Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-97/2020 14.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon şöbələrinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1951-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, işlməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına xx xxxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə ittiham olunur ondan ötrü ki,xx.xx.2020-ci il tarixdə saat təxminən 16-17 radələrində Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaşadıqları evin eyvanında mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sinə və ayaq nahiyələrinə bir neçə dəfə ayaqları ilə vuraraq ona sağ diz oynağının əzilməsi, sağ və sol süd vəzisinin geniş qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs onun ikinci arvadı olmasını, belə ki, təxminən 4-5 il bundan əvvəl birinci arvadının vəfat etdiyini, əvvəlki ailəsindən 2 övladının olduğunu, onlardan birinin ailəli, digərinin isə yataq xəstəsi olmasını, arvadı öləndən sonra həmin yataq xəstəsi olan oğluna özünün baxdığını, lakin çox çətinlik çəkdiyini, ona görə də, yenidən evlənmək qərarına gəldiyini, təxminən 10 ay bundan əvvəl Aytəkinlə ailə qurduğunu, hələ ilk əvvələrdən Aytəkinin davranışından razı olmadığını, lakin səbr etdiyini, vaxt keçdikcə düzələcəyini güman etdiyini, belə ki, hər gün Aytəkindən qabaq yuxudan durduğunu, səhər yeməyinin vaxtında hazır olmadığını, bu barədə Aytəkinə iradını bildirdikdə isə Aytəkinin ona onun evindən çıxıb gedəcəyini söylədiyini, xx.xx.2020-ci il tarixdə səhər saat 07 radələrində yuxudan oyandığını, həyətdə ot işinin görülməli olduğunu, Aytəkinin isə hələ yatmış olduğunu gördüyünü, Aytəkini yuxudan oyadıb ona durub yemək hazırlamasını, görüləsi işinin çox olmasını söylədiyini, Aytəkinin də həmin vaxt ona ondan nə istədiyini, artıq onun əlindən bezdiyini söylədiyini, həmin vaxt Aytəkinin sözünə bərk əsəbləşdiyini və Aytəkinin qolundan tutub onu çarpayıdan dartdığını, sonra Aytəkinin durub gedib öz işləri ilə məşğul olduğunu, sonra günorta saatlarında Aytəkinin evin pilləkənin üstünə oturduğunu, Aytəkinə ona torba verməsini, çıxıb ağacdan üzüm yığacağını söylədiyini, Aytəkinin isə oturduğu yerdən tərpənmədiyini və ona gedib torbanı özünün götürməsini söylədiyini, həmin vaxt Aytəkinin ayağını onun yoluna uzatdığını, artıq Aytəkinin bu davranışına dözə bilmədiyini və aralarında mübahisə yarandığını, mübahisə vaxtı qəsdən Aytəkinin ayağına təpiklə vurduğunu və ayağını kənara çəkməsini söylədiyini, Aytəkinin yenə ona bu evdən çıxıb gedəcəyini söylədiyini, Aytəkinə hara istəyirsə çıxıb getməsini söylədiyini bildirmişdir. Həmçinin o, izahatında Aytəkinin ayaq nahiyəsindən qəsdən təpiklə vuraraq ona xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını göstərmişdir. Məhkəmədə son sözündə etdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, 1 ilə yaxındır ki, ailə qurduqlarını, ikinci evliliyinin olmasını, ailə qurandan bəri münasibətlərinin heç də yaxşı olmadığını, aralarında mübahisələr olsa da, heç vaxt Faris barəsində şikayət etmədiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2020-ci il tarixdə baş verdiyini, belə ki, təxminən səhər saat 07 radələrində Farisin ona yerindən qalxmasını söylədiyini, Farisə böyrəklərinin ağrıdığını və yerindən qalxa bilmədiyini, gedib işini görməsini, sonra qalxacağını söylədiyini, Farisin də həmin vaxt ona nalayiq ifadələr deyərək ona yaxınlaşıb əli ilə onun üz nahiyəsindən vurduğunu və onu dartıb çarpayıdan yerə salmaq istəyəndə ona dayanmasını, özünün yerindən qalxacağını söylədiyini, sonra yerindən qalxdığını və böyrək nahiyəsini bağlayıb həyətdə işləməyə başladığını, işini bitirib yemək hazırladığını və yemək yediklərini, həmin gün təxminən saat 16-17 radələrində Farisə niyə onun mərhum valideynlərinin ünvanına nalayiq ifadələr deməsini söylədiyini, həmin vaxt Farisin yenə ona nalayiq ifadələr deməyə başladığını, ona görə aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı Farisin yenə onu əli ilə vurub yerə yıxdığını, sonra Farisin təpiklə onun bədəninin müxtəlif nahiyələrinə, belinə, kürəyinə, sinəsinə bir neçə dəfə vuraraq xəsarət yetirdiyini, ertəsi gün Farisin evindən çıxıb qeydiyyatda olduğu Ağdaş rayon Nehrəxəlil kəndinə qayıtdığını, həmin gün pulu olmadığı üçün həkimə gedə bilmədiyini, xx.xx.2020-ci il tarixdə qonşudan borc pul alıb Ağdaş RMX-na getdiyini göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını, maddənin tələbinə əsasən cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərilən xüsusatları təsdiq edərək xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində bacısı Zərərçəkmiş şəxs ilə əri Faris Qaısmov arasında mübahisə və dava-dalaş olduğunu, dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə döydüyünü göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx xxxxxxxx 2020-ci il tarixli 587 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər– sağ diz oynağının əzilməsi, sağ və sol süd vəzisinin geniş qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx xxxxxxxx 2020-ci il tarixli 591 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və o əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Mərkəzi X5 Şəxs tərəfindən verilmiş, xx xxxxxxxx 2020-ci il tarixli 1044 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Orta Ləki kəndində yaşayan Təqsirləndirilən şəxs Ağdaş Rayon Mərkəzi X5 Şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsmüsbət xarakterizə olunur, kəndin xeyir və şər işlərində yaxından iştirak edərək, ictimai qanun- qaydalara riayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 458 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Orta Ləki kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: 1960-ci il təvəllüdlü X1 Aytəkin Bəhlul qızı-yoldaşı; 1989-cu il təvəllüdlü X6; 1993-cü il təvəllüdlü Həsənova Könül Sahil qızı-gəlin: xx.xx.2017-ci il təvəllüdlü X9- nəvəsidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli 458 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan oğlu X6 İ qrup əlilidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qəsdən döyərək ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində İ-ci qurup əlil övladının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-cü maddəsi ilə təqsirli hesab edilməli, aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilməli, cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalı, hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-97/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-97/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver