Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-11/2025 26.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi X21 katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Kəmaləddin oğlunun, Zərərçəkmiş şəxs2, X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, təhsili olmayan, İİİ qrup əlil, məhkum olunmamış, Ağstafa rayonu, Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətinə keçib yaşayış binasının bağlı olan giriş qapısının qıfıl asılan hissəsini istintaqa məlum olmayan predmetlə sındırıb qapını açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş, yataq otağında dolabın içərisində olan şüşə bankadakı 517 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 517 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli talama məqsədilə 30 iyul 2023-cü il tarixdə saat 03 radələrində Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən yaşayış evinin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olmuş və Zərərçəkmiş şəxs2 məxsus çarpayının qarşı tərəfində mizin üstünə qoyulmuş boz rəngli parça materialdan tikilmiş şalvarın arxa sağ yan cibindəki 3500 (üç min beş yüz) manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 3500 manat məbləğində maddi ziyan vurmaqla yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 noyabr 2023-cü il tarixdə saat 22 radələrində yenidən həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən fərdi yaşayış evinin həyətinə keçib giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, yataq otağında Zərərçəkmiş şəxs2 mizin üstünə qoyulmuş qara rəngli parça materialdan tikilmiş şalvarın əlinə götürərək sol yan cibindəki 230 manat pulu gizli olaraq talamaq istəyərkən həmin otaqda çarpayıda yatmış Zərərçəkmiş şəxs2 yuxudan oyandığını görüb əlindəki şalvarı yataq otağının döşəməsinə atıb hadisə yerindən qaçaraq iradəsindən asılı olmayan səbəbə görə cinayəti törətməyə yönəlmiş əməli başa çatdıra bilməmiş, yəni oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla razı olmadığını və özünü həmin maddələrlə nəzərdə tutulan ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, o lal və kardır. Həmkəndliləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxşı tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır, əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmayıb, ona hansı səbəbdən şər atdıqlarını və evlərindən oğurluq etdiyini bildirmələrinin səbəbini bilmir. Zərərçəkmiş şəxs1 ilə bir həmkəndli kimi münasibəti yaxşı olsa da onun evinə gedib gələn adam deyil. Lakin bir-birilərini nə vaxt görsələr salamlaşırlar. Zərərçəkmiş şəxs1 evindən oğurluq etmədiyini və əl barmaq izinin Zərərçəkmiş şəxs1 evində olan şüşə bankanın üzərindən çıxması ilə bağlı heç nə deyə bilmədiyini, Zərərçəkmiş şəxs2 yalan danışdığını, ona şər atdığını, 30 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 evinə girib şalvarının cibindən 3500 manat pul oğurlamadığını, 10 noyabr 2023-cü il tarixdə isə saat 22 radələrində tək olaraq Zərərçəkmiş şəxs2 evinin qarşısından keçdiyini, Zərərçəkmiş şəxs2 həmin vaxt çöldə olduğunu və onu görən kimi yaxasından tutub evinin həyətinə saldığını, sonra isə polislərə zəng vurub evinə çağırdığını, polislər gələndə guya ki onun evinə oğurluğa girən zaman tutulduğunu dediyini, 04 iyun 2024-cü il tarixdə, yəni Günay Nağıyevanın evindən oğurluq hadisəsi edilən gün kənddə olmadığını və başqa kəndin ərazisində ot biçdiyini bildirməyinin yadında olduğunu, lakin hansı kənddə, kimin sahəsində ot biçməyinin yadına gəlmədiyini, həmin gün başqa kəndin ərazisində ot biçməyindən kiminsə məlumatının olmasını deyə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır, ona qarşı şikayət və tələbləri yoxdur. Məhkəmədən göstərdiklərini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, Ağstafa rayonu Aşağı Göycəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Ağstafa rayonu Köçəsgər kəndində çörək bişirmə sexində fəhlə işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onunla heç bir münasibətləri, düşmənçiliyi, ədavəti olmamış, Elmar heç zaman onlara gəlib-getməmişdir. 04 iyun 2023-cü il tarixdə saat 10 radələrində işdə olan vaxt oğlu Məmməd Hüseynov onun mobil telefonuna zəng edərək evədə oğurluq olmasını bildirmişdir. Kimin oğurlamasını görməmişdir, şikayətçi deyildir. O, dərhal evə qayıtmış qonşuluqda yaşayan qayınıoğlu Samir bildirmişdir ki, evin həyətində taqqıltı səsi eşitmiş, bununla əlaqədar evə baxmaq üçün həyət qapısını döyüb əmisini səsləmiş, lakin ona heç kim cavab verməmişdir. Həmin zaman evindən 517 manat pulun oğurlandığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 bildirdi ki, Ağstafa rayonunun Aşağı Göycəli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Yaşadığı kənddə təsərrüfatla məşğul olub dolanır. Yeddi övlad atasıdır. X14 2019-cu ildə vəfat edib və həmin vaxtdan sonra evində tək yaşıyır. Yaşadığı ev 1968-ci ildə tikilib, iki mərtəbəlidir. Evinin birinci mərtəbəsində iki yataq otağı, bir zal, bir mətbəx yerləşir. İkinci mərtəbə də eyni ilə həmin proyektdədir. Evinin heç bir pəncərəsində və ya qapısında dəmir barmaqlıqlar düzəltdirməyib. 29 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixə keçən gecə evindən edilmiş oğurluq hadisəsi ilə bağlı bildirdi ki, həmin vaxtdan təxminən 6 ay öncə təsərrüfatında olan iribuynuzlu heyvanlarından 8 başını satıb 10000 manat pul əldə etmişdir. Həmin vaxtdan sonra puldan təsərrüfatında olan heyvanların yiməyinə, o cümlədən digər özü üçün lazım olan məsələlərlə bağlı xərcləyirmiş 29 iyul 2023-cü il tarixdə dəqiq yadıma gəlir ki, həmin puldan cibində 3500 manat pulu qalıbmış. Həmin gün evindən çölə çıxmamış və həyət baxcada işlər görmüşdür. Axşam saatlarında hamama girib çimdikdən sonra yatmağa getmişdir. Qeyd etmişdir ki, həmişə pulunu üstündə gəzdirir. Yatmağa girəndə 3500 manat pulu əynində olan boz rəngli parça materialdan hazırlanmış şalvarın arxa sağ yan cibində imiş və cib düymə ilə bağlanır. Hər gün yatmamışdan qabaq pulunu həmin cibində yoxlayub sonra yatır. Əynində olan şalvarı çıxardıb çarpayının yanında olan mizin (stulun) üstünə səliqəli formada asmış, sonra isə yerinə girib yatmışdır. Gecə saat 03 radələrində evinin həyətində səs eşitmiş və alt paltarında çölə çıxmışdır. Çölə çıxan zaman görmüşdür ki, küçədən evə giriş qapısı açıq vəziyyətdədir. Həmin qapını heç vaxt gecələr açıq saxlamadığına görə həmin hal onda şübhələr oyatmış və ona görə də qapıdan çölə küçəyə çıxmışdır. Hava qaranlıq olduğuna görə ətrafı elə də yaxşı görə bilmirmiş. Lakin küçəyə çıxan zaman kiminsə onu görən kimi arxasını çevirib qaçıb uzaqlaşmağa başladığını görmüşdür. O, həmin şəxsin boy-buxunundan, bədən quruluşundan və qaçış tərzindən həmkənlisi Şahməddinin lal və kar olan oğlu Elmara oxşatmışdır. O, Elmarın dalınca qaçsa da tuta bilmədir. Sonra evinə qayıdıb yatdığı otağın işiğını yandırmış və həmin vaxt görmüşdür ki, soyunub çarpayının yanında olan mizin üstünə qoyduğu, arxa sağ cibimdə 3500 manat pul olan tünd boz rəngli şalvarı yerdə döşəmənin üstünə atılıb. O, şalvarını yerdən götürüb pulu qoyduğu cibinə, yəni arxa sağ cibinə baxanda görmüşdür ki, həmin cibin düyməsi açıqdır və pulunun hamısını, yəni 3500 manatını Elmar oğurlayıb. Belə olan halda o, vaxt itirmədən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib baş verən hadisə ilə bağlı məlumat vermişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus iribuynuzlu heyvanlarını otlaq sahəsindən evinə qaytarmış və yimək yidikdən sonra əynində olan paltarlarını soyunub çarpayının yanında olan stulun üstünə qoyub yatmağa başlamışdır. Yatmamışdan öncə otağın işığını keçirtmiş, lakin evinin həyətində olan işıq gecələr yanılı olduğuna görə onun otağına da işıq düşür. Evinin qapısını isə həmişə olduğu kimi arxadan bağlamamış, sadəcə örtmüşdür. Həmin vaxt əynində olan qara rəngli parça materialdan hazırlanmış şalvarının sol yan cibində özünə məxsus 230 manat pulu olmuşdur. Saat 22 radələrində yatdığı otaqda kiminsə olduğunu hiss edib oyanmış və həmin vaxt görmüşdür ki, ona məxsus sağ yan cibində 230 manat olan qara rəngli şalvarı Təqsirləndirilən şəxs əlindədir. Elmar onun oyandığını görən kimi şalvarı döşəmənin üstünə ataraq otaqdan qaçıb çölə çıxmışdır. Bundan sonra o, şalvarının cibini yoxlamış və görmüşdür ki, Elmar pulu götürə bilməyib. Sonra isə əynini geyinərək Elmarın arxasınca çıxmışdır ki, onu yaxalasın. O, Elmarın arxasınca qaça-qaça qonşuluqda yaşayan qardaşı oğlu Familə səslənərək Elmarı tutmaq üçün köməkik etməsini və bağ tərəfə qaçmasını demişdir. O, evinin bağına çatana kimi Famil və yeznəsi Sahil Elmarı böyürtikən kolunun arxasında gizləndiyi yerdə yaxalamışlar. Bundan sonra o, mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub baş verən hadisə ilə bağlı məlumat vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ciblərini yoxlamışdır ki, evindən başqa nələrinə oğurlayıb-oğurlamadığını bilsin. Lakin Elmarın ciblərindən heç nə aşkar olunmamışdır. Daha sonra isə 3500 manat pulunun oğurlanmasında Təqsirləndirilən şəxs şübhələndiyini vurğuladığını, Elmar onun pulunu oğurlayan gün boy-buxunundan, bədən quruluşundan və qaçış tərzindən arxadan oxşatmışdığını, ifadəsndə göstəridiyi həmin xüsusatı bir daha qətiyyətlə vurğulayaraq həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq hadisələri törətdiyinə görə bir neçə dəfə Ağstafa rayon Polis Şöbəsinə gətirildiyini, sonradan xatırlamadığı həmkəndliləritdən Təqsirləndirilən şəxs onun pulunu oğurladıqdan sonrakı günlərdə kənddə pullar xərclədiyini eşitdiyini, Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyini, pul qazanmadığını, əlavə olaraq da xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun evinə yenə də oğurluğa gələn zaman yaxaladığını, onun 3500 manat pulumu Təqsirləndirilən şəxs oğurladığını, Təqsirləndirilən şəxslə uzaqdan qohumluq əlaqələri olsa da onun evimə gedib-gəlmədiyini, 3500 manat oğurlanmış pulların hamısının 100 manatlıq əskinaslardan ibarət olduqlarını, 30 iyul 2023-cü il tarixdə evitdən 3500 manat pulutdan başqa heç nə oğurlanmadığını, Təqsirləndirilən şəxs onun yatdığı otağa daxil olmaq üçün heç bir maneə ilə rastlaşmadığını, yəni Təqsirləndirilən şəxs evimin qapısının və yaxud pəncərəsinin qıfılını və ya pəncərəsini sındırmadan rahatca evə daxil olduğunu, hava isti olduğuna görə evin giriş qapısını və pəncərənin birini açıq qoyduğunu, yatdığı otağın qapısının da açıq olduğunu, Təqsirləndirilən şəxs onun yatdığı otağın qapısının açıq olmasından istifadə edərək rahatca yatdığı otağa qədər gəlib şalvarının arxa cibindən 3500 manat pulumu oğurladığını bildirdi. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mirələm oğlu bildirdi ki, o, Ağstafa rayonu Göycəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə kafe işlədir. Təqsirləndirilən şəxs laldır, onun uzaq qohumudur, onunla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs hərdən onun işlədiyi kafeyə gəlir, kafedə olan şəxslər Elmara yazıqları gəlib 1 manat pul verirlər. O, Təqsirləndirilən şəxsa pivə vermişdir. Həmin gündən başlayaraq 10 gün ərzində Təqsirləndirilən şəxs 3-4 dəfə onun işlədiyi kafeyə gəlmiş və hər dəfə cibindən 20 manatlıq əskinaz pul çıxarıb içdiyi pivənin haqqını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Zərərçəkmiş şəxs2 onun doğma əmisidir, münasibətləri yaxşıdır, əvvəllər heç zaman düşmənçilikləri və ya ədavətləri olmamış, bir böyüyü kimi həmişə hörmətini saxlamışdır. Əmisi Rafiqin yaşadığı evlə onun yaşadığı evlər ayrı-ayrı olsalar da eyni həyətdə yerləşirlər. xx.xx.2023-cü il tarixdə baş verən hadisə ilə bağlı qeyd etdi ki, həmin tarixdə saat 21 radələrində yaşadığı evdə olmuşdur. O, Təqsirləndirilən şəxs yaxalayıb. Əmisi Rafiq də onların yanına gəlib çatmış və yaxalanan şəxsin Təqsirləndirilən şəxs olduğunu görüb bildirmiş ki, Elmar onun yatdığı otağa girib, o, səsə oyanıb Elmarı görən zaman Elmar əlində saxladığı cibində 230 manat pul olan ona məxsus şalvarını yerə atıb qaçmışdır. Bundan sonra əmisi X22 Nazirliyini 102 xidmətinə zəng etmiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək sənədləşmə aparmağa başlamışlar. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə əmisi Rafiqin evindən 3500 manat pulun oğurlanması ilə bağlı məlumatı olduğunu, əmisi Rafiqin ona həmin tarixdə saat 02-03 radələrində evində yatan zaman həyətdə səs eşitdiyinə görə çölə çıxdığını, çölə çıxan zaman kiminsə arxasını çevirib qaçıb uzaqlaşmağa başladığını, həmin şəxsin boy-buxunundan, bədən quruluşundan və qaçış tərzindən X4 oxşatdığını, daha sonra evə qayıdaraq yatdığı otağın işığını yandırdıqdan sonra soyunub çarpayının yanında olan mizin üstünə qoyduğu şalvarının döşəmənin üstünə atıldığını gördüyünü, şalvarı götürüb baxanda isə şalvarının arxa sağ cibinin düyməsinin açıq olduğunu və 3500 manat pulunun həmin şalvarın cibindən oğurlandığını ona demişdir. Məhkəmə iclasında Şahid3 bildirdi ki, 2017-ci ildə X13, 2021-ci ildən isə Ağstafa rayon Polis Şöbəsinin məsul növbətçisi vəzifəsində çalışır. Polis baş leytenantıdır. Ağstafa rayon Aşağı Göycəli kənd sakinləri X9 və Təqsirləndirilən şəxs rayon sakinləri kimi tanıyır. Onları Ağstafa rayon Polis Şöbəsinə tez-tez gəldikləri üçün tanıyıb, lakin heç biri ilə münasibəti yoxdur. 29 iyul 2023-cü il tarixdə saat 09:00-da RPŞ-də növbətçiliyi təhvil almışdır. 30 iyul 2023-cü il tarixdə saat 04:45 dəqiqədə RPŞ-nin Növbətçi Hissəsində öz işləri ilə məşğul olan zaman lal və kar olan Nağıyev X5 Hissəyə daxil olmuşdur. Həmin vaxt otaqda ondan başqa növbətçi köməkçisi, polis baş serjantı Şahid4 da olmuşdur. Təqsirləndirilən şəxs otağa girdikdən sonra ilkin olaraq Şahid4la, sonra isə onunla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əl hərəkətləri ilə ona başa salmağa çalışmışdır ki, polis X11 Üzrə rəis müavini, polis polkovnik-leytenantı Qurban Qurbanovun yanına gəlib və onunla görüşmək istəyir. O isə Təqsirləndirilən şəxs Qurban Qurbanıvun şöbədə olmadığını və evində istirahət etdiyini əl hərəkətləri ilə başa salmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun qabağında dayanaraq sağ əlini əynində olan göy rəngli cins şlvarının arxa sağ cibinə salıb, həmin cibindən bir ədəd 100 manatlıq pul əskinasını çıxardıb ona vermək istəmiş, lakin o, Təqsirləndirilən şəxs ona vermək istədiyi 100 maatlıq pul əskinasını götürməmiş onu növbətçi hissədən çölə çıxartmışdır. Təqsirləndirilən şəxs əlində olan 100 manatlıq əskinası yenə qaytarıb həmin cibinə qoymuş və növbətçi hissədən çıxıb getmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxs olduğunu və əvvəllər bir neçə dəfə oğurluq törətməkdə şübhəli olduğuna görə rayon Polis Şöbəsinə dəvət olunmasını bildiyini, Zərərçəkmiş şəxs2 evindən 3500 manat pul oğurlanması barədə DİN-nin 102 xidmətinə 30 iyul 2023-cü il tarixdə saat 03:22-də zəng vurub məlumat verdiyini, həmin məlumatı Növbətçi Hissənin “Törədilmiş və hazırlanan cinayətlər barədə hadisələrin qeydiyyatı” kitabın HK-1/1047 saylı qeydiyyata alaraq əməliyyat qrupunu hadisə yerinə göndərdiyini, hadisənin baş verdiyi vaxtdan sonra Təqsirləndirilən şəxs Ağstafa RPŞ-yə gəlməsi və ona 100 manatlıq əskinas çıxardaraq vermək istəməsi faktlarının həmin cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı şübhələr oyatmadığını, Zərərçəkmiş şəxs2 evindən oğurluq edən şəxsin və ya şəxslərin kim olmasını bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid X12 bildirdi ki, o, Ağstafa RPŞ-nin CAB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Ağstafa rayonu, Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 04 iyun 2023-cü il tarixdə axşam saat 20:33-də Ağstafa rayonu, Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs1 DİN-nin “102” xidmətinə müraciət edərək və Ağstafa RPŞ-nə ərizə verərək 04 iyun 2023-cü il tarixdə evdə olmadığı vaxtda həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evə daxil olaraq şüşə bankada saxladığı 517 manat pulu oğurlamışdır. Bununla əlaqədar o, əməliyyat qrupunun tərkibində hadisə yerinə baxış zamanı iştirak etmiş, hadisə yerindən, yəni oğurlanmış 517 manat pulun olduğu şüşə bankanın üzərindən əl izləri götürülmüşdür. O, ərizəçi Zərərçəkmiş şəxs1 ilə söhbətlər aparmış və ona məlum olmuşdur ki, hadisənin baş verdiyi həmin gün Zərərçəkmiş şəxs1 çörəkbişirmə sexində işdə olmuş, oğlu X7 zəng edərək evdən şüşə bankanın içərisindəki 517 manat pulun oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs1 dərhal evə qayıtmış, qonşusu Şahid1 bildirmişdir ki, həmin gün saat 10:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs evə girdiyini görmüş və bu barədə Məmməd Hüseynova məlumat vermişdir. Bundan sonra o, Şahid1 ilə görüşüb söhbət etmiş, Samir ona danışmışdırdi ki, həmin gün saat 10:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs onun əmisi Məhərrəmin evinin giriş qapısını əlindəki dəmir parçası ilə açdığını görmüş və bu barədə əmisi oğlu Məmməd Hüseynova məlumat vermişdir. Həmin hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Nağıyev X8 RPŞ-nə gətirilmiş, onun lal və kar olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar loqoped Xəyalə Məmmədova dəvət edilmiş və Təqsirləndirilən şəxs izahatı alınmışdır. Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini törətmədiyini və 04 iyun 2023-cü il tarixdə başqa yerdə ot biçinində olduğunu bildirmişdir. Hadisə yerindən götürülmüş əl izləri DİN-nin Kriminalistik tədqiqatlar idarəsinin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi üçün göndərilmişdir. Alınmış cavabdan məlum olmuşdur ki, hadisə yerində şüşə bankanın üzərindən götürülmüş 01 ədəd əl barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta barmağı ilə eynilik təşkil edir. Bundan əlavə o, bildirdi ki, Ağstafa rayonu, Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs2 30 iyul 2023-cü il tarixdə gecə saat 03 radələrində polisə məlumat verərək bildirmişdir ki, həmin gecə evin məhləsinin darvazasını, giriş qapısını bağlamış, isti yay ayı olduğundan evin pəncərəsi və qapısını açıq vəziyyətdə qoymuş və əynindəki şalvarını soyunub çarpayının yanında olan stulun üstünə səliqəli qoyub yatmışdır. Həmin şalvarının arxa cibində 3500 manat pulu olmuşdur. Gecə saat 03 radələrində səsə yuxudan oyanıb evin məhləsinə çıxmış, həyətin giriş qapısının açıq olduğunu görüb yola çıxarkən yolda bir nəfər üzünü görmədiyi cavan oğlan evin yanından qaçmışdır. Zərərçəkmiş şəxs2 həmin şəxsin boyu və bədən quruluşuna görə həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 evinə qayıtmış və şalvarının arxa cibində olan 3500 manat pulunun oğurlanmasını müəyyən etmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin oğurluqla əlaqədar, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 evindən 3500 manat pulu oğurladıqdan sonra naməlum taksi avtomobillə həmin gecə saat 04 radələrində Ağstafa RPŞ-nə gəlmiş, şöbənin giriş hissəsində cibindən çoxlu pul çıxarıb 100 manat polis nəfərinə vermək istəmiş, lakin polis nəfəri ondan pul götürməmişdir. Bundan sonra o, polis şöbəsinə keçib məsul növbətçiyə də 100 manat pul təklif etmiş və novbətçi də həmin pulu götürməmişdir. Təqsirləndirilən şəxs lal və kar olduğundan əl işarələri ilə şöbənin rəis müavini Qurban Qurbanovla görüşmək istədiyni bildirmişdir. Gecə saatları olduğundan şöbədə heç kəsin olmadığını, səhər tezdən gəlməsini ona izah etmişlər, bundan sonra Elmar oradan çıxıb getmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gəlməmiş və onun yerini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, 10 noyabr 2023-cü il tarixdə gecə saat 22:03-də Ağstafa rayonu, Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs2 yenidən DİN-nin «102» xidmətinə müraciət edərək evindən oğuluq etmək istəyən şəxsi, yəni Təqsirləndirilən şəxs yaxaladığını bildirmişdir. Bununla əlaqədar, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam otağının qapısını örtüb yatağına uzanmışdır. Saat 22 radələrində otaqda səsə oyanmış və bir nəfər şəxsin əlindəki şalvarı yerə ataraq otaqdan çıxıb bağ sahəsinə qaçdığını görmüşdür. O, dərhal yerindən durub həmin şəxsin arxasınca qaçmış və qonşuluqda yaşayan qardaşıoğlu Famili səsləmişdir. Famil yeznəsi Sahillə birlikdə bağda kolun arxasında gizlənmiş şəxsi yaxalamışlar. Həmin şəxsin yenə Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Zərərçəkmiş şəxs2 oyandığına görə şalvarının cibində olan 200 manatdan artıq pulu Təqsirləndirilən şəxs oğurlaya bilməmişdır. Oğurluq hadisələrini Təqsirləndirilən şəxs kimlərlə törətməsi, həmin oğurluq hadisəsi barədə əvvəlcədən kimlərin məlumatları olması, konkret olaraq oğurladığı pulları harada xərcləməsi və ya kiməsə verməsini müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 727 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs hər hansı xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (xasiyyətin psixopatik cizgiləri) baxmayaraq o, ona şamil edilən cinayət əməllərini törədən zaman öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterin və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməllərini törədərkən onda anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyəti olmamışdır. Yəni onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsindən xx.xx.2023-cü il tarixli, 3-13-11/2-7284/2023 nömrəli məktubdan görünür ki, Ağstafa RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-63/2-9051/2023 nömrəli məktubu vastəsi ilə xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu Göycəli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə Kriminalistik Təhqiqatlar İdarəsinə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN Kriminalistik Təhqiqatlar İdarəsinin ADİS məlumat bankında olan şəxslərin əl əksləri müqayisə edilmişdir. Müqayisəli təhqiqat nəticəsində əl izlərdən 01 ədədi (d/x Ağstafa RPŞ-dən daxil olan) xx.xx.1986-cı ildə Qazax şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta (şüşə bankanın üzərindən götürülmüş) barmağı ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs1 yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndindəki evi bir mərtəbəli 2 otaqdan ibarətdir, giriş qapısı taxta materialdandır. Zərərçəkmiş şəxs1 yataq otağında olan kiçik ölçülü plastik şkafı göstərərək, şkafın alt siyirməsində olan bankanın içərisində olmuş 517 manat pulun oğurlanmasını bildirmişdir. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs2 yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndindəki fərdi yaşayış evi ikimərtəbəlidir, giriş qapısı ikitaylıdır, dəmir materialdandır. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yataq otağında çarpayının üstündə yatarkən səsə oyanmış və həyətə çıxmışdır. Həyətə giriş qapısının açıq olduğunu görüb qapıya yaxınlaşmış və 1 nəfər şəxsin qaçdığını görüb yataq otağına qayıtmış və yerdə olan şalvarının arxa cibindəki 3500 manat pulun oğurlanmasını müəyyən etmişdir. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs2 yaşadığı Ağstafa rayonu, Göycəli kəndindəki fərdi yaşayış evi ikimərtəbəlidir, evin giriş qapısı ikitaylıdır, dəmir materialdandır. Evin həyətində sağ tərəfdə «QAZEL» markalı avtomobil, sol tərəfində isə bağ sahəsi vardır. Zərərçəkmiş şəxs2 yataq otağında həmkənlisi Elmar adlı şəxsi görmüş, Elmar bağ sahəsinə qaçıb gizlənmiş və Elmar bağ sahəsində moruq kolunun arxasında yaxalanmışdır. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan məlum olur ki, Şahid6 təqdim etdiyi 01 ədəd CD disk «DEEL» markalı kompyüterdə baxılmış və videogörüntüdə Təqsirləndirilən şəxs evin həyətində X10 və Şahid6 ilə mübahisə etməsi öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində keçirilmiş tədbirlər nəticəsində Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Təqsirləndirilən şəxs 04.06.2-23-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus yaşayış evindən 517 manat nəğd pulun oğurlanması faktından başqa sonuncunun xx.xx.2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən 3500 manat pulu oğurlaması, həmçinin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus yaşayış evindən 230 manat nağd pulu oğurlamağa cəhd etməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli 163-124/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2003-cü il tarixdə saat 03 radələrində Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus həmin kənddə yerləşən yaşayış evindən 3500 manat pulu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və sonuncu oğurluq etdiyi gün saat 04 radələrində Ağstafa RPŞ-yə gəlmiş və RPŞ-nin növbətçi hissəsinə daxil olub arxa cibindən bir ədəd 100 manatlıq əskinası çıxararaq məsul növbətçi Mehram Abdullayevə vermək istəmiş, lakin sonuncu pulu götürməkdən imtina etmişdir. Növbətçi hissədə olan videokamera vasitəsi ilə baş verənlar yazılmış və həmin videoyazı bir ədəd DVD diskə köçürülərək İstintaqa tədim edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin Ağstafa RPŞ-nin növbətçi hissəsində lentə alınmış video görüntüyə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, videogörüntünün yuxarı sol hissəsində tarix xx.xx.2023-cü ildir və saat 04:45-dir. Növbətçi hissədə məsul növbətçi, polis baş leytenantı Şahid3 və növbətçi köməkçisi, polis serjantı Şahid4 xidmət aparırlar. Həmin vaxt növbətçi hissəyə başı keçəl, təxminən 1.70-1.75 boylarında, arıq bədən quruluşlu, 30-35 yaşlarında, əynində açıq bənövşəyi rəngli, qolu gödək yay köynəyi, tünd göy rəngli cins şalvar, ayağında tünd göy rəngli rezin tərlik olan bir nəfər şəxs növbətçi hissəyə daxil olur. Baxış zamanı iştirak edən Ağstafa RPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı Qurban Qurbanov növbətçi hissəyə daxil olan şəxsin Ağstafa rayonu Aşağı Göycəli kənd sakini, lal və kar olan Təqsirləndirilən şəxs olduğunu bildirərək, onun həmin tarixdə təxminən 2 saat öncə həmkəndisi Zərərçəkmiş şəxs2 yaşadığı evdən 3500 manat nəğd pul oğurladıqdan sonra növbətçi hissəyə gəldiyini bildirdi. Video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs növbətçi hissəyə daxil olduqdan sonra ilkin olaraq növbətçi köməkçisi, polis serjantı Şahid4, daha sonra isə məsul növbətçi, polis baş leytenantı Şahid3lə görüşür. Bundan sonra Təqsirləndirilən şəxs əl-qol hərəkətləri ilə məsul növbətçi Şahid3 nə isə başa salmağa çalışır. Həmin vaxt Elmar Nağıev sağ əlini əynində olan göy rəngli cins şalvarın arxa sağ cibinə salaraq, əlini bir qədər cibində gəzdirib, sanki həmin cibində bir neçə pul əskinasları varmış kimi, onların içərisindən birini seçərək 1 ədəd 100 manatlıq pul əskinasına bənzər pulu çıxarıb məsul növbətçi Şahid3 vermək üçün ona uzadır, lakin sonuncu pulu götürməkdən imtina edərək ayağa qalxıb Təqsirləndirilən şəxs növbəçi hissədən çölə çıxardır, sonra isə növbətçi köməkçisi Şahid4 onu polis şöbəçinin inzibati binasından çıxardaraq yola salır. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan təqsirləndirilən şəxsin tutulması barədə 06 sentyabr 2024-cü il tarixli protokolundan və məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri ərazisində tutularaq Ağstafa RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, barəsində seçilmiş sonuncu qətimkan tədbiri hal-hazıradək qüvvədədir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsə barışıq əldə etməsini, həmin şəxsin ondan şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən hal-hazıradək həbsdə və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə müəyyən vəzifələri yerinə yetirməsinə məhdudiyyətlər qoyularaq onun üzərində əlavə vəzifələr müəyyən edilməlidir. Belə ki Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx.xx.2024-cü ildən halhazıradək həbsdə və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağstafa rayon İcra və Probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs üzərinə Ağstafa rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 22:00dan saat 07:00-dək Ağstafa rayon Aşağı Göycəli kəndindəki fərdi evini tərk etməmək, yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən hal-hazıradək həbsdə və ev dustaqlığında olduğu 5 ay 20 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 11 (on bir) ay 10 (on) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağstafa rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Ağstafa rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək Ağstafa rayon Aşağı Göycəli kəndindəki fərdi evini tərk etməmək, yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-11/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-11/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver