Məhkəmə qərarları › İş №1(015)-13/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-13/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-13/2023 13.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Orucova (Əliyeva) Tamilə Arif qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Orucova (Əliyeva) Tamilə Arif qızına verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(015)-1083/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2016-cı il, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 20 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 7600 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Orucova (Əliyeva) Tamilə Arif qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildə Orucova (Əliyeva) Tamilə Arif qızı ilə evlənmişlər, xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqları doğulçmuşdur. O, Tamilə ilə bir müddət birlikdə yaşamış, sonradan münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs alimentin alınmasından ötrü iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Ağstafa Rayon Məhkəməsinin qərarına əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 100 manat alimentin tutulub keçmiş arvadına ödənilməsi qərara alınmışdır. Maddi imkanı olmadığı üçü alimenti ödəyə bilməmişdir, bu səbəbdən Ağstafa Rayon Məhkəməsinin qərarları ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, müvafiq olaraq 20 gün, 10 gün və 08 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin yenə də alimenti ödəməmişdir. İcra məmuru tərəfindən aliment borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Hazırda əməlindən peşmandır, keçmiş arvadı Tamilədən üzrxahlıq etmiş, dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs Orucova (Əliyeva) Tamilə Arif qızı məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, nikahlarını 2012-ci ildə rəsmiləşdirilmişlər. Birgə nikahdan xx.xx.2012-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Sonradan münasibətləri pozulmuş, İslamla ayrılmışlar. Ağstafa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs boşanmış, və uşaqları Akif Əliyevin saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin çıxarılmasından sonra İslam alimenti ödəməmiş, o da şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona olan borcunu tam şəkildə ödəmişdir, o da təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Orucova (Əliyeva) Tamilə Arif qızı məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, sonuncu ona olan borcunu ödəmişdir, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(015)-1083/2014 saylı, qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Orucova (Əliyeva) Tamilə Arif qızına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləğinin və yaranmış aliment borcunun ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İş materiallarından olan Ağstafa Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli 2(015)-1083/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2016-cı il tarixdə 20 gün müddətdə, xx.xx.2019-cu il tarixdə 10 gün müddətdə və xx.xx.2021-ci il tarixdə 08 gün müddətdə inzibati qaydada həbs edilmişdir. İş mareriallarında olan DİN BƏSİİ-dən daxll olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olmamışdır. İş mareriallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 22 saylı Ərazi Məşğulluq filialının xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə işaxtaran vətəndaş kimi xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdən həbsdədir. Beləliklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı işdə olan təkzibolunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmışdır, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdəki sənədləri nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər: səmimi peşmanlıq çəkdikdə; zərər çəkmiş şəxslə barışdıqda; şərait dəyişdikdə. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.8, 39.1.9 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlakn yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar