Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-96/2023 04.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş rayonu, Aralbir kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvəllər məhkum olunmuş, Ağdaş rayonu, Aralbir kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə Rusiyada zavod üsulu ilə metal materialdan hazırlanmış, saz (işlək) vəziyyətdə, bozumtul rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki tərəfdən itilənmiş, sol üzündə “НЕРЖ”, digər üzündə “Б1933” zavod işarələri olan, orta xəttən uzunluğu 160 mm, orta hissədə eni 31 mm, maksimal qalınlığı 2,9 mm, üzərində qalıq deformasiya əlaməti müşahidə edilməyən tiyəsi olan, tiyənin davamının səthinə qara rəngli plasmas materialdan hazırlanmış üzlük geyindirilərək bərkidilməklə hazırlanmış, əldə möhkəm tutulması üçün ön tərəfində məhdudlaşdırıcı rolunu oynayan qalınlığı 5,2 mm, iki tərəfli çıxıntılarının uzunluğu 14 mm-li metal hissəsi olan, orta hissədə eni 35 mm, orta hissədə qalınlığı 19 mm olan, ümumi uzunluğu 115 mm dəstəyi olan, kifayət qədər məhvetmə gücünə malik, Rusiyada zavod üsulu ilə metal materialdan hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən saz (işlək) vəziyyətdə ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib, özünə məxsus “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Ağdaş şəhəri, H.Əliyev proepektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 11:30-dan 11:50-dək ünvan 1 ünvanında yerləşən, Ağdaş RPŞ-nin duracağında ona məxsus tünd göy rəngli, “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin salonunda, ön oturacaqların ortasında yerləşən sandıqcadan həmin saz vəziyyətdə soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrdində özünə məxsus VAZ2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri H.Əliyev prospekti ilə üzü Ağdaş rayon mərkəzi xəstəxanası istiqamətində hərəkətdə olan zaman Ağdaş RPŞ-nin dövlət yol polisi əməkdaşları ona “saxla” əmri vermişdir. Buna görə də o, avtomobili yolun sağına çəkərək saxlamış, bundan sonra YPX-nin əməkdaşı Əjdər adlı inspektor ona yaxınlaşaraq avtomobilinin duracağa yerləşdirilməli olduğunu bildirmiş, o da Əjdərdən nəyə görə duracağa getməli olduğunu soruşmuş, bu zaman polis əməkdaşı ona avtomobilin arxa hissəsinin normadan aşağı olduğunu bildirmiş, o da polis əməkdaşına avtomobilin amartzatorlarının köhnə olduğunu, buna görə də avtomobilin arxa hissəsinin aşağı olduğunu bildirmiş, Əjdər adlı polis əməkdaşı da yenidən ona avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmiş, Əjdərə avtomobil ilə xəstəxanaya qazi dostuna dərman apardığını bildirmiş, Əjdər isə avtomobilin duracağa yerləşdiriləcəyini söyləmişdir. O da Əjdərə açarı verməyəcəyini, əgər başqa bir əməkdaş olsa həmin əməkdaşa verəcəyini söyləmişdir. Bundan sonra Əjdər onu qaydaqanuna riayət etməyə dəvət etmiş, sonra digər polis əməkdaşı da ona yaxınlaşmış, bu zaman aralarında mübahisə yaranmışdır. Bundan sonra həmin polis əməkdaşları digər YPX əməkdaşlarını köməyə çağırmış, həmin yerə Emin adlı YPX əməkdaşı gəlmiş, daha sonra ona məxsus avtomobili Ağdaş RPŞ-nin duracağına yerləşdirmişdirlər. Polis əməkdaşları ona avtomobili sürücülük vəsiqəsi olmadan və arxa yayları kəsik formada idarə etdiyini bildirmiş, bundan sonra YPX əməkdaşları ona məxsus avtomobildə qiymətli və tez xarab olan əşyaların müəyyən edilməsi üçün baxış keçirmiş, baxış zamanı YPX əməkdaşları ona məxsus avtomobilin ön oturacaqlarının ortasında yerləşən qoltuqaltında bıçaq olmasını görmüş, buna görə də dərhal digər əməkdaşa məruzə etmiş, həmçinin YPX əməkdaşları ona həmin bıçağın soyuq silah ola biləcəyini söyləmişdirlər. Bundan sonra təhqiqatçı tərəfindən və iki nəfər hal şahidinin iştirakı ilə ona məxsus avtomobilə baxış keçirilmiş, həmin hal şahidlərini əvvəllər görməmiş və tanımamış, onun avtomobilinə baxış keçirilən zaman avtomobilin ön oturacaqlarının ortasında yerləşən sandıqçadan (qoltuqaltı) 1 ədəd bıçaq aşkar edilmişdir. Həmin bıçağı təxminən 3-4 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 100 manata almışdır. Bundan sonra bıçağı özünə məxsus avtomobilin qoltuqaltısında saxlamış, lakin yadından çıxdığı üçün orada qalmışdır. 12 mart 2023-cü il tarixdə həmin bıçaq polis əməkdaşları onu polis şöbəsinə gətirdikdən sonra aşkar olunub götürüldüyünü bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-ballistik ekspertizasının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş rayon polis şöbəsinin DYPB-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə YPX-nin digər əməkdaşı Şahid4la birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olmuşdur. Təxminən saat 10:35 radələrində YPX-ni inspektrou Şahid2 radio rabitə vasitəsi ilə müraciət edərək YPX-nin inspektrou Şahid3 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilə saxla əmri verməsini, avtomobili saxlayan sürücünün ona qarşı tabesizlik göstərməsini bildirərək əlavə kömək istəmiş, buna görə də Şahid4la birlikdə Şahid2 olduğu əraziyə yaxınlaşmış, bundan sonra tabesizlik göstərən sürücünün Ağdaş rayonu, Aral Bir kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin vaxt orada olan əməkdaşlar Şahid4, Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs nizam- intizama dəvət edərək ona avtomobil idarə etmək üçün hüquq verən sürücülük vəsiqəsinin olmadığını və avtomobildə konstiruksiya dəyişikliklərinin olmasını bildirmiş və onun idarə etdiyi VAZ 2106 markalı avtomobilin duracağa yerləşdirilməli olduğunu onun nəzərinə çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobili Ağdaş RPŞ-nin duracağına gətirmiş, lakin avtomobili duracağa yerləşdirməzdən əvvəl Təqsirləndirilən şəxs da iştirakı ilə avtomobilin içərisində qiymətli əşyaların, tələf olan və ya yararsız vəziyyətə düşə biləcək əşyaların müəyən edilərək avtomobilin sahibinə verilməsi məqsədi ilə avtomobilin salonuna baxış keçirilmiş, avtomobilin salonuna baxan zaman avtomobilin ön oturacaqlarının ortasında yerləşən sandıqçada (qoltuqaltıda) bıçaq olmasını görmüş, həmin bıçağın vizual olaraq görüntüsündən sonra soyuq silah olmasından şübhələnilmiş, buna səbəb həmin bıçağın ölçüsünə görə digər cib bıçaqlarından və mətbəxt bıçaqlarından fərqlənməsi olmuş, buna görə də onun tərəfindən raportla rəhbərliyə məruzə olunmuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin bıçaq qablaşdırılaraq götürülmüş, sonradan həmin bıçaq ekspertiza tədqiqatına təqdim edilmiş və ekspert rəyinə əsasən soyuq silah hesab edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ağdaş rayon polis şöbəsinin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023cü il tarixdə YPX-nin inspektoru Şahid3 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən göy rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ2106 markalı avtomobilin H.Əliyev prospektində hərəkətdə olmasını və həmin avtomobildə konstruksiya dəyişikliyinin olmasını görmüşdür. Belə ki, həmin avtomobilin arxa hissəsi qanunla müəyyən edilmiş normadan aşağı səviyyədə olmuşdur. Buna görə də onlar həmin avtomobilə saxla əmri vermişdir. Sürücü də avtomobili yolun sağına çəkərək saxlamışdır. Bundan sonra həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, daha sonra ondan sənədlərini istəmiş və nəyə görə avtomobilin arxa hissəsinin aşağı olmasını soruşmuşdur. Bu zaman sürücü ona özünü təqdim etməmiş və sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Həmçinin ona yüksək səslə və kobud surətdə “tələsirəm, aptekdən dərman alıb gəlib açarları sizə verəcəm” deyə söyləmişdir. O da sürücüyə sakitləşməsini və qanuni tələbələrə riayət etməsini məsləhət görmüş, daha sonra həmin sürücüyə avtomobili sürücülük vəsiqəsi olmadan və arxa yaylarını qanunsuz olaraq kəsib avtomobildə kanstruksiya dəyişikliyi etdiyi üçün avtomobilin duracağa yerləşdirilməli olmasını izah etmiş, bu zaman sürücü ona və YPX-nin inspektoru Şahid3 qarşı tabesizlik göstərək avtomobilin açarlarını təqdim etməmiş, buna görə də o, Ağdaş şəhəri ərazisində xidmət aparan digər əməkdaşlardan kömək istəmək məcburiyyətində qalmış, bunun üçün radio rabitə vasitəsi ilə YPX əməkdaşlarına müraciət etmiş, müraciətə əvvəlcə baş inspektor Şahid1 cavab verərək Şahid4 ilə birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olduğunu və qeyd edilən əraziyə yaxınalaşacağını bildirmış, bundan bir neçə dəqiqə sonra Şahid1 və Şahid4 onların olduğu əraziyə yaxınalşmış, bundan sonra Şahid1 da həmin sürücünü nizam-intizama dəvət etmış, lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra onlara həmin şəxsin Ağdaş rayonu, Aral Bir kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən olmuş, sonra Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı və avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün onlar həmin avtomobili Ağdaş RPŞ-nin duracağına yerləşdirmiş, həmçinin avtomobil duracağa yerləşdirilməzdən əvvəl avtomobilin salonunda ola biləcək qiymətli əşyaların, tələf və ya məhv ola biləcək əşyaların müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin ön oturacaqlarının ortasında yerləşən sandıqçada (qoltuqaltında) bıçaq olmasını görmüşlər, həmin bıçaq ölçülərinə və quruluşuna görə digər cib və mətbəxt bıçaqlarından fərqləndiyi üçün Şahid1 tərəfindən raportla müraciət edilmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin bıçaq qablaşdırılaraq götürülmüş, sonra həmin bıçaq ekspertiza tədqiqatına təqdim edilmiş və ekspert rəyinə əsasən soyuq silah hesab edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 həmçinin ifadəsində onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onların, yəni polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, lakin onlara qarşı kobud müqavimət göstərməmiş, onun əməlləri sözlə müşahidə edilmiş, buna görə də Təqsirləndirilən şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmadığı üçün Ağdaş rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən 8 gün inzibati həbs edilmiş, onun və yanında olan polis əməkdaşlarından heç biri tərəfindən Təqsirləndirilən şəxs qarşı güc tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Ağdaş rayon polis şöbəsinin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023cü il tarixdə YPX-nin inspektoru Şahid2la birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən göy rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilin H.Əliyev prospektində hərəkətdə olmasını və həmin avtomobildə konstruksiya dəyişikliyinin olmasını görmüş, belə ki, həmin avtomobilin arxa hissəsi qanunla müəyyən edilmiş normadan aşağı səviyyədə olmuşdur. Buna görə də onlar həmin avtomobilə saxla əmri vermiş, sürücü də avtomobili yolun sağına çəkərək saxlamış, bundan sonra Şahid2 həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, sonra ondan sənədlərini istəmiş və nəyə görə avtomobilin arxa hissəsinin aşağı olmasını soruşmuşdur. Bu zaman sürücü Şahid2 özünü təqdim etməmiş və sürücülük vəsiqəsinin olmadığını bildirmiş, Şahid2 yüksək səslə və kobud surətdə “tələsirəm, aptekdən dərman alıb gəlib açarları sizə verəcəm” deyə söyləmiş, Əjdər də sürücüyə sakitləşməsini və qanuni tələbələrə riayət etməsini məsləhət görmüş, daha sonra həmin sürücüyə avtomobili sürücülük vəsiqəsi olmadan və arxa yaylarını qanunsuz olaraq kəsib avtomobildə kanstruksiya dəyişikliyi etdiyi üçün avtomobilin duracağa yerləşdirilməli olmasını izah etmiş, bu zaman sürücü ona və YPX-nin inspektoru Şahid2 qarşı tabesizlik göstərək avtomobilin açarlarını təqdim etməmiş, buna görə də Əjdər Ağdaş şəhəri ərazisində xidmət aparan digər əməkdaşlardan kömək istəmək məcburiyyətində qalmış, bunun üçün radio rabitə vasitəsi ilə YPX əməkdaşlarına müraciət etmiş, müraciətə əvvəlcə baş inspektoru Şahid1 cavab verərək Şahid4 ilə birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olduğunu və qeyd edilən əraziyə yaxınalaşacağını bildirmiş, bundan bir neçə dəqiqə sonra Şahid1 və Şahid4 onların olduğu əraziyə yaxınalşmış, bundan sonra Şahid1 da həmin sürücünü nizamintizama dəvət etmış, lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra onlara həmin şəxsin Ağdaş rayonu, Aral Bir kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən olmuş, sonra Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığı və avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün onlar həmin avtomobili Ağdaş RPŞ-nin duracağına yerləşdirmiş, həmçinin avtomobil duracağa yerləşdirilməzdən əvvəl avtomobilin salonunda ola biləcək qiymətli əşyaların, tələf və ya məhv ola biləcək əşyaların müəyyən edilməsi üçün Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin ön oturacaqlarının ortasında yerləşən sandıqçada (qoltuqaltında) bıçaq olmasını görmüşlər, həmin bıçaq ölçülərinə və quruluşuna görə digər cib və mətbəxt bıçaqlarından fərqləndiyi üçün Şahid1 tərəfindən raportla müraciət edilmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin bıçaq qablaşdırılaraq götürülmüş, sonra həmin bıçaq ekspertiza tədqiqatına təqdim edilmiş və ekspert rəyinə əsasən soyuq silah hesab edilmişdir. Təqsirləndirilən şəxs onların, yəni polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, lakin onlara qarşı kobud müqavimət göstərməmiş, onun əməlləri sözlə müşahidə edilmiş, buna görə də Təqsirləndirilən şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmadığı üçün Ağdaş rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən 8 gün inzibati həbs edilmiş, onun və yanında olan polis əməkdaşlarından heç biri tərəfindən Təqsirləndirilən şəxs qarşı güc tətbiq edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Ağdaş rayon polis şöbəsinin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə YPX-nin baş inspektoru Şahid1la birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olmuşdur. Təxminən saat 10:35 radələrində YPX-ni inspektrou Şahid2 radio rabitə vasitəsi ilə müraciət edərək YPX-nin inspektrou Şahid3 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində xidmətdə olan zaman **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ2106 markalı avtomobilə saxla əmri verməsini, avtomobili saxlayan sürücünün ona qarşı tabesizlik göstərməsini bildirərək əlavə kömək istəmiş, buna görə də Şahid1la birlikdə Şahid2 olduğu əraziyə yaxınlaşmış, bundan sonra tabesizlik göstərən sürücünün Ağdaş rayonu, Aral Bir kənd sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, həmin vaxt orada olan əməkdaşlar Şahid1, Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs nizamintizama dəvət edərək ona avtomobil idarə etmək üçün hüquq verən sürücülük vəsiqəsinin olmadığını və avtomobildə konstiruksiya dəyişikliklərinin olmasını bildirmiş və onun idarə etdiyi VAZ2106 markalı avtomobilin duracağa yerləşdirilməli olduğunu onun nəzərinə çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ2106 markalı avtomobili Ağdaş RPŞ-nin duracağına gətirmiş, lakin avtomobili duracağa yerləşdirməzdən əvvəl Təqsirləndirilən şəxs da iştirakı ilə avtomobilin içərisində qiymətli əşyaların, tələf olan və ya yararsız vəziyyətə düşə biləcək əşyaların müəyən edilərək avtomobilin sahibinə verilməsi məqsədi ilə avtomobilin salonuna baxış keçirilmiş, avtomobilin salonuna baxan zaman avtomobilin ön oturacaqlarının ortasında yerləşən sandıqçada (qoltuqaltıda) bıçaq olmasını görmüş, həmin bıçağın vizual olaraq görüntüsündən sonra soyuq silah olmasından şübhələnilmiş, buna səbəb həmin bıçağın ölçüsünə görə digər cib bıçaqlarından və mətbəxt bıçaqlarından fərqlənməsi olmuş, buna görə də baş inspektor Şahid1 tərəfindən raportla rəhbərliyə məruzə olunmuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin bıçaq qablaşdırılaraq götürülmüş, sonradan həmin bıçaq ekspertiza tədqiqatına təqdim edilmiş və ekspert rəyinə əsasən soyuq silah hesab edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid5 ifadəsində bildirmişdir ki, hazırda ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailsi ilə birlikdə həmin ünvanda yaşayır. Latın qrafikalı Azərbaycan əlifbası ilə oxuya bilsə də, yaza bilmir. İfadəsinin kompüter texnikasından istifadə edilməklə müstəntiq tərəfindən onun sözləri ilə yazılmasına heç bir etirazı yoxdur. Heç bir ruhi-əsəb vəs. xəstəliyi yoxdur. 12 mart 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsi ilə piyada yol gedirmiş, Ağdaş rayon polis şöbəsinin qarşısından keçən zaman polis əməkdaşı onu saxlayaraq Ağdaş rayonu, Aral Bir kənd sakini Təqsirləndirilən şəxs məxsus avtomobildə soyuq silah olması etimalının olduğunu və bununa görə də ona məxsus avtomobilə baxış keçiriləcəyini bildirmiş, həmçinin onu baxışın keçirilməsində hal şahidi kimi iştirak etməyə dəvət etmiş, o da polis əməkdaşının təklifi ilə razılaşmış və baxışda işirak etmək üçün RPŞ-nə gəlmiş, RPŞ-də Təqsirləndirilən şəxs və sonradan hal şahidi olmasını bildiyi daha bir şəxs də gəlmiş, baxış başlamazadan əvvəl polis əməkdaşı tərəfindən ona və digər hal şahidinə qanunla müəyyən edilmiş hüquqları və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs məxsus olmasını qeyd etdiyi göy rəngli, VAZ2106 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş, baxış zamanı həmin avtomobilin ön oturacaqlarının ortasında yerləşən “qoltuqaltı”da bıçaq olmasını görmüş, Təqsirləndirilən şəxs özü həmin yeri göstərərək bıçağın orada olmasını bildirmiş, bundan sonra polis əməkdaşı həmin bıçağı götürmüş, bıçağın üzərində sarı rəngli dəri üzlük də olmuş, daha sonra polis əməkdaşı bıçağı üzlükdən çıxarmış, bundan sonra həmin bıçaq polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, həmçinin avtomobilin digər yerlərinə də baxış keçirilmiş, lakin bıçaqdan başqa qanunsuz saxlanılması ehtimal olunun hər hansı əşya aşkar edilməmiş, bundan sonra baxış başa çatmış, baxış zamanı fotoşəkillər çəkilmiş, baxışın keçirilməsi protokollaşdırılmış və ucadan oxunmuş, o və digər şəxslər heç bir etirazları olmadığı üçün protokolu imzalamış, baxış zamanı polis əməkdaşları, həmçinin başqa şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı güc, fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 da iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 11:30-da başlamış və 11:50-də başa çatmış baxış Ağdaş RPŞ-nin duracağında aparılmış, Təqsirləndirilən şəxs məxsus göy rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin avtomobilin ön oturacaqlarının ortasında yerləşən sandıqcada “qoltuqaltında” olan 1 ədəd sarı rəngli üzlükdə bıçağı təqdim etmiş, həmin bıçaq götürülərək üzlükdən çıxarılmış, bıçağın tiyəsinin bir tərəfində “НЕРЩ”, o biri tərəfində “Б1933” yazısı olması, bıçaq qatlanmayan bıçaq olması, qara rəngli plastmasdan hazırlanmış tutacağının olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs ona məxsus avtomobildən aşkar edilərək götürülmüş bıçağı Bakı şəhərində tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilərək götürülmüş 1 ədəd bıçaq kağız zərfdə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü vurulmuş və götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 17/244 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet Rusiyada zavod üsulu ilə metal materialdan hazırlanmış, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, saz (işlək) vəziyyətdədir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 29 mart 2023-cü il tarixli 484 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatında hökm yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X10 06 aprel 2023-cü il 464 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 alınmış ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, yoxlanmılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər (Ağdaş RMXPHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli arayış), verilmiş ifadələr, anammestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspetiza zamanı onda emosinal davamsızlıq aşkar edilməsi, hövsələsi, acıqlı və kobud olması, tez qıcıqlanması, onda əsbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, xırda qıcığa güclü affektik tipli reaksiyalarla cavab verməsi, onda kobud yaddaş, tənqidi funksiyalarının saxlanması, təfəkkür və intellekt pozuntularının aşkar edilməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması vəs.) sübut edir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla xbt 10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi aşkar edilməsinə baxmayaraq həminxəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla xbt 10 (Psixi ə davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəksə də istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla xbt 10 (Psixi davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəksə də onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən ANLAQALİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə yazılı və şifahi ərizə daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 mart 2023-cü il tarixli, 119 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Birinci Aral kəndində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: atası- X3 və anası- X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respubilkası Prezidentinin Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 mart 2023-cü il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 18:50-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 18:00-da Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi; xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, “bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətiə cəlb olunmasını, səmimi etirafını, müharibəsi iştirakçısı olmasını və medallarla təltif olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qanunsuz olaraq soyuq silahı təkrarən gəzdirməsi cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – ictimai işlər növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddətinə bir günə 8 saat hesablanmaqla cəmi 16 (on altı) saat onun cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə cəza növü gün ərzində dörd saatdan cox olmamalıdır. Cəzaçəkmə müddətinin əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut, Ağdaş rayon Polis şöbəsinin MSSK-da saxlanılan, soyuq silah hesab edilən 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərləri 30 manat 60 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və 350 (üç yüz əlli) saat müddətinə ictimai işlər cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ictimai işlər növündə cəzanın müddətinə bir günə 8 saat hesablanmaqla cəmi 16 (on altı) saat onun cəzasından çıxılsın və üzərində qəti olaraq 334 (üç yüz otuz dörd) saat ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə cəza növü gün ərzində dörd saatdan cox olmasın. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 30 manat 60 qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, soyuq silah hesab edilən 1 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-96/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-96/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver