Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-98/2021 21.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1950-ci ildə Ağdaş rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 24 may 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 06.11.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 06.04.2020-ci il tarixli 1970 saylı sərəncamına əsasən 07.04.2020-ci il tarixdə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş yaşadığı Ağdaş şəhəri, Ş.İ.Xətai küçəsindəki evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan cəmi 15 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 224,67 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini dibçəkdə torpaqda, 05 ədəd narkotik tərkibli çətənə bitkilərini torpaqda, ümumi təmiz çəkisi 2,81 qram olan 07 ədəd çətənə bitkilərinin ştillərini torpaqda qanunsuz olaraq 2021-ci ilin aprel ayının axırlarında əkib-becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 22 may 2021-ci il tarixdə, saat 16:16 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 08 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 07 ədəd çətənə bitkisinin ştilləri yaşadığı Ağdaş şəhəri Ş.İ. Xətai küçəsindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində narkotik vasitə olan marixuanadan istifadə etdiyini, tutulmamışdan təxminən bir ay əvvəl ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində 01 ədədi torpağa, 03 ədədi isə dibçəyə olmaqla ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkdiyini, hər gün yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, diblərini yumşaltdığını, 22 may 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən əkib becərdiyi ümumi sayı 04 ədəd narkotik tərkibli kol aşkar olunduğunu, həmçinin yaşadığı evin həyətindən əlavə olaraq 11 ədəd də yabanı halda bitmiş narkotik tərkibli bitki kolları aşkar olunduğunu, daha sonra yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, daha sonra həmin bitkilərin kardon qutuya qablaşdırıldığını, möhür vurulduğunu, baxış zamanı video çəkilişdən istifaə edildiyini, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 15 ədəd narkotik tərkibli bitki kollarından 4 ədədini təxminən bir ay əvvəl özünün şəxsi istifadəsi üçün əkdiyini, digər 11 ədəd bitki kolunun isə yabanı şəkildə yaşadığı evin həyətində bitdiyini, özünün istifadə etməyi üçün əkdiyi 4 ədəd narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində yabanı şəkildə bitmiş həmin bitkilərdən götürdüyünü, heç kimə narkotik vasitə satmadığını, aşkar olunmuş 15 ədəd kollardan yalnız 4 ədədinə qulluq etdiyini, qalanlarına aqrotexniki qaydada qulluq etmədiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 22 may 2021-ci il tarixdə Ağdaş şəhəri, Xətai küçəsi ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əkib-becərməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları iə birlikdə saat 16:00 radələrində onun yaşadığı ünvana getdiklərini, həyət qapısından Tahiri çağırdıqlarını, Tahirin qapıya çıxdığını və ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə özlərində məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirdiklərini, Tahirin də buna heç bir etiraz etmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqranom Şahid3 və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Tahirin yaşadığı evin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq olunmuş, 03 ədəd dibçəyə və 12 ədəd isə yerə əkilmiş narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra Tahirin yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, kardon qutuya qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış zamanı video çəkilişdən istifadə edildiyini bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində X2 Sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işlədiyini, 22 may 2021-ci il tarixdə onu ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində ütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, sonra həmin ünvana getdiklərini, orada polis əməkdaşlarının Təqsirləndirilən şəxs onun narkotik vasitələri əkib-becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onların iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Tahirin yaşadığı evin həyətyanı sahəsindən əkib- becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi 03 ədəd dibçəkdə, 12 ədədi isə torpaqda əkilmiş narkotik tərkibli kol aşkar olunduğunu, daha sonra Tahirin yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, daha sonra həmin bitkilərin kardon qutuya qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 15 ədəd narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 22 may 2021-ci il tarixli 17/366 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin həyətindən aşkar edilmiş 15 ədəd” sözləri yazılmış karton qutunun içərisindəki, hündürlükləri 4 sm-dən 15 sm-dək, ümumi təmiz çəkiləri 2,81 qram olan 07 ədəd bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Həmin karton qutunun içərisindəki hündürlükləri 26 sm-dən 105 smdək, ümumi təmiz çəkiləri 224,67 qram olan 08 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid3 22.05.2021-ci il tarixli rəyinə əsasən 07 ədəd çətənə bitkisinin şttillərinə və 08 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 18.06.2021-ci il tarixli 721 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin əməkdaşlarının və aqronomun iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 03 ədəd dibçəkdə, 12 ədəd yerdə əkdiyi narkotik tərkibili bitki kolları aşkar olunmuş, həmin bitkilər kökündən çıxarılaraq ölçülmüş, hündürlükləri ən kiçiyinin 10 sm, ən böyüyünün isə 110 sm olmuş, həmin bitkilər kardon qutuya qablaşdıralaraq möhürlənmişdir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 06.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 237.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 06.04.2020-ci il tarixli 1970 saylı sərəncamına əsasən 07.04.2020-ci il tarixdə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və 71 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır və ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 224,27 qram narkotik maddə vasitə olan 08 ədəd çətənə (kannabis) bitkiləri və 07 ədəd çətənə (kannabis) bitkisinin ştilləri məhv edilməldir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan ümumi çəkisi 224,27 qram olan 08 ədəd narkotik maddə çətənə (kannabis) bitkiləri və 07 ədəd çətənə (kannabis) bitkisinin ştilləri məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-98/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-98/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver