Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-98/2020 25.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Şahid1 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonnu, Şəkili kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2020-сi il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, ona aşkar surətdə 16 yaşına çatmadığı məlum olan, yəni xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək yaşadığı Ağdaş rayonu Şəkili kəndində yerləşən evində ailə qurmaq məqsədi ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 2019-cu ilin yay aylarında Bakı şəhərində qohumlarının toyuna getdiyini, toy mərasimində Zərərçəkmiş şəxs Müşviq qızını gördüyünü, Pakizədən xoşu gəldiyini, bu barədə də valideynlərinə dediyini, bundan sonra valideynlərinin Pakizəyə elçi getdiklərini, Pakizə ilə bir neçə ay telefonla əlaqə saxladıqlarını, fikrləri qəti olduğu üçün evlənmək qərarına gəldiklərini, xx.xx.2019-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən “Ay işığı” restoranda el adəti ilə toy olduğunu, toydan sonra Pakizənin onların yaşadıqları evdə yaşadığını, toy günü axşam Ağdaş rayonu Şəkili kəndində yerləşən evlərində Pakizə ilə ailə qurmaq məqsədilə onun öz razılığı ilə cinsi əlaqədə olduğunu, Pakizənin bakirəliyi də həmin gün onun tərəfindən pozulduğunu, daha sonra xx.xx.2020-ci il tarixdə Pakizə hamilə olduğu üçün Göyçay rayon mərkəzi xəstəxanasına müraciət etdiklərini, xəstəxanada Pakizənin 3 aylıq hamilə olması məlum olduğunu, ilk dəfə xx.xx.2019-cu il tarixdə yaşadığı Ağdaş rayonu Şəkili kənd kəndində yerləşən evində Pakizənin öz razılığı ilə onunla ailə qurmaq məqsədilə cinsi əlaqədə olduğunu, Pakizənin bakirəliyi də həmin gün onun tərəfindən pozulduğunu, Pakizə ilə cinsi əlaqədə olmamışdan əvvəl onun 16 yaşına çatmadığını bildiyini, Pakizə ilə bir-birini sevib evləndiklərini, kiminsə onları məcbur etmədiyini, Pakizə ilə cinsi əlaqədə olan zaman ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq etmədiyini, Pakizə könüllü olaraq onunla cinsi əlaqədə olduğunu göstərmişdir. Məhkəmədən son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin yay aylarında Bakı şəhərinə qohumlarının toyuna qonaq getdiyini, daha sonra toydan qayıtdığını, Ağdaş rayonu Şəkili kəndində yaşayan Təqsirləndirilən şəxs ailəsinin ona elçi gəldiklərini, Məhərrəmlə bir neçə ay telefonla danışdığını, Məhərrəmi sevməyə başladığını, sonra isə evlənmək qərarına gəldiklərini, xx.xx.2019-cu il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayında onların toyu olduğunu, həmin gündən Məhərrəmin evində yaşamağa başladığını, elə ilk dəfə də xx.xx.2019-cu il tarixdə Məhərrəmlə onun Ağdaş rayonu Şəkili kəndində yerləşən evində ailə qurmaq məqsədilə könüllü olaraq cinsi əlaqədə olduğunu, bakirəliyi də Məhərrəm tərəfindən elə həmin gün pozulduğunu, sonra isə mütəmadi olaraq ər-arvad kimi cinsi əlaqədə olduqlarını, xx.xx.2020-ci il tarixdə hamilə olduğu üçün Göyçay rayon mərkəzi xəstəxanasına müraciət etdiklərini, xəstəxanada 3 aylıq hamilə olduğunu onlara məlum olduğunu, onu Məhərrəmlə evlənməyi üçün kiminsə məcbur etmədiyini, əksinə özü könüllü olaraq Məhərrəmlə evləndiyini, Məhərrəmin onunla cinsi əlaqədə olan zaman onun 16 yaşının tamam olmamasını bildiyini, heç kəs ona fiziki və ya psixi zor tətbiq etmədiyini, özü könüllü olaraq evlənmək məqsədilə Məhərrəmlə cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Şahid1 ifadəsində heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, Zərərçəkmiş şəxs Müşviq qızının onun doğma qızı olduğunu, 2019-cu ilin yay aylarında Ağdaş rayonu Şəkili kənd sakini Təqsirləndirilən şəxs ailəsinin onun qızı Pakizəyə elçi gəldiyini, Məhərrəmin Pakizəni Bakı şəhərində qohumlarının toyunda görüb bəyəndiyini, Pakizənin də Məhərrəmdən xoşu gəldiyi üçün onların evlənməsinə razı olduqlarını, həmçinin bir neçə ay Pakizə ilə Məhərrəm telefonla danışdıqlarını, sonra isə onların evlənmək qərarına gəldiklərini, xx.xx.2019-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən “Ay işığı” restoranda el adəti ilə Pakizə və Məhərrəmin toyu olduğunu, toydan sonra, yəni həmin gün axşam Məhərrəmin yaşadığı Ağdaş rayonu Şəkili kəndində yerləşən evlərində Pakizə ilə Məhərrəm ailə qurmaq məqsədilə cinsi əlaqədə olduqlarını, Pakizənin bakirəliyinin də həmin gün Məhərrəm tərəfindən pozulduğunu, daha sonra xx.xx.2020-ci il tarixdə Pakizə hamilə olduğu üçün Göyçay rayon mərkəzi xəstəxanasına müraciət etdiklərini, xəstəxanada Pakizənin 3 aylıq hamilə olduğu məlum olduğunu, Pakizəyə Məhərrəmlə cinsi əlaqədə olması üçün heç kim psixi və fiziki zor tətbiq etmədiyini, Pakizənin öz razılığı ilə Məhərrəmlə cinsi əlaqədə olduğunu, Pakizəyə Məhərrəmlə evlənməsi üçün heç kəsin təziq etmədiyini, Pakizənin özü Məhərrəmi sevib evləndiyini göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Təqsirləndirilən şəxs doğma oğlu olduğunu, Məhərrəmin xx.xx.2019-cu il tarixdə Məhərrəm Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə qurduğunu, Məhərrəmin Bakı şəhərində toy mərasimində olan zaman Pakizəni orada gördüklərini, Məhərrəmi evləndirmək istədiklərini, Məhərrəmin də Pakizə ilə evlənmək istədiyini bildirdiyini, Pakizənin ailəsinə bu işlə bağlı elçi getdiklərini, bir müddət Pakizə ilə Məhərrəmin də bir-biriləri ilə əlaqə saxladıqlarını, sonra isə onların toyunu etmək qərarına gəldiklərini, Pakizənin 16 yaşının tamam olmadığını bildiklərini, xx.xx.2019-cu il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yerləşən “Ay işığı” şadlıq sarayında onların toyu olduğunu, həmin gündən Pakizənin onların evində yaşadığını, həmin gün də ilk dəfə ailə qurmaq məqsədilə Məhərrəmin Pakizənin razılığı ilə onunla onların yaşdığı Şəkili kəndində yerləşən evlərində cinsi əlaqədə olduqlarını, sonra isə Pakizə hamilə olduğundan Göyçay rayon xəstəxanasına müraciət etdiklərini, Məhərrəmin Pakizə ilə cinsi əlaqədə olan zaman Pakizənin 16 yaşının tamam olmadığını bildiyini, Pakizənin özü könüllü olaraq Məhərrəmlə cinsi əlaqədə olduğunu, ona heç kəsin heç bir psixi və fiziki zor tətbiq etmədiyini, Pakizə ilə Məhərrəmin bir-birilərini sevib evləndiklərini, heç kəsin onlara zor tətbiq etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanasnın” xx.xx.2020-ci il tarixli 1332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Şəkili kənd X6 üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Ağdaş rayonu, Şəkili kəndində Zərərçəkmiş şəxs ilə bir evdə yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Şəkili kənd X6 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən AZ-İV 499209 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il təvəllüdlü X1 adlı övladı vardır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadəsi, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 152.1-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı şərti hesab etməyi məqsədəmüvafiq bilir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Xüsusi müsadirənin tətbiqi əsasları müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin.Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-98/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-98/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver