Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-10/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 5 uşaq atası, təhsilsiz, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin N saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1 və 318.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, ümumvətəndaş pasportunun olmaması səbəbindən Azərbaycan Respublikasının dövlət sərhədindən qanuni yolla keçə bilmədiyindən, ailə üzvlərini ziyarət etmək məqsədilə 09 avqust N0N0-ci il tarixdə, saat NN radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonun Ağgöl kəndində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, o, ümumvətəndaş pasportunun olmaması səbəbindən, həmçinin 09 avqust N0N0-ci il tarixdə dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçdiyindən, Azərbaycan Respublikasının dövlət sərhədindən qanuni yolla keçə bilmədiyi üçün işləmək məqsədilə 16 may N0N1-ci il tarixdə, saat N3 radələrində Şahid5 və Şahid6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonun Ağgöl kəndində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən təkrar qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa, o, ümumvətəndaş pasportunun olmaması səbəbindən, həmçinin 16 may N0N1-ci il tarixdə dövlət sərhədindən qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyindən, Azərbaycan Respublikasının dövlət sərhədindən qanuni yolla keçə bilmədiyi üçün övladını axtarmaq məqsədilə 15 iyun N0N1-ci il tarixdə, saat NN radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonunun Böyük Kəsik kəndində yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən təkrar qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmişdir. Bundan başqa, o, ümumvətəndaş pasportunun olmaması səbəbindən, həmçinin 15 iyun N0N1-ci il tarixdə dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçdiyindən, Azərbaycan Respublikasının dövlət sərhədindən qanuni yolla keçə bilmədiyi üçün ailə üzvlərini görmək məqsədilə 08 fevral N0N3-cü il tarixdə, saat N3 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Ağstafa rayonun Böyük-kəsik kəndində yerləşən 15-ci sərhəd xidməti ərazisindən təkrar qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Gürcüstanda ailə üzvləri, yəni arvadı və beş azyaşlı uşağı olduğu üçün mütəmadi olaraq qanuni yolla Gürcüstana gedib gəlmiş, lakin N019-cu il tarixdə Gürcüstandan deportasiya edilmiş, Azərbaycan Respublikasında yaşamış, arvadı və uşaqları isə Gürcüstanda qalmışdır. Bir müddət sonra ailə üzvlərini görmək üçün Gürcüstana getmək qərarına gəlmiş, Azərbaycan Respublikasında olduğu zaman ümumvətəndaş pasportunu itirdiyindən dövlət sərhədindən qanuni yolla gedə bilməyəcəyini bilmiş, buna görə də 09 avqust N0N0-ci il tarixdə, saat NN radələrində təkbaşına Ağstafa rayonu, Ağgöl kəndi istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçməklə Gürcüstana getmişdir. Bir müddət orada fəhləliklə məşğul olmuş, sonradan iş tapa bilmədiyindən Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, dövlət sərhədindən qanunsuz yolla keçib Gürcüstana getdiyi üçün və ümumvətəndaş passportu olmaması səbəbindən yenidən gizlin şəkildə Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmişdir. 16 may N0N1-ci il tarixdə, saat N3 radələrində Azərbaycan Respublikasının vətəndaşları olan Şahid5 və Şahid6 ilə birlikdə Ağstafa rayonunun Ağgöl kəndi istiqamətində dövlət sərhədindən qanunsuz yolla keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gəlmişlər. Lakin elə sərhədin yaxınlığında onları sərhədçilər tutmuşlar. N0N1-ci ilin iyun ayında Yevlax şəhərində olduğu zaman Gürcüstanda yaşayan arvadı onunla əlaqə saxlayıb azyaşlı Fatimə adlı uşaq evində saxlanılan övladlarının uşaq evindən satılmasını eşitdiyini demiş, həmin vaxt övladını axtarmaq üçün Gürcüstana getmək fikrinə düşmüş, lakin, ümumvətəndaş passportu olmamasından və Gürcüstandan Azrbaycan Respublikasına qanunsuz gəldiyindən qanuni yolla keçərək Gürcüstana gedə bilməyəcəyini bilmiş, buna görə də 15 iyun N0N1-ci il tarixdə, saat NN radələrində tək, gizlin olaraq Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisindən keçib Gürcüstana getmişdir. Gürcüstanda nə qədər Fatimə adlı qızını axtarsa da tapa bilməmişdir. N0N3-cü ilin yanvar ayının sonlarında arvadı Leylanı və 9 yaşlı qızı Oksananı Gürcüstanda yaşama qaydalarını pozmaları səbəbindən saxlayaraq ölkədən deportasiya etmək üçün aparmışlar. Bundan sonra o, evdə qalan Zülfüqar adlı N yaşlı uşağını götürüb Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmiş, lakin ümumvətəndaş passportu olmamasından və Gürcüstana sərhədi pozub qanunsuz getdiyi üçün qanuni yolla Azərbaycan Respublikasına qayıda bilməyəcəyini başa düşmüş, bunun üçün 08 fevral N0N3cü il tarixdə, saat N3 radələrində N yaşlı övladı Zülfüqarla birlikdə Ağstafa rayonu Böyük Kəsik kəndi istiqamətində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində gizlin keçmiş, Azərbaycan Respublikası ərazisində isə sərhədçilər tərəfindən saxlanılmışdır. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı onun 09 avqust N0N0-ci il tarixdə və 15 iyun N0N1-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozması üzrə epizodların ittihamdan xaric edilməsini xahiş edir. Əməlindən peşmandır, axtarışda olmasını bilməmişdir, himayəsində 5 azyaşlı uşağı var, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə şahid olan ŞahidN ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, DSX-nin N nömrəli hərbi hissəsinin 15-ci sərhəd zastavasının N-ci qrupun komandiri, kiçik çavuş rütbəsində xidmət edir. 08 fevral N0N3-cü il tarixdə, saat N1:30-dan N fevral N0N3-cü il saat 01:30-dək 15-ci sərhəd zastavasının hərbi qulluqçusu əsgər Şahid1 ilə birlikdə 34-35-ci sahələrə “Xüsusi Obyekt Gözətçisi” sərhəd naryadına təyin edilmişlər. Xidmətdə olduqları zaman, 08 fevral N0N3-cü il tarixdə, saat N3:47-də “Operator növbətçisi” xidmətində olan əsgər Şahid3 onlara məlumat verərək 39-cu sahə istiqamətində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində bir nəfər naməlum şəxsin hərəkətini müşahidə etdiyini bildirmiş, onlar dərhal qeyd olunan sahəyə doğru irəliləmiş, maskalanaraq həmin şəxsin hərəkətini müşahidədə saxlamışlar. 08 fevral N0N3-cü il tarixdə, saat N3:58-də qeyd olunan şəxsin dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyini müşahidə edib şəxsin saxlanılması üçün tərəflərindən “Dayan!” çağırış komandası verilmiş və qeyd olunan şəxs saxlanılmışdır. Həmin şəxs tərəflərindən saxlanıldıqdan sonra yanında bir azyaşlı uşağın olduğunu aşkar edərək bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Şəxsi saxladıqdan sonra aydın olmuşdur ki, o, Təqsirləndirilən şəxsdur. İş üzrə şahidlər olan Şahid1, Şahid3 Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrindən görünür ki, onlar da ŞahidNla eyni məzmunlu ifadələr vermişlər. İş üzrə şahid olan X6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının əsgəri, rabitəçi olaraq xidmət edir. xx.xx.N0N1-ci il tarixdə saat NN:50 radələrində növbətçi operator xidmətində olarkən səyyar sərhəd məntəqəsində quraşdırılmış termal kamerada ərazini müşahidə etdiyi zaman sərhəd zastavasının 40/1-ci sahəsi istiqamətində 3 nəfər şəxsin Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etmiş və bu barədə dərhal səyyar sərhəd məntəqəsi rəisinə məruzə etdikdən sonra həmin ərazidə xidmət təşkil edən sərhəd naryadı başçısı Kazım Mehrəliyevə məlumat vermiş, “Sərhəd Gözətçisi” xidmətinə təyin edilmiş sərhəd naryadı Kazım Mehrəliyev və X3 Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçən 3 nəfər şəxsi sərhəd pozucusu qismində saxlamalarına dair məruzə etmişlər. Bundan sonra sərhəd zastavasının şəxsi heyəti həmin sahə istiqamətində hərəkət edərək saxlanılmış şəxsləri sərhəd zastavasına gətirmişlər. Həmin şəxslərlə aparılan söhbət zamanı onların Azərbaycan Respublikası vətəndaşları Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs olmaları müəyyən edilmişdir. İş üzrə şahidlər olan X5, X1 və XN ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da şahid Ayaz Hümmətovla eyni məzmunlu ifadələr vermişlər. İş üzrə şahid olan Şahid6 ibtidai istintaq zamanı başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirildiyi vaxt vermiş olduğu və hazırki iş üzrə məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, qardaşı Kamil Gürcüstanda yaşadığı vaxt ürəyində problem yaşadığı üçün əmisi qızı Şahid5yla xx.xx.N0N1-ci tarixdə Bakı şəhərinə gedib hava limanından qanuni şəkildə Gürcüstana getmiş orada qardaşını ziyarət etdikdən sonra Azərbaycan Respublikasına- yaşadıqları Yevlax rayonuna qayıtmaq istəmiş, biletlərin bahalaşması səbəbindən geriyə bilet alıb qayıda bilmədikləri üçün Gürcüstanda tanıdıqları Yevlax rayonundan olan həmyerliləri Təqsirləndirilən şəxs biletlərin bahalaşması səbəbindən geriyə bilet alıb qayıda bilmədiklərini demiş, Təqsirləndirilən şəxs onlara özünün də getmək istədiyini, onları apara biləcəyini bildirmiş və birlikdə 16 may N0N1-ci il tarixdə saat N3 radələrində qanunsuz yolla Gürcüstandan Azərbaycan Respubliksına keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirildiyi vaxt vermiş olduğu və hazırki iş üzrə məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan DSX-nin N №-li hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli məktubundan görünür ki, 08 fevral N0N3-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və onunla birlikdə olan bir nəfər azyaşlı saxlanılmışlar. İş materiallarında olan N may N0N1-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs 16 may N0N1-ci il tarixdə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz yolla keçdikləri ərazini göstərmiş, həmin ərazi N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 40-cı sahəsi olmuşdur. İş materiallarında olan N fevral N0N3-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral N0N3-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində və 15 iyun N0N1-ci il tarixdə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçdiyi ərazi N nömrəli hərbi hissənin 15-ci sərhəd zastavasının 39-cu sahəsi olmuşdur. İş materiallarında olan DSX-nin N №-li hərbi hissə komandirinin N may N0N1-ci il tarixli məktubundan görünür ki, 16 may N0N1-ci il tarixdə saat N3:10 radələrində dövlət sərhədini qanunsuz yolla Gürcüstadan Azərbaycan Respublikasına keçmiş Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs saxlanılmışlar. İş materiallarında olan DSX-nin N №-li hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli məktubundan görünür ki, 8 fevral N0N3-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və onunla birlikdə olan bir nəfər azyaşlı saxlanılmışlar. İş materiallarında olan N may N0N1-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs 16 may N0N1-ci il tarixdə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz yolla keçdikləri ərazini göstərmiş, həmin ərazi N nömrəli hərbi hissənin 14-cü sərhəd zastavasının 40-cı sahəsi olmuşdur. İş materiallarından görünür ki, 09 avqust N0N1-ci il tarixdə hazırki cinayət işindən Şahid6 və Şahid5 barələrində ********* nömrəli cinayət işi ayrılmış və Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin N1 oktyabr N0N1-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid5 Azərbaycan Respublikası CM-nin 318.N-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 05 ay N9 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə, 01 il 05 ay N9 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, bundan başqa, Şahid6 Azərbaycan Respublikası CM-nin 318.N-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 05 ay N9 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə, 01 il 05 ay N9 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. İş materiallarından görünür ki, 16 avqust N0N1-ci il tarixdə hazırki cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığına görə Azərbaycan Respublikası CPMnin 53.1.N-ci maddəsinə əsasən dayandırılmış, 10 fevral N0N3-cü il tarixdə işin icraatı təzələnmiş, ibtidai istintaq davam etdirilmişdir. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 13 iyun N0N3-cü il tarixli qərarı ilə hazırki cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan olunmuş, həmin Məhkəmənin N6 aprel N0N4-cü il tarixli qərarı ilə icraat təzələnmişdir. İş matariallarından görünür ki, Təqsirləndirilən şəxs beş azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel N0N4-cü il tarixdən halhazıradək həbsdədir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 0N gün tutulmuşdur. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 avqust N0N0-ci il tarixdə, saat NN radələrində və 15 iyun N0N1-ci il tarixdə, saat NN radələrində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib Azərbaycan Respublikasından Gürcüstana getdiyi vaxtdan hazırda 0N ildən artıq müddət keçmiş, iş üzrə icraat ibtidai istintaq orqanı tərəfindən 16 avqust N0N1-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.N-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.N-ci maddəsində göstərilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə hər bir müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Hazırki halda, iş materiallarından da göründüyü kimi ibtidai istintaq orqanı 16 avqust N0N1-ci il tarixdə iş üzrə icraatı CPM-nin 53.1.3-cü maddəsi (təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi) ilə deyil, CPM-nin 53.1.N-ci maddəsi (təqsirləndirilən şəxsin olduğu yerin müəyyən olunmaması) ilə dayandırmışdır, ona görə də məhkəmə hesab edir ki, həmin əsasla qeyd olunan hər iki epizod üzrə müddətlərin axımının dayanması mümkün deyil. Göründüyü kimi hazırki iş üzrə icraat, cinayət işi məhkəməyə daxil olduqdan sonra, 13 iyun N0N3-cü il tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs 09 avqust N0N0-ci ildə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib Gürcüstana gedərək böyük ictimai təhlükə törətməyən cinayət olan CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsindən 0N il müddət 09 avqust N0NN-ci il tarixdə keçmişdir. Bundan başqa, onun 15 iyun N0N1-ci il tarixdə dövlət sərhədini qanunsuz olaraq keçib Gürcüstana CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi vaxtdan iş üzrə icraatın dayandırıldığı 13 iyun N0N3-cü il tarixinə qədər 01 il 11 ay N8 gün müddət keçmiş, icraat 15 iyun N0N3-cü il tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırıldığı üçün müddətin axımı dayansa da N6 aprel N0N4-cü il tarixdə icraat təzələndiyinə görə həmin müddətin axımı bərpa olmuş, 0N gün sonra, yəni N8 aprel N0N4-cü il tarixdə isə qeyd olunan epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti kemişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs elan edilmiş ittihamlardan onun 09 avqust N0N0-ci il tarixdə, saat NN radələrində və 15 iyun N0N1-ci il tarixdə, saat NN radələrində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib Azərbaycan Respublikasından Gürcüstana getməsi epizodları çıxarılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 318.1 və 318.N-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 318.1 və 318.N-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını və əvvəllər məhkum olunmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.N-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər iki maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.N-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 0N gün müddət ona qəti olaraq təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 aprel N0N4-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 318.N-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.N-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu tutulduğu 0N (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq təyin olunmuş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 03 (üç) ay N8 (iyirmi gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 15 aprel N0N4-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu (məhkuma hökmün surəti verildiyi) andan N0 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və protest verilməmişsə, N0 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-10/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-10/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver