Məhkəmə qərarları › İş №1(014)-99/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-99/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-99/2022 27.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1976-cı ildə Ağdaş rayonu, Qülbəndə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Qülbəndə kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 08 avqust 2022-ci il tarixdə, saat 19:30 radələrində Ağdaş rayonu, Qülbəndə kəndində yaşayan Təqsirləndirilən şəxs X2 Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən su bulağının yanında şəxsi münasibətlər zəminində döyərək ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında onun 7-ci sinifdə oxuyan yeniyetmə oğlu ilə həmkəndlisi Bəhmanın qardaşı oğlu Hamilin aralarında tez-tez münaqişə olduğunu, onun da, bu barədə dəfələrlə Bəhmanın qardaşı Bəxtiyara oğlunun onun yetkinlik yaşına çatmayan oğlu ilə münaqişə etməsinin qarşısını almasını söylədiyini, lakin bir nəticə olmadığını, yenədə onun yetkinlik yaşına çatmayan oğlu Şahid1 ona həmkəndlisi Şahid2 oğlu Hamilin onu döymək istəməsini bildirdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində onun oğlu Şahid1 ilə birlikdə yaşadığı kənddə yerləşən su bulağının kənarından keçərkən həmkəndlisi Zərərçəkmiş şəxs su bulağından, su bardağına su doldurub yaşadığı evə getməsini gördüyünü, onun Bəhmanın yanından ötüb keçərkən Bəhmana salam verdiyini, Bəhman da, onunla salamlaşdığını, daha sonra onun Bəhmana qardaşı Bəxtiyarın oğlu Hamilin onun yetkinlik yaşına çatmayan oğlu Tunarı döymək istəməsini, lakin onun bu barədə Bəxtiyara dəfələrlə oğlunu tənbeh etməsini söylədiyini bildirdiyini, həmin vaxt Bəhmanın da, ona “sənin uşağın tərbiyəsizdir” dediyini, onun da, Bəman Mustafayevə onu oğlu Tunarın tərbiyəli olmasını, heç vaxt tərbiyyəsiz hərəkətlər etmədiyini bildirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyinə görə onun Bəhmana yaxınlaşaraq qəsdən yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs yerdən kiçik ölçülü daşı götürüb ona atdığını, Zərərçəkmiş şəxs atdığı daşın onun sağ gözaltı nahiyyəsinə dəydiyini və onun sağ gözaltı nahiyyəsindən xəsarət aldığını, daha sonra Zərərçəkmiş şəxs oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və davadalaşın xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində Ağdaş rayonu Qülbəndə kəndində yerləşən su bulağının yanında baş verdiyini, həmin vaxt orada onlardan başqa yetkinlik yaşına çatmayan oğlu Tunarın orada olduğunu, başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini, Zərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və dalaşın təxminən 3-4 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın səbəbinin Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın oğlunun onun yetkinlik yaşına çatmayan oğlu Tunarı döymək istəməsinə görə onun Zərərçəkmiş şəxs qardaşı Bəxtiyara oğlunu onun yetkinlik yaşına çatmayan oğlu Tunara qarşı hər hansı bir qanunsuz hərəkətlər etməməsini söyləməsinin olduğunu, həmin vaxt Zərərçəkmiş şəxs ona kobudluq edərək onun yetkinlik yaşına çatmayan oğlu Tunarı “tərbiyyəsiz” adlandıraraq ona nalayiq ifadə işlətməsinə görə onların arasında mübahisə və dava-dalaş baş verdiyini, həmkəndlisi Şahid2 oğlu Hamilin onun yetkinlik yaşına çatmayan oğlu Şahid1 döymədiyini və oğlu Şahid1 heç bir xəsarət yetirmədiyini, lakin oğlu Tunar X1 onu döyəcəyini bildirməsini oğlu Tunarın ona bildirdiyini, Zərərçəkmiş şəxs kiçik ölçülü daş ilə onun sağ gözaltı nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini, lakin onun Zərərçəkmiş şəxs ilə barışmaq istədiyinə görə onun barəsində hələlik şikayət ərizəsi yazmaq istəmədiyini, lakin Zərərçəkmiş şəxs ilə barışa bilməsə Zərərçəkmiş şəxs barəsində şikayət ərizəsi yazacağağını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində onun yaşadıqları kənddə yerləşən bulağa su gətirmək üçün getdiyini, onun bulaqdan su götürüb geri qayıdarkən həmkəndlisi Sadiqin də oraya gəldiyini, Sadiqin ona yaxınlaşaraq salam verdiyini, onun da, Sadiq ilə salamlaşdığını, daha sonra Sadiqin ona “nə üçün sənin qardaşın uşağı mənim oğlumla yola getmir, tez-tez münaqişə edirlər” dediyini, onun da, Sadiqə qardaşı uşağının ona aidiyyatı olmadığını və onun qardaşı uşağı ilə Sadiqin uşağının aralarındakı münaqişədən xəbərinin olmadığını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlətdiyini, buna görə də, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət və baş nahiyyələrinə, təpiklə bir neçə dəfə onun bel və qarın nahiyyələrindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra Təqsirləndirilən şəxs onun boyun nahiyyəsini qolunun arasına salaraq sıxdığını, daha sonra onun Sadiqin əlindən çıxıb yaşadığı evə getdiyini, onun dava-dalaş barəsində bildiklərinin bundan ibarət olduğunu bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və davadalaşın xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı kənddə yerləşən su bulağının yanında baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan oğlu olduğunu, başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini, dava-adalaş zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə onun sifət və baş nahiyyələrinə vurduğunu, təpiklə bir neçə dəfə onun bel və qarın nahiyyələrinə vuraraq ona xəsarət yetirdiyini, daha sonra Təqsirləndirilən şəxs onun boynunu qolunun arasına salaraq boynunu sıxdığını, sonra onun Təqsirləndirilən şəxs əlindən çıxaraq yaşadığı evə getdiyini, Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və dava-dalaş zamanı onun özünü müdafiə etmək üçün əli ilə Təqsirləndirilən şəxs özündən kənara itələdiyini, lakin Təqsirləndirilən şəxs onu döyməsinə görə yerdən kiçik ölçülü torpaq parçasını götürüb qəsdən Təqsirləndirilən şəxs atdığını, onun atdığı torpaq parçasının Təqsirləndirilən şəxs bel nahiyyəsinə dəydiyini, lakin Təqsirləndirilən şəxs heç bir xəsarət almadığını, onun qardaşı uşağının 7-ci sinifdə oxuduğunu, lakin qardaşı uşağı ilə Təqsirləndirilən şəxs uşağının arasında hər hansı bir münaqişə barədə mən heç nə bilmədiyini bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında Zərərçəkmiş şəxs onun qardaşı olduğunu, Təqsirləndirilən şəxs əvvəllər ona oğlu Hamil ilə onun oğlu Tunarın mehriban olmamalarını, oğlu Hamilə onun oğlu Tunar ilə mehriban münasibət göstərməsini oğluna tapşırmağı xahiş etdiyini, buna görə də, onun bu barədə oğlu Hamilə bildirdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadıqları kənddə yerləşən su bulağından su götürərkən Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, Təqsirləndirilən şəxs onun qardaşı Zərərçəkmiş şəxs qardaşı oğlu Hamilin onun oğlu Tunarı döymək istəməsini bildirdiyini, qardaşı Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs Hamil ilə onun oğlu Tunarın mehriban münasibətlərinin olmasını bildirdiyini, buna görə də, onların aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə vuraraq ona xəsarət yetirdiyini, onun Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı mübahisə və dava-dalaşdan bir neçə gün sonra qardaşı Bəhmanın ona söyləməsindən sonra xəbərdar olduğunu, onun da, qardaşı Bəhmanın sifət nahiyyəsində qaralmalar gördüyünü, Bəhman Musafayevin də,ona onu Təqsirləndirilən şəxs döyməsini sğylədiyini bildirmişdir. Həmçinin Şahid2 izahatında qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurub ona hər hansı bir xəsarət yetirməsi barədə heçnə bilmədiyini, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarındakı mübahisə və dava-dalaş zamanı orada onların yanında kimlərin olmasını bilmədiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 498 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər, sol gözətrafı nahiyəsinin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, alt dodağın diş səthinin sağ nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar