Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-93/2024 23.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X9 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində 3 azyaşlı olmaqla, iki yetkinlikyaşına çatmamış övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 6 aprel 2024-cü il tarixdə, saat 13:00 radələrində ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs qəsdən fincanı atmaqla, bir dəfə qəsdən sifət nahiyəsindən vurmuş və Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızması, sol gözətrafı nahiyəsinin qançırı, sol üst göz qapağının, burun yəhərinin sıyrıqları, burun yəhərinin əzilməsi, burun çəpərinin əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması ilə nəticələnən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, hazırda arvadı Fərqanə ilə barışdıqlarını, əməlindən peşman olmasını bildirib ifadə verməkdən imtina etdi. Təqsirləndirilən şəxs məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, arvadı Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından beş övladları anadan olmuşdur. Əvvəllər arvadı Fərqanə ilə arasında hər hansı mübahisə və davadalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində yaşadığı evin qonaq otağındakı masanın arxasında əyləşib özünə məxsus mobil telefon ilə sosial şəbəkədəki məlumatlara və videolara baxan zaman Fərqanə onun əlində mobil telefonu görüb durub işə getməsini, telefonla oynamamasını demiş və masanın üzərini yığışdırıb əşyaları mətbəxə aparmışdır. Mətbəxdən qayıdan zaman arvadı Fərqanə bir daha ona işə getməsini, telefonu kənara qoymasını bildirmiş, o da Fərqanəyə "qələtini elə get işinlə məşğul ol" deyib, bu hərəkətlərinə görə ona irad tutmuşdur. Fərqanə də öz növbəsində ona “qələti sən özün edirsən” demişdir. Bu səbəbdən də aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, əsəbləşərək masanın üzərindəki fincanı götürüb Fərqanəyə atmış, fincan Fərqanənin sifət nahiyəsindən dəyib xəsarət yetirdiyindən sonuncu yerə yıxılmışdır. X13 Yardıma zəng etmiş və həkimlər yaşadığı ünvana gəlib Fərqanəni xəstəxanaya aparmışlar. Arvadı Zərərçəkmiş şəxs ilə arasında mübahisə və dava-dalaş baş verən zaman onların ikisindən başqa orada heç kim olmamışdır. Yaranmış səs-küyə qonşuluqda yaşayan anası Şahid gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs da həyat yoldaşının barəsində olan iş üzrə ifadə verməkdən imtina edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə qurmuş, birgə nikahlarından üç qız, iki oğlan olmaqla beş övladı anadan olmuşdur. Əvvəllər əri Təqsirləndirilən şəxslə arasında hər hansı mübahisə və dava-dalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə 13:00 radələrində yaşadığı evdə olub. Əri Təqsirləndirilən şəxs evin qonaq otağındakı masanın arxasında əyləşib özünə məxsus mobil telefon ilə sosial şəbəkədəki məlumatlara və videolara baxan zaman o, telefonla oynamamasını, durub işə getməsini Eldənizə demişdir. Eldəniz isə ona məhəl qoymayıb ona öz işi ilə məşğul olmasını bildirmişdir. O, masanın üzərini yığışdırıb əlində olan əşyaları evin mətbəxinə aparmış, mətbəxdən qayıdan zaman yenidən əri Eldənizə durub işə getməsini, telefonu kənara qoymasını demişdir. Həmin vaxt əri Eldəniz əsəbləşib ona “get işinlə məşğul ol, qələtini elə” deyə irad bildirmiş, o da əri Elədnizə qələti özü etdiyini bildirmişdir. Bundan sonra əri Eldəniz masanın üzərindəki fincanı götürüb ona ataraq fincanla qəsdən onun sifət nahiyəsindən vurub xəsarət yetirmişdir. O, zərbənin və aldığı xəsarətin təsirindən yerə yıxılmış, qalxa bilməmişdir. Bundan sonra evə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Əri Təqsirləndirilən şəxslə arasında baş vermiş mübahisə və davadalaş zamanı orada onlardan başqa heç kim olmamış, yaranmış səs-küyə qonşuluqda yaşayan qayınanası Şahid gəlmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 6 aprel 2024cü il tarixdə saat 13:00 radələrində yaşadığı evdə olarkən gəlini Fərqanə ilə oğlu Eldənizin mübahisə etdiklərini eşitmişdir. Həmin vaxt onların yanına gələrkən oğlu Eldəniz stolun üzərində olan fincanı götürüb Fərqanəyə atmıış və fincan Fərqanənin sifət nahiyəsindən dəymişdir. Fərqanənin yerə yıxıldığını görən Eldəniz onu yerdən qaldıraraq divana otuzdurmuş və təcili tibbi yardım çağırmışdır. Bundan sonra evə gələn təcili tibbi yardımın həkimləri avtomobil ilə Fərqanəni xəstəxanaya aparmışlar. Əvvəllər oğlu Eldəniz ilə gəlini Fərqanə arasında hər hansı mübahisə və dava-dalaş olmamış, mehriban yaşamışlar. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 6 aprel 2024-cü il tarixli, 178 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasının qansızması, sol gözətrafı nahiyyəsinin qançırı, sol üst göz qapağının, burun yəhərinin sıyrıqları, burun yəhərinin əzilməsi, burun çəpərinin əyilməsi, sol burun dəliyindən tənəffüsün cüzi pozulması, küt alət (ola bilər fincan) təsirindən törənmiş, törənmə müddətləri 06 aprel 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aiddirlər. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 16 aprel 2024cü il tarixli, 18-1-22/2-537/2024 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzinin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 18 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Ağdaş Rayon Məhkməsinin 22 sentyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-121/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 5-32-12/2-249/2024 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı xx xxxxxx 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, övladları 5 may 2009-cu il təvəllüdlü X7, 30 may 2010-cu il təvəllüdlü Şahid Eldəniz qızı, 17 iyul 2014-cü il təvəllüdlü X6, 18 fevral 2021-ci il təvəllüdlü X4 və 8 aprel 2022-ci il təvəllüdlü X3 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 5-32-12/2-250/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. AZE seriyalı 11180478 nömrəli, AZE seriyalı, 11180477 nömrəli, AZE seriyalı 11180479 nömrəli, AA2517402 nömrəli, AA4060611 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı və bir yetkinlik yaşına çatmayan beş övladı vardır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin tədqiq edilmiş ifadələrini, məhkəmə-tibbi ekspertizasının 6 aprel 2024-cü il tarixli, 178 nömrəli rəyini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında yekun protokolun baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla cinayət əməli törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. İşdə olan və məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Ağdaş Rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə həmin məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə, Qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı aradan qaldırması əsası ilə o, təkrarən cinayət məsuliyyətindən azad oluna bilməz və onun zərərçəkmiş şəxslə barışması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əməlindən peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə qəsdən törədilən böyük icimai təhlükə törətməyən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, himayəsində dörd azyaşlı övladının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmçinin hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, gündə dörd saatdan çox olmamaqla 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********** **********, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-93/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-93/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver