Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-95/2022 03.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi – Salyan Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Ağdaş rayonu Pirəyir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağdaş rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu Pirəyir kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 noyabr 2022-ci il tarixdə saat 16:00-da Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəls ilə ittiham olunur ondan ötrü ki, o, 2022-ci ilin may ayının ortalarında Ağdaş rayonu Pirəyir kəndində yaşadığı evin həyətyanı sahəsində xeyli miqdarda, yəni 4 ədəd nakotik tərkibli çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq edərək yetişdirməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:26 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Elməddin Şavədinovun evinin həyətyanı sahəsində əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 04 ədəd ümumi çəkiləri 0,15 qram narkotik təbiətli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində Ağdaş rayon Pirəyir kəndində yerləşən evin həyətyanı sahəsində əkinçiliklə məşğul olduğunu, yaşadığı evin həyətyanı sahəsində 01 ədəd istixanasının olduğunu, təxminən 20 gün əvvəl həmin istixanaya badımcan ştillərini əkdiyini, əslində onun nakotik tərkibli çətənə bitkilərinin həyətindəki istixanada əkilməsindən xəbəri olmadığını, sonradan qardaşı X2 həmin bitkiləri özünün əkdiyini ona bildirdiyini, istintaq zamanı qorxduğu üçün belə bir ifadə verdiyini, qardaşının həmin bitkiləri əkdiyini ilkin olaraq ehtimal etdiyini, lakin dəqiq bilmədiyini, buna görə də cinayəti öz üzərinə götürdüyünü, qardaşı Elgünün narkotik vasitələrinin istifadəçisi olduğunu göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından AR CPM-nin 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməklə şübhəli şəxs, həmçinin təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində 2022-ci ilin may ayının əvvələrində dəqiq yadında olmayan tarixdə Ağdaş rayonu Türyançay qəsəbəsi ərazisində meşəlik sahədə olan zaman yabanı halda bitmiş çətənə kollarını gördüyünü, daha sonra həmin kolların şitillərindən gətirib yaşadığı evin həyətyanı sahəsində olan istixanada əkmək və qulluq edərək yetişdirdikdən sonra özü istifadə etmək qərarına gəldiyini, buna görə də meşəlikdə yabanı halda bitmiş 04 ədəd ştil formasında olan çətənə bitkilərini çıxarıb özü ilə yaşadığı evə gətirdiyini, elə həmin gün də bitkiləri istixanada badımcan şitillərinin arasında əkdiyini, bundan sonra hərdən bir qulluq etdiyini, yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada əkdiyi çətənə bitkisinin şitilləri barədə ailə üzvlərindən heç kimin xəbəri olmadığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:20 radələrində yaşadığı evin həyətyanı sahəsində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, ona onun həyətyanı sahəsində yerləşən istixananın içərisində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu bildirdiklərini, ona görə də, həyətyanı sahəsinə baxış keçirəcəklərini dediklərini, özünün də polis əməkdaşlarına heç bir etiraz etmədiyini və onları həyətinə dəvət etdiyini, polis əməkdaşlarına həyətyanı sahəsindəki istixanada narkotik tərkibli şitilləri əkdiyini bildirdiyini, bundan sonra həmin narkotik tərkibli şitilləri onlara göstərdiyini, polis əməkdaşları ilə birlikdə gələn aqronom həmin narkotik tərkibli şitillərə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşlarının həmin şitilləri dibçəklərdən kökündən çıxardıqlarını, sonra həmin narkotik tərkibli şitillərinin hündürlükləri ölçüldüyünü, hər birinin hündürlüyünün 6 sm, 8 sm, 8 sm, 9 sm olduğunu, sonra həmin narkotik tərkibli şitilləri kağız zərfə qabşladırıldığını, üzərinə möhür vurulduğunu, bundan başqa onun yaşadığı evin həyətindən heç bir şey aşkar olunmadığını, baxışın videoçəkiliş vasitəsilə aparıldığını və sonda protokol tərtib olunduğunu, özü və digər iştirakçıların həmin protokola imza etdiklərini, bundan sonra polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, ailə üzvlərinin həmin narkotik tərkibli bitki ştillərini əkməsi ilə bağlı məlumatının olmadığını, əkinə özü nəzarət etdiyini, özündən başqa istixanaya heç kim daxil olmadığını, olsa belə, həmin bitkilərin nə olmasını ailəsindən heç kimin bilmədiyini göstərmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində qeyiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getdiklərini, həmin zaman saat 12:20 radələri olduğunu, həyət qapısından Elməddini çağırdıqlarını, Elməddinin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Elməddin də buna heç bir etiraz etmədiyini, bundan sonra Elməddinin yaşadığı evin həyətyanı sahəsinə aqranom Şahid1 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Elməddinin yaşadığı evin həyətyanı sahəsində olan istixanada olan 04 ədəd dibçəyə əkilmiş 04 ədəd narkotik tərkibli ştilləri aşkar edildiyini, həmçinin aqronom Şahid1 həmin narkotik tərkibli şitillərə baxış keçirib rəy bildirdiyini, aşkar edilmiş narkotik tərkibli ştillər kökündən çıxardıldığını və hündürlükləri ölçüldüyünü, ən kiçik ştilin hündürlüyünün 6sm, ən böyüyünün isə hündürlüyünün 9 sm olduğunu, daha sonra həmin bitkilər 01 ədəd zərfə qablaşdırıldığını, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, baxış zamanı video çəkilişdən istifaə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra Elməddinə Ağdaş RPŞ-də dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, Elməddin də Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanadan cəmi 04 ədəd dibçəkdə 04 ədəd narkotik tərkibli bitki şitlləri aşkar olunaraq götürüldüyünü,Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını, baxış zamanı Elməddinin ilkin olaraq Ağdaş rayonu Türyançay qəsəbəsi ərazisində meşəlik sahədə olan zaman yabanı halda bitmiş çətənə kollarınının şitillərini götürərək yaşadığı evdə əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şahid2 eyniməzmunlu ifadə verərək X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində X16 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində qeyiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, özünün də etiraz etmədiyini, bundan sonra ona hüquqları izah edildiyini, daha sonra Ağdaş rayonu Pirəyir kəndində yaşayan Elməddin adlı şəxsin yaşadığı evinə getdiklərini və Elməddini çağırdıqlarını, həmin zaman Elməddinin yaşadığı evin qarşısına çıxdığını və polis əməkdaşlarının ona narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, daha sonra Elməddinin yaşadığı evin həyətinə onların iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Elməddinin yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanadan 04 ədəd dibçəyə əkilmiş cəmi 04 ədəd narkotik tərkibli şitillər aşkar edildiyini, həmin ştillərə baxış keçirilərək ştillərin aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumuşaldıldığını və suvarıdığını bildirdiyini, həmçinin bu barədə rəy də tərtib etdiyini, bundan sonra aşkar edilmiş narkotik tərkibli şitillər kökündən çıxardıldığını və hündürlükləri ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyü 6 sm, ən böyüyünün isə hündürlüyü 9 sm olduğunu, daha sonra həmin ştillər kağız zərfə qablaşdırıldığını, zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu və zərfin üzərinə imza etdiklərini, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən cəmi 04 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs əkdiyi çətənə kollarının ştillərinə aqrotexniki qaydada qulluq olunduğunu, dibləri yumşaldıldığını, yanları alaqdan təmizləndiyini, daimi suvarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyindən əziyyət çəkmədiyini, ikinci vətən müharibəsi iştirakcısı olduğunu, Təqsirləndirilən şəxs onun qardaşı olduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, əvvələr məhkum olunmadığını, narkotik vasitəni müharibədə iştirak edən zaman istifadə etməyə başladığını və müharibədən gələn zaman ordan narkotik vasitə toxumunu gətirdiyini və həmin toxumu qardaşı Təqsirləndirilən şəxs məxsus Ağdaş rayonu Pirəyir kəndində yerləşən evin həyətində olan istixanada özünün əkdiyini və bundanda qardaşının xəbəri olmadığını, sonuncu dəfə həmin şitillərə Elməddin tutulmamışdan bir-iki gün qabaq qulluq etdiyini ən uzununun təxminən 2-3 sm olduğunu bildirmişdir. Əlavə olaraqda qardaşı Elməddinlə aralarının yaxşı olmadığını və uzun müddətdirki danışmadıqlarını buna görədə qardaşı Elməddinə məxsus Ağdaş rayonu Pirəyir kəndində yerləşən evin həyətyanı sahəsində olan istixanadan polis əməkdaşları tərəfindən nakotik tərkibli çətənə bitkilərinin çıxarılan zaman həmin narkotik tərkibli çətənə bitkilərinin özünün əkdiyini polis əməkdaşlarından gizlətdiyini və soradan da bu barədə məlumat vermədiyini göstərmişdir. “Evə baxış keçirilməsi və götürülmə haqqında” 19 may 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 12:26-dan saat 12:35-ə dək Təqsirləndirilən şəxs yaşadığı evinə videoçəkilişlə baxış keçirilmiş, evin həyətyanı sahəsindəki istixanada 04 ədəd dibçəkdə əkilmiş hündürlükləri müvafiq olaraq 6 sm, 8 sm, 8 sm və 9 sm 04 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki ştilləri aşkar olunmuşdur. Həmin 04 ədəd narkotik tərkibli bitkiyə oxşar bitki ştilləri kağız zərfə qablaşdırıldıqdan sonra həmin kağız zərflərin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/416 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 04(dörd) ədəd, hündürlükləri 6 smdən 9 sm-dək, ümumi çəkiləri – 0,15 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin ştilləridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1187 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş 27 may 2022-ci il tarixli 722 saylı məktubdan görünür ki, Ağdaş rayonu Pirəyir kəndində yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayonu Gürcuva kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İHB-nın Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 170 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Pirəyir kəndində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X7-atası, X3-anası və X6-qardaşıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-23/2022 saylı 01 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun 03 noyabr 2022-ci il tarixli c/i-2738 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-23/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-23/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə 01 il 11 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamış qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 19 may 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının ortalarında Ağdaş rayonu Pirəyir kəndində yaşadığı evin həyətyanı sahəsində xeyli miqdarda, yəni 4 ədəd nakotik tərkibli çətənə bitkisini əkərək, aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya edərək Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad etmək üçün əsaslar yoxdur, buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədləri ilə öz təsdiqini tapır. Məhkəmə eyni ilə Elgün Şavəddinovun ifadəsinə də qardaşı Təqsirləndirilən şəxs ifadəsi kimi tənqidi yanaşır, həmin ifadəni qardaşının müdafiəsinə yönəlmiş, cinayət işinin araşdırılması zamanı toplanmış digər sübutların məcmusu ilə təkzib edilən aşkar yalan ifadə kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Lakin həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-23/2022 saylı 01 mart 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 19 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.15 qram çəkidə, 04 ədəd çətənə (kannabis) bitkilərinin şitilləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 1(014)- 23/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 il 11 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.15 qram çəkidə, 04 ədəd çətənə (kannabis) bitkilərinin şitilləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün maddi sübuta aid hissədə icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-95/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-95/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver