Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-95/2020 03.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimova Firuzə Şahin qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, C.Məmməquluzadə küçəsi 5/17-də qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun xx xxxxxxx 1975-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 21-də qeydiyyatda olan və yaşayan, barəsində xx xxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən «Köhnə Hamam» adlanan ərazidən yerdən tapdıqları bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.353 qram olan narkotik vasitə hesab olunan heroinləri şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək saxlamış, həmin narkotik vasitələrdən 05 ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 0.832 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinişəxsi istehlak miqdarından artıq miqdardasatış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə xx xxxx 2020-ci il tarixdə, saat 16:55 radələrində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Ehtibar oğlu xx xxxx 2020-ci il tarixdə tanışı X2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən «Köhnə Hamam» adlanan ərazidən yerdən tapdıqları bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.353 qram olan narkotik vasitə hesab olunan heroinləri şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək saxlamış, həmin narkotik vasitələrdən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.521 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə xx xxxx 2020-ci il tarixdə, saat 17:30 radələrində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində xəstəliyi ilə bağlı bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, Təqsirləndirilən şəxs2la aralarında dostluq münasibəti olduğunu, Aqşinin də narkotik vasitə olan heroindən istifadə etdiyini, özündə və ya Aqşində narkotik vasitə olanda bir yerdə istifadə etdiklərini, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev adına orta məktəblə üzbəüz yerləşən «Çinar» şirniyyat evinin arxasında «Köhnə Hamam» deyilən yerdən keçərkən yerdən bir ədəd sellofan büküm tapdıqlarını və Aqşinin həmin bükümü götürüb açarkən içərisində 7 büküm narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin vaxt ağrıları olduğu üçün həmin heroindən bir bükümünü istifadə etdiklərini, daha sonra sellofan bükümün içərisində olan 5 ədəd kağız bükümü özü götürdüyünü, bir ədəd kiçik sellofan bükümün isə Aqşində qaldığını, həmin heroinləri daha sonra birlikdə istifadə etməyi düşündüklərini, bundan sonra bələdiyyə çayxanasına getdiklərini, orada olarkən polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və ona üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olduğunu bildirərək onu RPŞ-nə dəvət etdiklərini, həmin vaxt üzərində narkotik vasitə olduğunu boynuna aldığını və həyacanından həmin narkotik vasitəni bir neçə saat bundan əvvəl yanında olan Təqsirləndirilən şəxs2 aldığını bildirdiyini, bundan sonra polis əməkdaşlarının onları Ağdaş RPŞ-nə gətirdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunun və 01 ədəd alışqanın aşkar edildiyini, üzərindən aşkar olunmuş kibrit qutusu açılan zaman içərisindən 05 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddələr aşkar olunduğunu, həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını göstərdi. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Təqsirləndirilən şəxs1 onun dostu olduğunu, Asifin də onun kimi narkotik vasitə olan heroindən istifadə etdiyini, xx xxxx 2020-ci il tarixdə Asif ilə birlikdə «Çinar» şirniyyat evinin arxasında olan «Köhnə Hamam» adlanan yerin yanından keçərkən yerdə bir ədəd sellofan büküm gördüklərini və yerdən götürüb içərisinə baxarkən içərisində 7 büküm heroin olduğunu gördüklərini, həmin vaxt ağrıları olduğu üçün Asiflə birlikdə həmin narkotik vasitə olan heroindən bir bükümünü istifadə etdiklərini, daha sonra tapdıqları narkotik vasitə olan heroindən 5 bükümü saxlamaq üçün Asifə verdiyini, bir bükümünü isə özü götürdüyünü, bundan sonra çay içmək üçün bələdiyyənin çayxanasına getdiklərini, orada olarkən polislərin gəldiklərini və Asifin üzərində narkotik vasitələrin saxlaması barədə onlarada məlumat olmasını bildirərək onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, həmin vaxt Asifin onun üzərində narkotik vasitə olan heroin olduğunu və həmin heroini onun verməsini bildirdiyini, bundan sonra polis əməkdaşlarının onları Ağdaş RPŞ-nə gətirdiklərini və orada əvvəlcə Asifin sonra da onun üzərinə şəxsi axtarış keçirildiyini, onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona müdafiəçi təyin edildiyini, şübhəli kimi tutulduğunu, daha sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 03 ədəd 20 qəpik sikkələr, həmin şalvarın arxa sol cibindən bir ədəd əl dəsmalı, şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd maska və arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızı aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, hər hansı şəxsə narkotik vasitə satmadığını, Asifin üzərində saxladığı narkotik vasitələri və özündə saxladığı narkotik vasitələri birlikdə istifadə edəsi olduqlarını göstərdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 16:00 radələrində Ağdaş RPŞ-nin CAB əməliyyat müvəkkilləri Şahid7, Şahid6 və Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri, bələdiyyə çayxanası adlanan çayxanada Təqsirləndirilən şəxs2la çay içməsini gördüklərini, həmin vaxt Asifə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitələri Aqşinin ona verdiyini bildirdiyini, daha sonra onları Ağdaş RPŞ-nə gətirdiklərini, şöbənin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə əvəllcə Asifin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Asifinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd alışqan aşkar edildiyini, üzərindən aşkar olunmuş kibrit qutusu açılan zaman içərisindən 05 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddələr aşkar olunduğunu, Asifin həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin Asifin həmin narkotik maddələri xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına məktəblə üzbəüz küçədə yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən «Köhnə Hamam» adlanan yerin yanında Təqsirləndirilən şəxs2 ona verdiyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçi və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Aqşinin əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 03 ədəd 20 qəpik sikkələr, həmin şalvarın arxa sol cibindən bir ədəd əl dəsmalı, şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd maska və arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızı aşkar edildiyini, üzərindən aşkar sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Aqşinin həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına məktəblə üzbəüz yerləşən «Çinar» şirniyyat evinin arxasında yerləşən küçədə «Köhnə Hamam» kimi adlanan yerdə Təqsirləndirilən şəxs2la birlikdə gəzərkən yerdən bir ədəd sellofan büküm tapdıqlarını və onu açanda içərisində 7 büküm narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin bükümlərdən birini orada köhnə hamamın içərisində istifadə etdiklərini, qalan 6 bükümdən 5 ədədini Aqşinin ona verdiyini, bir ədədini isə Aqşinin üzərində qaldığını bildirdiyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Asiflə birlikdə gəzərkən «Köhnə Hamam» adlanan ərazidən bir ədəd sellofan büküm tapdıqlarını, həmin bükümü açarkən içərisində 7 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin bükümlərdən birini orada istifadə etdiklərini, digər bükümlərdən 5 ədədini Asifin götürərək üzərində saxladığını, bir bükümünün isə onda qaldığını, həmin bükümləri daha sonra birlikdə istifadə etməyi qərara aldıqlarını bildirdiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik maddələrin satışı ilə məşğul olmaları barədə məlumatının olmadığını göstərdi. İş üzrə şahidlər Şahid8, Şahid6 Eyyub oğlu və Şahid7 məhkəmə iclasında Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, bundan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd alışqan aşkar edildiyini, üzərindən aşkar olunmuş kibrit qutusu açılan zaman içərisindən 05 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlərin açılan zaman içərilərindən qəhvəyi rəngli, toz və kristal halında maddələr aşkar olunduğunu, Asifin həmin maddələrin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin Asifin həmin narkotik maddələri xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində M.İsayev adına məktəblə üzbəüz küçədə yerləşən hamamın qarşısında Təqsirləndirilən şəxs2 aldığını bildirdiyini göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon və 03 ədəd 20 qəpik sikkələr, həmin şalvarın arxa sol cibindən bir ədəd əl dəsmalı, şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd maska və arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızı aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, Aqşinin həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Asiflə birlikdə gəzərkən «Köhnə Hamam» adlanan ərazidən bir ədəd sellofan büküm tapdıqlarını, həmin bükümü açarkən içərisində 7 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu gördüklərini, həmin bükümlərdən birini orada istifadə etdiklərini, digər bükümlərdən 5 ədədini Asifin götürərək üzərində saxladığını, bir bükümünün isə onda qaldığını, həmin bükümləri daha sonra birlikdə istifadə etməyi qərara aldıqlarını bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/411 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 05 ədəd kağız bükümlər» sözləri yazılmış zərfin içərisindəki 05 ədəd gümüşü-ağ rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,192 qr, 0,172 qr, 0,218 qr, 0,102 qr, 0,148 qr, ümumi təmiz çəkisi 0,832 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə» sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 731 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 732 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı bir gün müddət təyin edilmiş cəzadan çıxılaraq 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, xx xxxxxx 2020-ci il tarixə çəkilməmiş 01 il 09 ay 28 gün müddətə azadlığın məhdulaşdırılması cəzası qalmışdır. Kərimov X5 Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 93.1.4-cü maddəlri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 03 il 09 aya endirilmişdir, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, hər iki iş üzrə məhkumluğu ödənilməmişdir. Beləliklə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin məhkəmə iclasında verdikləri etirafedici ifadələrindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun təqsirlərini etiraf edərək əməllərindən peşman olmalarını bildirmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.1-ci maddələrinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Qəsdən cinayət törətdiyinə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun əməli cinayətlərin təhlükəli residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun cəmiyyət üçün təhlükəli olduqları qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab etmir, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə, cəmi 02 gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxmağı, barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 28 gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının 02 gününə azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanmaqla, cəmi 10 ay 19 gün, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirərək qəti cəza təyin etməyi, Təqsirləndirilən şəxs2 Ehtibar oğluna təhlükəli residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə, cəmi 02 gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 Ehtibar oğlu isə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni xx xxxxxx 2020ci il tarixdən hesablanmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclası zalında həbs edilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hər ikisi cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik onlardan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.053 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş bir il doqquz ay iyirmi səkkiz gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, cəmi on ay on doqquz gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və qəti cəza, iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Ehtibar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Ehtibar oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Ehtibar oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Ehtibar oğlu cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 Ehtibar oğlu ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ehtibar oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1.053 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-95/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-95/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver