Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-12/2024 30.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Ağstafa rayonununda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, tamah niyyəti ilə, 2023-cü ilin yanvar ayınının əvvəlindən 18 yanvar 2023-cü il tarixədək olan müddətdə, istintaqa məlum olmayan vaxtda Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən Şahid1 məxsus evin həyətinə hasardan aşıb qanunsuz daxil olaraq, həyətdə quraşdırılmış «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin X3 balansında olan, müqavilə əsasında Şahid1 istifadəsinə verilmiş 247,23 (iki yüz qırx yeddi manat iyirmi üç qəpik) manat dəyərində 1 (bir) ədəd «Smart Kart» tipli su sayğacını söküb apararaq, zərərçəkmiş hüquqi şəxs «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, tamah niyyəti ilə, 2023-cü ilin yanvar ayınının əvvəlindən 18 yanvar 2023-cü il tarixədək olan müddətdə, istintaqa məlum olmayan vaxtda Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən X2 məxsus evin həyətinə qanunsuz daxil olaraq, həyətdə quraşdırılmış «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin X3 balansında olan, müqavilə əsasında Nicat Abadovun istifadəsinə verilmiş 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində 1 (bir) ədəd «Smart Kart» tipli su sayğacını söküb apararaq, zərərçəkmiş hüquqi şəxs «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamış, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, tamah niyyəti ilə, 2023-cü ilin yanvar ayınının əvvəlindən 18 yanvar 2023-cü il tarixədək olan müddətdə, istintaqa məlum olmayan vaxtda Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən Şahid3 məxsus yarımçıq tikilinin həyətinə daxil olaraq həyətdə quraşdırılmış «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin X3 balansında olan, müqavilə əsasında Şahid3 istifadəsinə verilmiş 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində 1 (bir) ədəd «Smart Kart» tipli su sayğacını söküb apararaq, zərərçəkmiş hüquqi şəxs «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamış, yəni təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, tamah niyyəti ilə, 2023-cü ilin yanvar ayınının əvvəlindən 18 yanvar 2023-cü il tarixədək olan müddətdə, istintaqa məlum olmayan vaxtda Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən Şahid4 məxsus evin həyətinə daxil olaraq həyətdə quraşdırılmış «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin X3 balansında olan, müqavilə əsasında Şahid4 istifadəsinə verilmiş 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində 1 (bir) ədəd «Smart Kart» tipli su sayğacını söküb apararaq, zərərçəkmiş hüquqi şəxs «Azərsu ASC»-nin 8 nömrəli Regional Sukanal İdarəsinin Ağstafa Sukanal sahəsinə 247,23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat dəyərində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talamış, yəni təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda yaşayır. 2023-cü il təxminən yanvar ayının ortaları günorta saatlarında yaşadığı evə yaxın ərazidə yerləşən Ağstafa şəhəri 27-ci məhəllə ünvanına piyada hərəkıt edərək həmin ünvanda yerləşən 4 ədəd fərdi yaşayış evindən su sayğaclarını söküb götürmüşdür. Su sayğaclarını götürdüyü yerdə hasar olmamış, sayğacları açıqlı olan yerdən götürmüşdür. Onun xəstəliyi var, belə ki, arada beyninə qan getmir, ona görə özündə olmamış, sayğacları qırmışdır. Sayğacları götürməkdə məqsədi metal əldə etmək olmuşdur. O, əvvəllər də oğurluq əməlinə görə məhkum olunmuşdur. Əməlindən peşmandır. Hazırda səhhətində problemlər var. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanalın nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsində hüquq məsləhətçisi vəzifəsində işləyir. Onun işlədiyi idarənin balansında olan 4 ədəd smart-kart tipli və 22 ədəd mexanikli tipli sayğac oğurlanmış, məbləğ olaraq idarəyə dəyən yekun zərər 2086 manat 50 qəpikdir, 4 ədəd smart-kart tipli sayğac hal-hazırda iş yekunlaşana qədər Ağstafa rayon polis şöbəsində saxlanılır, amma həmin sayğacların yararlılıq vəziyyəti ilə bağlı məlumatları olmadığına görə hələki dəymiş zərəri 2086 manat 56 qəpik kimi hesablamışlar. Qalan sayğaclar satılıb yarasız hala salınıb, hal-hazırda Azərsu tərəfindən həmin sayğaclar abonentlərin ünvanlarına Azərsunun hesabına quraşdırılmışdır. Həmin məbləğlər Azərsunun büdcəsindən təmin olunmuş, amma qalan sayğaclar yararsız vəziyyətdədirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə, “Azərxalça”nın Ağstafa filialının yanında, təzə məhəllə adlanan yerdə ona məxsus yaşayış evi var, hazırda evdə heç kəs yaşamır. Həyət hasarın içərisindədir, qapısı da bağlıdır. 2023-cü ilin yanvar ayınının əvvəlindən 18 yanvar 2023-cü il tarixədək olan müddətdə, istintaqa məlum olmayan vaxtda ona məxsus evin həyətinə kimsə daxil olub oradan su sayğacını oğurlamışdır. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını polislər ona demişlər. Hal-hazırda “Azərsu ASC” tərəfindən ona məxsus ev yeni su sayğacı ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə onun fərdi yaşayış evi var. Ev və evin həyəti hasarlanmışdır, həyətin giriş qapısı var. Evdə heç kim yaşamır. Növbəti dəfə evə və həyətə baxanda oradan su sayğacının oğurlandığını görmüşdür. Sonradan Ağstafa RPŞdə öyrənmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayınının əvvəlindən 18 yanvar 2023-cü il tarixədək olan müddətdə, istintaqa məlum olmayan vaxtda qeyd olunan su sayğacını həyətlərndən oğurlamışdır. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa rayonu Qaçaq Kərəm kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Onun Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən özünə məxsus təmir sexi var. Lakin həmin təmir sexi hələ tam tikilib başa çatdırılmamışdır. Yarımçıq tikilidir. Həyətin ətrafı hasarlanmış, lakin giriş darvazası qoyulmamışdır. Həyətin girişi açıq vəziyyətdədir. Həyətdə yerdə Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli X10 idarəsinin Ağstafa su kanal sahəsinin balansında olan 1 ədəd «Smart Kart» tipli su sayğacı quraşdırılmışdır. Həmin sayğaca o pul verib almamışdır. Sayğac su idarəsi tərəfindən quraşdırılmışdır. O və ya atası X4 hərdən vaxtları olanda gedib tikiliyə baxıb nəzarət edirmişlər. Sonuncu dəfə 2023cü ilin yanvar ayının əvvəllərində gedib tikiliyə baxmışlar. Həmin vaxt su sayğacı həyətdə yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən tikiliyə gedib baxanda görmüşdür ki, həyətdə olan bir ədəd smart kart tipli su sayğacı yerində yoxdur. O, gedib bu barədə atasına bildirmişdir. İlk öncə fikirləşmişlər ki, bəlkə su idarəsindən sayğacları yenisi ilə əvəz etmək üçün söküb aparmışlar. Odur ki, atası ilə birlikdə gedib bu barədə su idarəsinə bildirmişlər. Su idarəsindən onlara bir çox vətəndaşların evlərinə quraşdırılmış su sayğaclarının oğurlandığını, bu barədə rəsmi olaraq Ağstafa RPŞ-nə müraciət edildiyini, çağırılanda gedib ifadə verəcəklərini demişlər. Ona sonradan məlum olmuşdur ki, su sayğacını əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs oğurlamışdır. Məlum olmuşdur ki, Şamil həmin məhəllədə bir neçə şəxslərin də su sayğaclarını oğurlanmışdır. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən özünə məxsus birmərtəbəli evi var. Ev tam tikilib başa çatdırılsa da, hazırda müəyyən təmir işləri qalmışdır. Hazırda evdə yaşayış yoxdur. Evin həyətinin kənarları hasarlanmış, darvaza qoyulmuşdur. Lakin evin arxa tərəfi, hasarlanmamış, açıq qalmışdır. O hərdən gedib evinə nəzarət edir. Evin həyətində sol tərəfdə yerdə Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal İdarəsinin X3 balansında olan smart kart tipli su sayğacı quraşdırılmışdır. Sayğaca sudan istifadəyə görə kart vasitəsi ilə pul yüklənirmiş. Həmin sayğaca o pul verib almamışdır, su idarəsi tərəfindən quraşdırılmışdır. Sonuncu dəfə 2022-ci ilin iyun ayında gedib evinə baxmışdır. Həmin vaxt su sayğacı yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yerləşən evinə gedib baxanda görmüşdür ki, həyətdə olan «Smart Kart» tipli su sayğacı yerində yoxdur. Su sayğacı qutusunun içərisindən sökülüb oğurlanmışdır. Ona məlum olmuşdur ki, kimsə həyətin açıq olan arxa tərəfindən gəlib evin həyətindən smart kart tipli su sayğacını oğurlamışdır. xx.xx.2023-cü il tarixdə o ərizə ilə Ağstafa RPŞ-nə müraciət edərək evinin həyətindən su sayğacının oğurlanması barədə məlumat vermişdir. Ona sonradan məlum olmuşdur ki, evinin həyətindən su sayğacını əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs oğurlamışdır. Məlum olmuşdur ki, Şamil adlı şəxs həmin məhəllədə bir neçə şəxslərin də su sayğaclarını oğurlanmışdır. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, metal əşyalar alıb satmaqla ailəsini dolandırır. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Şamil onun həmyerlisidir. 2023-cü ilin yanvar ayının əvvəllərində Şamil gətirib ona alt hissəsi təmiz latun olan 3 ədəd sökülmüş vəziyyətdə su sayğacları vermişdir. O həmin sayğacları haradan əldə etdiyini, oğurluq olubolmadığını soruşduqda, Şamil ona həmin sayğacları yararsız vəziyyətdə zibillikdən tapdığını, oğurluq olmadığını bildirmişdir. O da Şamilə inanmış, sayğacların latun metal olan hissəsini tərəzidə çəkmiş, hərəsi 1 kq 300 qram olmuşdur. Onlar danışıb razılaşmış və o həmin əşyaları Şamildən hər birini 4 manatdan, ümumilikdə 12 manat pul verib almışdır. Ona sonradan məlum olmuşdur ki, Şamil ona satdığı su sayğaclarını yararsız vəziyyətdə zibillikdən tapmamış, Ağstafa şəhəri Hüseyn Arif küçəsi 27-ci məhəllədə yaşayış olmayan evlərin həyətindən işlək vəziyyətdə olan su sayğaclarını oğurlamışdır. O bu barədə Ağstafa RPŞ-nə dəvət olunduqdan sonra bilmişdir. Şamildən aldığı sökülmüş vəziyyətdə olan su sağyağclarını da gətirib polis şöbəsinə təhvil vermişdir. O Şamildən aldığı üzəri sökülmüş vəziyyətdə olan su sayğaclarının oğurluq olmasını bilməmişdir. Çünki Şamil ona həmin sayğacları yararsız vəziyyətdə zibillikdən tapdığını demişdir. Oğurluq olduğunu bilsə o həmin sayğacları Şamildən almazmış. İş materiallarında olan məhkəmə-əmtəəşünasılıq ekspertizasının 06 fevral 2023-cü il tarixli 9/743 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd «Smart Kart» tipli su sayğacının 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti – 247, 23 (iki yüz qırx yeddi manat 23 qəpik) manat müəyyən edilir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2000 manat miqdarda cərimə cəzası ilə tamamilə birləşdirilmiş, ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat miqdarında cərimə cəzası təyin edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(015)- 1/2024 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq olunmaqla Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-305/2017 saylı hökmü ilə ona təyin olunmuş 2000 (iki min) manat cərimə cəzasından azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdən halhazıradək həbsdə saxlanılır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal İdarəsinin nümayəndəsi Nümayəndə mülki iddia verərək Təqsirləndirilən şəxs 988,92 manat məbləğində pulun alınaraq nümayəndəsi olduğu hüquqi şəxsə ödənilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmamışlar, həmçinin, mülki iddianın təmin olunmasını xahiş edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1.-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin mülki iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi hazırkı cinayət mühakimə icraatında mülki iddia Аzərbaycan Respublikası CPM-nin 181, 183, 187-ci maddələrində göstərilən əsaslarla və qanunun tələblərinə tam əməl edilməklə verilmiş və həmin mülki iddiaya cinayət mühakimə icraatında baxılıb mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əsaslar vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinə 988,92 manat maddi zərər vurulduğundan, mülki iddia təmin edilməli, 988,92 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı olan Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 04 ədəd “Smart Kart” tipli su sayğacları məxsus olduqları zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinin Ağstafa Sukanal sahəsinə qaytarılmalı, mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 988,92 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinin hesabına ödənilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 04 (dörd) ədəd “Smart Kart” tipli su sayğacları məxsus olduqları zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinin Ağstafa Sukanal sahəsinə qaytarılsın. İş üzrə mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 988 (doqquz yüz səksən səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinin hesabına ödənilsin. İş üzrə məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-12/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-12/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver