Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-13/2025 29.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1964-cü ildə Qazax rayonu Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ilə razılaşaraq sonuncuya 1ci Qarabağ müharibəsi zamanı döyüşlərdə yaralandığına görə əlillik dərəcəsi düzəldəcəyinə inandıraraq etibarını qazanmış və ondan vahid niyyətlə ǝllilik dərəcəsi düzəltmək adı ilə 17 mart 2017-ci ildə saat 12 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində yerləşən evində 4000 manat, 29 mart 2017-ci il tarixdə saat 11 radələrində Bakı şəhərində Nizami rayonu ərazisində 2000 manat və 08 mart 2018-ci il tarixdə saat 10 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən evində 2000 manat, cəmi 8000 manat pul alıb aldadaraq, sonradan verdiyi vədlə bağlı hər hansı bir hərəkət etməmiş və müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina edərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 8000 manat maddi ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ilə razılaşaraq sonuncuya 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə yaralandığına görə əlillik dərəcəsi düzəldəcəyinə inandıraraq etibarını qazanmış və ondan vahid niyyətlə ǝllilik dərəcəsi düzəltmək adı ilə 2018-ci ilin iyul ayının əvvələrində saat 11 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən evində 3000 manat, 2018-ci ilin iyul ayının ortalarında saat 16 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən evində 3000 manat, 2018-ci ilin iyul ayının sonlarında, istintaqa məlum olmayan vaxtda Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən evində 500 manat və 2018-ci ilin noyabr ayının ortalarında, istintaqa məlum olmayan vaxtda Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən evində 5000 manat, cəmi 11500 manat pul alıb aldadaraq, sonradan verdiyi vədlə bağlı hər hansı bir hərəkət etməmiş və müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina edərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 11500 manat maddi ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə xeyli miqdarda ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 ilə razılaşaraq sonuncuya 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərdə yaralandığına görə əlillik dərəcəsi düzəldəcəyinə inandıraraq etibarını qazanmış və ondan vahid niyyətlə ǝllilik dərəcəsi düzəltmək adı ilə 17 mart 2017-ci ildə saat 12 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evində 5000 manat, 29 mart 2017-ci il tarixdə saat 11 radələrində Bakı şəhərində Nizami rayonu ərazisində 4000 manat, 30 aprel 2017-ci il tarixdə saat 11 radələrində Qazax şəhərində Ruhi Əsəb dispanserinin qarşısında 1000 manat, 28 avqust 2017-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Xəzər rayonu, Məştağa qəsəbəsində Respublika Psixatriya Mərkəzinin qarşısında 3000 manat, 01 sentyabr 2017-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində 700 manat və 30 dekabr 2018-ci il tarixdə saat 13 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində 1300 manat, cəmi 15000 manat pul alıb aldadaraq, sonradan verdiyi vədlə bağlı hər hansı bir hərəkət etməmiş və müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina edərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 15000 manat maddi ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə xeyli miqdarda ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Kamil oğlu ilə razılaşaraq sonuncuya 1-ci Qarabağ müharibəsi iştirakçısı olduğuna görə dövlət tərəfindən avtomobil veriləcəyinə inandıraraq etibarını qazanmış və ondan vahid niyyətlə ona dövlət tərəfindən pulsuz avtomobil verdirəcəyi adı ilə 29 iyun 2021-ci il tarixdə saat 16:37-də 6000 manat pulu "xxxx" ASC-nin Qazax rayon filialında fəalyyət göstərən ödəmə terminalı vasitəsi ilə həmin hadisədən hər hansı bir məlumatı olmayan oğlu X2 adına olan ********** hesab nömrəsinə köçürtdürüb həmin gün pulu kartdan çəkmiş, 15 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evində 200 manat pulu alıb aldadaraq, sonradan verdiyi vədlə bağlı hər hansı bir hərəkət etməmiş və müxtəlif bəhanələrlə aldığı pulu qaytarmaqdan imtina edərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 Kamil oğluna 6200 manat maddi ziyan vurmaqla özgə əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə xeyli miqdarda ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, 2-ci qrup müharibə əlilidir. 1-ci Qarabağ müharibəsində yararlanmışdır. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində evi var. 2020-ci ilədək Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşamışdır. Əvvələr «Bölgə xəbərləri» qazetinin təsisçisi işləmiş, 2019-cu ildən ağ ciyərində yaranmış xəstəliklə bağlı fəaliyyətini dayandırmış, 2021-ci il tarixdə Bakı şəhəri DTK-nin hospitalında ağ ciyərindən cǝrahiyyə əməliyyatı olunmuş və ağ ciyərinin sol payı götürülmüşdür. Hal hazırda Bakı şəhərində qeydiyyatda olduğu ünvanda yaşayır. Hal-hazırda xəstəlikdən əziyyət çəkir. Zərərçəkmiş şəxslər ona 1-ci Qarabağ müharibəsində iştirak etdiklərini, lakin əlillik dərəcəsi ala bilməmələri ilə bağlı müraciət etmişlər. O, da əlillik dərəcəsi almaq üçün hansı sənədlərin lazım olduğunu bildiyi üçün həmin şəxslərə köməklik etmək istəmişdir. Zərərçəkmiş şəxs Elmanı özünün ona telefonla zəng etməsindən sonra tanımışdır. Elman ona zəng etdikdən sonra onun evinə gəlmişdir. O, Elmana bildirmişdir ki, o, əvvəlcə ekspertizadan keçməli, daha sonra hərbi həkim komissiyasından keçməlidir. Daha sonra qrup məsələsi həll olunacaqdır. Elman ona bu məqsədlə 6000 manat pul vermişdir. Deyilən proseslərin hər birini etmişlər və sonda Elman hərbi həkim komissiyasının qərarını almışdır. Daha sonra o, Elmana bildirmişdir ki, pensiya işini o, düzəldə bilməyəcək, başarmır. Aradan bir neçə ay keçdikdən sonra Elman ona zəng eləmiş və Ağstafa şəhərində yerləşən Heydər Əliyev adına parkda görüşmüşlər. Elmandan sənədlərini və 4000 manat pulu almış və bildirmişdir ki, sənədlərini düzəlməsi üçün kiməsə göstərəcək. Lakin iş alınmamışdır. Həmin ərəfədə əməliyyat olmuş, 4000 manat pulu da əməliyyatına xərcləmişdir. Elmandan cəmi 10000 manat pul almışdır. Zərərçəkmiş şəxs2 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evində sənədlərini düzəltməyə kömək etmək üçün 4000 manat pul almışdır. Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs2 həmkəndlidirlər və ikisi də eyni gündə onun yanına gəlmişlər. Niyaz ona işini düzəltməsi üçün cəmi 6000 manat pul vermişdir. Zərərçəkmiş şəxs4 çoxdan tanıyır. Ondan da cəmi 6200 manat pul almışdır ki, maşın növbəsinə qoydursun. Sənədlərini hazırlamış və onu müayinəyə çağırmışlar. Lakin iş alınmamışdır. Zərərçəkmiş şəxslərdən onların işlərini düzəltmək üçün pul almış, lakin iş düzəlməmişir. Ona görə də adam axtarmağa çalışmışdır ki, onların işini düzəltsin. Bu məqsədlə Tovuz rayonundan tanıdığı Süleymanov Arif adlı şəxslə oturarkən ona baş verənləri danışmışdır. Bundan sonra Arif ona köməklik edə biləcəyini bildirmişdir. Arif onu Tağıyev Natiq adlı şəxslə tanış etmişdir. Tağıyev Natiq isə Nailə adlı əvvəllər tanımadığı bir xanımla gəlmişdir. O, Natiqə 8800 manat və 7900 manat, Nailə adlı xanıma isə 15300 manat pul vermişdir ki, zərərçəkmiş şəxslərin işi düzəlsin. Daha sonra Balakən rayonundan olan Qardaşov Elşən adlı şəxsə isə 6500 manat pul vermişdir. Sonradan bilmişdir ki, pul verdiyi şəxslər dələduzdur və belə əməllərinə görə əvvəllər də məhkum olunmuşlar. Ona görə də həmin şəxslərin barəsində polis idarəsinə şikayət etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir, onlarla barışmış, həmin şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşayır. "xxxx" MMC-də sürücü işləyir. Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Şıxmǝmmədov Şahlar İttifaq oğlunu tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qonşusu Qənbərova Minayənin vasitəsilə tanımışdır. O, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, həmin döyüşlərdə Gədəbəy rayonu ərazisində əlindən və ayağından güllə yarası almışdır. Müharibədən sonra bu barədə, yəni əlillik barədə heç bir yerə müraciət etməmişdir. Təxminən 2018-ci il tarixdə qonşusu Minayə bildirmişdir ki, Dağ Kəsəmən kəndində Şahlar adlı bir nəfər var və o, ǝllilik təqaüdü düzəltməyə kömək edir. Minayədən Şahların yadında qalmayan nömrəsini alıb onunla telefonda danışmış, telefonda ona bildirmişdir ki, əlillik almaq istəyir, o isə telefonda bildirmişdir ki, “gəl mənim evimə söhbət edək”. 2018-ci ilin iyun ayının ortalarında Şahların yaşadığı Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən evinə getmiş, Şahlar onu evlərində qarşılamışdır. Həyətə darvazadan girəndə sol tərəfdə yerləşən yardımçı tikilidə oturub Şahlarla söhbət etmiş, Şahlar ona demişdir ki, harada yaralanmısan, müharibədə harada olmusan. O isə Şahlara demişdir ki, mən 1992-1993-cü illərdə hərbi xidmətdə olmuş, xidmətdə olan zaman Gədəbəy rayonunda əlindən və ayağından güllə yarası almışdır. Şahlar ona demişdir ki, ona Qarabağ əlilliyi düşür, getsin evdə nə sənədi var, yığıb gətirsin ona. O da sənədlərini, yəni hərbi biletini və yaralanan vaxt Ağstafa rayon mərkəzi xǝstaxanasında yatmağı barədə olan sənədləri onun yaşadığı evə aparmış və ona təqdim etmişdir. O yaralanan vaxt Ağstafa şəhərində xəstəxanada müalicə olunmuşdur. Şahlar həmin sənədlərə baxıb ona demişdir ki, ona Qarabağ Əlilliyini alacaq, narahat olmasın. Şahlar bu işin əmələ gəlməsi üçün təxminən 10000 manat pul lazım olduğunu bildirmişdir. O da on illik təqaüdünün düzəlməsi üçün həmin pulu verməyə razılıq vermişdir. Şahlara pulu hissə-hissə verəcəyini bildirmişdir. Şahlar əsas pulun mərkəzi həkim komisyasından qərarı almağa lazım olduğunu bildirmişdir. O, 2018-ci ilin iyul ayının əvvəllərində saat 11 radələrində X9 kəndində yerləşən evinə gedib ona 3000 manat pul vermişdir. 2018-ci ilin iyul aının ortalarında saat 16 radələrində Şahların evində ona yenidən 3000 manat pul vermişdir. Bir qədər sonra Şahlar ondan 500 manat da istəmiş və bildirmişdir ki, sənədin düzəlməsi 6500 manata başa gəlir. 2018-ci ilin iyul ayının sonlarında yadında qalmayan vaxtda Şahların evində 500 manat pulu ona vermişdir. Həmin vaxtdan sonra Şahları gözləmişdir ki, onun işini düzəldə. 2018-ci ilin oktyabr ayında Şahlarla Ağstafa şəhərində görüşmüş və Şahlar həkim komissiyasının qərarını ona göstərib surətini vermişdir ki, qərar məsələsi həll olunmuşdur. Şahlar ondan sonrakı mərhələ üçün 5000 manat lazım olduğunu bildirmişdir. O da Tovuzda rayonunda yerləşən "UNİBANK"dan və Qazax rayonda yerləşən "FİNCA" banka qızıl qoyaraq kredit götürüb üstünü də düzəldib 2018-ci ilin noyabr ayının ortalarında yenə evində Şahlara 5000 manat pul vermişdir. Şahlar ona vəd verərək ona verdiyi pulun müqabilində tezliklə 2 ci qrup əlillik dərəcəsinin alacağını bildirmişdir. Sonradan onun həyat yoldaşının şəxsiyyət vəsiqəsini istəmiş, o da vəsiqənin sürətini çəkib telefonla Şahlara göndərmişdir. Xəbərləri olmadan həyat yoldaşının adından teleqramma yazdığını bildirmiş və ona demişdir ki, ona cavab gələcək həmin cavabı ona gətirər. Həyat yoldaşı Şahid1 adından yazılmış teleqrama cavab gəlmiş və həmin cavabı Şahlara vermişdir. Lakin Şahlar hal-hazıra kimi onun işini düzəltməmiş, onun etibarından istifadə edərək ona qarşı dələduzluq edərək ümumilikdə ondan 11500 manat pul almışdır. Şahlarla telefonla danışan vaxt onun səsini telefonuna yazmışdır ki, həmin səs yazıları nə vaxtsa ona lazım ola bilər. Həmin səsləri diskə yerləşdimişdir. Təqsirləndirilən şəxsla danışığının səs yazılarını diskdə polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 11500 (on bir min beş yüz) manat pul vermiş, onun 6500 (altı min beş yüz) manatını qabaq vermiş, 3-4 ay keçdikdən sonra 5000(beş min) manatı Şahlara məxsus Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən evində vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Həmin sənəd Müdafiə Nazirliyinin hərbi həkim komissyasının qərarıdır. Həmin sənədin kserosurətlərini də ilkin yoxlama zamanı tǝhqiqata təqdim etmişdir. Şahlara 11500 manat pulu ona Qarabağ əlilliyi düzəltmək üçün vermişdir. Şahlar onun işini düzətməyi barəsində kiminləsə iş görməsi barədə ona heç bir söz deməmiş, o, Şahları tanımış, işinin düzəlməyi müqabilində pulu, yəni 11500 manatı Şahlara vermişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışlar. Mülki iddia tələbindan imtina edir. Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qazax rayonu Qaymaqlı kəndində yaşayır. Təqsirləndirilən şəxs ilə 2016-cı ildə tanış olmuşdur. Həmin zaman söhbət əsnasında Şahlar ona əlillik dərəcəsi düzəldə biləcəyini vəd vermiş, bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu demiş və o da nə qədər pul verəcəyini soruşmuşdur. Şahlar isə bunun üçün ilkin olaraq 4000(dörd min) manat pul verməli olduğunu bildirmiş və o da razılaşmışdır. Şahlar ona əlillik dərcəsi düzəltməsi vədi ilə ilk dəfə 17 mart 2017-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşadığı evdə ondan 4000 manat pul almışdır. Həmin zaman Şahlar həmkəndlisi Zərərçəkmiş şəxs3 da əlillik dərəcəsi düzəltməyi vəd etdiyi üçün o Şahlara pul verən zaman Şahlar Niyazdan da onun yanında 5000 manat pul almışdır. Təxminən 10-15 gün sonra Şahlar əlillik dərəcəsi ilə bağlı Bakı şəhərində adını xatırlmadığı xəstəxanada müayinə olunacaqlarını və əlavə 4000 (dörd min)manat pul lazım olduğunu demişdir. Bundan sonra o, Niyaz və Şahlarla birlikdə Bakı şəhərinə həmin yerə getmişlər. Həmin xəstaxana Nizami rayonu ərazisində yerləşir. 29 mart 2017-ci il tarixdə saat 11 radələrində həmin xəstəxananın həyətində Niyaz Şahlara 4000 (dörd min) və o da 2000 (iki min) manat pul vermişdir. Onlar hər ikisi orada müayinə olunmuş və bununla bağlı xəstəxanadan onlara müxtəlif sənədlər verilmişdir. Onu müayinə edən həkimin adını bilməmişdir. Müayinədən sonra həmin sənədləri Şahlara vermişlər. Şahlar sənədlərin onda qalmalı olduğunu bildirmişdir. Həmin vaxtdan sonra dəfələrlə Şahlara zəng etsə də, sonuncu işin yaxın vaxtlarda həll olunacağını demişdir. 2018-ci ilin fevral ayında o Şahların evinə gedib işi ilə bağlı maraqlanmışdır. Şahlar işinin düzəlməsi üçün ondan yenidən 2000 manat pul istəmişdir. 08 mart 2018-ci il tarixdə saat 10 radələrində 2000 (iki min) manat pulu da onun yaşadığı evdə Şahlara vermişdir. Bundan sonra Şahlar ondan yenə müxtəlif məbləğdə pul verməsini tələb etmiş, lakin o daha pulu olmadığını və pulunu qaytarmasını tələb etmişdir. Şahlar isə pulu başqa adamlara verdiyini demişdir. Bundan sonra Şahlar verdiyi vədə əməl etməmiş və onun pulunu geri qaytarmamışdır. Qeyd etmişdir ki, 2017-2018-ci illər ərzində Şahlara ümumilikdə əlillik dərəcəsi düzəltmək müqabilində 8000 manat pul vermişdir. O, əlillik dərəcəsinin düzəldilməsi ilə bağlı Təqsirləndirilən şəxs müxtəlif məbləğdə pulları verən zaman yanında iki dəfə həmkəndlisi Zərərçəkmiş şəxs3 olmuşdur və Şahlar onu da aldadaraq əlillik düzəltmək adı ilə pulunu alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2016-cı ildə tanış olmuşdur. Həmin vaxt söhbət əsnasında Şahlar ona əlillik dərcəsi düzəldə biləcəyini vəd vermiş və bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu demişdir. O nə qədər pul verəcəyini soruşmuş, Şahlar isə bunun üçün ilkin olaraq 5000 (beş min) manat pul verməli olduğunu, sonra nə qədər pul lazım olsa deyəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Şahlar ona əlillik dərcəsi düzəltməsi vədi ilə ilk dəfə 17 mart 2017-ci il tarixdə saat 12 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşadığı evdə ondan 5000 manat pul almışdır. Həmin zaman Şahlar həmkəndlisi Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi düzəltməyi vəd etdiyi üçün o Şahlara pul verən zaman Qüdrətdən də onun yanında 4000 manat pul almışdır. Təxminən 10 gün sonra Şahlar əlillik dərəcəsi ilə Bakı şəhərində adını xatırlmadığı xəstəxanada müayinə olunacaqlarını və əlavə 4000 (dörd min) manat pul lazım olduğunu demişdir. Bundan sonra o və Qüdrət Şahlar ilə birlikdə Bakı şəhərinə həmin yerə getmişlər. 29 mart 2017-ci il tarixdə saat 11 radələridə həmin xəstəxananın həyətində o Şahlara 4000 (dörd min), Qüdrət isə 2000(iki min)manat pul vermişdir. Onlar hər ikisi orada müayinə olunmuşlar və bununla bağlı xəstəxanadan onlara müxtəlif sənədlər verilmişdir. Həmin sənədləri Şahlara vermişlər. Təxminən 10 gün sonra Şahlara zəng etmiş və işin nəticəsi ilə maraqlanmışdır. Şahlar isə müayinə zamanı onun beynində müəyyən problemlərin olmasının üzə çıxdığını və bunun üçün Qazax rayon psixiatriya xəstəxansında müayinə olunub oradan da müxtəlif sənədlər almasını demişdir. 30 aprel 2017-ci il tarixdə saat 11 radələrində Qazax şəhərində psixiatriya xəstəxanasının yanında Şahlar ondan 1000 (min) manat pul almışdır. Özü müayinə işləri ilə məşğul olub sənəd alacağını bildirmişdir. 27 avqust 2017-ci il tarixdə Şahlar Bakı şəhəri, Sabunçu rayonu Məştağa qəsəbəsində yerləşən 1 saylı ruhi əsəb dispanserində də müayinə olunmasını bildirmişdir. Ertəsi gün o Şahlar ilə birlikdə həmin yerə getmişlər və Şahlar xəstəxanada müayinə olunmasını və guya orada bir ay müddətində qalıb müalicə alması ilə bağlı sənəd düzəldəcəyini və bunun üçün 3000(üç min) manat pul verməli olduğunu demişdir. O da razılaşmış və 28 avqust 2017-ci il tarixdə saat 11 radələrində Xəzər rayonu ərazisində Məştağa qəsəbəsində yerləşən həmin ruhi əsəb dispanserinin qarşısında Şahlara 3000 manat pul vermişdir. 01 sentyabr 2017-ci il tarixdə saat 12 radələrində 700 manat pulu evlərində yenidən Şahlara vermişdir. Təxminən bir ay sonra Şahlara zəng etmiş və işin nəticəsi barədə soruşmuşdur. Şahlar isə Gəncə şəhərində yerləşən ruhi əsəb dispanserində də müayinə olunmasının lazım olduğunu, buna görə də 800 (səkkiz yüz) manat və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsindən də sənəd alacağını və bunun üçün də 500(beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O pulu olmadığı üçün həmin pulu bir qədər gec tapmışdır. Həm də Şahlara pul verməkdən və işinin düzəlməməsindən çox hirslənmişdir. Dəfələrlə Şahlarla əlaqə saxlasa da Şahlar əlavə pulun verilməsini, işin ondan sonra həll olunacağını bildirmişdir. O da məcbur olub 30 dekabr 2018-ci il tarixdə saat 13 radələrində Şahların yaşadığı evin yaxınlığında, yəni Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində Şahlara 1300 manat pul vermişdir. Bundan sonra Şahlar verdiyi vədə əməl etməmiş və onun pulunu geri qaytarmamışdır. O 2017-2018-ci illər ərzində Şahlara ümumilikdə 15000 manat pul vermişdir. O Şahlara pul verəndə yanında bir neçə dəfə həmkəndlisi Zərərçəkmiş şəxs2 olmuş və Şahlar onu da aldadaraq pulunu ələ keçirmişdir. Şahlar onu xəstaxanaların qarşına aparsa da həmişə özü sənədləri düzəldəcəyini bildirmişdir. Bir dəfə adını bilmədiyi xəstaxanada həkimi görmüş, lakin həkimin adını bilməmişdir. Həkim ona bir sənəd vermiş, o da həmin sənədi də Şahlara vermişdir. Şahlar ondan pulları istəyəndə və alandan sonra həmin pulları konkret olaraq kimə verəcəyini ona deməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışlar. Mülki iddia tələbindan imtina edir. Təqsirləndirilən şəxslə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır. Onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Birinci Qarabağ müharibəsi əlilidir. 2021-ci ilin mart ayında həmkəndlisi Şahid5la bir yerdə olan vaxt Əliabbas ona bildirmişdir ki, Ağstafa rayon sakini Şahlar adlı şəxs ona müharibə iştirakçısı və əlili olduğu üçün dövlət tərəfindən avtomobil verilməsinə köməkdarlıq edə bilər. O Şahlarla görüşmək istəmişdir. Bir neçə gündən sonra o Əliabbasla birlikdə Şahların Ağstafa rayonunun Dağ Kəsəmən kəndində olan evinə gedərək onunla görüşmüşdür. O avtomobil verilməsi üçün Şahlarla söhbət edəndə Şahlar Bakı şəhərində tanıdığı şəxslər olduğunu və ona avtomobil verilməsinə köməkdarlıq edə biləcəyini demişdir. Həmin gündən sonra o Şahlarla telefon əlaqəsi saxlamışdır. Şahlar avtomobil verilməsi üçün ondan 6200 manat pul verilməsini bildirmişdir. Şahlar Bakı şəhərində olduğu üçün ona oğlunun adına "xxxx"da olan ********** hesab nömrəsini göndərmişdir ki, həmin hesaba pul göndərsin. O 29 iyun 2021-ci il taridə saat 16:37-də Qazax şəhərində yerləşən "xxxx"ın filialında olan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu X2 adına olan ********** hesab nömrəsinə 6000 manat pul göndərmişdir. Sonra isə ödəniş barədə qəbzi götürüb özündə saxlamışdır. Müddət keçdiyi üçün həmin qəbzdə olan yazılar pozulmuş və o həmin qəbzi bir qədər saxlasa da sonradan itirmişdir. O pulu hesab nömrəsinə göndərəndən sonra Şahlar ona zəng edib 6000 manat pulun ona çatdığını bildirmişdir. O Şahların oğlu Sənanın adına olan kart hesabına 6000 manağ pulu göndərəndən sonra 2-3 ay keçmiş Şahlar ona telefonla zəng edərək Bakı şəhərinə getməli olduğunu bildiriş və qalan 200 manat pulu gətirməsini demişdir. O da 15 sentyabr 2021-ci il tarixdə Şahların yaşadığı Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən evinə gedib həmin evdə ona 200 manat pulu vermişdir. O Şahlara 6000 manat pulu göndərəndə və 200 manat pulu ona verəndə oğlu Məzahir yanında olmuşdur. Şahlar ondan pulu istəyəndə və alandan sonra həmin pulu kimə verəcəyini ona deməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. Həyat yoldaşı Şahlara müxtəlif vaxtlarda əlillik almaq üçün pul vermişdir. O, Şahlara ümumilikdə 15000 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs X3 oğludur. O, atası ilə Təqsirləndirilən şəxs göndərdiyi, oğlu Sənana məxsus karta 6000 manat pul göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 həyat yoldaşıdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs pensiya düzəltmək üçün pul vermiş, lakin onun verdiyi pulun məbləği barədə dəqiq məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs4 Kamil oğlu ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Müdafiəçi2 məhkəmə istintaqı zamanı verdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş olan zərər ödəndiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçi deyil, həmçinin təqsirləndirilən şəxsə qarşı verilmiş olan mülki iddiadan imtina edirlər. İş materiallarında olan zərərçəkmiş şəxs X3 məhkəmə istintaqı zamanı verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs dair heç bir maddi və mənəvi tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmçinin mülki iddia tələbindən də imtina edir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elektron poçt vasitəsilə göndərdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilib. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. İş materiallarında olan 29 iyun 2023-cü il tarixli informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona əllilliyə görə təqaüd düzəltmək adı ilə verdiyi 11500 manat pulunun qaytarılmasını və təqaüdünün düzəlməməsini bildirir. Sonuncu isə pulu qaytamaqdan imtina edərək söz verdiyi işin həll olunacağını bildirir. İş materiallarında olan Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 395 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 07.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs şəxsiyyət pozuntusu, davranış pozuntusu və nadir qıcolma tutmaları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F 07.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət əməllərini törədən zaman öz əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur (yəni anlaqlı olmuşdur). O halhazırda öz əməllərinin (hərəkət və hərəkətsizliyinin) fatiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmış və 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X7 verilmiş 04 iyun 2024-cü il tarixli, 18- 1-24/2-307/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ-də xx.xx.2019-cu il tarixdən “Sağ ağ ciyərin infiltırativ vərəmi, dağılma mərhələsi” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdən “Şəkərli diabet İİ tip” diaqnozu ilə qeydiyyatdadır. Xəstəyə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə TTTYS-na (103) çağırışı olmuş, “Essensial birincili hiperteniya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1n verilmiş xx.xx.2024-cü il tarixli, 1198 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010cu il tarixdən dəfələrlə X1 stasionar müalicələrdə olmuşdur. Ömürlük İİ qrup əlildir. Diaqnozu: epilepsiya. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 1(015)-13/2025 saylı, 29 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə verilmiş ittihama müddətin keçməsi ilə bağlı Azərbaycan Respublikası CM-in 75-ci maddəsi tətbiq edilmiş və onun barəsində həmin ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli qismən etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayətlərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək yaralanmasını, 2-ci qrup əlil olmasını və xəstəliyi ilə əlaqədar səhhətində problemlər olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, yuxarıdakılara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) ay 08 (səkkiz) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 16 (on altı) gün çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Bakı şəhərində ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Bakı şəhərində ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 01 (bir) ay 08 (səkkiz) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) ay 16 (on altı) gün çıxılaraq üzərində 01 (bir) il 03 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərində ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Bakı şəhərində ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-13/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-13/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver