Məhkəmə qərarları › İş №1(014)-94/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-94/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-94/2020 30.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimova Firuzə Şahin qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs X2 hüquqi varisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs, xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ərəb kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində həmkəndlisi X2 VAZ-21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş-Kükəl yolu ilə üzü Kükəl kəndi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, Ağdaş rayonu, Kükəl kəndi ərazisində sağa sərt döngədə ehtiyatsızlıqdan avtomobilin idarəçiliyini itirərək avtomobili yolun solunda olan quru su arxına aşırmış və nəticədə avtomobildə qabaqda əyləşən sərnişin X6 boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı ilə müşayət olunan ağır xəsarətlər almış, həmin xəsarətlər ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə, günorta radələrində kənddə qohumu İslamla birlikdə bağda işləyirdi, həmin vaxt həmkəndlisi X1 zəng edib keçi kəsməsini, onu Ağdaş rayon Qarağan Sədi kəndində yerləşən Şakir adlı şəxsin yeməkxanasına gəlməyi təklif etdiyini, onların da həmin restorana dəvətli olduqlarını demişdir, İslam da Hacıya onun da yanında olduğunu demiş, həmin vaxt Hacı hər ikisini dəvət etdiyini bildirmişdir, bundan sonra İslam həmkəndlisi Elburusun oğlu Elçinə zəng edib Elçini də həmin məclisə dəvət etmişdir, təxminən 2-3 saatdan sonra üçü birlikdə kənddə görüşmüş və Elçinin idarə etdiyi ağ rəngli nömrəsini bilmədiyi Priora markalı avtomobilinə əyləşib Şakirin yeməkxanasına getmişlər, ora çatanda Hacının tanımadığı digər üç nəfər şəxs ilə yeyib içdiyini görmüşlər, onların əyləşdikləri masaya əyləşmişlər, birlikdə yeyib içməyə başlamışlar, onlar gəldikdən sonra təxminən 3-4 ədəd 750 qramlıq araq içildi, lakin onlarla birlikdə gedən nə İslam nə də ki o, spirtli içki içmədi, Hacı isə digər şəxslərlə birlikdə spirtli içki qəbul etdi, həmin gün saat təxminən 19:30 radələrində birlikdə yeməkxanadan durmuşlar və Elçinin avtomobilini İslam idarə edirdi, o və Hacı avtomobildə arxada, Elçin isə qabaqda əyləşmişdir, Hacının idarə etdiyi VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobil Ağdaş rayon Şəmsabad kəndinin girəcəyində yuyucu məntəqəsində olduğundan Hacı İslama onu avtomobilinin olduğu yuyucu məntəqəsinə aparmasını xahiş etmişdir, İslam Hacını həmin yerə aparmış, Hacı yuyucu məntəqəsinə yaxınlaşmış və orada yuyucu işi ilə məşğul olan bir nəfər cavan tanımadığı şəxsə avtomobilini yuduğu üçün pul vermişdir, daha sonra isə Hacı öz avtomobilinə yaxınlaşmış, həmin vaxt Hacı ona özünün içkili olduğu üçün avtomobili onun idarə etməyini xahiş etmişdir, o, Hacının xahişini yerə salmayaraq avtomobilə əyləşmiş və avtomobili işə salmışdır, Hacı isə avtomobilin ön hissəsində sağda əyləşmişdir, avtomobildə ikisindən başqa heç kim yox idi, yola çıxıb öz yaşadığı evə getmək üçün Ağdaş rayon Kükəl kənd yolu ilə üzü yaşadıqları kənd istiqamətinə təxminən 70 km saat sürətlə hərəkətdə olmuşlar, həmin vaxt sağa sərt döngədə avtomobilin idarəçiliyini itirmiş və yolun sol hissəsinə çıxmışdır, buna baxmayaraq avtomobilin yolun solunda olan ehtiyat hissədən quru su arxına tərəf çıxaraq təxminən 50 metr getdikdən sonra avtomobil sağ tərəfə aşmışdır, sükan tərəfin yuxarı hissədə sərnişin tərəf isə əzilmiş vəziyyətdə qalmışdır, dərhal avtomobilin sükan tərəfində olan pəncərəsindən çölə çıxmış, həmin vaxt dostları İslam və Elçin adlı şəxslər hadisə yerinə gəlib çıxmışlar, onların və hadisə yerinə gələn Kükəl kəndində yerləşən kərpic zavodunun müdürü Ərziman adlı şəxsin və sonradan adını bildiyi Ağdaş rayon Sadavad kənd sakini Qədir və həmkəndli Tehran adlı şəxsin köməkliyi ilə Hacını avtomobilin sağ hissəsi əzildiyi üçün birtəhər çölə çıxarmışlar, bundan sonra hadisə yerinə həmkəndlisi Sərxanın oğlu Amil və Sərxanın həyat yoldaşı Azadə gəlmişlər, Hacının öldüyünü görmüşlər, lakin buna baxmayaraq ona süni nəfəs vermək istəmişlər, lakin Hacı artıq hadisə vaxtı aldığı xəsarətlərdən ölmüşdür, bundan sonra TTY çağırmışlar və Hacının meyidini TTY avtomobilinə qoyub tibbi müayinə üçün Ağdaş RMX-na aparmışlar, hadisənin baş verməsinə səbəbin döngənin sərt olmağı və avtomobilin idarəçiliyini itirməyi olmüşdur, o həmin gün spirtli içki qəbul etməmişdir, hadisə vaxtı avtomobildə Hacı və ondan başqa heç kim yox idi, hadisə baş verdikdən sonra da həmin yerə yuxarıda adlarını qeyd etdiyi şəxslər gəlmişlər, hadisə vaxtı yer quru və asfalt idi, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerası olmamışdır, ilkin olaraq ifadəsində hadisə vaxtı avtomobili Hacının idarə etməsini bildirməyi çox həyəcanlı olmağı və Hacı ilə ailəvi dost olmağı idi, ona görə avtomobili Hacının idarə etməyini bildirmək qərarına gəlmişdir, lakin sonradan hadisənin düzgün baş verməsini bildirməyi fikirləşmişdir, hadisə zamanı sərxoş olmamışdır, nə etdiyini dərk etmiş, dostları spirtli içki qəbul etsə də həmin vaxt o, spirtli içki qəbul etməmişdir, istintaqa da spirtli içki qəbul etmədiyini bildirmişdir, ifadəsini oxumadan imzalamışdır, o, sərxoş olmamışdır, onun sərxoş olduğunu heç kim deyə bilməz, hadisə baş verdikdən dərhal sonra hadisə vaxtı xəsarət alaraq hadisə yerində ölmüş Hacını avtomobildən kənar şəxslərin köməkliyi ilə çıxarmış, sonra da onun meyitinə köməklik edib Ağdaş RMX-na yola salmışdır, hadisə yerinin müayinəsi olunan zaman həmin hadisə yerində olmuşdur,Hacının yas mərasimində olmuş və ailəsi ilə barışmışdır. İş üzrə zərərçəkmiş şəx X2 hüquqi varisi X7 məhkəmə iclasında verdiyi ifadəsində ailəli olduğunu və dörd övladı olduğunu, övladlarından 3 qız biri oğlan övladı olan Hacının olduğunu, qız övladlarının ailəli olduqlarını və onların öz ailələri ilə ayrı yaşadıqlarını, Hacının öz ailəsi ilə birlikdə onunla yaşadığını, Hacının 3 azyaşlı övladı olduğunu və fərdi təsərrüfatla məşğul olduğunu, hadisə olan gün guya Hacının avtomobildə tək olmasını, sonradan Hacının sükan arxasında olmasını, Pərvizin isə avtomobildə sərnişin kimi əyləşməsini, sonrada əvvəlki ifadəsində hadisə vaxtı avtomobildə sükan arxasında Hacının olduğunu bildirdiyini, lakin sonradan ona sükan arxasında Pərvizin olmasını dediklərini, bundan sonra ona polislərin hadisə vaxtı sükan arxasında kim olmasını araşdırmaları, həmin vaxtı Pərvizi yenidən polis şöbəsinə çağırıb ifadəsini alan zaman hadisə vaxtı avtomobildə sükan arxasında özü olduğunu Hacının isə qabaqda sərnişin kimi əyləşdiyini etiraf etdiyini bildiyini, daha sonra Pərvizin onlara gəldiyini hadisənin necə olduğunu onlara danışdığını, bundan sonra hadisə vaxtı sükan arxasında Pərviz olmasına inandığını, hadisə ilə bağlı hal-hazırda Pərvizdən heç bir şikayət və tələbi olmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində X2 onun əri olduğunu, Hacı ilə 2007-ci il tarixdən ailə qurduqlarını, birgə nigahdan iki oğlan və bir qız övladlarının olduğunu, əri Hacının fərdi təsərrüfatla məşğul olduğunu, Hacının etibarnamə ilə VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyini, xx xxxx 2020-ci il tarixdə axşam radələrində əri Hacının Ağdaş rayon Kükəl kənd ərazisində yol nəqliyyat hadisəsi törətməsini və həmin hadisə nətciəsində vəfat etməsini eşitdiyini, daha sonra hadisənin necə baş verməsi barədə maraqlananda xx xxxx 2020-ci il tarixdə günorta radələrində Ağdaş rayon Qarağan Sədi kəndində yerləşən Şakir adlı şəxsin yeməkxanasında tanışları ilə birlikdə yeyib içdiklərini, daha sonra tanışı Pərviz ilə birlikdə evə gəlmək qərarına gəldiklərini, həmin vaxt Hacının avtomobilin sükan arxasına, Pərviz isə qabaqda sağda əyləşdiyini, Hacının avtomobili idarə edərək Kükəl kənd yolu ilə üzü yaşadıqları evə tərəf hərəkətdə olarkən Kükəl kənd yolunda sağa sərt döngədə avtomobilin idarəçiliyini itirərək yolun soluna çıxıb aşdığını və həmin vaxt aldığı xəsarətlərdən hadisə yerində öldüyünü bildiyini, lakin sonradan avtomobilin şəkillərinə baxanda ona Hacının hadisə vaxtı avtomobildə sağda, lakin sükan arxasında isə Pərviz olmasının və həmin vaxt avtomobili Pərvizin idarə etməsinin ona məlum olduğunu, çünki avtomobilə baxan zaman da həmin avtomobilin sağ hissəsi əzilməsi, lakin sürücü tərəfdə o qədər də əzilmə olmaması görsəndiyini, qonaqlından gəldikləri üçün yəqin ki, Hacının və Pərvizin sərxoş olduqlanını düşündüyünü bildirdi. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində Bakı Şamaxı Yelax yolunun Şəmsabad kənd ərazisində Şəmsabad kəndinin girəcəyində sağ hissədə yerləşən həmkəndlisi Pərvizə məxsus 2020-ci ilin iyun ayının 1 dən avtoyuyucu kimi tək işlədiyini, həmin avtoyuma məntəqəsində səhər 8:00-dan axşam 20:00-a qədər işlədiyini, Ağdaş rayon Ərəb kənd sakinləri X5 və Təqsirləndirilən şəxs Mübariz oğlunu tanıdığını, onlarla elə bir münasibətinin olmadığını, Hacının VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyini və hərdən bir avtomobilini onun yanına gətirərək onun yanında yuduzdurduğunu, Hacının xx.xx.2020-ci il tarixdə günorta radələrində tək gətirib avtomobilini onun işlədiyi yuyucu məntəqəsinə saat 4-də gəlib götürmək üçün yumağa qoyduğunu, həmin gün axşam təxminən saat 19:20 radələrində yuyucu məntəqəsində digər şəxsin avtomobilini yuduğunu, həmin vaxt Hacının onu çağırdığını və avtomobilini yuduğu üçün 20 manat pul uzatdığını, əli sulu olduğu üçün Hacıya 20 manatı həmin yerdə olan dəmir qutunun içərisinə qoymasını və 15 manatı da özünün oradan götürməsini dediyini, həmçinin Hacıya avtomobilinin açarının orada stolun üzərində olmasını və oradan götürməsini dediyini, lakin Hacının həmin yerə hansı avtomobil ilə və kimlə gəlməsini görmədiyini, daha sonra Hacının avtomobillə hansı istiqamətə getməsini görmədiyini, aradan təxminən 15-20 dəqiqə keçəndən sonra yol patrul xidmətinin avtomobilləri onun işlədiyi yuyucu məntəqəsinin yanından keçdiklərini gördüyünü və maraqlananda Kükəl kənd yolunda yol nəqliyyat hadisəsi baş verməsini bildiyini, dərhal hadisə yerinə getdiyini və Kükəl kənd yolunda sağa sərt döngədə Hacının avtomobili yolun solunda aşmış vəziyyətdə olduğunu gördüyünü və həmçinin də həmin vaxt Hacının aldığı xəsarətlərdən hadisə yerində öldüyünü və onu Ağdaş RMX-na aparmalarını bildiyini, hadisə vaxtı yerin quru və asfalt olduğunu, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerası olmadığını bildirdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə günorta radələrində həmkəndlisi İslam ona zəng edib Hacının zəng etdiyini, keçi kəsdiyini, Şakirin yeməkxanasına dəvət etdiyini, onun da dəvətli oldğunu, gedib yeyib içmələrini xahiş etmişdir.O da razılaşmışdır, təxminən 2-3 saatdan sonra o,İslam və Pərviz birlikdə kənddə görüşmüşlər və onun idarə etdiyi ağ rəngli Priora markalı avtomobillə Şakirin yeməkxanasına getmişlər, ora çatanda Hacının tanımadığı digər üç nəfər şəxs ilə yeyib içdiyini görmüşlər, onların əyləşdikləri masaya əyləşmişlər, birlikdə yeyib içməyə başlamışlar, lakin onunla Pərviz spirtli içki içməmişdir, Lakin Hacı ilə İslam digərləri ilə birgə spirtli içki qəbul edirdilər, yəni Pərviz içkili deyildi, istintaqa o, Pərvizin içdiyini deməmişdir, belə ki, Pərvizin içki qəbul etdiyini görməmişdir, saat təxminən 19:30 radələrində birlikdə yeməkxanadan durmuşlar, Pərviz və Hacı avtomobildə arxada, İslam isə qabaqda əyləşmiş, Hacının idarə etdiyi VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili Ağdaş rayon Şəmsabad kəndinin girəcəyində yuyucu məntəqəsində olduğundan Hacının onu avtomobilinin yanına aparmasını xahiş etmişdir, Hacını avtomobilinin yanında düşürmüşlər, həmin vaxt Pərviz də avtomobildən yerə düşmüşdür, Hacı yuyucu məntəqəsi tərəfə həmin məntəqədə işləyən şəxsin pulunu verib gəlmək üçün getmişdir, daha sonra Hacı gəlmişdir. X10 avtomobilinin sükan arxasına əyləşmiş, Hacı isə qabaqda sağda əyləşmişdir, bundan sonra Pərviz avtomobili işə salıb üzü Ağdaş rayon Kükəl kənd istiqamətinə getmişdir, aradan təximnən 4-5 dəqiqə sonra avtomobili işə salıb onların arxası ilə yaşadıqları ev tərəfə hərəkət etməyə başlamışlar, həmin vaxt avtomobildə onun yanında İslam da vardı, Ağdaş rayon Kükəl kənd ərazisində sağa sərt döngəyə çatanda ani bir vaxt Hacının VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobilinin yolun sol hissəsinə aşdığını görmüşdür, dərhal avtomobili saxlamış və avtomobildən İslamla birlikdə düşüb onlara yaxınlaşmışlar, həmin vaxt orada həmkəndlisi Amil, Amilin anası, Ərziman müəllim və digər tanımadığı şəxslər vardı, Pərviz həmin vaxt avtomobildən çöldə idi, avtomobilin beli üstə sağ tərəfi əzilmiş formada torpaq hissəyə sıxılaraq aşmış vəziyyətdə idi, avtomobilin sükan tərəfinin şüşəsinin aşağı salınmış vəziyyətdə olduğunu görmüşdür, avtomobili çevirmək və Hacını avtomobildən çıxartmaq istəmişdir, lakin avtomobili çevirmək mümkün olmamışdır, Hacı qabaq sağ hissədə olduğundan onu sükan tərəfdən çölə çıxartmışlar, bundan sonra Hacıya süni nəfəs vermək istəmişlər, lakin Hacının artıq hadisə vaxtı aldığı xəsarətlərdən öldüyünü görmüşlər, daha sonra TTY çağırmışlar və Hacının meyidini TTY avtomobilinə qoyub tibbi müayinə üçün Ağdaş RMX-na aparmışlar, polisə hadisə vaxtı Hacının avtomobildə tək olmasının məlumat verildiyini bilsələr də, sonradan Pərvizin RPŞ-nə çağırıdlığını və Pərvizin əlavə dindirilərkən ifadəsində hadisə vaxtı avtomobilin sükanı arxasında olmasını və avtomobili özü idarə etməsini bildirdiyini eşitmişlər, sonradan bildiyinə görə hadisənin baş verməsinə səbəb Pərvizin avtomobilin idarəçiliyini itirməsi və sərt döngənin olması olub, hadisə vaxtı avtomobildə Pərviz və Hacıdan başqa heç kim olmayıb, hadisə vaxtı yer quru və asfalt idi, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerası yox idi. İş üzrə Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində X5 və Təqsirləndirilən şəxs tanıdığını, onun həmkəndliləri olduğunu və onlarla aralarında bir həmkəndli kimi münasibələtlərinin olduğunu, xx xxxx 2020-ci il tarixdə axşam radələrində avtomobilinin ilə Ağdaş şəhərindən gəlib yaşadığı kəndə gedən zaman Ağdaş rayon Kükəl kəndindin girəcəyində sağa sərt döngədə Niva markalı avtomobilin yolun sol hissəsində aşmış vəziyyətdə olmasını gördüyünü, həmin vaxt avtomobilini saxlayıb yerə düşdüyünü və həmkəndlisi Hacıya məxsus olan VAZ 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili olduğunu və avtomobilin yanında həmkəndliləri Pərviz, Elçin, İslam və digər tanımadığı şəxslərin olduğunu gördüyünü, həmin zaman Hacının avtomobilin içərisində qabaqda sağda sərnişin kimi əyləşməsini və baxanda Hacının artıq ölməasini gördüyünü, Pərviz, Elçin və İslam Hacını avtomobildən çıxara bilmədiklərini, bundan sonra onlara köməklik etdiyini və həmin avtomobilin Hacı əyləşdiyi tərəfin çox əzilidiyi üçün Hacını bir təhər avtomobildən çıxardıb çölə torpağın üzərinə uzandırdıqlarını, daha sonra tanımadığı xeyli şəxslərin ora yığılışdıqlarını, bundan sonra kiminsə TTTY zəng etdiyini və Hacının meyidini TTY avtomobilinə qoyub tibbi müayinə üçün Ağdaş RMX-na apardıqlarını, hadisənin baş verdikdən sonra Hacının avtomobildə qabaqda sağda ölmüş vəziyyətdə olduğunu, hətta ona ilk tibbi yardım göstərmək istəsələr də Hacının artıq öldüyünü gördüyünü, hadisənin baş verməsinə səbəbin Pərvizin avtomobilin idarəçiliyini itirməsi olduğunu sonradan bildiyini, həmin vaxt avtomobildə Hacı və həmkəndlisi Pərvizdən başqa heç kimin olmadığını, daha sonra hadisə yerinə Elçin, İslam və digər adlarını və özlərini xatırlamadığı adamların toplaşdıqlarını, hadisə vaxtı yerin quru və asfalt olduğunu, hadisə vaxtı yaxınlıqda hər hansı bir görüntü kamerasının olmadığını bildirdi. İş üzrə Şahid6 məhkəmə iclasında Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 07 №-li rəyindən görünür ki, X2 meyitində aşkar olunan xəsarətlər-boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuan xəsarətlərə aid olunurlar.X2 ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur.X2 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəxaritdə yolnəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər.X2 ölümü meyitin müayinəsindən ən azı 1 saat əvvəl ən çoxu 3 saat əvvəl baş vermişdir.X2 aldığı xəsarətlərlə ölümünün səbəbi arasında birbaşa əlaqəsi vardır.X2 ölümündən əvvəl spirtli içki qəbul edibetməməsi onun meyitindən götürülən qanın məhkəmə-kimyəvi müayinəsi nəticəsi labaratoriyadan alındıqdan sonra təyin olunacaqdır. xx.xx.2020-ci i tarixli 07 №-li rəyə əlavədən görünür ki, X2 meyitindən götürülən qanda 1 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti canlı şəxslərdə rəsmi cədvəl üzrə yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətinə uyğundur. Qanda çürümə dəyişiklikləri getdiyindən qeyd olunan etil spirtinin miqdarı nisbi hesab edilsin. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli 313 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sol təpə gicgah nahiyəsinin sıyrığı, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, sl azunun yuxarı 1/3-nin bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat qəza hadisəsi zamanı avtomobilin sükanı arxasında oturan zaman əmələ gəlməsi istisna olunmur. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli 8/1116 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21214 markalı **-CG-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş məhkəmə iclasında baxılan zaman dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş rayon məhkəməsində baxılır. İş üzrə ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:30 radələrində həmkəndlisi X2 VAZ- 21214 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağdaş-Kükəl yolu ilə üzü Kükəl kəndi istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, Ağdaş rayon Kükəl kəndi ərazisində sağa sərt döngədə ehtiyatsızlıqdan avtomobilin idarəçiliyini itirərək avtomobili yolun solunda olan quru su arxına aşırmış və nəticədə avtomobildə qabaqda əyləşən sərnişin X6 boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı ilə müşayət olunan ağır xəsarətlər almış, həmin xəsarətlər ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X2 ölümünə səbəb olmuşdur.İş materiallarından görünür ki, həmin cinayət işi xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin İQ-də fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır.xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.xx.xx.2020-ci il tarixdə ittiham aktı Ağdaş rayon prokuroru Tural İbrahimov tərəfindən təsdiq edilərək iş baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir.Aşağıda göstərilənlərə əsasən cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır:İş üzrə istintaq materiallarında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə, günorta saatlarında iş üzrə zərərçəkmiş şəxs X6 və tanışları Şahid4, Şahid5 və istintaq materiallarında adları göstərilməyən digər 3 nəfərlə Ağdaş rayonu, Qarağan kəndində yerləşən yeməkxanada yeyib-içmiş, həmin vaxtı onlar 3-4 ədəd 750 qramlıq araq içmiş, orada olanlardan ancaq Şahid4 adlı şəxs spirtli içki qəbul etməmiş, bundan sonra onlar həmin gün, saat 19 radələrində yeməkxanadan duraraq Şahid4 idarə etdiyi “Priora” markalı avtomobillə X11 rayonu, Şəmsabad kəndində yerləşən avtomobil yuma məntəqəsində olan VAZ-21214 markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürmək üçün ora getmiş, orada Hacı Qədirov və Təqsirləndirilən şəxs həmin avtomobildən düşərərək Hacı Qədirovun etibarnamə ilə idarə etdiyi avtomobilə minmiş, avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, Hacı Qədirov isə qabaq sərnişin oturacağında oturaraq Ağdaş rayonu, Kükəl kənd yolu ilə Kükəl kəndi istiqamətində saatda 70 km/saat sürətlə hərəkət etmiş, Şahid4 və Şahid5 isə “Priora” markalı avtomobillə onların arxasınca hərəkət etmiş, bu zaman Təqsirləndirilən şəxs idarə etməni itirərək avtomobili sərt döngədə yolun solunda olan su arxına aşırmış, nəticədə Hacı Qədirov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Hadisə baş verdikdən iki gün sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsi alınmış və sonuncu ifadəsində istintaqı yanıltmaq üçün hadisə vaxtı avtomobili Hacı Qədirovun idarə etdiyini, özünün isə qabaq oturacaqda sərnişin kimi əyləşdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə mərhum Hacı Qədirovun arvadı Şahid1 şahid qismində dindirilərkən ifadəsində avtomobilin aşma mexanizminə əsasən avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini və sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs əlavə olaraq şahid qismində dindirilərkən hadisə baş verən zaman avtomobili özünün idarə etdiyini etiraf etmişdir. Baş vermiş hadisədən 1 ay sonra hadisənin əsas şahidləri Şahid4, Şahid5 və hadisəni görən digər şahidlər dindirilmiş və onlar da ifadələrində avtomobili məhz Təqsirləndirilən şəxs idarə etdiyini, Hacı Qədirovun isə qabaq sərnişin oturacağında oturduğunu, hadisədən sonra isə birlikdə çətinliklə Hacı Qədirovun meyitini avtomobildən çıxartdıqlarını bildirmişlər.Məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli, 07 saylı rəyində göstərilmişdir ki, X2 meyitində aşkar olunan xəsarətlər- boyun fəqərələrinin sınığı, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, alnın sol nahiyəsinin sıyrığı, boynun sağ yuxarı nahiyəsinin qançırı, sol çiyin nahiyəsinin qançırı, sağ dizaltı nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, həyatidirlər, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından birlikdə sağlamlığa ağır zərər vuan xəsarətlərə aid olunurlar. X2 ölümünə səbəb boyun fəqərələrinin sınığı olmuşdur. X2 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəxaritdə yolnəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. X2 ölümü meyitin müayinəsindən ən azı 1 saat əvvəl ən çoxu 3 saat əvvəl baş vermişdir. X2 aldığı xəsarətlərlə ölümünün səbəbi arasında birbaşa əlaqəsi vardır. X2 meyitindən götürülən qanda 1 promilli etil spirti aşkar olunmuşdur. Aşkar olunan bu miqdar etil spirti canlı şəxslərdə rəsmi cədvəl üzrə yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətinə uyğundur. Qanda çürümə dəyişiklikləri getdiyindən qeyd olunan etil spirtinin miqdarı nisbi hesab edilsin.Məhkəmə-tibb ekspertizanın xx.xx.2020-ci il tarixli, 313 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sol təpə gicgah nahiyəsinin sıyrığı, döş qəfəsinin ön səthinin yumşaq toxumalarının əzilməsi, sl azunun yuxarı 1/3-nin bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat qəza hadisəsi zamanı avtomobilin sükanı arxasında oturan zaman əmələ gəlməsi istisna olunmur.İstintaq zamanı təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1116 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21214” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəşndinin tələblərinə uyğunsuzluq olmuş və onun maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Göründüyü kimi Təqsirləndirilən şəxs hadisə vaxtı avtomobili sərxoş vəziyyətdə idarə etməsinə baxmayaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilməmiş, həmçinin digər əsas şahidlər də hadisə baş verdikdən uzun müddət sonra şahid qismində dindirildikləri üçün baş vermiş hadisənin dəqiq mexanizmi müəyyən edilməmişdir. Həmçinin hadisə yerinə keçirilmiş baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən də açıq-aydın görünür ki, avtomobil sağ tərəfi üstə aşmış, sürücü oturan tərəfdə isə heç bir mexaniki zədə olmamışdır. Zərərçəkmiş şəxs Hacı İsmayılovun bədənində olan xəsarətlər də hadisə vaxtı onun məhz qabaq sərnişin oturacağında oturduğuna dəlalət edir. Həmçinin məhkəmə tibb ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində də Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin yol-nəqliyyat qəza hadisəsi zamanı avtomobilin sükanı arxasında oturan zaman əmələ gəlməsinin istisna olunmadığı da göstərilmişdir.İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Həbib oğlu, Şahid5 da ifadələrində Təqsirləndirilən şəxs hadisədən qabaq 100 qram spirtli içki qəbul etdiyini bildirmişlər.Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs az miqdarda olsa da (20 qram) spirtli içki qəbul etdiyini bildirmişdir.Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddəsi ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır.Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır.Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilsini və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edir. İş üzrə Təqsirləndirilən şəxs vəsatətə münasibət bildirərək ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, yol-nəqliyyat hadisəsi baş verən gün, yəni xx xxxx 2020-ci il tarixdə spirtli içki qəbul etmədiyini, məhkəmə iclasında 20 qram spirtili içki içməsini demədiyini, spirtli içki içməməsi barədə ifadə verdiyini, bir daha spirtli içki içməməsini təsqdiq etdiyini bildirdi. Məhkəmə vəsatəti müzakirə edib, belə qənaətə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən gün 50 qram gün spirtli içki qəbul etməsi barədə ibtidai istintaq zamanı ifadə versə də, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, spirtli içki qəbul etmədiyini, iş üzrə Şahid5 da ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 100 qram spirtli içki qəbul etməsi barədə ifadə versə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs spirtli içki qəbul etmədiyini bildirsələr də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 318.2 maddəsinin tələbi imperativ norma olduğu üçün vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokuroruna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.2 maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 318-321-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokuroruna qaytarılması barədə dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar