Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-98/2025 26.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X11 Ənvər oğlunun sədrliyi, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Şamaxı rayonu, Çaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2025-ci ilin avqust ayının sonlarında İsmayıllı rayonu, Tağlabiyan kəndi ərazisində yerləşən şəhid Baloğlan Mamedovun adına olan bulağın yaxınlığında nəzarətsiz olan Zərərçəkmiş şəxs1 Rüstəm oğluna məxsus 01 baş, qara rəngli, dişi cinsli, 1 illik, diri çəkisi təxminən 15 kq, 150 manat dəyərində, xırdabuynuzlu (qoyun) heyvanı icarə əsasında idarə etdiyi “Toyoto Prius (hibrit)” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına yükləyib gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs1 150 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2025-ci ilin avqust ayının sonlarında İsmayıllı rayonu, Xankəndi kəndi ərazisində, həmin kənddən Mücü kəndinə gedən asfalt yolun kənarında nəzarətsiz olan Zərərçəkmiş şəxs2 məxsus 01 baş, qara rəngli, dişi cinsli, 4-5 illik, diri çəkisi təxminən 35 kq, 350 manat dəyərində, xırdabuynuzlu (qoyun) heyvanı icarə əsasında idarə etdiyi “Toyoto Prius (hibrit)” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına yükləyib gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs2 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Pirhəsənli kəndindən keçən asfalt yolun kənarında nəzarətsiz olan Zərərçəkmiş şəxs4 məxsus 1 baş ağ rəngli, dişi cinsli, 1 il, 6 aylıq, diri çəkisi təxminən 40 kq, 500 manat dəyərində, 1 baş sarımtıl rəngli, erkək cinsli, 7- 8 aylıq, diri çəkisi təxminən 15 kq, 300 manat dəyərində, 1 baş sarımtıl və 1 baş ağ rəngli, bel nahiyəsində qara rəngli zolağı olan, hər biri dişi cinsli, 4-5 aylıq, diri çəkiləri ayrıayrılıqda 12 kq və hər biri 200 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 04 baş xırdabuynuzlu (qoyun) heyvanı icarə əsasında idarə etdiyi “Toyoto Prius (hibrit)” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına yükləyib gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs4 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Ağdaş rayonu, Mürsəl kəndi ərazisində, otlaq sahələrinə gedən torpaq yolun kənarında nəzarətsiz olan Zərərçəkmiş şəxs3 məxsus 2 baş, ağ rəngli, dişi cinsli, 2 illik, hər birinin diri çəkisi təxminən 55 kq, hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində, 1 baş, sarı rəngli, erkək cinsli, 9 aylıq, diri çəkisi təxminən 30 kq, 300 manat dəyərində və 1 baş, sarı rəngli, dişi cinsli, 9 aylıq, diri çəkisi təxminən 30 kq, 300 manat dəyərində olmaqla ümumilikdə 1300 manat dəyərində 4 baş xırdabuynuzlu (qoyun) heyvanları icarə əsasında idarə etdiyi “Toyoto Prius (hibrit)” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına yükləyib gizli yolla talayıb satdıqdan sonra əldə olunan pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs3 1300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 2016-cı ildən işlə əlaqədar olaraq Bakı şəhərində kirayə yaşayır. Təqsirləndirilən şəxs1 həmin vaxtdan tanıyır və bir neçə dəfə birlikdə meyvə alqı-satqısı ilə məşğul olmuşlar. Təxminən 1 ildir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində birlikdə kirayə yaşayırlar. 2025-ci ilin avqust ayının sonlarında Reyhanə ona anasının Yevlax rayonunda müalicə aldığı üçün hazırda orada bacısıgildə yaşadığını, onunla görüşmək istədiyini söyləmiş və onunla getməsini xahiş etmişdir. O da Reyhanə ilə razılaşmış və birlikdə Reyhanənin günlük icarəyə götürdüyü “Toyoto Prius”markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə hərəkətə başlamış və avtomobili Reyhanə idarə etmişdir. İsmayıllı rayonu ərazisindən keçən zaman yolun kənarında meşəlik ərazi olduğunu görüb orada fındıq ağaclarının olacağını və fındıq yığıb sata biləcəklərini fikirləşmişlər. Bu məqsədlə asfalt yoldan çıxaraq Basqal yazısı olan meşəlik ərazi istiqamətində hərəkətə başlamışlar. Təxminən 4-5 kilometr getdikdən sonra, yolun kənarında sahibsiz təxminən 7-8 baş qoyunların otladığını görmüş və satmaq məqsədi ilə qoyunların 1 başını oğurlamaq qərarına gəlmişlər. Reyhanə avtomobili həmin heyvanların yaxınlığında saxlamış və o, avtomobildən düşüb ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra 1 baş qara rəngli quzunu götürüb avtomobilin baqajına qoymuşdur. Bundan sonra bir qədər getdikdən sonra açıq çöllük sahədə sahibsiz 20-30 baş xırdabuynuzlu heyvan otladığını görmüşlər. Reyhanə avtomobili həmin heyvanların yaxınlığında saxlamış, yenə də o, avtomobildən düşüb ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra 1 baş qara rəngli qoyunu götürüb avtomobilin baqajına qoymuşdur. Daha sonra əvvəldən heyvan alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Şamaxı rayonu sakini Şahid1 zəng edib “bir nəfər tanışının heyvan satdığını söyləmişdir. Reyhanə Kamran ilə danışdıqdan sonra Kamranla razılaşmış və onları gözlədiyini söyləmişdir. Onlar əvvəlcə Reyhanənin anası və bacısı ilə görüşməsi üçün Yevlax rayonuna getmişlər, lakin Reyhanənin ailə üzvlərinin onu görməməsi üçün Reyhanə onu Yevlax rayonu ərazisində, yolun kənarında yerləşən kafedə düşürüb geri qayıdacağını bildirmişdir. Təxminən 1 saat sonra Reyhanə geri qayıdıb onu götürdükdən sonra Şamaxı rayonuna, Kamranın yaşadığı ünvana getmişlər. Küçədə Kamranla görüşüb 2 baş xırdabuynuzlu heyvanı Kamrana 320 manata satmışlar, həmçinin həmin vaxt Reyhanənin Kamrana quzuları tanışından ucuz qiymətə aldığını, lazım olarsa yenə də alıb gətirə biləcəyini bildirmişdir. Kamran onunla razılaşmış və onlar oradan uzaqlaşdıqdan sonra pulun bir hissəsini avtomobilin günlük icarə haqqına, bir hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişlər. Bir neçə gün sonra yenidən quzu oğurlayıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə 05 sentyabr 2025-ci il tarixdə Reyhanənin günlük icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu istiqamətində hərəkətdə olarkən saat 14 radələrində Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində yolun kənarında təxminən 20-30 baş qoyunun otladığını görmüşlər və 4 baş qoyunu oğurlamaq qərarına gəlmişlər. Reyhanə avtomobili qoyunların yanında saxlamış, avtomobildən düşüb ətrafda heç kimin olmadığından əmin olduqdan sonra 4 baş qoyunu tutaraq avtomobilin yük yerinə yerləşdirmiş və oradan uzaqlaşmışlar. Bir neçə kilometr hərəkət etdikdən sonra avtomobilin baqajından çox səs gəldiyi üçün avtomobildən düşüb heyvanların vəziyyətinə baxarkən qoyunlardan birinin halsız vəziyyətdə olduğunu görüb tələf olmaması üçün onu baqajdan götürüb avtomobilin salonuna qoymuşlar. Bundan sonra digər 3 baş qoyunun da tələf ola biləcəyindən narahat olduqları üçün Reyhanə dərhal Şahid1la əlaqə saxlayıb 3 baş qoyun satmaq istədiyini söyləmişdir. Kamran razılaşdıqdan sonra Şamaxı şəhərinə gedib, Kamranın yaşadığı evin qarşısında onunla görüşmüş və onlar 3 baş qoyunu 540 manata Kamrana satmışlar. Bundan sonra Şamaxı rayonunda qəssab işləyən tanışı Şahid2 “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edib 1 baş satılıq quzusu olduğunu söyləmiş, Sübhan quzuya baxdıqdan sonra ala biləcəyini bildirmişdir. Onlar Sübhanın yaşadığı ünvana gedib 1 baş quzunu avtomobildən düşürüb 260 manata Sübhana satıb oradan uzaqlaşmışlar. Daha sonra isə əldə etdikləri pulun bir hissəsini avtomobilin günlük icarə haqqına, bir hissəsini borclarına, qalan hissəsini isə günlük ehtiyaclarına xərcləmişlər. 07 sentyabr 2025-ci il tarixdə Reyhanə ona yenidən Yevlax rayonunda yaşayan bacısıgilə getmək istədiyini söyləyib onunla birlikdə gedib-gəlməsini xahiş etmiş və onlar razılaşmışlar. Həmin gün Reyhanənin günlük icarəyə götürdüyü “Toyoto Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə Yevlax rayonu istiqamətində hərəkətə başlamışlar. Ağdaş rayonu ərazisində hərəkətdə olan zaman su almaq üçün mağazaya getmişlər. Geri qayıdan zaman yolun kənarında sahibsiz təxminən 20-25 baş xırdabuynuzlu heyvanın otladığını görmüşdür. Həmin vaxt yenə də heyvanlardan bir neçəsini oğurlayıb satmaq qərarına gəlmişlər. Ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra həmin heyvanlardan 4 başını tutub avtomobilin baqajına qoyub dərhal asfalt yola doğru hərəkətə başlamışlar. Reyhanə yenə də Şahid1 zəng edib 4 baş satılıq qoyunu olduğunu bildirmişdir. Bundan sonra Şamaxı şəhərinə gedib, Kamranın yaşadığı evin qarşısında onunla görüşmüş və 4 baş qoyunu Kamrana ümumilikdə 600 manata satmışlar. Təqsirləndirilən şəxs2 daha sonra vurulmuş ziyanı bərpa etdiklərini, zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib, digər Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən ibtidai istintaq zamanı verdiyi ifadəsini tamamilə təsdiq edərək, 2016-cı ildən Təqsirləndirilən şəxs2 tanıdığını, təxminən 1 ildir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində birlikdə kirayə yaşadıqlarını, 2025-ci ilin avqust ayının sonlarında Sənanla birlikdə “Toyoto Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonuna anasını görmək üçün getdiklərini, İsmayıllı rayonu ərazisindən satmaq məqsədilə 2 baş quzu oğurladıqlarını, həmin quzuları Sənanın tanışı olan Şamaxı rayon sakini Kamran adlı şəxsə 320 manata satdıqlarını, pulun bir hissəsini avtomobilin günlük icarə haqqına, bir hissəsini isə şəxsi ehtiyaclarına xərclədiklərini, bir neçə gün sonra yenidən quzu oğurlayıb satmaq qərarına gəldiklərini, bu məqsədlə 05 sentyabr 2025-ci il tarixdə günlük icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu rayonu istiqamətində hərəkətə başladıqlarını, saat 14 radələrində Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində 20-30 baş qoyunun otladığını gördüklərini, həmin qoyunlardan 4 baş qoyunu avtomobilin yük yerinə yerləşdirib oradan uzaqlaşdıqlarını, 3 baş qoyunu Şahid1 Şamaxı şəhərində 540 manata, bir baş quzunu isə Sənanın Şamaxı rayonunda qəssab işləyən tanışı Şahid2 260 manata satdıqlarını, əldə etdikləri pulun bir hissəsini avtomobilin günlük icarə haqqına, bir hissəsini borclarına, qalan hissəsini isə günlük ehtiyaclarına xərclədiklərini, 07 sentyabr 2025-ci il tarixdə Sənanla Yevlax rayonuna gələrkən Ağdaş rayonu ərazisində sahibsiz təxminən 20-25 baş xırdabuynuzlu heyvanın otladığını gördüklərini, həmin vaxt heyvanlardan 04 başını oğurlayıb avtomobilin baqajına qoyduqlarını, həmin 4 baş xırdabuynuzlu heyvanı 600 manata Kamrana satdığını, daha sonra Sənan ilə birlikdə həmin pulun bir hissəsini avtomobilin günlük icarə haqqına, bir hissəsini isə şəxsi ehtiyaclarına xərclədiklərini, vurulmuş ziyanı bərpa etdiklərini, zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olmasını ifadəsində bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, şəxsi təsərrüfatında 20- 30 baş xırdabuynuzlu heyvan var. Təxminən 2025-ci ilin avqust ayının sonlarında 1 baş qara rəngli qoyununun sürüdə olmadığını müəyyən etmiş, əvvəlcə qoyunun itməsini və ya canavarın yeməsini düşünmüşdür. Bir neçə gün qoyunu axtarsa da, qoyunun itməsinə və ya yeyilməsinə dair heç bir iz aşkar etməmiş, buna görə də qoyunun oğurlandığını başa düşüb bu barədə İsmayıllı rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, şəxsi təsərrüfatında 27 baş qoyunu vardır. Qoyunları yaşadığı evin yaxınlığında hər gün otlaq sahəyə ötürüb yaşadığı evə qayıdır. 05 sentyabr 2025-ci il tarixdə saat 08:00 radələrində 27 baş qoyunu evinin yanında olan otlaq sahəyə buraxıb yaşadığı evə qayıtmışdır. Təxminən saat 11:00 radələrində qoyunlarını otlaq sahədən gətirməyə getmiş və qoyunları həmin otlaq sahədə görməmişdir. Təxminən saat 15:00 radələrində yaşadığı evdə olan zaman qoyunlar geri gəlmiş, qoyunları sayan zaman 4 baş qoyunun olmadığını aşkar etmişdir. Qoyunları axtarmaq üçün otlaq sahəyə getmiş, lakin tapa bilməmişdir. Qoyunların nəzarətsiz qaldığı üçün itdiyini fikirləşmiş və tapacağını düşünüb qoyunları axtarmağa başlamış, lakin tapa bilməmişdir. Bundan sonra quyunların oğurlandığını düşünərək 14 sentyabr 2025-ci il tarixdə Ağsu rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs4 daha sonra ifadəsində təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, yaşadığı kənddə heyvandarlıqla məşğul olur və özünə məxsus 25 baş xırdabuynuzlu heyvanı var. Hər gün həmin xırdabuynuzlu heyvanları otarmaq üçün saat 09 radələrində Mürsəl kəndi ərazisində evinin yaxınlığındakı küçəyə buraxır, saat 18 radələrində isə gedib geri gətirir. Həmin müddət ərzində heyvanlar küçədə nəzarətsiz qalır. 07 sentyabr 2025-ci il tarixdə saat 09 radələrində xırdabuynuzlu heyvanları küçəyə buraxıb bir müddət onlara nəzarət etsə də hava isti olduğundan onları nəzarətsiz buraxıb yaşadığı evə qayıtmışdır. Həmin gün saat 18 radələrində heyvanları evə gətirən zaman 04 baş xırdabuynuzlu heyvanının olmadığını görmüş, həmin heyvanların kənd ərazisində itdiyini fikirləşmişdir. Həmin gün və növbəti gün səhər saatlarına kimi kənd ərazisində 04 baş xırdabuynuzlu heyvanını axtarmış, lakin tapmadığı üçün 08 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində 102 xidmətinə zəng edib 04 baş xırdabuynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs3 daha sonra ifadəsində təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslərlə barışdığını, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 7-8 ildir ki, xırdabuynuzlu heyvan alqı-satqısı ilə məşğul olur və Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs2 2025-ci ilin avqust ayının sonlarında “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək bir nəfər tanışının heyvan satdığını bildirib həmin şəxslə onu danışdırmışdır. Həmin şəxs ona bacısıgilin qonşusundan ucuz qiymətə 02 baş xırdabuynuzlu heyvan aldığını, pula ehtiyacı olduğu üçün onları satdığını bildirmiş, o da həmin heyvanlara baxdıqdan sonra ala biləcəyini söyləmişdir. Həmin gün axşam saatlarında Sənan ona zəng edib yaşadığı evin qarşısında olduğunu bildirmiş, o da işdən çıxıb evə getmişdir. Yaşadığı evin qarşısında “TOYOTO PRİUS” markalı avtomobilin olduğunu, Sənanla tanımadığı bir nəfər qadının isə avtomobilin yanında dayandıqlarını görmüşdür. O, avtomobilin baqajındakı heyvanlara baxıb Reyhanə ilə 02 baş xırdabuynuzlu heyvanı 320 manata alacağına dair razılığa gəlmişlər. Bundan sonra, Sənan heyvanları avtomobildən düşürüb ona təhvil vermişdir. Sabahı gün günorta saatlarında Reyhanə Sənanın mobil nömrəsi ilə ona zəng edib ucuz qiymətə 03 baş xırdabuynuzlu heyvan aldığını və onları sata biləcəyini söyləmişdir. Həmin gün yenə də axşam saatlarında Sənanla Reyhanə yaşadığı ünvana gəlib, 03 baş xırdabuynuzlu heyvanı Reyhanə ilə 540 manata razılaşıb pulunu verdikdən sonra Sənanla Reyhanə çıxıb getmişdir. Bundan sonra Reyhanə ilə Sənandan aldığı ümumilikdə 05 baş xırdabuynuzlu heyvanı Şamaxı rayonu ərazisində yerləşən mal bazarında tanımadığı şəxslərə satmışdır. 2025-ci ilin sentyabr ayının əvvəllərində Reyhanə Sənanın mobil nömrəsi ilə ona zəng edib ucuz qiymətə 04 baş xırdabuynuzlu heyvan aldığını və onları sata biləcəyini söyləmiş və həmin gün yenə də axşam saatlarında Sənanla Reyhanə yaşadığı ünvana gəlib, heyvanlara baxdıqdan sonra onları ümumilikdə 600 manata satın ala biləcəyini söyləmişdir. Reyhanə onunla razılaşmış və heyvanları ona təhvil verib getmişlər.Həmin heyvanları da Şamaxı rayonu ərazisində yerləşən mal bazarında tanımadığı şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 7-8 ildir ki, yaşadığı Şamaxı rayonda qəssab işləyir. Təqsirləndirilən şəxs2 sinif yoldaşı Rəhmanın qardaşıdır. 2025-ci ilin sentyabr ayının əvvəllərində Sənan ona zəng edərək 1 baş satılıq quzusu olduğunu söyləmiş, o da quzuya baxdıqdan sonra ala biləcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Sənan ona zəng edib yaşadığı evin qarşısında olduğunu söyləmişdir. O, küçəyə çıxdıqda Sənan “TOYOTO PRİUS” markalı avtomobildən düşüb onunla görüşmüş, həmin vaxt avtomobili idarə edən şəxsin qadın olduğunu görmüşdür. Bundan sonra Sənana quzunu evin arxa tərəfindəki küçəyə gətirməsini söyləyib evin həyəti ilə arxa tərəfə keçmişdir. Daha sonra Sənan avtomobillə həmin küçəyə gəlib 1 baş quzunu avtomobildən düşürmüş və quzuya baxdıqdan sonra onunla 260 manata razılaşmışdır. Sənan pulu alaraq getmiş və bundan sonra Sənanla aralarında hər hansı əlaqə olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 08 sentyabr 2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, baxış aparılan yer Ağdaş rayonu, Mürsəl kəndi ərazisində Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evindən təxminən 70 metr məsafədə yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs3 sonuncu dəfə 07 semtyabr 2025-ci il tarixdə, saat 09 radələrində xırdabuynuzlu heyvanları nəzarətsiz buraxdığı ərazini əyani şəkildə göstərib, həmin gün saat 18 radələrində 04 baş xırdabuynuzlu heyvandan başqa digər heyvanlarının geri qayıtdığını, əvvəlcə həmin heyvanların kənd ərazisində itdiyini fikirləşdiyini, buna görə də həmin gün və növbəti gün səhər saatlarına kimi kənd ərazisində 04 baş xırdabuynuzlu heyvanını axtarıb tapa bilmədiyini, 08 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində 102 xidmətinə zəng edib 04 baş xırdabuynulzu heyvanının oğurlanması barədə məlumat verdiyini bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən və ya maddi sübut qismində götürülə biləcək hər hansı əşya aşkar olunmamışdır. 14 sentyabr 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış aparılan yer İsmayıllı rayonu, Tağlabiyan kəndi ərazisidir. Baxış zamanı Zərərçəkmiş şəxs1 2025-ci ilin avqust ayının sonlarında 01 baş qara rəngli quzusunun sürüdə olmadığını müəyyən etdiyini, bir neçə gün quzunu axtarsa da, quzunun itməsinə və ya yırtıcı heyvanlar tərəfindən yeyilməsinə dair heç bir iz aşkar etmədiyini bildirmişdir. Həmçinin baxış zamanı hər hansı iz, əşya, əlamət aşkar edilməmiş və götürülməmişdir. 14 sentyabr 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış aparılan yer İsmayıllı rayonu, Xankəndi kəndində, Mücü kəndinə gedən yolun kənarıdır. Baxış zamanı Zərərçəkmiş şəxs2 2025-ci ilin avqust ayının sonlarında 01 baş qara rəngli qoyununun sürüdə olmadığını müəyyən etdiyini, bir neçə gün qoyunu axtarsa da, qoynunun itməsinə və ya yırtıcı heyvanlar tərəfindən yeyilməsinə dair heç bir iz aşkar etmədiyini bildirmişdir. Həmçinin baxış zamanı hər hansı iz, əşya, əlamət aşkar edilməmiş və götürülməmişdir. 14 sentyabr 2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, baxış aparılan yer Ağsu rayonu, Pirhəsənli kəndi ərazisindəki boş otlaq sahəsidir. Hadisə yerini Zərərçəkmiş şəxs4 təqdim etmişdir. Baxış zamanı Adışırın xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində 27 baş qoyunu yaşadığı evdən 500 metr məsafə yerləşən otlaq sahəyə buraxıb yaşadığı evə qayıtdığını, təxminən saat 11:00 radələrində qoyunlarını otlaq sahədən gətirməyə getdiyini, bu zaman qoyunları həmin otlaq sahədə görmədiyini, təxminən saat 15:00 radələrində yaşadığı evdə olan zaman qoyunların geri gəldiyini, həyətə düşüb qoyunları sayan zaman 4 baş qoyunun olmadığını aşkar etdiyini, bundan sonra qoyunları axtarmağa başladığını, lakin xx.xx.2025-ci il tarixədək qoyunları tapa bilmədiyi üçün Ağsu rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etdiyini bildirmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 sentyabr 2025-ci il tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2025-ci il tarixdə, saat 09:30da Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 09:55-də təqsirləndirilən şəxs qismində dindirilmiş və 15 sentyabr 2025-ci il tarixdə saat 12:20-də barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 15 sentyabr 2025-ci il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2025-ci il tarixdə, saat 08:30da Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 08:55-də təqsirləndirilən şəxs qismində dindirilmiş və 15 sentyabr 2025-ci il tarixdə saat 12:40-da barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. 03 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin X6 Xidmətindən daxil olmuş bir ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi Az ** HB *** dövlət qeydiyyat nişanlı avtomobil: - 20 avqust 2025-ci il tarixdə saat 17:30:08-də Qaraməryəm-İsmayıllı-Şəki yolunun 94-cü kilometrliyində Oğuz rayonu Sincan kəndi ərazisindən İsmayıllı istiqamətində, - 20 avqust 2025-ci il tarixdə saat 18:06:49-də NTS-Qəbələ İsmayıllı tərəfdən çıxış istiqamətində - 21 avqust 2025-ci il tarixdə saat 15:37:44-də Qaraməryəm-İsmayıllı-Şəki yolunun 94-cü kilometrliyində Oğuz rayonu Sincan kəndi ərazisindən İsmayıllı istiqamətində - 21 avqust 2025-ci il tarixdə saat 16:03:54-də NTS-Qəbələ İsmayıllı tərəfdən çıxış istiqamətində - 26 avqust 2025-ci il tarixdə saat 14:33:21-də Qaraməryəm-İsmayıllı-Şəki yolunun 94-cü kilometrliyində Oğuz rayonu Sincan kəndi ərazisindən İsmayıllı istiqamətində - 26 avqust 2025-ci il tarixdə saat 15:06:10-da NTS-Qəbələ İsmayıllı tərəfdən çıxış istiqamətində - 27 avqust 2025-ci il tarixdə saat 18:44:27-də Qaraməryəm-İsmayıllı-Şəki yolunun 94-cü kilometrliyində Oğuz rayonu Sincan kəndi ərazisindən İsmayıllı istiqamətində - 27 avqust 2025-ci il tarixdə saat 19:09:23-da NTS-Qəbələ İsmayıllı tərəfdən çıxış istiqamətində - 05 sentyabr 2025-ci il tarixdə saat 12:59:54-də Bakı-Şamaxı-Yevlax yolunun 159.2ci kilometrliyində Yevlax istiqamətində - 05 sentyabr 2025-ci il tarixdə saat 13:07:46-da Bakı-Şamaxı-Yevlax yolunun 162.2ci kilometrliyində Bakı istiqamətində - 07 sentyabr 2025-ci il tarixdə saat 12:12:43-də Bakı-Şamaxı-Yevlax yolunun 244.5ci kilometrliyində Yevlax istiqamətində - 07 sentyabr 2025-ci il tarixdə saat 19:27:16-da QİS-Şamaxı Mədəniyyət sarayının yaxınlığında hərəkətdə olmuşdur. 06 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 həqiqətən də 2025-ci ilin avqust ayının sonlarında, yəni 20 avqust 2025-ci il, 21 avqust 2025-ci il, 26 avqust 2025-ci il və 27 avqust 2025-ci il tarixlərdə İsmayıllı rayonu, 05 sentyabr 2025-ci il tarixdə Ağsu rayonu, 07 sentyabr 2025-ci il tarixdə isə Ağdaş rayonu ərazilərində olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 həqiqətən də 2025-ci ilin avqust ayının sonlarında, yəni 20 avqust 2025-ci il, 21 avqust 2025-ci il, 24 avqust 2025-ci il, 25 avqust 2025-ci il, 26 avqust 2025-ci il, 27 avqust 2025-ci il və 31 avqust 2025-ci il tarixlərdə İsmayıllı rayonu, Tağlabiyan kəndi, 05 sentyabr 2025-ci il tarixdə Ağsu rayonu, Pirhəsənli kəndi, 07 sentyabr 2025-ci il tarixdə isə Ağdaş rayonu, Mürsəl kəndi ərazilərində olmuşdur. “Qiymətləndirmə Xidməti Mərkəzi” X2 16 oktyabr 2025-ci il tarixli, QXM/P-08 saylı rəyindən görünür ki, - 01 baş 1 yaşlı, dişi cinsdən olan xırdabuynuzlu heyvanın çəkisi 15 kq, 1 kq qiyməti 9 manat olmaqla, ümumi qiyməti 135 manat; - 01 baş 4-5 yaşlı, dişi cinsindən olan xırdabuynuzlu heyvanın çəkisi 35 kq, 1 kq qiyməti 8 manat olmaqla, ümumi qiyməti 280 manat, cəmi bazar dəyəri 415 manat təşkil etmişdir. “AECS” X2 14 noyabr 2025-ci il tarixli, AS 11-052/25 saylı rəyindən görünür ki, - 01 baş ağ rəngli, dişi cinsli, 1 il 6 aylıq, diri çəkisi təxminən 40 kq olan xırdabuynuzlu heyvanın 05 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 340 (üç yüz qırx) manat; - 1 baş sarımtıl rəngli, erkək cinsli, 7-8 aylıq, diri çəkisi təxminən 15 kq olan xırdabuynuzlu heyvanın 05 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 160 (bir yüz altmış) manat; - 1 baş sarımtıl rəngli, dişi cinsli, 4-5 aylıq, diri çəkisi təxminən təxminən 12 kq olan xırdabuynuzlu heyvanın 05 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 130 (bir yüz otuz) manat, - 1 baş ağ rəngli, bel nahiyəsində qara rəngli zolağı olan, dişi cinsli, 4-5 aylıq, diri çəkisi təxminən 12 kq olan xırdabuynuzlu heyvanın 05 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 130 (bir yüz otuz) manat; - 1 baş, ağ rəngli, dişi cinsli, 2 illik, diri çəkisi təxminən 55 kq olan xırdabuynuzlu heyvanın 07 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 330 (üç yüz otuz) manat; - 1 baş, ağ rəngli, dişi cinsli, 2 illik, diri çəkisi təxminən 55 kq olan xırdabuynuzlu heyvanın 07 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 330 (üç yüz otuz) manat; - 1 baş, sarı rəngli, erkək cinsli, 9 aylıq, diri çəkisi təxminən 30 kq olan xırdabuynuzlu heyvanın 07 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 260 (iki yüz altmış) manat; - 1 baş, sarı rəngli, dişi cinsli, 9 aylıq, diri çəkisi təxminən 30 kq olan xırdabuynuzlu heyvanın 07 sentyabr 2025-ci il tarixə orta bazar dəyəri 260 (iki yüz altmış) manat təşkil edir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 10 noyabr 2025-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuş və həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə əsas olmadığından “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən daxil olmuş 18 noyabr 2025-ci il tarixli, 18-1-72/2-2006/2025 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Şamaxı rayon Mərkəzi Xəstəxanası”nın Poliklinika şöbəsinin nevroloji və ruhi-əsəb qeydiyyatında deyil. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli, 5-32-12/2-40/2026 saylı arayışdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan xx xxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ailə tərkibi – anası 10 iyun 1976-cı il təvəllüdlü X7 və övladı 14 may 2025-ci il təvəllüdlü X4 ibarətdir. Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 2025-ci ildə X5 doğulmuş X8 atası Təqsirləndirilən şəxs2 hesab edilmişdir. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “X13” publik hüquqi şəxsindən daxil olan 17 noyabr 2025-ci il tarixli, 18-1-16/2-719/2025 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan, xx xxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 tibb xidməti ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda deyil. “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən daxil olmuş 19 noyabr 2025-ci il tarixli, 4516 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsdə qeydiyyatda deyil. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 153 saylı Mənzil-Kommumal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 153 saylı Mənzil-Kommumal İstismar sahəsi tərəfindən verilmiş 24 noyabr 2025-ci il tarixli, 925 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir və hər biri təqsirləndirilən şəxslərlə barışmışlar. Onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməllərdə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin tərkibi vardır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə tövsif edilməli və onlar, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, iş materiallarına istinad edib, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmalarını isə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, eləcə də təqsirləndirilən şəxslərin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, törətdikləri cinayət əməllərini səmimi etiraf etmələrini, əməllərindən peşman olmalarını və müsbət xarakterizə edilmələrini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmçinin Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Bununla yanaşı qeyd edilməlidir ki, onların səmimi etirafları, bu əməli törətmələrindən peşman olmaları və dəymiş ziyanın könüllü olaraq ödənilməsi cəzalarını yüngülləşdirən haldır və onların cəzalarını ağırlaşdıran hallar mövcud deyildir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətlərini xarakterizə edən halları və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, dəymiş ziyanın tamamilə ödənilməsini, o cümlədən cinayət əməli törətmələrini etiraf edib bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq və onların cəmiyyətdən təcrid olunmadan da islah olunmalarının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 15 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandıqları bir gün müddət onlara təyin edilən qəti cəzadan çıxılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə onun yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə isə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməli, onların cəzaçəkmə müddətlərinin əvvəli cəzalarını icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslərin hər birinin barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi tələb etdiklərinə, lakin müdafiəçiyə xidmət haqqı ödəməyə maddi imkanlarının olmadığını bildirdiklərinə görə onlar hüquqi yardıma görə pul ödəməkdən azad edilməli və onların məhkəmədə müdafiələri ilə əlaqədar vəkillərin xidmət haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən məhkəməyə təqdim olunmuş hesabatlardan görünür ki, onlar məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişlər. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 330 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına, - Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 330 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində həbsdə saxlandığı bir gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə onun yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində həbsdə saxlandığı bir gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 02 (iki) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 330 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına, - Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 330 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-98/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-98/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver