, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə küçədən Ağdaş şəhəri, M.P.Vaqif küçəsindən, şəhər stadionun qarşısından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələr satması barədə məlumatlar daxil olduğunu, Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində əvvəllər narkotik vasitə “nəşə” adlandırılan qurudulmuş marixiuanadan istifadə etdiyini, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, əvvəllər özü də narkotik vasitə istifadəçisi olduğu üçün Fəxrəddinlə birlikdə narkotik vasitə istifadə etdiyini, Fəxrəddindən pul müqabilində narkotik vasitə almadığını, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ilkin ifadəsi ilə ziddiyyətli ifadə verdiyi üçün şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ibtidai istintaq zamanı ifadəsində əvvəllər narkotik vasitə “nəşə” adlandırılan qurudulmuş marixiuanadan istifadə etdiyini, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, dost-tanışlarından onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndiyini, bu səbəblə Fəxrəddindən bir neçə dəfə 2022-ci ilin axırlarında yadında qalmayan ayrı-ayrı vaxtlarda əlaqə saxlayıb, ondan hər dəfə 10 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə Fəxrəddinin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq görüşdüyünü, narkotik vasitə aldığını, Fəxrəddinin digər növ narkotik vasitə satışı ilə də məşğul olduğunu, “patı” yəni metamfetamin, “kokos” yəni heroin də satdığını, Fəxrəddinin ona lazım olarsa sata biləcəyini, hal-hazırda narkotik vasitədən istifadə etmədiyini, Fəxrəddinlə əlaqə saxladıqdan sonra Ağdaş şəhəri ərazisində onun dediyi yerlərdə aldığını, Fəxrəddinin ilkin olaraq pulu aldığını, daha sonra narkotik vasitəni ona verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində əvvəllər narkotik vasitə “kokos” adlandırılan heroindən istifadə etdiyini, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, dost-tanışlarından onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndiyini, bu səbəblə Fəxrəddindən bir neçə dəfə 2023-cü ilin əvvəllərində yadında qalmayan ayrı-ayrı vaxtlarda əlaqə saxlayıb, ondan hər dəfə 25 manat müqabilində narkotik vasitə heroin aldığını, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə Fəxrəddinin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq görüşdüyünü, narkotik vasitə aldığını, Fəxrəddinin digər növ narkotik vasitə satışı ilə də məşğul olduğunu, “patı” yəni metamfetamin də satdığını, Fəxrəddinin ona da lazım olarsa sata biləcəyini, halhazırda narkotik vasitədən istifadə etmədiyini, Fəxrəddinlə əlaqə saxladıqdan sonra onun yaşadığı evin qarşısına getdiyini, orada Fəxrəddinin həyət qapısının qarşısına çıxaraq ilkin olaraq pulu aldığını, daha sonra narkotik vasitəni ona verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində narkotik vasitədən istifadə etmədiyini, Təqsirləndirilən şəxs qohumu olduğunu, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitmədiyini, Fəxrəddinlə arasında heç bir düşmənçiliyin olmadığını, “Chevrolet Cruze” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili etibarnamə əsasında idarə etdiyini, xx.xx.2023-cü il tarixdə Fəxrəddinin ona zəng edib “Al” marketə gedib-gəlmələrini xahiş etdiyini, Fəxrəddini yaşadığı evin qarşısından götürdüyünü, həmin marketə getdiklərini, bayırda Fəxrəddini gözlədiyini, Fəxrəddin marketdən bazarlıq etdikdən sonra onu öz evinə geri gətirib düşürdüyünü, bir neçə dəqiqə sonra Fəxrəddinin ona mesaj yazaraq idarə etdiyi avtomobilin gözlüyünə nəsə qoyduğunu, onu götürüb saxlamağını, sabah ondan təhvil alacağını söylədiyini, Fəxrəddinin təsvir etdiyi yerə baxan zaman orada həqiqətən də sellofanın olduğunu gördüyünü, sellofanı açıb baxmadığını, sonradan Fəxrəddinlə görüşüb həmin sellofanı ona verdiyini bildirdi. Məhkəmə istintaqı zamanı ilkin ifadəsi ilə ziddiyyətli ifadə verdiyi üçün şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitədən istifadə etmədiyini, Təqsirləndirilən şəxs qohumu olduğunu, onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu eşitdiyini, Fəxrəddinlə arasında heç bir düşmənçiliyin olmadığını, “Chevrolet Cruze” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili etibarnamə əsasında idarə etdiyini, xx.xx.2023-cü il tarixdə Fəxrəddinin ona zəng edib “Al” marketə gedibgəlmələrini xahiş etdiyini, Fəxrəddini yaşadığı evin qarşısından götürdüyünü, həmin marketə getdiklərini, bayırda Fəxrəddini gözlədiyini, Fəxrəddin marketdən bazarlıq etdikdən sonra onu öz evinə geri gətirib düşürdüyünü, bir neçə dəqiqə sonra Fəxrəddinin ona mesaj yazaraq idarə etdiyi avtomobilin gözlüyünə nəsə qoyduğunu, onu götürüb saxlamağını, sabah ondan təhvil alacağını söylədiyini, Fəxrəddinin təsvir etdiyi yerə baxan zaman Fəxrəddinin unutduğunun heroin olduğunu, daha sonra ona zəng edib irad bildirib əsəbləşdiyini, daha sonra qorxduğu üçün avtomobilin pəncərəsini açaraq heroini çölə atdığını, məhz bu məsələyə görə Fəxrəddinlə arasının dəydiyini, əvvəllərdə bir neçə dəfə ona narkotik vasitələrin satışı ilə məşğul olması barədə irad tutduğunu bildirdi. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Qəhrəman oğlu ifadəsində əvvəllər narkotik vasitə “kokos” adlandırılan heroindən və “patı” adlandırılan metamfetamindən istifadə etdiyini, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını, dost-tanışlarından onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndiyini, bu səbəblə Fəxrəddindən bir neçə dəfə 2022-ci ilin sonlarında yadında qalmayan ayrı-ayrı vaxtlarda əlaqə saxlayıb, ondan hər dəfə 30 manat müqabilində narkotik vasitə heroin aldığını, özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə Fəxrəddinin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayaraq görüşdüyünü, narkotik vasitə aldığını, hətta sonuncu dəfə 30 manat pul versə də Fəxrəddinin ona narkotik vasitə vermədiyini, nə də ki, pulu qaytarmadığını, 4 ay əvvəl stasionar müalicə alaraq sağaldığını, Fəxrəddindən narkotik vasitəni Ağdaş şəhəri ərazisində aldığını bildirdi. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə Fəxrəddinin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində saxladığı 1 ədəd kağız büküm, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 manatlıq əsginas aşkar olunmuş, aşkar edilmiş kağız büküm açıldıqda içərisində olan narkotik vasitə “kokos” aşkar olunmuş, həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni Ağdaş şəhəri, Vaqif küçəsindən yerdən tapdığını bildirmiş, sonra həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1,6 qram olmuş, sonra həmin kağız büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, özü və digər iştirakçılar zərfə imza etmişlər, sonra onun üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu, 1 manatlıq əsginas və 1 ədəd alışqan onun özünə qaytarılmış, sonra da protokol tərtib olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən bir ədəd diskə baxış keçirilməsi haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə ümumilikdə 9 ədəd fayl mövcuddur ki, “2022”, “2023”, “506135346-SMS”, “507646235-SMS”, “**********-SMS”, “506135346”, “507646235”, “**********”,və “abunecilər”-dir. Həmin siyahılara baxış keçirilən zaman aşağıdakılar aşkar olundu; “506135346-SMS”-adlı fayla baxış zamanı; “xx/xx/2023,22:06:22,**********46,**********46,Qaqa yiga bilirsen meni bir iw var onu diyeceydim tebidi xx/xx/2023,20:05:14,**********46,**********64,Qaqa salam nagarsan kef hal varınsa me on dan irmiden gönder Faxı xx/xx/2023,16:27:15,**********46,**********20,Tebi me de etdin duzeldi işin o qederde Axşam pay vermişdim se net xx/xx/2023,00:52:13,**********46,**********00,Dadaş bu ne hörmetsizlikdi pul tapamadım deye telefonumu acmırsız A xx/xx/2023,11:27:33,**********46,**********18,rdaşın dadasa ver uca oxusun Hayıf iki tusduye göre ne boyda unsuye xx/xx/2023,18:09:25,**********46,**********90,Qaqa pulun on manat karta vur on manat menim kartima bexdimizi sinayaq belke axsama qramlasdiq xx/xx/2023,11:48:46,**********46,**********90,Hamsını cek qutar ge. Birden Fa bir iki tusdu vurar 40 deyqedi qapı xx/xx/2023,11:49:02,**********46,**********90,da. Gözledirsen xx/xx/2023,11:48:42,**********46,**********46,Qaqa yumurta elden cixmasinda xx/xx/2023,15:36:43,**********46,**********9,Salisof mazi 10fayizdi “507646235-SMS”-adlı fayla baxış zamanı xx/xx/2022,18:23:14,**********35,**********00,Qaqa mene bir kilo asatirinden neceye elemek olar bir sÖz deda xx/xx/2022,18:40:06,**********00,**********35,Qaqa sene xetir 40manatnan temiz asatrin eliyerik xx/xx/2022,18:43:57,**********35,**********00,Can qaqami yeyim al on beşe suyun qiraqindan qoy qaqaya qirxa seni xx/xx/2022,18:43:57,**********35,**********00,decel otuz manatim var men üye bilmeyecem asatirin etinden kesme xx/xx/2022,23:28:57,**********35,**********00,Salam men ureyim nece varsan Belke Yaddan cixmis evde RAYONUMUZ qala xirda xurus da olsa olar xx/xx/2022,20:09:29,**********35,**********14,Osduraq asmirsan sikime kimi xaxin pulu verilmelidi men sikime deyil yarsi senlikdi yarsi menlik seninde haram xosun olsun se etdiklerim ele mubariz düz xx/xx/2022,19:01:29,**********00,**********35,əlaqə saxlada mənimlə vəzyət pisləşir xx/xx/2022,02:27:19,**********00,**********35,na görə ləng oldu işimiz izvinida qaqam ))çıx götür amanatı vaxtınd xx/xx/2022,13:24:58,**********35,**********02,Qehbe gede pcaqi get soxum sen pulada get sikdir seni adam yerine qoymuram peysersen pcaqi bu gün catdir gelib evde götu sikecem Cox peyser usaqsanmis xx/xx/2022,13:09:29,**********01,**********35,Yoldayam yanimda adam var 20lik xx/xx/2022,19:04:46,**********87,**********35,yaman az oldu bu qaqa xx/xx/2022,17:05:34,**********81,**********35,Dayi bir dene qurban olum goruwek uwuyuren eve getmeliyem bawim zadim acixdi nolar xx/xx/2022,18:43:59,**********35,**********22,Salam eli qaqa qa men orani sökecem işiq pilenkenin araliqini perde xx/xx/2022,18:43:59,**********35,**********22,ye deymiyim beş yüz verirsen ALLAHA AND olsun tek işıqla perdeye mi xx/xx/2022,18:44:11,**********35,**********22,nbeş tuz vermişem hayıfdı sökmeyim işıgı onsuzda lazimdi xx/xx/2022,18:54:17,**********35,**********80,Sagol seni adamın eline ucuz dusende teli acmıllarda veziyet pisdi köm xx/xx/2022,20:55:46,**********35,**********57,Salam mi qaqaya bır ik cet ver veziyet pisdi yeviden gelirsen bilirem xx/xx/2022,11:45:42,**********28,**********35,Dyadya dunenki daş eridi getdi suya dusub gelim birdene imkan varsa xx/xx/2022,11:45:42,**********28,**********35, 30 lug gotum yadaki çetden zaddan əsirəm şehere edirem açda zəngkm xx/xx/2022,20:07:44,**********19,**********35,Qaqa ad ola bir allaha 280 mat borcum var kanala qaqa zornan razi salmisam kanalim kesilecek yaxsa sene qurbandi qaqa ona gore menen incim3 de qaqa xx/xx/2022,20:16:09,**********35,**********19,Yada men cindir narkaman deyildim sÖz sÖz idi neyleyek Seher cekerik xx/xx/2022,21:00:22,**********35,**********48,Qa savax saat ucekımı kimnense bidene bol piyat göturmek olar xx/xx/2022,22:57:07,**********87,**********35,qaqa salam axwamin xeyir nese var ? xx/xx/2022,21:33:01,**********21,**********35, Dayi zaryatkam yoxiydi barizin dewiyne qoydum balaca qapidan girende sol terefde pedal rezinin icinde. usde az iydi idare ele heleki. xx/xx/2022,14:58:38,**********35,**********62,bomu budu sen kisiliyin meni Agrida qoyub teli xoda qoyursan kisi ol mikayil yox xx/xx/2022,22:28:07,**********35,**********89,marif men iranlı miranlı sikmirem men pulu se vermişem ki marif yer xx/xx/2022,17:53:26,**********35,**********46,qaqa savaga kimi qaqaya dunenkinden bidenede edek savax ikili birli pulunu verim veziyet kötudu xx/xx/2022,17:40:04,**********35,**********46,qaqa salam qa men seher kredit göturecem sen savax getcen mene bide xx/xx/2022,17:40:05,**********35,**********46,nede nol bes ederdin savax hemi ucunun pulunu verim sede kömeklik e xx/xx/2022,17:40:06,**********35,**********46,derdim hemde menede götur evdeyem veziyet cox pisdi qrafatdan qalxa xx/xx/2022,17:40:06,**********35,**********46, bilmirem yox deme seher yuz fayız sen durana hazır olacaq xx/xx/2022,22:37:18,**********35,**********46,qa yeke oglansan bele gelirdinse deyerdin zeheri Özum gddib alardim se Agri kesici dedim icine pox olsun cigim buda zariyir sen qoza almirsan telide acmi xx/xx/2022,15:13:30,**********35,**********87,tebi qaqa senöl qardaş canı siqaret almaqa pulum yoxdu neyin var ver xx/xx/2022,21:23:34,**********00,**********35, hal hazırda sabah üçün görüm sənə necə köməklik eliyə bilirəm səbi xx/xx/2022,21:23:34,**********00,**********35, Qaqam sənnən əlaqə saxlıycam bir iki adamda varki olarnan danışıram xx/xx/2022,22:03:39,**********35,**********00, qaqa savaga duzelmese ele bil öldurmusen qebre qoyub usdumede torpaq tökmemisen menim umud yerim olsa sene desem göt olaram islemirem aylede söz söhbət o xx/xx/2022,23:16:09,**********21,**********35, Qaqa ayagimda qandalin vaxtidi ozumu eve biteri catdirdim nolar gele bilirsense sen gel yada seher nevaxt zeng etsen verim ustumdedi he nagaraq? xx/xx/2022,23:21:49,**********35,**********21,baxda o qandaldan qutardin menim qandalimdan qutaramayacaqsan sende bele getdin elbida senin borcundu neteriki almaqa gelirdin vermeyede getmeli idin coxdan xx/xx/2022,18:43:03,**********35,**********87, qaqa sende pul var men özzume yari göturecem sede götturum menim isim savaga qaldi bu gunluk budan göturub basimi qatim savax gelcek mene bakidedi xx/xx/2022,20:55:29,**********35,**********15,qaqa men seher buda olmayacam se lazımamsa bidene axırıncıdı gel apar xx/xx/2022,13:27:27,**********35,**********48, uk blok etdim Qurban olasan Arzu kisiye ona göre kecdim bu osduraq hereketi meni yandirmaq isleyirsen hayif se qoyduqum hörmete menim segizimi de gÖnder xx/xx/2022,18:58:53,**********64,**********35, Əmoglu bu poxu götürmek o qədər çetindir xx/xx/2022,18:31:33,**********35,**********00, qaqam gelim men aşaqıdan nese alınasıdısa alım getirim xx/xx/2022,19:10:15,**********35,**********62, men size bele osduraqlıq etmemişem faxı pulundan maya sal faxıya at xx/xx/2022,19:42:53,**********35,**********00,qa qapıdayam vermirsense de cıxaq gedek xx/xx/2022,21:57:33,**********35,**********00,qaqa bir he var bir yox men se bele etmemisem verirsen ver vermirse xx/xx/2022,00:29:13,**********81,**********35,Dayi qurban olum gelen kimi mene de gelimda cole cixeim ki indilerde zeng eliyersen oda elemedin kulekdi nolar gozumde narahatdi kuley vuru yawarir gelen kimi xx/xx/2022,22:27:49,**********00,**********35,Salam qaqam noolarki o yediyinnən mənədə biccə qırıxda olsun verəsə xx/xx/2022,22:27:49,**********00,**********35,n məndə vəziət yaman axmaqdı noolarki nooolar ay qaqam nooolar xx/xx/2022,22:27:49,**********00,**********35,Salam qaqam noolarki o yediyinnən mənədə biccə qırıxda olsun verəsə xx/xx/2022,22:36:05,**********35,**********00,senöl saat beşden beri Afcarkaya dönmuşem hamının elini eyaqını tutura xx/xx/2022,17:58:20,**********35,**********87, qaqa salam qa men saat altiya sÖz vermisem nolar segiz deyerdin mende segize söz vererdim bax bele yalanci cixiram xx/xx/2022,16:08:55,**********35,**********62,qaqa sen savax getcen men pul kesir qalir me borcu vere bilseydin mende on kulon pulunu duzelderdim veremmirsen canin sag olsun obiri reysde alarsan mede xx/xx/2022,10:59:30,**********30,**********35,X11 X15 Temizem, X17, X16 X13 Kesejem, Bele Saat 2 3 X14 Temiz, xx/xx/2022,21:27:06,**********30,**********35,He bildi gozel insan. İwin avand olsun bir azdan 30 dan 40 dan ne eliye bilsem vurajam mene diri verersanda ata yaxwi sene qurbin olum. xx/xx/2022,23:22:23,**********30,**********35,Qaqa qurban olum meni bowda qoyma ha qa herwey cehennem ozum qaliram yene ne nece deyirsense hele edek. Ne lazimdisa alindirmaq ucun edim. xx/xx/2022,23:57:08,**********30,**********35,Qaqa nagaraq neter edek? men nagarim? komey edirsen mene urekli elimdeki colpani kesim yonum? yoxsa gezsin hele baxa baxa qalmiwam kesim kesmiyim diyrem Qalaram xx/xx/2022,22:46:52,**********35,**********69,Salam emi qızı senden xeber cıxmadı kansanere zibilimi tökub tukan nol xx/xx/2022,01:31:23,**********35,**********13, Ay anasi duzgun özu desiyin bogqasi rayonumuzdan deyen olsa de verek onluq irmilik kömeklik et xx/xx/2022,17:38:52,**********46,**********35,imek alanmiram qusuram yuxudan durannan mamada deyriki noolub sene xx/xx/2022,12:21:51,**********35,**********24,de hecne yoxdu pul vurulmalıdı ki xx/xx/2022,13:44:46,**********24,**********35,Ata nolar zeng geldi mawin gelir dalimca eve dolem diyib cixmiwam axin ustune. **********80,Pevi qaqa salam Faxıdı sizi narahat eden qaqa bibiye işim duşun men xx/xx/2022,16:09:02,**********35,**********80,e iki yüz lazım idi qa evdesen gör duzelse onuda götür gelende xx/xx/2022,14:41:19,**********81,**********35, diye diye hemde bu isdiyeni saxlatmışam burda xx/xx/2022,22:55:40,**********35,**********14, Ataş sen bu gun mene onu verdin yadıma sala bilmirem xx/xx/2022,18:51:54,**********48,**********35,Qaqa mene yarım klo şor yolla boryadan. Xeber ele mene xx/xx/2022,22:19:03,**********35,**********03,gun qabag ucde qanım göturmedi seni duzeltdim indi de men ölurem xx/xx/2022,22:57:52,**********35,**********03,Yetim eger namusun qeyretin birezde olsa qalıbsa meni vezyetden cıx xx/xx/2022,22:58:03,**********35,**********03, ar dedemin goru hecne etmeyecem vere bilirsense 3 q ver şot olsa ca xx/xx/2022,18:19:33,**********14,**********35,1 dene aq xx/xx/2022,20:19:11,**********14,**********35,yeti dozemrem xx/xx/2022,19:56:35,**********00,**********35,Dayi qurban sene kartosqalarin ceksini düz eliyersizda lazimdi pulunu artiq vererem vallahi xx/xx/2022,20:11:51,**********00,**********35,Dayi 1q qaradan verersiz 0,5 agdan olarmi ele xx/xx/2022,18:00:19,**********00,**********35,Dayi qurban size colpalarin irisini verersizda cansiz olmasin xais edirem xx/xx/2022,18:01:28,**********35,**********00,Yaman becelerdi gel baş usde xx/xx/2022,14:41:40,**********85,**********35,Abi yarin pulu hazirdi uwaqlar isdiyir uwaqin birin vezyeti pisdi pisgundedi nolar catankimi xeber ele gelim kartin kodunda at pulu vurum xx/xx/2022,07:33:26,**********35,**********00,Eziyetle ekin ekmisem Ellerim qabar olub onu aparib satib kayfa vere bilmezsen burnundan irin qan olacaq seni gÖrduyum yerde uzden iraq ederem xx/xx/2022,22:55:50,**********46,**********35,Qaqam bid?n? asirmali is var asiraqda onu.B?yaqdan gÖzl?m?d?y?m m?n? bid?n? h? yox de . xx/xx/2022,18:02:12,**********14,**********35,Yetim 05aq kraska lazmdı xx/xx/2022,03:26:20,**********35,**********74,Atam. Almarkete duşende aynoyunu qoydum qabag qapın civine onu götu xx/xx/2022,03:26:20,**********35,**********74,r Seher iade göturerem senden xx/xx/2022,03:26:20,**********35,**********74,r Seher iade göturerem senden xx/xx/2022,03:26:20,**********35,**********74,Atam. Almarkete duşende aynoyunu qoydum qabag qapın civine onu götu xx/xx/2022,03:26:32,**********35,**********74,r Seher iade göturerem senden xx/xx/2022,21:47:15,**********14,**********35,Yeti seher 15 olcaq mene deysen... xx/xx/2022,08:23:09,**********14,**********35,Yetim 05 men yadan çxmasın xx/xx/2022,20:29:18,**********00,**********35,Dayi masindayam rahat dansanmiram qurban size özünüz bilirsizda pulu hansi risqle elde edirem xais edirem bir qardas kimi nolar ceki düz xx/xx/2022,12:08:56,**********35,**********48,Qa men bugün aynoyunumu ver isleyen var verib nagda pulumu Alacam bele me hec kim söhbet vermir men axsam gedib pervizden niye Elli manat Selen alm sen 105 ol 2022,21:26:06,**********35,**********20,Salam tebi menden ne pislik gördunki de yarasmir men seni bele oglan tanlmamlsam veziyet pisdi hara deymek olar pul var xx/xx/2022,16:12:05,**********35,**********48,Qa salam bidefe yaralı barmaqa ise bidene nol piyat ehdiyacdi xx/xx/2022,19:25:15,**********35,**********02, QaqA gedeynen bakomadin yaninda seni gözleyirem göndermirsense de bidene asagi dusmek ne cetin sey oldu yetim men lomumu sen bilirsen eyaq usde deyana bilmirem xx/xx/2022,09:51:44,**********35,**********14,Yetim neyınse var veziyetden cixmaqa xx/xx/2022,09:47:08,**********35,**********22,Salam rehmetliyin Oglu se bazar gunu ne kimi isim dusub mala getcem nige baliq aparcam iki yuz varsa kÖmeklik ele xx/xx/2022,11:34:16,**********35,**********31,QaqA vezyet suka gunundedi pulumda var aynoyun tapmiram gelim ora xx/xx/2022,20:17:56,**********28,**********35,Dayi sen lekiye catana yaxin mene xeber ele onu ora qoyarsan sonra xx/xx/2022,20:17:57,**********28,**********35,tapmiyacag qardawim. Siqaret kutusunda zadinda qoyki onun bawi cixm xx/xx/2022,20:18:03,**********28,**********35,ir o ne olan wedise Pavarotda ya astanofkanın yanina qoy stolun za xx/xx/2022,20:18:04,**********28,**********35,din altina Yada yawil aptekin yanina xx/xx/2022,20:18:07,**********28,**********35,tapmiyacag qardawim. Siqaret kutusunda zadinda qoyki onun bawi cixm xx/xx/2022,05:59:02,**********28,**********35,luy olsun. Kişinin sőzű agizdan bir defe çixir uwaglar orda meni go xx/xx/2022,05:59:03,**********28,**********35,zleyir alinir alinmirsa xeber ele xx/xx/2022,07:21:41,**********28,**********35,Dayi noldu sene bawiva neyse iw geldi senin bele eden deyildin xx/xx/2022,11:51:28,**********28,**********35,Menim amanatımı çatdır 30 manata gore isdemirem sene hormetsizliy e xx/xx/2022,11:51:29,**********28,**********35,dim bu olunan herket qehbelliydj bunun altından cixa bilmersen. Axr xx/xx/2022,11:51:30,**********28,**********35,inci xeberdarligimdi qapınızı taniyiram xx/xx/2022,22:54:57,**********46,**********35,nde sen mene pull vermeliydin ki,men bakiya gedim hewneyim yoxdu vezyetim cox pisdi aqriyiram qa seni bu qeder yalanci bilmirdim Vallah ayibdi komek ele. xx/xx/2022,00:13:32,**********35,**********84,QaqA bularin nesilini kÖkunu sikim vetdiler gelmediler qaqa savAx gunorta pulu qaytaracam bilirem Öze almirsan Öz kanalimda olmadi ayrisi gÖtureceydi o gelmedi ,Qaqa qebe dortyolundayiq qaqa varyoxun sikim pisdi veziyyet qonaxlarda pisdi xx/xx/2022,20:30:58,**********78,**********35,Qaqa qebe dortyolundayiq qaqa varyoxun sikim pisdi veziyyet qonaxlarda pisdi xx/xx/2022,20:55:36,**********78,**********35,Qaqa gelmedin pisdi veziyyet xx/xx/2022,21:56:19,**********78,**********35,Faxi nagarim men qaqa ay faxi mene elemessen gozduyurem cox pisem yani xx/xx/2022,22:22:36,**********78,**********35,Faxi cox pisem varyoxun sikim faxi qaqa bilirsen lomkam nedi gelmedin xx/xx/2022,00:21:49,**********78,**********35,Faxi qaqa pisem eleme varyoxun sikim men sene bele ciylik elemerem qonaxlarin yaninda buyabir oldum gozduyurem seni qaqa xx/xx/2022,21:22:26,**********05,**********35,Salam qaqa qara 07 di suren oglandi dehne xx/xx/2022,00:37:49,**********46,**********35,isliyim deyib qaqa sene ? And ola Allah'a duwune bilmeyeceyin qeder cox sixintidayam hem canim aqriyir lomda hemde pulm yoxduki nese alim vezyetmi dzeldm xx/xx/2022,20:02:47,**********05,**********35,Qaqa salam axwamin xeyir qaqa vezyet yaman cetindi dosdan taniwdan yoxdu buralarda xx/xx/2022,23:31:50,**********35,**********60,Qaqa se 2 varyant deyecem indi 15 manat vur halal xoş yoxdu 250 daş V xx/xx/2022,14:33:53,**********35,**********52,Canım nagarım mala getmeliyem xeber etmedin xx/xx/2022,13:59:58,**********35,**********45,ırına kimi 200 yuze Berk ehdiyac var ayın 30 zu qayıtcaq xx/xx/2022,15:49:45,**********99,**********35,Be neter.edek.adam.var.der.mende.var xx/xx/2022,18:58:24,**********99,**********35,Dayi çox pis lomudayam mennen.elaqe saxla xx/xx/2022,03:02:46,**********92,**********35,Ay qaqA bir xeber cixmadi sen ol olurem lomudan mene zeng et qaa xx/xx/2023,00:05:43,**********31,**********35,faxl men yerde olurem o oglan varyoxsun sikim ona 90 manat borcum qallb malda yalvardlm vermedi pul gonder gedim mal goturum xx/xx/2023,21:04:49,**********00,**********35,Faxı yeke oqlansan men sennen olanimi boldum senede dedimki olanim xx/xx/2023,21:05:03,**********00,**********35,budu mene dedinki sabah qaytarcam.Ay Faxi sen yalanci firildaqci ad xx/xx/2023,00:11:58,**********00,**********35,Eqaa insanliqin olsun dunen geceden yatmamiwam varyoxunu sikim yalan deyenin aqriyiram canim aqriyir ay faxii yeke adamsan pislik eledime qa sene men ? B xx/xx/2023,02:59:56,**********00,**********35,Qaqa men yatmaq isteyirem seher tezden hekim gelcek mene iyne derman sistem qoymaqa saat-07:30 da durmaliyam nolar olari yanyon edek men yatimda qaqa uwaq xx/xx/2023,02:59:57,**********00,**********35,larda aqridadilar incidiller meni menimle elaqe saxla balalarin cani olurem yuxudan oteri... xx/xx/2023,10:10:16,**********96,**********35,Ay qaqa saahin xeyir nagarsan qaqa sende mene catasi emanet var hardasan gelim goturum onu nede sen gel evdeyem tekem gel bir cay icek xx/xx/2023,13:31:46,**********35,**********20,Qaqa salam belke bir iki tusdun ola vezyet gÖt gunundedi pul parada yoxdu falqanda bir iki tusdun ola xx/xx/2023,20:41:22,**********35,**********05,QaqA men evde deyilem 50 divıne atıblar xx/xx/2023,20:50:45,**********05,**********35, ayibdi vallah mehsuluda goturmusende ozunde evdesen yeke oglansan ee ozune hormet ele ayib olsun sene daha sozum yoxdu xx/xx/2023,20:54:01,**********35,**********11,Gedin sikizi göturun 50 altından bide meni yıgmayın dosda de caşmasın xx/xx/2023,14:18:00,**********20,**********35,Dayi mirtdasmada nolar pisdi veziyet bidasansa yola salda” məzmunlu mesajlaşma mətnləri aşkar edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 12 fevral 2023-cü il tarixli, 17/168 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kağız büküm...” sözləri, adlar və imzalar olan zərfin içərisindıki 1 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, quru vəziyyətdə təmiz çəkisi -1,101 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 14 mart 2023-cü il tarixli 436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə və ya şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 mart 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 1 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: X2 (1957-ci il təvəllüdlü), X5 (1986-cı il təvəllüdlü), X1 (2015-ci il təvəllüdlü), X3 (2008-ci il təvəllüdlü) İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 1(014)-93/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. İşin materiallarında olan Ağdaş rayon Poliş şöbəsindən daxil olmuş 08 avqust 2023-cü il tarixli, 3-13-62/1-21357/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində tutularaq Ağdaş RPŞ-yə gətirilməklə MSY-yə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə şahidlər Şahid3 və Şahid6 ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermələrinə münasibət bildirərək hesab edir ki, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrə tənqidi yanaşır, həmin ifadələri təqsirləndirilən şəxslə Ömərin qohumluq münasibətinin olduğuna və Hafizin şəxsi münasibətlərinin pozulmamasına görə verdikləriini qənaətinə gəlir və hesab edir ki, onların ibtidai istintaq zamanı verdikləri ifadələr daha inandırıcıdır, həmçinin toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr üst-üstə düşür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini qismən etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan nəm vəziyyətdə 1,137 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat, doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan nəm vəziyyətdə 1,137 qram narkotik vasitə olan heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar