Məhkəmə qərarları › İş №1(014)-99/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-99/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-99/2024 27.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Rusiya Federasiyası Orenburq Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və sərxoş halda yol hərəkəti qaydalarının pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 31 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində nəqliyyat vasitəsini idarə etmək və sahiblik hüququ olmadan sərxoş halda idarə etdiyi qardaşı X6 məxsus “VAZ-2107” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisində asfalt yolda həmin kənd istiqamətində hərəkətdə olan zaman «X12» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməməli, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, yolda müəyyən edilmiş sürətdən artıq sürətlə avtomobili idarə etməməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq nəqliyyat vasitəsini idarə etmək və sahiblik hüququ olmadan sərxoş halda yolda müəyyən edilmiş 50 km\saat sürətdən artıq sürətdə, yəni 80-90 km\saat sürətlə idarə etməklə idarəetməni itirmiş və avtomobilin yol kənarında olan su kanalına aşması nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ göz yuxası sümüyünün sınığı, sağ gözün hematoması, şişkinliyi, üzün sağ nahiyəsinin sıyrığı, döş qəfəsinin əzilməsi, sağ aşıq daban oynağının əzilməsi ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarının sağlamlığa az ağır zərər vuran xəsarətləri almasına səbəb olaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 31 dekabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində qardaşı Kənan Mustafayevə məxsus VAZ 2107 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu, Zeynəddin kəndinə getmişdir. Həmin vaxt avtomobilin ön sərnişinin oturacağında əmisi oğlu Zərərçəkmiş şəxs əyləşmiş, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Həmçinin, o avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. O, Zeynəddin kəndindən geri qayıdan zaman Ağdaş-Yevlax avtomagistral yolunda Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən keçən hissəsində üzü Yuxarı Nemətabad kəndi istiqamətində 80 km surətlə hərəkətdə olan zaman YPX-nin avtomobili onun idarə etdiyi avtomobilin arxasınca gəlməyə başlamış, YPX-nin əməkdaşı onun idarə etdiyi avtomobilə səsgücləndirici vasitəsi ilə saxla əmrini vermiş, lakin o, sərxoş vəziyyətdə olduğu üçün avtomobili saxlamamış və hərəkətinə davam etmişdir. Bu zaman YPX-nin avtomobili onun idarə etdiyi avtomobilin qarşısına keçib onun avtomobilini saxlamaq istəmiş, o, yenə də YPX-nin əməkdaşının qanuni tələbinə tabe olmamış və hərəkətinə davam edərək Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisinə dönmüşdür. Həmin vaxt o, avtomobili 80-90 km surətlə idarə etmiş və YPX-nin avtomobili onun arxası ilə gəlmişdir. 31 dekabr 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində o, kənd ərazisində döngəli yola çatan zaman qəfildən idarəetməni itirmiş və yolun sağ kənarında olan su arxına düşmüşdür. O və əmisi oğlu Zərərçəkmiş şəxs ayıq vəziyyətdə olmuşlar, onu və əmisi oğlu Zərərçəkmiş şəxs həmkəndliləri avtomobildən çıxarmışlar. O, əvvəl bədənində ağrılar hiss etmədiyi üçün xəstəxanaya getməmiş və fərdi yaşayış evinə gəlmişdir. Zərərçəkmiş şəxs bədənində ağrılar hiss etdiyi üçün həmkəndliləri onu Ağdaş RMX-na aparmışlar. O, fərdi yaşayış evində olan zaman bədənində ağrılar hiss etmiş və Ağdaş RMX-na getmiş, Ağdaş RMX-da ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, səhv etdiyinin fərqindədir. Onun sürücülük vəsiqəsi ümumiyyətlə olmamışdır. Hadisə baş verən gün o, sərxoş halda olmuşdur. Lakin polis əməkdaşları onu təqib etdiklərindən o, avtomobili surətlə idarə edib kanala düşmüşdür. Hadisənin baş verməsində polis əməkdaşlarının da təqsiri vardır. O, polisin saxla əmrinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 31 dekabr 2023-cü il tarixdə saat təxminən 22:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs ilə birlikdə VAZ 2107 minik markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş rayonu, Zeynəddin kəndinə getmiş, avtomobili əmisi oğlu Təqsirləndirilən şəxs idarə etmiş, o, isə avtomobilin ön sərnişin oturacağında əyləşmiş, əmisi oğlu Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, həmçinin o, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Zeynəddin kəndindən geri qayıdan zaman Ağdaş-Yevlax avtomagistral yolunda Ağdaş rayonunun Şıxlı kəndi ərazisindən keçən hissəsində üzü Yuxarı Nemətabad kəndi istiqamətində 80 km surətlə hərəkətdə olan zaman YPX-nin avtomobili əmisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca gəlməyə başlamış. YPX-nin əməkdaşı əmisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə səsgücləndirici vasitəsi ilə saxla əmrini vermişdir. Lakin əmisi oğlu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu üçün avtomobili saxlamamış və hərəkət davam etmişdir. Bu zaman YPX-nin avtomobili əmisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına keçmiş və avtomobili saxlamaq istəmişdir. Əmisi oğlu Təqsirləndirilən şəxs yenə də YPX-nin əməkdaşının qanuni tələbinə tabe olmamış və hərəkətinə davam edərək Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisinə dönmüşdür. Həmin vaxt əmisi oğlu Təqsirləndirilən şəxs avtomobili 80-90 km surətlə idarə etmiş və YPX-nin avtomobili onun arxasınca gəlmişdir. 31 dekabr 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs kənd ərazisində döngəli yola çatan zaman qəfildən idarəetməni itirmiş və yolun sağ kənarında olan su arxına düşmüşdür. O və əmisi oğlu Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşlar, onu və əmisi oğlu Təqsirləndirilən şəxs həmkəndliləri avtomobildən çıxarmışlar. Daha sonra o, bədənində ağrılar hiss etdiyi üçün həmkəndliləri onu Ağdaş RMX-a aparmışlar və orada ona ilkin tibbi yardım göstərilmişdir. Taleh onun xəstəxana xərclərini ödəmiş, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Talehin sürücülük vəsiqəsi olmamış və Taleh hadisə günü sərxoş olmuşdur. Onlar polis əməkdaşlarının saxla əmrinə tabe olmamışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-in İstintaq Bölməsinin müstəntiqi X7 ifadəsində göstərdi ki, hazırki cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrində göstərdikləri xüsusatla bağlı, yəni polis əməkdaşlarının onları təqib etməsi nəticəsində kanala aşıb xəsarət almaları ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılmış, 29 fevral 2024-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuş, həmin qərardan isə şikayət verilməmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Ağdaş rayonu, Yuxarı Nemətabad kəndi ərazisində kənd daxili yolda üzü Ağdaş rayonu, Hacılı kəndi istiqamətində yolun sağ tərəfində, asfalt yoldan 3.50 metr kənardadır. Həmin yerdə yol asfaltbetondan, döngəli və hamardır. Hadisə yerinə baxış üzü Ağdaş rayonu, Hacılı kəndi istiqamətində aparılmışdır. Həmin yerdə yolun eni 6 metr, yolun üzü Ağdaş şəhəri istiqamətində hərəkət hissəsi 3 metr, əks istiqamətdə isə 3 metrdir. VAZ 2107 markalı avtomobil üzü Ağdaş rayonu, Nemətabad kəndi istiqamətinə yolun sağ tərəfindən torpaq örtüklü yerdə, su kanalının içərisində, asfalt yoldan 3.50 metr məsafətə dayanmışdır. Hadisədən əvvəl avtomobil üzü Ağdaş rayonu, Hacılı kəndi istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olmuşdur. Hadisə yerinə baxış zamanı tormoz izi aşkar edilmədi. Həmin yerdə icazə verilən maksimum sürət həddi 50 km/saat olmuşdur. İşin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 fevral 2024-cü il tarixli 72 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər alnın sağ nahiyəsinin sıyrığı, döş qəfəsinin sol yarısının, bel-oma nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küüt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 fevral 2024-cü il tarixli 73 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- sağ göz yuvası sümüyünün sınığı, sağ gözün hematoması, şişkinliyi, üzün sağ nahiyəsinin sıyrığı, döş qəfəsinin əzilməsi, sağ aşıq daban oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığına uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 mart 2024-ci il tarixli 8/494 saylı rəyindən görünür ki, VAZ 2107 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VZ 2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VZ 2107 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VZ 2107 markalı avtomobili maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-90 km /saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin ( 3.24 “ Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcə sərxoş olmuşdur. 0,84% İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon prokurorunun böyük köməkçisi X2 29 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, BDYPİ X13 8-ci tağımının inspektoru Elgiz Səmədovun qanunsuz hərəkətləri barədə material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Ağdaş RPŞ-nin X14 Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-62/2-9387/2024 nömrəli məktubdan görünür ki, DİN-in BDYPİ-nin mərkəzi məlumat sistemində edilmiş yoxlanışa əsasən Təqsirləndirilən şəxs sürücülük hüququnun olmaması müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Nemətabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Nemətabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 02 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: atası X3. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsi və baş vermiş hadisənin polis əməkdaşlarının onların avtomobilini təqib etməsi səbəbindən baş verməsi, əslində təqsirin polis əməkdaşlarında olması ilə bağlı çıxışına münasibətdə qeyd edir ki, həmin faktla bağlı Ağdaş rayon prokurorunun böyük köməkçisi X2 29 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qüvvədə olan qərarı var və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və digər iş materialları ilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №li Qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cəzanın məqsədini təmin etmək olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - “VAZ-2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. İş üzrə məhkəmə məsrəfi - aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ******************** SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 84 (səksən dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “VAZ-2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi - ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC” nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ******************** SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 84 (səksən dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar