Məhkəmə qərarları › İş №1(014)-95/2019

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-95/2019

10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-95/2019 10.12.2019 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olan, faktiki olaraq Ağdaş rayonu, Gürcuva kəndində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 09:00 radələrində Ağdaş rayonu, Gürcuva kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı qəsdən bir neçə dəfə yumruqla arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsindən, təpiklə sağ və sol diz nahiyələrindən və bədəninin müxtəlif nahiyələrindən, rezin şlankla kürək nahiyəsindən vuraraq ona-alt dodağın sol nahiyəsinin şişkinliyi, yarası, alt çənənin sol nahiyəsinin, sağ diz oynağının ön səthinin sıyrıqları, sağ kürək nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi və ifadəsində 2017-ci ilin yanvar ayında Masallı rayon sakini Zərərçəkmiş şəxs ilə ailə qurduqlarını, ailə qurandan sonra Ağdaş rayonu, Gürcuva kəndində əvvəllər çox mehriban yaşadıqlarını, birgə nikahlarından iki övladlarının olduğunu, lakin son vaxtlar həyat yoldaşı Zərərçəkmiş şəxs ilə münasibətlərinin pisləşdiyini, tez-tez yaşadıqları evdə aralarında mübahisələrinin baş verdiyini, buna görə də, həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmaq istədiyini, lakin həyat yoldaşı Zərərçəkmiş şəxs boşanmaq istəmədiyini, xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 09:00 radələrində yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ondan boşanmaq və anası evinə getmək istədiyini söylədiyini, Zərərçəkmiş şəxs ondan boşanmaq istəmədiyini söylədiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona “məni indi anam evinə yola sal gedirəm” dediyini, Zərərçəkmiş şəxs evdən heç bir yerə getməməsini və uşaqlarına baxmalı olmasını söylədiyini, həmin vaxt Fidan Məmmədovnın ona nalayiq ifadə işlətdiyini, buna görə də, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı əsəbləşdiyinə görə Zərərçəkmiş şəxs yaxınlaşıb yumruqla bir neçə dəfə sifət nahiyəsinə vurduğunu, daha sonra təpiklə bir neçə dəfə sağ və sol diz nahiyələrinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini, sonra yerdən rezin şlankı götürüb bir neçə dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini, hazırda həyat yoldaşı Zərərçəkmiş şəxs Masallı rayonunda valideynlərinin yanında olduğunu, barışmağa cəhd etsə də həyat yoldaşının barışmaq istəmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək təhqiqat zamanı verdiyi izahatını təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatında 2017-ci ilin yanvar ayında Ağdaş rayonu, Gürcuva kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurduqlarını, ailə qurandan sonra Ağdaş rayonu, Gürcuva kəndində əvəllər çox mehriban yaşadıqlarını, birgə nikahlarından iki övladlarının olduğunu, lakin son vaxtlar həyat yoldaşı Təqsirləndirilən şəxs ilə münasibətlərinin pisləşdiyini, tez-tez yaşadıqları evdə mübahisələrinin baş verdiyini, buna görə də həyat yoldaşı Təqsirləndirilən şəxs boşanmaq qərarına gəldiyini, xx xxxxxxx 2019-cu il tarixdə, təxminən saat 09:00 radələrində yaşadıqları evdə həyat yoldaşı Təqsirləndirilən şəxs boşanmaq və anası evinə getmək istəməsini bildirdiyini, həmin vaxt həyat yoldaşı Abdullanın ona anası evinə getməsinə icazə vermədiyini, buna görə də, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə sifət nahiyəsinə vurduğunu, daha sonra təpiklə bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə vurduğunu, sonra yerdən rezin şlankı götürüb şlankla bir neçə dəfə onun kürək nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 560 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-alt dodağın sol nahiyəsinin şişkinliyi, yarası, alt çənənin sol nahiyəsinin, sağ diz oynağının ön səthinin sıyrıqları, sağ kürək nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2019-cu il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, himayəsində iki azyaşlı uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti,Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar