Məhkəmə qərarları › İş №1(014)-96/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-96/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-96/2021 29.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 xx xxxx 1970-ci ildə Ağdaş rayonu, Aral-1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Aral-1kəndində qeydiyyatda olan və yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 xx xxxx 1991-ci ildə Ağdaş rayonu, Aral-1 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Aral-1 kəndində qeydiyyatda olan və yaşayan, barəsində 09 iyun 2021ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddələri ilə 10.05.2016-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 03.02.2016-cı il tarixdə hesablanmaqla 02.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş və Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 23.02.2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək iki il altı ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, birinci hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş Ağdaş rayonu, Pirəyir kənd sakini xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus ünvan 1ndə yerləşən X1 mağazasından 2020-ci ilin oktyabr ayının əvvəllərində, saat 13:00 radələrində 01 ədəd cəmi 140 manat dəyərində Uralzit markalı otbiçəni oğurlamış, yəni Zərərçəkmiş şəxs2 cəmi 140 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təkrarən Ağdaş rayonu, Pirəyir kənd sakini xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus ünvan 1ndə yerləşən X1 mağazasından 19:11.2020-ci il tarixdə, saat 12:40 radələrində 01 ədəd cəmi 150 manat dəyərində təzə “Hyundai” markalı odun doğrayan aparatı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 cəmi 150 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş rayonu, Aral-1 kənd sakini xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən o, gəlib-gedən şəxsləri müşahidə edərək Təqsirləndirilən şəxs1 məlumat vermək üçün küçədə pusquda dayanmış, sonuncu isə Ağdaş şəhəri, H.Hacıyev küçəsi 1/6-da yaşayan xx.xx.1946-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı evin saxlanc yeri olan zirzəmisinə qanunsuz daxil olaraq, 2020-ci ilin oktyabr ayının axırlarında, saat təxminən 15:00 radələrində 01 ədəd 1,7 kq çəkidə cəmi 17 manat dəyərində istifadədə olmuş aliminium əsaslı ərintidən hazırlanmış 64 sm diametrli ləyəni, 01 ədəd cəmi 50 manat dəyərində istifadə olmuş aliminium materialından hazırlanmış, hər iki kənarında əl tutmaq üçün yeri olan 10 kq çəkidə 20 litrlik qazanı və 01 ədəd cəmi 35 manat dəyərində aliminium materialından hazırlanmış istifadədə olmuş,7 kq çəkidə teşti oğurlamış, yəni Zərərçəkmiş şəxs1 cəmi 102 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 23.02.2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş rayonu, Aral-1 kənd sakini xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, əvvəlcədən aralarında olan razılığa əsasən sonuncu gəlibgedən şəxsləri müşahidə edərək ona məlumat vermək üçün küçədə pusquda dayanmış, o Ağdaş şəhəri, H.Hacıyev küçəsi 1/6-da yaşayan xx.xx.1946-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı evin saxlanc yeri olan zirzəmisinə qanunsuz daxil olaraq, 2020-ci ilin oktyabr ayının axırlarında saat təxminən 15:00 radələrində 01 ədəd 1,7 kq çəkidə cəmi 17,00 manat dəyərində istifadədə olmuş aliminium əsaslı ərintidən hazırlanmış 64 sm diametrli ləyəni, 01 ədəd cəmi 50 manat dəyərində istifadə olmuş aliminium materialından hazırlanmış, hər iki kənarında əl tutmaq üçün yeri olan 10 kq çəkidə 20 litrlik qazanı və 01 ədəd cəmi 35 manat dəyərində aliminium materialından hazırlanmış istifadədə olmuş, 7 kq çəkidə teşti oğurlamış, yəni Zərərçəkmiş şəxs1 cəmi 102 manat dəyərində əmlakını gizli olaraq talamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Ağdaş rayonu, Aral-1 kənində yaşadığını, Ağdaş rayon sakini Məzahir adlı şəxsi tanıdığını, onun ünvan 1ndə X3 mağazası olduğunu, həmin mağazanın qarşısında velosiped, ot biçən aparatlar, matorlu mişarlar və digər avadanlıqlar olduğunu, həmin avadanlıqları mağazanın qarşısında və mağazanın içərisində satdığını, həmin mağazadan iki dəfə tək oğurluq etdiyini, birinci dəfə 2020-ci ilin oktyabr ayının əvvəllərində günorta saat 13:00 radələrində tək Məzahirin M.Ə.Rəsulzadə küçəsində yerləşən X2 mağazasının qarşısına getdiyini, həmin zaman satıcıların mağazanın içərisində odluqlarını, mağazanın qarşısında heç kimin olmadığını gördüyünü, əvvəllcə otbiçən maşını əlinə götürdüyünü, sağa-sola baxdığını və onu heç kimin görmədiyini bildiyini və mağzanın sahiblərinin də onu görmədiklərini, bundan sonra iti addımlarla mağazanın qarşısından aralanıb üzü H.Əliyev prospektinə tərəf gəldiyini, həmin vaxt həmkəndlisi olan tanışı Təqsirləndirilən şəxs1 Elbrus oğlunun tək dayandığını gördüyünü, ona “mağazadan nisyə otbiçən aparat götürmüşəm, pulunu verməmişəm, demişəm ki, sonra gətirib verərəm, bunu mənə kömək et satım, pulunu da yarı bölərik” dediyini, Kəyyamın da ona “bazarın qarşısında tanış adam var, ona sataram və pulunu verərəm” dediyini, özünün həmin yerdə dayandığını, Kəyyamın isə ondan otbiçən aparatı alıb getdiyini, aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra Kəyyamın gəldiyini və ona “otbiçən aparatı bazarın qarşısında Zahir adlı şəxsə 70 manata satdım” dediyini və ona 70 manat pul verdiyini, 70 manat pulun, 40 manatını ona verdiyini, 30 manatını isə özü götürdüyünü, daha sonra Kəyyamdan aralanıb mağazadan 7 manat verib spirtli içki aldığını və yaşadığı evə getdiyini, daha sonra isə səhəri günü qalan 33 manat pulu isə özü üçün ərzağa xərclədiyini, 19.11.2020-ci il tarixdə xərcləmək üçün pulu olmadığını, yenə də oğurluq etmək qərarına gəldiyini, həmin gün saat 12:40 radələrində Məzahirin mağazasının qarşısından keçən zaman mağazanın qarşısında kənar bir neçə nəfər şəxs olduğunu gördüyünü, həmin vaxt mağazanın qarşısında olan odundoğrayan matoru əlinə aldığını, təxminən 2-3 metr gətirib mağazanın qarşısında olan stolun üzərinə qoyduğunu və mağzanın qapısına yaxınlaşdığını, içəridə bir neçə nəfər şəxs olduğunu gördüyünü, sonra mağazanın qarşısı tərəfə ağacın yanına gəldiyini, bundan sonra siqaret yanıdırıb çəkdiyini, sonra onların başı qarışıqdığını gördüyünü, həmin matoru götürüb piyada üzü bazar istiqamətinə getdiyini, sonra bazarın qarşısından keçəndə Ağdaş şəhər sakini kimi tanıdığı Müzəffər adlı şəxsi gördüyünü və Müzəffərə əlindəki odunduğrayan aparatı göstərib “bunu harda sata bilərəm” dediyini, Müzəffərin ona “adam var, ona deyərəm sata bilsək ona satarıq” dediyini, bundan sonra bir taksi ilə əvvəllər tanımadığı Ağdaş rayon Ağcayazı kəndində yaşayan Şahin adlı şəxsin evinə getdiklərini, Müzəffərin həmin şəxsə odunduğrayan aparatı göstərdiyini və 80 manata satdığını dediyini, lakin Şahinin isə “60 manat verərəm” dediyini, belə olub Şahinlə razılaşdığını, Şahinin də 60 manat pulu ona verdiyini, daha sonra isə mağazadan 5 manatlıq spirtli içki, 5 manatlıq isə ərzaq məhsulları aldığını, qalan 50 manatı isə səhəri günü özü üçün xərclədiyini, hər iki oğurluğu tək etdiyini, oğurluq edəndə mağazanın qarşısında kənar şəxslər olsa da həmin odunduğrayan aparatıı və otbiçən aparatı götürən zaman onu heç kimin görmədiyini düşünərək mağazanın qarşısından aralandığını, bu iki oğurluqdan başqa Kəyyam adlı şəxslə 2020-ci ilin oktyabr ayının axırlarında saat təxminən 15:00 radələrində Şöhrət müəllimənin evinin həyətində olan zirzəmidən 01 ədəd qazan, 01 ədəd teşt və 01 tiyan oğurladıqlarını, həmin gün pulları olmadığı üçün oğurluq etmək qərarına gəldiklərini, əvvəllər Kəyyamla ikisinin Şöhrət müəllimənin evində xurma yığdıqlarına görə onların həyətinə bir iki dəfə gedib gəldiklərini, Kəyyamın da “onların evinin zirzəmisində qazan, teşt və tiyan var” dediyini, həmin günü küçədə pusquda dayandığını, Kəyyamın isə hasardan keçərək həyətə daxil olduğunu, sonra həyətə giriş qapısını içəridiən açıb ona “gəl mənə kömək elə” dediyini, qapıya yaxınlaşanda bir əlində qazan və bir əlində isə teşt və tiyan olduğunu gördüyünü, həmin əşyaların üçünü də götürdüyünü, Kəyyamın isə qapını içəridən bağlayıb, hasardan keçib onun yanına gəldiyini və birlikdə küçə ilə gələndə modelini, nömrəsini və sürücüsünü tanımadığı taksi sürücüsünü saxlatdıqlarını, daha sonra həmin oğurladıqları əşyaları onun avtomobilinin yük yerinə qodyuqlarını və onu Maşad küçəsində yaşayan Tahir adlı şəxsin evinə sürdürdüklərini, Tahir adlı şəxsin evinin qarşısında avtomobilini saxladığını, həmin əşyaları Tahir adlı şəxsin həyat yoldaşı Cəmilə adlı qadına Kəyyamın 35 manata satdığını, həmin 35 manat puldan taksi sürücüsünə 2 manat verdiklərini, qalan 33 manat pulu isə yarı yarıya Kəyyamla ikisini böldüklərini, ona düşən pulu da özü üçün xərclədiyini, otbiçən aparatı oğurladığını Kəyyamın bilmədiyini, lakin Kəyyama onu satması üçün verdiyini, ola bilsin ki, Məzahir adlı şəxsin Kəyyamla birlikdə oğurladığını eşitdiyini, lakin hər iki oğurluğu tək etdiyini, Kəyyam, Şahin və Müzəffər adlı şəxslərə 01 ədəd otbiçən aparatı və 01 ədəd odundoğrayan aparatı oğurladığını demədiyini, bu üç oğurluqdan başqa heç bir yerdən oğurluq etmədiyini, oğurluq edən zaman onları küçədə heç kimin görmədiyini, həmçinin oğurluq edən zaman evdə də heç kimin olmadığını, çünki əvvəlcədən Kəyyamla özünün həmin evdə heç kim yaşamadığını bildiyini göstərdi. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Ağdaş rayon Aral-1 kənində tək yaşadığını, Ağdaş rayon sakini Məzahir adlı şəxsi tanıdığını, onun ünvan 2ndə X3 mağazası olduğunu, həmin mağazanın qarşısında velosiped, ot biçən aparatlar, matorlu mişarlar və digər avadanlıqlar olduğunu, həmin avadanlıqları mağazanın qarşısında və mağazanın içərisində satdığını, 2020-ci ilin oktaybr aynın əvvəllərində H.Əliyev prospektində tək dayandığını, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs2 əlində 01 ədəd təzə vəziyyətdə otbiçən aparatı gətirdiyini gördüyünü, Afərin ona həmin otbiçən aparatını mağazadan nisyə götürdüyünü, pulunu isə vermədiyini, ona aparatı satmağa kömək etməyini bildirdiyini, özünün də ona “bazarın qarşısında bir adam olmalıdır, görüm sata bilsəm, pulunu verərəm” dediyini, həmin vaxt Afərin ona “sat sənədə pul verərəm” dediyini, özünün də pula ehtiyacı olduğu üçün onunla razılaşdığını, otbiçən aparatı götürüb bazarın qarşısı tərəfə gedəndə Ağdaş rayon Xosrov kəndində qeydiyyatda olan və Ağdaş şəhərində yaşayan Şahid1 orada olduğunu gördüyünü, ona “otbiçən aparatını satmağa sənin tanışın varmı” dediyini, Xəyalın da ondan “həmin aparat oğurluq deyilki?” dediyini, ona “xeyr, həmin aparat tanışım Afər adlı şəxsindir, satıb pul əldə etmək lazımdır” dediyini, bundan sonra Xəyalın “mənim tanışım var gəl aparıb ona sataq” dediyini, Xəyalla birlikdə bazarın qarşısında sonradan adını bildiyi Zahir adlı şəxsin mağazasına getdiklərini, Xəyalın Zahirlə onu tanış elədiyini, Zahirə əvvəlcə “otbiçən aparatı 100 manata satıram” dediyini, Zahirin də ona otbiçən aparata 70 manat verəcəyini dediyini və 70 manata onunla razılaşdığını, daha sonra Zahirin ona 70 manat pul verdiyini, Xəyalın da Zahirə “narahat olma, otbiçən aparat oğurluq deyil, nəsə olsa mənlikdir” dediyini, bundan sonra 70 manat pulu götürüb Afərin yanına getdiyini, Afərə 70 manatdan 40 manat pul verdiyini, 30 manatını isə Afərin “özün xərcləyərsən” dediyini, bundan başqa Afərlə 2020-ci ilin oktyabr ayının axırlarında saat təxminən 15:00 radələrində Şöhrət müəllimənin evinin həyətində olan zirzəmidən 01 ədəd qazan, 01 ədəd teşt və 01 tiyan oğurladıqlarını, həmin gün pulları olmadığı üçün oğurluq etmək qərarına gəldiklərini, əvvəllər Afərlə ikisinin Şöhrət müəllimənin evində xurma yığdıqlarına görə onların həyətinə bir iki dəfə gedib gəldiklərini, Afərə onların evinin zirzəmisində qazan, teşt və tiyan olduğunu, Afərin həmin günü küçədə pusquda dayandığını, özünün isə hasardan keçərək həyətə daxil olduğunu, bundan sonra da evin zirzəmisinə girdiyini və zirzəmidə olan ev əşyalarının iərisindən 01 ədəd qazan, 01 ədəd teşt və 01 ədəd tiyanı götürdüyünü, sonra həyətin giriş qapısına yaxınlaşdığını, həyətə giriş qapısını içəridən açıb Afərə “gəl mənə kömək elə” dediyini, Afərin də qapıya yaxınlaşdığını və onun əlində olan 01 ədəd qazan, 01 ədəd teşt və 01 ədəd tiyanı götürdüyünü, qapını içəridən bağlayıb, hasardan keçib onun yanına getdiyini və birlikdə küçə ilə gələndə nömrəsini, modelini və adını bilmədikləri taksi sürücüsünü gördüklərini və əl edib onu saxlatdıqlarını, daha sonra həmin oğurladıqları əşyaları onun avtomobilinin yük yerinə qodyuqlarını və onu Maşad küçəsində yaşayan Tahir adlı şəxsin evinin qarşına avtomobili sürdürdüklərini, Tahir adlı şəxsin evinin qarşısında avtomobilini saxladığını, həmin əşyaları Tahir adlı şəxsin həyat yoldaşı Cəmilə adlı qadına 35 manata satdığını, həmin 35 manat puldan taksi sürücüsünə 2 manat verdiklərini, qalan 33 manat pulu isə yarı yarıya Afərlə ikisi böldüklərini, ona düşən pulu da özü üçün xərclədiyini, Afərlə və yaxud da ki, başqaları ilə oğurluq etmədiyini, Afərin Məzahir adlı şəxsin mağazasından iki dəfə oğurluq etdiyini sonrandan bildiyini, Afərin ona göstərdiyi otbiçən aparatının oğurluq olmasını bilmədiyini, oğurluq edən zaman onları küçədə heç kimin görmədiyini, həmçinin oğurluq edən zaman evdə də heç kimin olmadığını, çünki əvvəlcədən Afərlə özünün həmin evdə heç kimin yaşamadığını bildiklərini, 01 ədəd teşt və 01 ədəd tiyanın toy və yas mərasimində yemək bişirmək üçün dairəvi şəkildə aliminium materialından hazırlandığını, istifadə olunmuş olduğunu, balacasının kənarından 3 yerdən yaxın yaxına deşilmiş olduğunu, bir hissəsinin isə 2 sm ölçüdə yarıldığını, 01 ədə qazan isə 20 litrlik qazan olduğunu, hər iki kənarında əl tutmaq üçün yeri olduğunu, qazan aliminiumdan hazırlandığını, həmçinin qapağı da olduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 onun qaynı olduğunu, aralarında normal qohumluq münasibətləri olduğunu, 2020-ci ilin oktyabr ayının əvvəllərində bazarın qarşısında dayandığını, həmin zaman Kəyyamın onun yanına gəldiyini və əlində olan otbiçəni ona göstərərək tanışı Afər adlı şəxsə məxsus olduğunu və satıb pul əldə etmək lazım olduğunu bildirdiyini, bundan sonra Kəyyama “mənim tanışım var gəl aparıb ona sataq” dediyini, bazarın qarşısında Zahir adlı şəxsin mağazasına getdiklərini, Zahirlə Kəyyamı tanış elədiyini, Kəyyamın Zahirə əvvəlcə “otbiçən aparatı 100 manata satıram” dediyini, Zahirin də otbiçən aparata 70 manat verəcəyini dediyini və 70 manata Kəyyamın onunla razılaşdığını, daha sonra Zahirin Kəyyama 70 manat pul verdiyini, Zahirə “narahat olma, otbiçən aparat oğurluq deyil, nəsə olsa mənlikdir” dediyini, bundan sonra Kəyyamın 70 manat pulu götürüb getdiyini, Afər adlı şəxsin və Kəyyamın oğurluq etmələrindən heç bir məlumatının olmadığını, həmçinin onların Ağdaş şəhər sakini Məzahir adlı şəxsin dükanından oğurluq etməsini də bilmədiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində ünvan 1 ünvanında yerləşən X2 dükanı olduğunu, həmin mağazada əsasən ot biçən maşınlar, velosipedlər, matorlu mişarlar və digər X2 satdığını, Ağdaş rayon Xosrov kəndində qeydiyyatda olan və Ağdaş şəhərində yaşayan Şahid1 Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onun mağazasından daimi alver etdiyini, 2019-cu ilin oktaybr ayının əvvəllərində Xəyalın onun mağazasına gəldiyini və onun yanında bir nəfər sonradan adını bildiyi Kəyyam adlı şəxsin, həmin şəxsində əlində 01 ədəd otbiçən aparat olduğunu, Xəyalın ona həmin şəxsin yaxını olduğunu bildirdiyini və ona “Kəyyamın borcu var 01 ədəd otbiçən aparatı gətirib, satmaq istəyir, mümkündürsə onu al” dediyini, həmin vaxt Kəyyamdan neçəyə satdığını soruşduğunu, Kəyyamın da ona otbiçən aparatı 100 manata satdığını bildirdiyini, lakin Kəyyama otbiçən aparata 70 manat verəcəyini bildirdiyini, belə olub Kəyyamla razılaşdıqlarını və 70 manat verib otbiçən aparatı aldığını, daha sonra Xəyalın da ona “narahat olma, otbiçən aparat oğurluq deyil, nəsə olsa mənlikdir” dediyini, bundan sonra onların çıxıb getdiklıərini, həmin otbiçən aparatın oğurluq olmasını bilmədiyini, digər odundoğrayan aparatın isə Afər adlı şəxsin kimə satmasından da xəbəri olmadığını, Məzahir adlı şəxsin onun qardaşı olduğunu, sonradan onun mağazasından oğurluq olduğunu eşitdiyini, Məzahirin əvvəlcə polisə ərziə vermədiyini, sonradan gedib oğurluq barədə ərizə ilə müraciət etdiyini, həmin otbiçən aparatı yadında qalmayan bir müştəriyə satdığını, həmin otbiçən aparatın oğurluq olduğunu bilmədiyini, Kəyyam adlı şəxsin ona həmin otbiçən aparatın özünün olduğunu borcu olduğu üçün satdığını bildirdiyini göstərdi. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmadığını bildimişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində 5 övladının olduğunu, onlaradan 3-ü oğlan 2-si isə qız olduğunu, onların hər birinin ailəli olduğunu, oğlanlarının ailəsi ilə birgə Bakı şəhərində ailələri ilə yaşadıqlarını, qız övladlarının da ailələri ilə birlikdə Ağdaş şəhərində yaşadıqlarını, təxminən 3 ildir ki, mən xəstələndiyim üçün ona qız övladı Pərvanə Əliyevanın baxdığını, onlarla birlikdə yaşadığını, Ağdaş şəhərində olan bir mərtəbəli evinə isə qızının əri İlqarın nəzarət etdiyini, 09.02.2021-ci il tarixdə İlqarın ona “evindən 01 ədəd qazan, 01 ədəd teşt və 01 ədəd tiyan oğurlanıbdır” dediyini, özünün də yataqdan qalxa bilmədiyi üçün İlqara “mənim evin zirzəmisində olan qab-qacaqlara bax gör yerindədirmi, mənim orada 01 ədəd qazan, 01 ədəd teşt və 01 ədəd tiyanım olmalıdır” dediyini, İlqarında “həmin əşyalar yoxdur” dediyini, bundan sonra ərizə yazaraq onda dəymiş ziyanlıq ödənilməsini istədiyini, yaşadığı evin həyətə giriş qapısı dəmirdən ibarət olduğunu, həmin giriş qapının iki hissədən ibarət olduğunu, birinci giriş əl qapısının zamoqla bağlandığını, digər avtomobilin daxil olan dəmir qapı isə arxadan dəmirlə bağlandığını, üzərində qıfıl olmadığını, dəmir qapının kənarları 2.5 metr hündürlüyündə mişar daşlarından ibarət olduğunu, yuxarıda qeyd edilən əşyalardan başqa evindən heçnə oğurlanmadığını, evindən oğurlanmış 01 ədəd qazan, alminium materialdan ibarət olduğunu, işlənmiş olduğunu, 20 litrlik qazan olduğunu,100 manat dəyəri olduğunu, 01 ədəd teştdə alminium materialdan ibarət olduğunu, işlənmiş və 50 manat dəyəri olduğunu və 01 ədəd tiyanı isə iri olduğunu, onun da alüminum materialdan ibarət olduğunu, 120 manat dəyəri olduğunu, ümumilikdə ona 270 manat ziyan dəydiyini, Ağdaş rayon Aral-1 kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 və Ağdaş rayon Aral-1 kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Elbrus oğlunu tanımadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənilmədiyini, iş üzrə təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu bildimişdir. İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ünvan 2 ünvanında yerləşən X2 dükanı olduğunu, həmin mağazada əsasən ot biçən maşınlar, velosipedlər, matorlu mişarlar və digər X2 satdığını, kimsə kənardan baxanda mağazanın açıq olduğunu bilməsi üçün həmin mağazada olan bəzi mallardan çölə qapının qarşısına da yığdığını, 24.11.2020-ci il tarixdə həmişəki kimi səhər saat 08:00 da mağazanı açdığını və mağazanı açdıqdan sonra mağazanın qarşısına bəzi mallardan qoyduğunu, həmçinin otbiçən aparatlar və matorlu mişarları yəni odun doğrayan aparatları da mağazanın qarşısına qoyduğunu, daha sonra gələn gedən müştərilərlə məşğul olmağa onlara köməklik göstərməyə başladığını, həmin gün saat 13 radələrində mağazanın qarşısına çıxan zaman səhər çölə çıxarıb qoyduğu otbiçən aparatlarından və matorlu mişarlardan hərəsindən bir ədədinin mağazanın qarşısında olmadığını gördüyünü, bundan sonra qonşu mağazada olan kamera görüntülərinə baxdığını, həmin mağazanın görüntüsünə onun mağazasının qarşısında olan malların düşdüyünü, yavaş-yavaş görüntünü arxaya çevirəndə bir nəfər şəxs mağazanın qarşısında olan 01 ədəd odundoğrayan aparatı oğurladığını gördüyünü, daha sonra da həmin şəxs otbiçən aparatımı da oğurladığını bildiyini, sonra ona odundoğrayan aparatı oğurlayan şəxsin Afər adlı şəxs olduğunu, onun yanında da bir nəfər şəxs olduğunu və onun da adının Kəyyam olduğunu, Kəyyamın da otbiçən aparatı oğurladığını bildiyini, lakin Kəyyamın otbiçən aparatı oğurlayan zaman görüntü kamerasına düşmədiyini, çünki həmin otbiçən aparat görüntü kamerasının altında olduğunu, ona görə də həmin görüntü kamerasına düşmədiyini, sonra həmin şəxslərin gəlib otbiçən aparatı və odundoğrayan aparatı verəcəklərini düşündüyünü, buna görə də polisə həmin tarixdə ərizə ilə müraciət etmədiyini, sonra da maraqlananda həmin şəxslərin tüfeyli həyat tərzi keçirdiklərini bildiyini və buna görə də 18.01.2021-ci il tarixdə RPŞ-nə ərizə ilə müraciət etdiyini, ərizəsində də noyabr ayının 24-də mağazadan 01 ədəd otbiçən və 01 ədəd odundoğrayan aparatının oğurlandığını bildirsə də, sonradan təqdim etdiyi görüntüyə bir daha dəqiqliklə baxanda bir nəfər sonradan adını bildiyi Afər adlı şəxsin 19.11.2020-ci il tarixdə saat 12 radələrində mağazasının qarşısında olan odundoğrayan aparatını götürüb mağazanın qarşısında olan stolun üzərinə qoyduğunu, daha sonra da kənara çəkilib ağacın dibində siqaret çəkdiyini, sonra da həmin odundoğrayan aparatımı həmin şəxsin oğurladığını, həmçinin sonradan da onun digər 01 ədəd otbiçən aparatını da həmin şəxsin oğurladığına tam əmin olduğunu, onun dəqiq yadında olmadığını, lakin bilirəm ki, 01 ədəd otbiçən aparatını da həmin Afər adlı şəxsin 2020-ci ilin oktyabr ayının əvvəllərində mağazanın qarşısından oğurladığını, həmin otbiçən aparatı da Kəyyam adlı şəxsə verdiyini, Kəyyam adlı şəxsin də tanımadığı bir şəxslə birlikdə qardaşı Zahir adlı şəxsə satdığını, həmçinin Afər adlı şəxsin də mağazanın qarşısından oğurladığı 01 ədəd odundoğrayan aparatı isə Müzəffər adlı şəxslə birlikdə Şahin adlı şəxsə satdığını, mağazadan həmin əşyalardan başqa heçnə oğurlanmadığını, Uralzit markalı otbiçənin qiyməti 160 manat və 01 ədəd Hyundai markalı odun doğrayan aparatın qiyməti isə 150 manat olduğunu və həmin aparatların təzə olduğunu, yəni işlənmədiklərini, ilkin olaraq ərizəmi yuxarıda qeyd etdiyi kimi versə də sonradan ona Afərin mağazamın qarşısından 2020-ci ilin oktyabr ayının əvvəllərində günorta saat 13:00 radələrində otbiçən aparatı və 19.11.2020-ci il tarixdə saat 12:40 radələrində isə mağazanın qarşısında açıq yerdən odunduğrayan aparatı oğurladığını bildiyini göstərmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 aprel 2021-ci il tarixli 9/1257 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş alüminum əsaslı ərintidən hazırlanmış 1 ədəd 1,7 kq çəkidə, 64 sm diametrli ləyənin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 17 manat, təqdim edilməyən 4 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 375 manat müəyyən edilir. Həmin malların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir, Ural Zid markalı otbiçən təzə 1 ədəd 140 manat,Hyundai markalı odun doğrayan aparat təzə 1 ədəd 150 manat, aliminium materialından hazırlanmış istifadədə olmuş, hər iki kənarında əl tutmaq üçün yeri olan 10 kq çəkidə 20 litrlik qazan 1 ədəd 50 manat, aliminium materialından hazırlanmış istifadədə olmuş, 7 kq çəkidə teşt 1 ədəd 35 manat. İş materialları ilə müəyyən olunur, Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 dekabr 2020-ci il tarixdən 09 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə 01 günə 01 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxılaraq qəti cəza, 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 23 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 dekabr 2020-ci il tarixdən 09 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə, cəmi 04 gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq qəti cəza, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, 29 iyul 2021-ci il tarixə çəkilməmiş 02 il 02 ay 05 gün cəzası qalmışdır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin məhkəmə iclasında verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlərini etiraf edərək əməllərindən peşman olmalarını bildirmələrini, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı ödəyərək onunla barışıq əldə etmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında cinayətin residivi və məhkumluğun ödənilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır və yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin edilməsinə mane ola bilməz. Məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir.Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir.Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddindən azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza qəti cəza təyin etməyi, Təqsirləndirilən şəxs1 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən barəsində Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş iki il iki ay beş gün hissəsini hazırki hökmlə təyin edilmiş azadlığın məhdullaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli barəsində çıxarılmış 23 fevral 2021-ci il tarixli hökmlə müəyyən edilmiş tarixdən, yəni 23 fevral 2021-ci il tarixdən hesablanmalı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli barəsində çıxarılmış 23 fevral 2021-ci il tarixli hökmün icrası ilə bağlı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan bir ədəd 1,7 kq çəkidə 17 manat dəyərində istifadə olunmuş aliminium əsaslı ərintidən hazırlanmış 64 sm diametrli ləyənin iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılması, Zərərçəkmiş şəxs1 vurulmuş 102 manat ziyanın ödənilməsi, iş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 290 manatı ziyanın ödənilməməsi nəzərə alınmalı, bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq qəti cəza, üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdullaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Ağdaş Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş iki il iki ay beş gün hissəsi hazırki hökmlə təyin edilmiş iki il altı ay müddətə azadlığın məhdullaşdırılması cəzası ilə qismən toplanılaraq qəti cəza, üç il müddətə azadlığın məhdullaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli barəsində çıxarılmış 23 fevral 2021-ci il tarixli hökmün icrası ilə bağlı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan bir ədəd 1,7 kq çəkidə 17 manat dəyərində istifadə olunmuş aliminium əsaslı ərintidən hazırlanmış 64 sm diametrli ləyənin iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılması, ona vurulmuş 102 manat ziyanın ödənilməsi, iş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş 290 manatı ziyanın ödənilməməsi nəzərə alınsın, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün Təqsirləndirilən şəxs1 aid hissəsinin icrası Ağdaş Rayon Polis Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar