Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-13/2024 13.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1965-ci ildə Qazax rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 309.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə bələdiyyə sədri kimi bələdiyyənin səlahiyyətlərinə aid məsələlər üzrə bələdiyyə iclası çağırmaq vəzifəsi olduğu halda xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxaraq, bələdiyyə büdcəsindən pul vəsaitinin ayrılması barədə bələdiyyə iclası çağırılmadan və qərar qəbul edilmədən 2019-cu ilin avqust ayından başlayaraq 2022-ci ilin avqust ayınadək olan müddət ərzində tamah niyyəti ilə bələdiyyə büdcəsindəki pul vəsaitini ələ keçirməkdən ötrü, yəni özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək kəndarası yolların təmir edilməsi adı altında istintaqa məlum olmayan saatlarda Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin inzibati binasında 26 avqust 2019, 22 sentyabr 2021, 29 mart 2022, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktları tərtib edib yolların təmiri üçün real olaraq xərclədiyi faktiki məbləği süni şəkildə şişirtməklə 26 avqust 2019-cu il tarixli akt üzrə real xərcləmiş olduğu 240 manat məbləğində pulu 415 manat, 29 mart 2022-ci il tarixli akt üzrə real xərcləmiş olduğu 90 manat məbləğində pulu 1300 manat, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktlar üzrə real xərcləmiş olduğu 495 manat məbləğində pulu 3070 manat göstərməklə, eləcə də faktiki pul xərcləmədiyi halda 22 sentyabr 2021-ci il tarixli aktda guya 1160 manat məbləğində pulun yolların təmiri üçün xərcləndiyini göstərərək tərtib etdiyi aktlarda “Məmmədov.R.E”, “Qəfərov.V.V”, “Nağıyeva.S.İ”, “Həsənov.A.Ə”, “Quliyeva.Y.F”, “Namazov.Q.R”, “Ərəbova.F.F”, “Şahniyarov.A.R”, “Allahverdiyev.Ç.M”, “Keçəlməmmədov.F”, “Namazov.R.A”, “Budaqov.A.İ” sözləri qarşısına sonuncuların əvəzinə özü həmin şəxslərin imzalarına oxşatmaqla birbaşa imza edib öz imzası və bələdiyyənin möhürü ilə təsdiq etmiş, eləcə də 31 may 2021-ci il tarixli 02 nömrəli ödəniş cədvəlinə Şahid8 300 manat və 29 aprel 2022-ci il tarixli 01 nömrəli ödəniş cədvəlinə Şahid14 235 manat maddi yardımı vermədiyi halda verilməsi ilə bağlı bilə-bilə bağlı yalan məlumatlar daxil edib bələdiyyənin möhürü və özünün imzası ilə təsdiq edərək ödəniş cədvəllərinə 2022-ci ilin noyabr-dekabr aylarında istintaqa məlum olmayan tarix və saatda həmin şəxslərin özlərinə guya ki,maddi yardımı almaları barədə imzaladaraq, yəni bilə-bilə rəsmi sənəd olan aktlara tamah məqsədi ilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmiş, dövlətin və bələdiyyənin qanunla qorunan mənafelərinə, yəni vətəndaşlar tərəfindən bələdiyyələrə olan etimadın sarsılması ilə ifadə olunan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və səlahiyyət həddini aşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 2005ci ildən 31 yanvar 2023-cü ilədək Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. O, 2019-cu ilin avqust ayından başlayaraq 2022-ci ilin avqust ayınadək olan müddət ərzində, dəqiq xatırlamadığı vaxtlarda və saatlarda Dağ Kəsəmən kənd bələdiyyəsinin inzibati binasında bələdiyyə büdcəsindəki pul vəsaitini ələ keçirmək məqsədiylə güya ki, kəndarası yolların təmir edilməsi bəhanəsiylə 26 avqust 2019, 22 sentyabr 2021, 29 mart 2022, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktlar tərtib etmiş, faktiki xərclədiyi pulların məbləğini artıq göstərmiş, bundan başqa, tərtib etdiyi aktlarda “Məmmədov.R.E”, “Qəfərov.V.V”, “Nağıyeva.S.İ”, “Həsənov.A.Ə”, “Quliyeva.Y.F”, “Namazov.Q.R”, “Ərəbova.F.F”, “Şahniyarov.A.R”, “Allahverdiyev.Ç.M”, “Keçəlməmmədov.F”, “Namazov.R.A”, “Budaqov.A.İ” sözləri qarşısına həmin şəxslərin əvəzinə onların imzalarına oxşadaraq imzalar etmiş, sonra öz imzası və bələdiyyənin möhürü ilə bunu təsdiq etmiş, bu işləri görməmişdən bələdiyyə üzvlərinin iclasını keçirməmiş, həmçinin, Şahid8 və Şahid14 maddi yardım verilmədiyi halda 31 may 2021-ci il tarixli 02 nömrəli ödəniş cədvəlinə Şahid8 300 manat və 29 aprel 2022-ci il tarixli 01 nömrəli ödəniş cədvəlinə Şahid14 235 manat maddi yardımı verilməsi barədə həqiqətə uyğun olmayan qeydiyyatlar aparmış, bunu da öz imzası və bələdiyyənin möhürü ilə təsdiq etmiş, qeyd olunan cədvəlləri 2022-ci ilin noyabr-dekabr aylarında, dəqiq xatırlamadığı tarix və saatda Şahid14 və Şahid8 güya ki yardım almaları barədə imzalatmışdır. Əməlindən peşmandır, vurmuş olduğu ziyanı tamamilə ödəmişdir, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs olan Ağstafa rayonu, Dağ Kəsəmən bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Dağ Kəsəmən bələdiyyəsinin üzvüdür, 2023-cü ildən müvəqqəti olaraq bələdiyyə sədri vəzifəsini icra edir. Təqsirləndirilən şəxs əməllərindən xəbəri olmamış, yalnız ibtidai istintaq zamanı bu barədə məlumat almışdır. İbtidai istintaq zamanı öyrənmişdir ki, Təqsirləndirilən şəxs bələdiyyə büdcəsindən pul vəsaitinin ayrılması barədə bələdiyyə iclası çağırılmadan və qərar qəbul edilmədən 2019-cu ilin avqust ayından başlayaraq 2022-ci ilin avqust ayınadək olan müddət ərzində saxta aktlar tərtib etmiş, ora süni qiymətlər yazmış, tərtib edilmiş aktlarda adıçəkilən şəxslərin əvəzinə özü onların yerinə imzalar etmiş, Şahid14 və Şahid8 maddi yardım verilmədiyi halda güya ki, onlara yardım edilməsi haqqında ödəniş cədvəllərinə yalan məlumatlar daxil etmiş, sonra da cədvəlləri onlara imzalatmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri nəticəsində kənd bələdiyyəsinə 5655 manatlıq ziyan dəymişdir. Təqsirləndirilən şəxs onlardan üzrxahlıq etmiş, hələ ibtidai istintaq zamanı dəymiş ziyanı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına tamamilə ödəmişdir, ona görə də təqsirləndirilən şəxsdən şikayətləri yoxdur, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır, təcili tibbi yardımda işləyir, kənd bələdiyyəsinin üzvü deyil. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktla bağlı ibtidai istintaq zamanı xəbər tutmuşdur, o, aktın tərtib olunmasında iştirak etməmişdir, adının qarşısındakı imza onun imzası deyil. Bir dəfə səhər saatlarında işə gedərkən yolda təmir işləri aparılmasını və yerə xır tökülməsini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid6, X1, Şahid16 da eyni məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş aktlardakı imzaların onlara məxsus olmamasını, ümumilikdə qeyd olunan aktların tərtib edilməsində iştirak eləmədiklərini göstərmişlər. İş üzrə şahidlər olan Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, onlar da eyni məzmunlu ifadlər verərək aktların tərtib edilməsində iştirak etmədiklərini, aktlardakı imzaların onlara məxsus olmamasını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayır. Kənd bələdiyyəsinin üzvüdür. İttiham aktında göstərilən tarixlərdə tərtib edilən aktlarda o, imza atmamış, bu haqda ibtidai istintaq zamanı Ağstafa rayon prokurorluğunda məlumat almışdır. Orada bilmişdir ki, Təqsirləndirilən şəxs onun və digərlərinin adından akt tərtiub etmiş, onların yerinə də özü saxta imza atmışdır. Həmçinin kəndarası yollarda aparılan təmir işlərindən məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 da eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahd olan Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 26 avqust 2019, 22 sentyabr 2021, 29 mart 2022-ci il tarixli aktlardakı imzalar ona məxsus deyil, aktların tərtib olunmasına səbəb olmuş işlərin görülməsi zamanı orada nə bələdiyyə üzvü, nə də sıravi vətəndaş kimi iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır. Bələdiyyə üzvü deyil. Onlar məhəllə sakinləri ilə birlikdə pul yığaraq öz vəsaitləri hesabına məhəlləyə xır tökdürmüşlər. Təqsirləndirilən şəxs onlara xır tökülməsi üçün pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır. Təqsirləndirilən şəxs ilə qohumluq münasibətləri yoxdur. Onunla həmkəndlidirlər. 31 may 2021-ci il tarixdə ona 300 manat məbləğində maddi yardım verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla tanışdır, lakin aralarında qohumluq, nə də düşmənçilik münasibətləri yoxdur. 29 aprel 2022-ci il tarixdə bələdiyyə tərəfindən ona maddi yardım edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, hadisələr olan zamanı seçki dairəsində katib işləmişdir. O, işdən evə nahara gedən zaman küçədə Təqsirləndirilən şəxs ilə görüşmüş və görmüşdür ki, küçədə xırlama işləri gedir. O, yerin xırlanması ilə bağlı aktda imza atmışdır. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri, yəni digər şəxslərin yerinə imza atması ilə bağlı ibtidai istintaq zamanı məlumat almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayır. Yaşadıqları məhəllə kiçik məhəllədir və həmin məhəlləni sakinlər ilə birlikdə öz vəsaitləri hesabına xırlamışlar. Bununla bağlı kənd bələdiyyəsi tərəfindən pul ayrılmamışdır. İş üzrə şahid olan Şahid15 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində “Faxralı” yolunda yerləşən evdə yaşamış, yaşadığı Faxralıya gedən istiqamətdə yerləşən küçəyə dəfələrlə həm o küçədə yaşayan sakinlərin, Ağstafa Rayon İcra Hakimiyyətinin hesabına “şeben” adlanan xırda daş tökdürülmüşdür. 2022-ci ilin yay aylarında Ağstafa Rayon İcra Hakimiyyəti hesabına yaşadığı küçəyə “şeben” adlanan daş tökdürülmüşdür. Həmin vaxt Ağstafa rayonu Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim də orada olmuş və həmin yaşadığı küçəyə “şeben” tökülməsi ilə bağlı işlərə ümumi nəzarət etmiş, həmin vaxt özü heç bir ödəniş etmədən Ağstafa Rayon İcra Hakimiyyətinin hesabına yaşadığı evin çöl giriş qapısının qarşısına 2 iri yük maşını ilə bir şeben tökülmüşdür. Onun evinin qarşısına Zərərçəkmiş şəxs sədri Təqsirləndirilən şəxs tərəfindən şeben tökülməmişdir. Bundan başqa yaşadığı küçəyə Ağstafa Rayon İcra Hakimiyyətinin hesabına bir neçə maşın şeben tökülmüşdür. Lakin Faxralıya gedən istiqamətdə yaşadığı küçəyə, onun evinin hasarının qurtaracağına Təqsirləndirilən şəxs tərəfindən cəmi bir iri yük maşını şeben tökülmüşdür. Bundan başqa həmin küçəyə Təqsirləndirilən şəxs tərəfindən şeben tökülməmişdir. Bu zaman o da orada olmuşdur. Ariz həmin şeben adlanan daşı tökdürsə də küçəyə yaymaq istəməmiş, Arizə bu barədə irad bildirmiş, həmin vaxt onun öz evinin qarşısına tökdürdüyü şebeni Ağstafa Rayon İcra Hakimiyyəti işləyən Sənan müəllimin xahişi ilə adını bilmədiyi bir şirkətin hesabına göndərilmiş qreyder küçənin hər tərəfinə yaymış, Sənan müəllimin xahişi ilə göndərilən qreyder işləməsi üçün ondan və ya başqa şəxsdən pul vəsaiti almamışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd etdiyi kimi cəmi bir dəfə 2022-ci ilin iyul ayında yaşadığım evin hasarının qurtaracağına bir iri yük maşını şeben tökülmüşdür. Bundan başqa Ariz tərəfindən yaşadığı küçəyə nə vaxtsa şeben və s tökülməmişdir. Həmin vaxt Ariz qreyderə də pul verməmişdir. Qreyderi Ağstafa Rayon İcra Hakimiyyətində işləyən Sənan müəllim xahişi ilə heç bir ödəniş almadan göndərmişlər, orada işləyən qreyderin sürücülərinin adını və s bilməmiş, ümumilikdə bütün bu işlərin görülməsi təxminən 2 saata yaxın vaxtda olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən tökülən bir iri yük maşını şebenin, eləcə də Ağstafa Rayon İcra Hakimiyyəti hesabına tökülən şebenlərə görə həmin şeben adlanan daşı haradan alıb gətirib tökdürdüklərini bilməmiş, bu barədə dəqiq məlumatı olmamış, ona görə də nəsə deyə bilməmiş, həmin küçəyə şeben tökülən zaman küçədə yaşayan sakinlərin demək olar ki, əksəriyyəti çöldə olmuş, hazırda sakinlərdən dəqiq kimin orada olduğunu xatırlamadığını bildirmiş, bu işlər görüldüyü vaxt orada dayanıb qurtarana kimi baxmış, bundan başqa yaşadığı küçədə hər hansı təmir işi və s aparılmamışdır. Təqsirləndirilən şəxs tanımış, Ariz 15 ilə yaxın müddətdir ki, bələdiyyə sədri vəzifəsində işləmiş, yaşadığı küçənin uzunluğu təxminən 100 metr olmuş, Təqsirləndirilən şəxs tərəfindən bir iri yük maşını şeben tökdürdüyü yer onun yaşadığı küçənin təxminən 5 m uzunluqda olan hissəsini təşkil etmiş, bələdiyyə tərəfindən həmin yaşadığı küçədə başqa hər hansı təmir işi və ya əsaslı təmir işləri aparılmamışdır. Həmin küçəyə şeben tökülməsi ilə bağlı təxminən nə qədər xərc çəkilməsi barədə məlumatı yoxdur. Həmin küçədə qreyder işləyən zaman Şahid11, Şahid4, Şahid10, Şahid1, Şahid16 və ya Şahid2 orada olmamışdır. Şeben tökülməsinə görə heç kim ondan pul və s tələb etməmişdir. Başqa şəxslərdən pul alınıb- alınmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs tərəfindən yalnız qeyd etdiyi kimi yaşadığı küçəyə cəmi bir dəfə 2022-ci ilin iyul ayında bir iri yük maşını şeben tökülmüşdür. İş materiallarında olan 31 may 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Şahid8 300 manat Dağ Kəsəmən bələdiyyə büdcəsi hesabına maddi yardım verilməsi göstərilmişdir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Şahid14 235 manat Dağ Kəsəmən bələdiyyə büdcəsi hesabına maddi yardım verilməsi göstərilmişdir. İş materiallarında olan 26 avqust 2019-cu il tarixli Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzası və bələdiyyə möhürü ilə təsdiq edilən aktdan görünür ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs, bələdiyyə sədrinin müavini Şahid5, bələdiyyənin üzvü Şahid4, bələdiyyənin üzvü Nümayəndə İmamverdı qızı və X10 tərəfindən Dağ Kəsəmən kəndinin ərazisi böyük olduğu üçün məhəllə yollarını, kənd əhalisinin, mexazinatorların, sürücülərin köməyi ilə təmir etdirdikləri yanacağa 240 manat, isti nahara 145 manat, yol xərcinə 30 manat, cəmi 415 manat pul xərcləndiyi göstərilmişdir. İş materiallarında olan 22 sentyabr 2021-ci il tarixli Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzası və bələdiyyə möhürü ilə təsdiq edilən aktdan görünür ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs, bələdiyyə sədrinin müavini Şahid5, bələdiyyənin üzvü Şahid4, bələdiyyənin üzvü Nümayəndə İmamverdı qızı və Şahid9 tərəfindən Dağ Kəsəmən kəndinin ərazisi böyük olduğu üçün məhəllə yollarını, kənd əhalisinin, mexazinatorların, sürücülərin köməyi ilə təmir etdirdikləri, yanacağa 880 manat, isti nahara 205 manat, yol xərcinə 75 manat, cəmi 1160 manat pul xərcləndiyi göstərilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzası və bələdiyyə möhürü ilə təsdiq edilən aktdan görünür ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs, bələdiyyə sədrinin müavini Şahid5, bələdiyyənin üzvü Şahid4, bələdiyyənin üzvü Nümayəndə İmamverdı qızı və Dağ Kəsəmən kənd sakinləri Şahid7, Şahid6, Keçəlməmmədov Famil tərəfindən Dağ Kəsəmən kəndinin ərazisi böyük olduğu üçün Məscid adlanan məhəllə yollarını, kənd əhalisinin, mexazinatorların, sürücülərin köməyi ilə təmir etdirdikləri, yanacağa 1140 manat, isti nahara 130 manat, yol xərcinə 30 manat, cəmi 1160 manat pul xərcləndiyi göstərilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzası və bələdiyyə möhürü ilə təsdiq edilən aktdan görünür ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs, bələdiyyənin büdcə komissiyasının sədri Şahid11, bələdiyyənin üzvü Şahid4, Dağ Kəsəmən kənd sakinləri Şahid16 və Şahid2 İsrail oğlu tərəfindən Dağ Kəsəmən kəndinin ərazisi böyük olduğu üçün kəndə yaxın olan təzə məhəllənin yollarını, kənd əhalisinin, mexazinatorların, sürücülərin köməyi ilə təmir etdirdikləri, yanacağa 880 manat, isti nahara 90 manat, yol xərcinə 30 manat, cəmi 1000 manat pul xərcləndiyi göstərilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilərək imzası və bələdiyyə möhürü ilə təsdiq edilən aktdan görünür ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs, bələdiyyənin büdcə komissiyasının sədri Şahid11, bələdiyyənin üzvü Şahid4, Dağ Kəsəmən kənd sakinləri Şahid10 və Şahid1 tərəfindən Dağ Kəsəmən kəndinin ərazisi böyük olduğu üçün Ağstafa çayına yaxın olan təzə məhəllənin yollarını, kənd əhalisinin, mexazinatorların, sürücülərin köməyi ilə təmir etdirdikləri, yanacağa 1800 manat, isti nahara 190 manat, yol xərcinə 80 manat, cəmi 2070 manat pul xərcləndiyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etdiyi 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli bələdiyyənin aktlarında göstərilənlərlə əlaqədar Ağstafa rayonu Dağ Kəsəmən kəndinin “Təzə məhəllə” və “Faxralı” küçələrinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs “Təzə məhəllə” adlanan yerdə bir küçəni göstərib həmin küçəyə 2022-ci ilin iyul ayında 8 iri yük maşını ilə “şeben” adlanan daş tökdürdüyünü bildirmiş, həmin küçənin eni və uzunluğu ölçülərək eni 4.60 m, uzunluğu isə 300 m olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin küçəyə tökülmüş şebeni Qazax rayonu ərazisində fəaliyyət göstərən daş karxanalarından birindən aldığını, buna görə pul vermədiyini, lakin daşınması üçün hər relsinə 45 manat pul verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Ağstafa rayonu Dağ Kəsəmən kəndində şəhid X6 atasının evinin olduğu Faxralı deyilən küçəyə bir iri yük maşını “şeben” tökdürdüyünü, şebeni Qazax rayonu ərazisində yerləşən daş karxanalarından birindən gətizdirdiyini, şebenə pul vermədiyini, yalnız daşıma haqqı kimi bir iri yük maşını şeben tökülməsi üçün 45 manat ümumilikdə pul verdiyini bildirmişdir. Həmin küçənin eni və uzunluğu ölçülərək eni 4.40 m, uzunluğu isə 100 m olduğu müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs həmin küçədən aşağı tərəfdə olan və “Faxralı” kimi tanınan küçəni göstərib ora 2 iri yük maşını “Rəmə xırı” deyilən xır tökdürdüyünü, xırı təpələrdən yığdırdığını, xıra görə pul vermədiyini, yalnız daşıma haqqı kimi hər relsə görə 45 manat pul verdiyini bildirmişdir. Həmin küçənin uzunluğu 100 m, orta hesabla eni isə 4.90 m olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə tərtib etdiyi 29 mart 2022-ci il tarixli bələdiyyənin aktında göstərilənlərlə əlaqədar Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən Məscidə gedən istiqamətdə olan kənd sakinləri tərəfindən “Məscid” deyilən adsız küçəyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Həmin küçənin eni və uzunluğu ölçülərək müəyyən edilmişdir ki, həmin küçənin eni 5,3 metrdir. Küçəyə baxış keçirən zaman yer səthi üzərində xır adlanan kiçik ölçülü daşlar töküldüyü müşahidə edilmiş, Təqsirləndirilən şəxs həmin küçəyə ümumilikdə 8 iri yük maşını “Rəmə xırı” töküldüyünü, həmin 8 iri yük maşını xırın 6 iri yük maşını ilə bir hissəsini Ağstafa Rayon İcra Hakimiyyəti hesabına töküldüyünü buna görə heç bir bələdiyyə hesabına pul xərcləmədiyini bildirmişdir. Qalan 2 iri yük maşını ilə bir xırın isə bələdiyyə hesabına töküldüyünü, xırı təpələrdən yığdırdığı üçün pul vermədiyini, lakin iri yük maşınına hər dəfə üçün 45 manat olmaqla 2 iri yük maşını xır tökdürdüyünə görə ümumilikdə cəmi 90 manat pul xərclədiyini, bundan başqa heç bir şeyə pul xərcləmədiyini bildirmişdir. Həmin küçənin xır tökülən hissəsinin ümumi uzunluğu 285 mdir. Baxışda iştirak edən şəxslər həmin küçənin Ağstafa Rayon İcra Hakimiyyəti hesabına xır tökülən hissəsini təqdim etmişlər. Müəyyən edilmişdir ki, xır tökülən 285 m hissəsinin 190 metr hissəsinə Ağstafa Rayon İcra Hakimiyyəti hesabına 6 iri yük maşını xır tökülmüşdür. Qalan 95 metr hissəsinə bələdiyyə hesabına 2 iri yük maşını xır tökülmüşdür. Buna baxmayaraq Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixli aktı tərtib edib ümumilikdə guya 1300 manat məbləğində pul xərclədiyini aktda göstərdiyini, faktiki 90 manat pul xərclədiyini qalan 1210 manat məbləğində pulun tərəfindən mənimsənildiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən “Köhnə məhəllə” adlanan yerdə adsız küçəyə Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-ci il tarixli akt üzrə baxış keçirilmiş, baxışda iştirak edən şəxslərlə birlikdə həmin küçənin eni və uzunluğu ölçülərək müəyyən edilmişdir ki, həmin küçənin eni 5 m, uzunluğu isə 190 metrdir. Həmin küçəyə baxış zamanı yer səthi üzərində xır-kiçik ölçülü daşlar töküldüyü müşahidə edilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin küçəyə bələdiyyə hesabına xır tökülmədiyini, orada yəni həmin küçədə yaşayan Fərid adlı şəxsin təşkilatçılığı ilə həmin küçəyə kənd sakinlərinin hesabına xır töküldüyünü, baxış keçirilən küçədə bələdiyyə hesabına xır tökülmədiyi, eləcə də bu və ya digər iş görülmədiyi halda Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsi adından 22 sentyabr 2021-ci il tarixli akt tərtib edərək bələdiyyə büdcəsindən 1160 manat pul sildiyini, mənimsədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 15 mart 2023-cü il tarixli 4/315; 5/282 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 26 avqust 2019-cu il, 22 sentyabr 2021, 29 mart 2022, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktlarda “Bayramov.A.İ”, sözləri qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş 29 mart 2022-ci il tarixli aktda “İsmayılov.A.M” sözünün qarşısındakı imza Şahid7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, maddi yardım verilməsi ilə bağlı 31 may 2021-ci il tarixli, 29 aprel 2022-ci il tarixli ödəniş cədvəllərinin əlyazma mətnləri X4 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş maddi yardım verilməsi ilə bağlı 31 may 2021-ci il tarixli ödəniş cədvəlindəki “Şahid8 Ram” sözü qarşısındakı imza Şahid8 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş maddi yardım verilməsi ilə bağlı 29 aprel 2022-ci il tarixli ödəniş cədvəlindəki “Şahid14 Aləm” sözü qarşısındakı imza Şahid14 Aləmdər oğlu tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 26 avqust 2019-cu il tarixli, 22 sentyabr 2021-ci il tarixli, 29 mart 2022-ci il tarixli, 22 iyul 2022-ci il tarixli, 29 iyul 2022-ci il tarixli aktlarda “Qəfərov.V.V” sözlərinin qarşısındakı imzalar Şahid4 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 26 avqust 2019-cu il tarixli, 22 sentyabr 2021-ci il tarixli, 29 mart 2022-ci il tarixli aktlarda “Nağıyeva.S.İ” sözlərinin qarşısındakı imzalar Nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 26 avqust 2019-cu il tarixli aktda “Həsənov.A.Ə” sözünün qarşısındakı imza Şahid3 tərəfindən deyil başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2021-ci il tarixli aktda “Quliyeva.Y.F” sözü qarşısındakı imza Şahid9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli aktlarda “Namazov.Q.R” sözlərinin qarşısındakı imzalar Şahid1 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli, 29 iyul 2022-ci il tarixli aktlarda “Ərəbova.F.F” sözlərinin qarşısındakı imzalar Şahid11 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 29 iyul 2022-ci il tarixli aktda “Şahniyarov.A.R” sözünün qarşısındakı imza Şahid10 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli aktda “Allahverdiyev.Ç.M” sözlərinin qarşısındakı imza Şahid6 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli aktda “Keçəlməmmədov.F” sözünün qarşısındakı imza X2 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli aktda “Namazov.R.A” sözünün qarşısındakı imza Şahid16 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli aktda “Budaqov.A.İ” sözünün qarşısındakı imza Şahid2 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 26 avqust 2019-cu il, 22 sentyabr 2021, 29 mart 2022, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktlarda “Məmmədov.R.E”, “Qəfərov.V.V”, “Nağıyeva .S.İ”, “Həsənov.A.Ə”, “Quliyeva.Y.F”, “Namazov.Q.R”, “Ərəbova.F.F”, “Şahniyarov.A.R”, “Allahverdiyev.Ç.M”, “Keçəlməmmədov.F”, “Namazov.R.A”, “Budaqov.A.İ” sözlərinin qarşısındakı imzaların, Təqsirləndirilən şəxs tərəfindən icra edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 29 mart 2022-ci il, 22 iyul 2022, 29 iyul 2022, 26 avqust 2019-cu il, 22 sentyabr 2021-ci il tarixli aktlarda, 31 may 2021-ci il tarixli 01 nömrəli, 29 aprel 2022-ci il tarixli 03 nömrəli ödəniş cədvəllərində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 29 mart 2022-ci il, 22 iyul 2022, 29 iyul 2022, 26 avqust 2019-cu il, 22 sentybar 2021-ci il tarixli aktlarda, 31 may 2021-ci il tarixli 01 nömrəli, 29 aprel 2022-ci il tarixli 03 nömrəli ödəniş cədvəllərində olan möhür əksləri ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 27 mart 2023-cü il tarixli, 9/1518 nömrəli rəyindən görünür ki, Şahid8 və Şahid14 maddi yardımlar verilmədiyi halda bununla bağlı cəmi 535 manat, yolların təmiri adı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda göstərilən vəsaitdən 175 manat, yolların təmiri adı ilə tərtib edilmiş xx.xx.22021ci il tarixli aktda göstərilən 1160 manat, yolların təmiri adı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilən vəsaitdən 1210 manat, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlarda göstərilən ümumi vəsaitdən cəmi 2575 manat məbləğində pul mənimsənilmişdir. İş materiallarında olan əlavə məhkəmə-xətşünaslıq ekspertizasının 19 aprel 2023-cü il tarixli, 4/608 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Ağstafa rayonu Dağ Kəsəmən kənd bələdiyyəsi tərəfindən tərtib edilmiş 26 avqust 2019-cu il tarixli, 22 sentyabr 2021-ci il tarixli, 29 mart 2022-ci il tarixli, 22 iyul 2022-ci il tarixli, 29 iyul 2022-ci il tarixli aktlarda “Məmmədov.R.E”, “Qəfərov.V.V”, “Nağıyeva .S.İ”, “Həsənov.A.Ə”, “Quliyeva.Y.F”, “Namazov.Q.R”, “Ərəbova.F.F”, “Şahniyarov.A.R”, “Allahverdiyev.Ç.M”, “Keçəlməmmədov.F”, “Namazov.R.A”, “Budaqov.A.İ” sözlərinin qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 08/DD-09 nömrəli məktubdan görünür ki, təqdim edilmiş iclas protokollarından müəyyən edilmişdir ki, 2019-2022-ci illər ərzində müxtəlif şəxslərə maddi yardım ayrılması, eləcə də yol təmiri ilə bağlı Dağ Kəsəmən bələdiyyəsi tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs tərəfindən 6037 manat məbləğində pul Azərbaycan Respublikası Baş Prokurorluğunun № AZ31CTRE******************** VÖEN ********** saylı depozit hesabına qoyulmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə aylıq qazancından 20 % məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya” Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, göstərilən qərara əsasən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həmin tarixdə o, həbs edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir, həmin vaxtdan hal-hazıradək ev dustaqlığındadır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı sübut edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur, o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, vurmuş olduğu ziyanı tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, təkrar cinayət törətməsini və tamah niyyəti ilə cinayət törətməsini isə iş üzrə onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona CM-nin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 309.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işlər cəzası təyin olunması məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxalanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin təqsirli bilindiyi hər üç maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və islah işləri cəzaları təyin edilməli, CM-nin 66.2, 66.4 və 68.3.1-ci maddlərinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 il 02 ay müddət ona qəti olaraq təyin edilmiş əsas cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 699 manat məbləğində pul ondan tutulub, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş 26 avqust 2019, 22 sentyabr 2021, 29 mart 2022, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktlar, 31 may 2021-ci il və 29 aprel 2022-ci il tarixli ödəniş cədvəlləri cinayət işinin materiallarında saxlanılmalı, vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun № AZ31CTRE******************** VÖEN ********** saylı depozit hesabına qoyulmuş 6037 manat məbləğində pul Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin hesabına köçürülməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CMnin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il 10 (on) ay müddətə islah işləri cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1, 66.2 və 66.4-cü maddələrinə əsasən, islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulmaqla, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) il 02 (iki) ay müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq təyin edilmiş əsas cəza olan 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) il 04 (dörd) ay çıxılaraq onun üzərində 03 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş 26 avqust 2019, 22 sentyabr 2021, 29 mart 2022, 22 iyul 2022 və 29 iyul 2022-ci il tarixli aktlar, 31 may 2021-ci il və 29 aprel 2022-ci il tarixli ödəniş cədvəlləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 699 (altı yüz doxsan doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun № AZ31CTRE******************** VÖEN ********** saylı depozit hesabına qoyulmuş 6037 (altı min otuz yeddi) manat məbləğində pul Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin hesabına köçürülsün. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-13/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-13/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver