Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-97/2024 02.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibləri X5 və X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək fərdi yaşayış evində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 13,26 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, 16 mart 2024-cü il tarixdə saat 10:49 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun ünvan 2 ünvanında yerləşən evinə həmin tarixdə saat 10:49-dan 11:02-dək keçirilmiş baxış zamanı mətbəxdə olan divanın üzərindən 01 ədəd sellofan paketdə təmiz çəkisi 13,26 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həmin narkotik vasitə ona məxsus deyil, onun üzərində bir çəkimlik marixuana olmuşdur. Polis əməkdaşları ona həmin marixuananın ona məxsus olmasını bildirməsini demişlər, o, da qorxduğundan boynuna almışdır. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, 2016-cı ildən sonra narkotik vasitə istifadə etməmişdir. Polis şöbəsində onu döyən, incidən və ya ləyaqətini alçaldan olmamışdır. O, polis şöbəsindən çıxdıqdan sonra ona qarşı qanunsuz hərəkətlər edilməsi, yəni üzərinə marixuana qoyulması barədə heç bir orqana məlumat verməmişdir. İbtidai istintaq zamanı yanında müdafiəçi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunur və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ağdaş şəhər Heydər Əliyev prospektində yerləşən “Bazar” adlanan yerdə piyada hərəkət edən zaman yerdə şəffaf sellofan paketin olduğunu görmüşdür. Həmin paket marağına səbəb olmuş və həmin paketi yerdən götürmüşdür. Paketin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Sellofan paketi əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Daha sonra isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmişdir. Fərdi yaşayış evində olan zaman həmin paketi mətbəxdə olan divanın üzərinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq yaşadığı fərdi yaşayış evində tərkibində narkotik maddələr olan bitkiləri saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşı fərdi yaşayış evində narkotik vasitə olub-olmamasını soruşmuş və narkotik tərkibli maddə varsa təqdim etməyini təklif etmişdir. Fərdi yaşayış evində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olunmuşdur. Fərdi yaşayış evinin mətbəxində olan divanın üzərindəki 1 ədəd şəffaf sellofan paketi polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi maddənin nə olduğunu, haradan tapdığını və nə məqsədlə evimdə saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 4-5 gün əvvəl Ağdaş şəhərində yerləşən “Bazar” adlanan ərazidə səhər saatlarında tapdığını və şəxsi istifadə məqsədilə fərdi yaşayış evində saxladığını bildirmişdir. Həmçinin təhqiqatçı stolun üzərində olan 2 ədəd plastikdən olan çubuğun nə olduğunu soruşmuşdur. Həmin çubuqları narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 13,90 qram olduğu müəyyən olunmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuana və plastikdən olan çubuqlarda iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Daha sonra Ağdaş RPŞ-də üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında son söz söyləyərkən, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, ağır dərəcə vərəm xəstəsi olduğunu, artıq nəfəs almaqda çətinlik çəkdiyini, 3 aya yaxındır ki vərəm dispanserində stasionar müalicə aldığını, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək ona köməklik edib yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı ünvanda saxlaması və istifadə etməsi qeyd olunmuşdur. Həmin məlumat üzrə 16 mart 2024-cü il tarixdə saat 10:49 radələrində Təqsirləndirilən şəxs ünvan 1-də yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman ona yaxınlaşmış və yaşadığı fərdi yaşayış evində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirmişdir. Sonuncu fərdi yaşayış evində narkotik tərkibli maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olunmuşdur. Fərdi yaşayış evinin mətbəxində olan divanın üzərindəki 1 ədəd şəffaf sellofan paketi təqdim etmişdir. Təhqiqatçı təqdim etdiyi maddənin nə olduğunu, haradan tapdığını və nə məqsədlə evində saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 4-5 gün əvvəl Ağdaş şəhərində yerləşən “Bazar” adlanan ərazidə səhər saatlarında tapdığını və şəxsi istifadə məqsədilə fərdi yaşayış evində saxladığını bildirmişdir. Həmçinin, təhqiqatçı stolun üzərində olan 2 ədəd plastikdən olan çubuğun nə olduğunu soruşmuşdur. Həmin çubuqları narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 13,90 qram olduğu müəyyən olunmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuana və plastikdən olan çubuqlarda iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Bundan sonra mətbəxin digər yerlərinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Fərdi yaşayış evinə keçirilmiş baxışla bağlı protokol tərtib olunmuşdur. İştirak edən polis əməkdaşları protokolu imzalamışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞ-də dövlət hesabına müdafiəçi təyin olunmuş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd siqaret qutusu, həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Motorolla” markalı mobil telefon,1 ədəd alışqan və 1 ədəd siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 2 manatlıq pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd “Motorolla” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təhqiqatçı təqdim etdiyi siqaret qutularına baxış keçirmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə aşkar olunmadığı üçün siqaret qutuları və digər əşyalar geri qaytarılmışdır. Üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirak edən iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin mətbəxində olan divanın üzərindəki 1 ədəd şəffaf sellofan paketi təqdim etmişdir. Təhqiqatçı təqdim etdiyi maddənin nə olduğunu, haradan tapdığını və nə məqsədlə evimdə saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, 4-5 gün əvvəl Ağdaş şəhərində yerləşən “Bazar” adlanan ərazidə səhər saatlarında tapdığını və şəxsi istifadə məqsədilə fərdi yaşayış evində saxladığını bildirmişdir. Həmçinin təhqiqatçı stolun üzərində olan 2 ədəd plastikdən olan çubuğun nə olduğunu soruşmuşdur. Həmin çubuqları narkotik vasitəni qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 13,90 qram olduğu müəyyən olunmuşdur. Daha sonra narkotik vasitə qurudulmuş marixuana və plastikdən olan çubuqlarda iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Bundan sonra mətbəxin digər yerlərinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Fərdi yaşayış evinə keçirilmiş baxışla bağlı protokol tərtib olunmuşdur. İştirak edən polis əməkdaşları protokolu imzalamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd siqaret qutusu, həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Motorolla” markalı mobil telefon,1 ədəd alışqan və 1 ədəd siqaret qutusunu, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 2 manatlıq pul əskinazını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd “Motorolla” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təhqiqatçı təqdim etdiyi siqaret qutularına baxış keçirmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə aşkar olunmadığı üçün siqaret qutuları və digər əşyalar geri qaytarılmışdır. Üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirak edən iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı evindən aşkar edilmiş narkotik tərkibli bitki kütləsinin özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 mart 2024-cü il tarixli 17/278 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Vət. Təqsirləndirilən şəxs evində aşkar edilmiş 01 ədəd sellofan paketdə olan narkotik tərkibli bitki kütləsi və 02 ədəd kazbek.” yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan paketdə, təmiz çəkisi-13,26 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2024-cü il tarixli 574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan Ağdaş rayon X10 Hüquqi Şəxsindən daxil olan 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Ağdaş rayon X10 Hüquqi Şəxsindən daxil olan 10 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Ftiziatrik kabinetində “İkitərəfl fibroz-kavernoz ağciyər vərəmi. Hepatit C” diaqnozları ilə ambulator qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şəki Rayon Məhkəməsinin 1(075)- 104/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli hökmündən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-123/2024 nömərli, 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22 iyun 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2007-ci il tarixli qərarı ilə 06 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 23 yanvar 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən 600 manat cərimə cəzası təyin olunmuşdur. Şəki Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 05 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsində çəkilməmiş cəzası yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 02 oktyabr 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin 1(075)-104/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli hökmü Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına 21 iyun 2024-cü ildə daxil olmuş və icra tədbirləri davam etdirilir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 may 2024-cü il tarixli arayışından görünür ki, ünvan 2-№-li evdə yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – övladı 17 oktyabr 2010-cu il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17 oktyabr 2010-cu il təvəllüdlü X8 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1477/2020 nömrəli, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X9 və 3-cü şəxs Ağdaş rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı övladın atanın yanında qalmasının müəyyən edilməsi tələbi haqqında iddiası qismən təmin edilərək 7 oktyabr 2010-cu il tarixdə anadan olmuş X8 cavabdeh X3 alınaraq Təqsirləndirilən şəxs himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 10 may 2024-cü il tarixli 73 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriz olunmuşdur. İş materiallarında olan Yevlax rayon X11 Şöbəsinin 28 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon X11 Şöbəsində 08 iyul 2024-cü il tarixindən hər iki ağciyərin infiltrativ vərəmi dağılma diaqnozu ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır. İş materiallarında olan 16 mart 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 16 mart 2024-cü il tarixdən saat 10:49-dan hesablanmışdır. İş materiallarında olan 17 mart 2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi və MSYdən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 12:40-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır dərəcə vərəm xəstəsi olmaqla 3 aya yaxındır ki Yevlax rayon X7 Şöbəsində stasionar müalicə almasını, hepatit C xəstəliyindən əzab çəkməsini həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, azadlıqdan məhrum etmə cəzasının təyin olunacağı təqdirdə səhhətinin daha da ağırlaşacağını və himayəsində olan azyaşlı uşağının valideyn qayğısından məhrum olmaqla onun ailəsinin həyat şəraitinə mənfi təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(075)- 104/2023 saylı hökmü ilə üzərində olan 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdən saat 10:49-dan 17 mart 2024-cü il tarixə saat 12:40-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki günə dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicəyə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 13.16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk və baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 120 (yüz iyirmi) manal pul köçürülməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(075)- 104/2023 saylı hökmü ilə üzərində olan 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdən saat 10:49-dan 17 mart 2024-cü il tarixə saat 12:40-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 13.16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk və baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC’ nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 120 (yüz iyirmi) manal pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-97/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-97/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver