Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-14/2024 04.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı X4 və onun nümayəndəsi Müdafiəçi3, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-ci ildə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək üzərində 01 il 10 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə və xx.xx.1995-ci ildə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Dağ Kəsəmən kənd orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,177.2.3, 32.4,177.2.4, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 bibisi X4 qiymətli qızıl-zinnət əşyaları və pulunun oğurlanmasından ibarət təhriki və oğurlanacaq əşyaların evin hansı hissəsində olması, evdə heç kimin olmaması ilə bağlı məsləhətləri və məlumatlarından ibarət etdiyi köməkliklərlə 04 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 ilə törədəcəyi cinayət əməlindən məlumatı olmayan qardaşı Şahid2 idarə etdiyi OPEL markalı ** KD *** qeydiyyat nişanlı avtomobili ilə X4 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşadığı küçəyə gəlmiş, avtomobildə Təqsirləndirilən şəxs2 oğurluğa giriləcək evi ona göstərdikdən sonra o, avtomobildən düşüb Aytən Salıfovanın evinin qarşısına gələrək evin hasarından həyətə düşərək, evin birinci mərtəbəsinin pəncərə şüşəsini sındırıb həmin pəncərədən evə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabdan 1 ədəd 583 əyarlı 640 manat dəyərində 08 qram çəkidə qızıl boyunbağı, l ədəd 583 əyarlı 4000 manat dəyərində 50 qram çəkidə “Tros” qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 2400 manat dəyərində 30 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 6400 manat dəyərində 80 qram çəkidə “Mafyoz” qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 960 manat dəyərində 12 qram çəkidə qızıl boyunbağı, l ədəd 583 əyarlı 1600 manat dəyərində 20 qram çəkidə qızıl qolbaq, 01 ədəd 583 əyarlı 1600 manat dəyərində 20 qram çəkidə “Yolka” qızıl qolbaq, 01 ədəd 583 əyarlı 320 manat dəyərində 4 qram çəkidə “Kaliso” qızıl qolbaq, l ədəd 583 əyarlı 1760 manat dəyərində 22 qram çəkidə qızıl qadın saatı, l ədəd 583 əyarlı 1280 manat dəyərində 16 qram çəkidə qızıl kişi saatı, 1 dəst 1500 manat dəyərində 583 əyarlı yaşıl zümrüd qaşlı briliyant sırğa-üzük, 1 dəst 1600 manat dəyərində 583 əyarlı 20 qram çəkidə “KNobra” qızıl sırğa-üzüki, 01 cüt 583 əyarlı 640 manat dəyərində 08 qram çəkidə “Samovar” qızıl sırğa, l cüt 583 əyarlı 480 manat dəyərində 6 qram çəkidə “Yolka” adlandırılan sırğa, 01 cüt 583 əyarlı 320 manat dəyərində 04 qram çəkidə “Kaliso” qızıl sırğa, 1500 manat dəyərində 01 ədəd üst diş qızıl protezi, 16 manat dəyərində 4 qram çəkidə gümüş dəst, 01 ədəd 16 manat dəyərində 4 qram çəkidə gümüş kişi qolbağı, 01 ədəd 24 manat dəyərində 6 qram çəkidə gümüş kişi qolbağı, 50 manat dəyərində 5 qram çəkidə mirvari dəsti, 1 ədəd 150 manat dəyərində qol saatı, 1 ədəd 100 manat dəyərində qol saatı, 1 ədəd 120 manat dəyərində qol saatı, 1 ədəd 40 manat dəyərində “SONY” markalı “DSC-V330” modelli rəqəmsal fotoaparat, 1 ədəd 80 manat dəyərində “Edifice Casio” markalı kişi qol saatı, dolabın üstündə olan şüşə qabın içərisindən 4100 manat, 2630 ABŞ dolları- 04 oktyabr 2022-ci il tarixə Azərbaycan manatının məzənnəsi ilə 4476 manat 26 qəpik və 25000 Rus rublu- 04 oktyabr 2022-ci il tarixə Azərbaycan manatının məzənnəsi ilə 825 manat pulu götürüb gedərək, zərərçəkmiş şəxsə ümumilikdə 36997 manat 26 qəpik dəyərində maddi ziyan vurmaqla, xeyli miqdarda özgənin əmlakını gizli yolla talayaraq oğurlamışdır. Təqsirləndirilən şəxs2 bibisi X4 evində qiymətli qızıl-zinət əşyaları və pulunun olmasını Təqsirləndirilən şəxs1 deyərək Aytən Salıfovanın əmlakının oğurlanmasından ibarət təhriki və oğurlanacaq əşyaların evin hansı hissəsində olması, evdə heç kimin olmaması ilə bağlı məsləhətləri və məlumatlarından ibarət etdiyi köməkliklərlə Təqsirləndirilən şəxs1 cinayətin törədilməsi üçün razı salıb ələ aldıqdan sonra sonuncu ilə birlikdə 04 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində törədiləcək cinayət əməlindən məlumatı olmayan Şahid2 idarə etdiyi OPEL markalı ** KD *** qeydiyyat nişanlı avtomobili ilə bibisi X6 rayonu Dağ Kəsəmən kəndində yaşadığı küçəyə gedib avtomobildə oğurluğa giriləcək bibisinin evini Təqsirləndirilən şəxs1 göstərdikdən sonra özü oradan çıxıb gedərək Təqsirləndirilən şəxs1 Aytən Salıfovanın evinin hasarından həyətə düşərək, evin birinci mərtəbəsinin pəncərə şüşəsini sındırıb həmin pəncərədən evə qanunsuz daxil olaraq yataq otağında yerləşən dolabdan 1 ədəd 583 əyarlı 640 manat dəyərində 08 qram çəkidə qızıl boyunbağı, l ədəd 583 əyarlı 4000 manat dəyərində 50 qram çəkidə “Tros” qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 2400 manat dəyərində 30 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 6400 manat dəyərində 80 qram çəkidə “Mafyoz” qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 960 manat dəyərində 12 qram çəkidə qızıl boyunbağı, l ədəd 583 əyarlı 1600 manat dəyərində 20 qram çəkidə qızıl qolbaq, 01 ədəd 583 əyarlı 1600 manat dəyərində 20 qram çəkidə “Yolka” qızıl qolbaq, 01 ədəd 583 əyarlı 320 manat dəyərində 4 qram çəkidə “Kaliso” qızıl qolbaq, l ədəd 583 əyarlı 1760 manat dəyərində 22 qram çəkidə qızıl qadın saatı, l ədəd 583 əyarlı 1280 manat dəyərində 16 qram çəkidə qızıl kişi saatı, 1 dəst 1500 manat dəyərində 583 əyarlı yaşıl zümrüd qaşlı briliyant sırğaüzük, 1 dəst 1600 manat dəyərində 583 əyarlı 20 qram çəkidə “KNobra” qızıl sırğa-üzüki, 01 cüt 583 əyarlı 640 manat dəyərində 08 qram çəkidə “Samovar” qızıl sırğa, l cüt 583 əyarlı 480 manat dəyərində 6 qram çəkidə “Yolka” adlandırılan sırğa, 01 cüt 583 əyarlı 320 manat dəyərində 4 qram çəkidə “Kaliso” qızıl sırğa, 1500 manat dəyərində 01 ədəd üst diş qızıl protezi, 16 manat dəyərində 4 qram çəkidə gümüş dəst, 01 ədəd 16 manat dəyərində 4 qram çəkidə gümüş kişi qolbağı, 01 ədəd 24 manat dəyərində 6 qram çəkidə gümüş kişi qolbağı, 50 manat dəyərində 5 qram çəkidə mirvari dəsti, 1 ədəd 150 manat dəyərində qol saatı, 1 ədəd 100 manat dəyərində qol saatı, 1 ədəd 120 manat dəyərində qol saatı, 1 ədəd 40 manat dəyərində “SONY” markalı “DSC-V330” modelli rəqəmsal fotoaparat, 1 ədəd 80 manat dəyərində “Edifice Casio” markalı kişi qol saatı, dolabın üstündə olan şüşə qabın içərisindən 4100 manat, 2630 ABŞ dolları- 04 oktyabr 2022-ci il tarixə Azərbaycan manatının məzənnəsi ilə 4476 manat 26 qəpik və 25000 Rus rublu- 04 oktyabr 2022-ci il tarixə Azərbaycan manatının məzənnəsi ilə 825 manat pulu tamah niyyəti ilə gizli yolla talayaraq zərərçəkmiş şəxs Aytən Salıfovaya ümumilikdə 36997 manat 26 qəpik dəyərində maddi ziyan vurmaqla mənzilə qanunsuz daxil olub xeyli miqdarda əmlakı gizli yolla oğurlamasına təhrik və həmin əməldə köməkçilik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs edilənə qədər ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayır. Təqsirləndirilən şəxs2 həmkəndlisi və tanışıdır, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs Aytən Salıfovanı əvvəllər tanımamışdır. Aytən Zahid qızını tanımır, onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Təxminən 01 oktyabr 2022-ci il tarixdə kənddə Elməddinlə görüşdükləri vaxt sonuncu ona atasının bacısı-bibisi Aytənin evində 2500 manat dəyərində qızıl saatı olduğunu deyib onu götürə bilib-bilməməsini soruşmuş, o da razaıolmuşdur. Elməddin ona bildirmişdir ki, münasib vaxtda, evdə heç kim olmayanda ona xəbər edəcək, evi də göstərəcək. 04 oktyabr 2022-ci il tarixdə , ssaat 12:30-13 radələrində qardaşı Vasifin idarə etdiyi OPEL markalı ** KD *** qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhərindən evlərinə qayıdan vaxt qarşıdan avtomobili ilə gələn Elməddin avtomobilin işıqlarını yandırıb söndürərək onları saxlatmış, Aytənin evdə olmamasını bildirmiş, oranı göstərmək istəmiş, ona bildirmişdir ki, evin yuxarı mərtəbəsində yaşayış yoxdur, evin birinci mərtəbəsinə girər. Həmçinin oğurlanacaq əşyaların yerini ona demiş, Vasifin avtomobilinə oturmuşlar və Elməddinin göstərdiyi istiqamətə getmiş, evin yaxınlığında Elməddin evi gizlincə ona göstərmiş, o da qardaşına bildirmişdir ki, işi var, 15-20 dəqiqədən sonra gəlib küçədən onu götürər. O, avtomobildən düşəndən sonra Aytənin evinin qarşısına gəlmiş, evin giriş darvazasında qıfıl olmuş, saat 13 radələrində küçədə heç kimin olmadığından istifadə edib hasardan evin həyətinə düşmüş, evin 1-ci mərtəbəsinin qapısını yoxlamış, qapı bağlı olmuş, pilləkənlərin altında birinci mərtəbənin aynasını itələyəndə şüşənin bir tərəfi qırılıb içəri tərəfə düşmüş, həmin şüşənin qırıldığı yerdən əlini arxaya salıb pəncərənin arxasını açıb içəri girmiş, otağa girəndə dolabın içərisinə baxanda 01 ədəd qızılı rəngli kişi saatı və 01 ədəd fotoaparat görüb götürmüş, dolabın üstündə olan şüşə qabın içərisinə baxanda içərisindən 4 ədəd 5000-lik olmaqla 20000 Rus rublu və 01 ədəd 100 manatlıq görmüş, həmin pulları da götürüb cibinə qoyaraq evə daxil olduğu pəncərədən çölə çıxmış, həyətdə olan daş dirəyin üstünə çıxıb yola baxmış, heç kimi olmadığını gördükdə yola tullanıb evdən aralanmış, bir qədər getdikdən sonra qardaşının avtomobilillə gəlməsini görmüş, avtomobilə minib Vasifə Ağstafa şəhərinə getmələrini bildirmiş, yolda Vasifin avtomobilinə 10 manatlıq benzin vurmuş, həmin vaxt qardaşıonun cibindəki Rus pullarını və 100 manatı görüb ondan şübhələnmiş, o, Vasifə Elməddinin bibisinin evindən oğurluq etdiyini etiraf eləmişdir. Oğurladığı saata diqqətlə baxanda qızıl olmadığını görmüş, həmin gün Elməddinlə axşam saatlarında görüşmüş, Elməddinə evdən nə götürdüyünü deyəndə bildirmişdir ki, Aytən deyir evdən çox şey getmişdir. O, saat və fotoaparatı Elməddinə vermək istəmiş, Elməddin bildirmişdir ki, qoy onda qalsın və müştəri tapıb ona xəbər edəcək. O da aparıb həmin əşyaları evdə gizlətmişdir. Vüsalla aralarında olan razılığa əsasən evdən oğurlanan əmlakı Vüsalla bölməli idi. Bir neçə gündən sonra 20000 rublun 500 manat dəyərində olmaqla Ağstafa şəhərində bazarın qarşısında tanımadığı bir nəfərlə dəyişmiş, pulları şəxsi ehtiyacları üçün xərcləmiş, saat və fotoaparatı isə könüllü olaraq istintaqa təqdim etmişdir. Mülki iddia ilə bağlı onu qeyd etməkl istəyir ki, Aytənin göstərdikləri qızıl zinət əşyalarından xəbəri yoxdur, həmin əşyaları oğurlamamışdır. Həmçinin, Aytənin xəstə uağı olmasından məlumatı olmamışdır, bilsəydi onun evindən oğurluq etməzdi. Əməlindən peşmandır, dəymiş zərərdən 200 manatını qaytar zərərçəkmiş şəxsə qaytarmış, ondan üzrxahlıq etmiş, ziyanın qalanını da işləyib hissə-hissə ödəməsi barədə zərərçəkmiş şəxslə razılaşmışlar, mülki iddianı o hissədə qəbul edir, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayır. Zərərçəkmiş şəxs Aytən Salıfova atasının bacısı- bibisidir. Digər Təqsirləndirilən şəxs1 həmkəndlisi və tanışıdır. Hazırki oğurluq hadisəsi baş verməmişdən 4-5 gün əvvəl Təqsirləndirilən şəxs1lə görüşdükləri vaxt Vüsala bibisi Aytənin evində, sonuncunun oğluna məxsus 2500 manat dəyərində qızıl saatı olduğunu, oradan oğurluq etməyini təklif etmiş, həmçinin oğurlanacq əşyaların harada olmasını Vüsala bildrimiş, Vüsal onunla razılaşmışdır. O, Vüsala bildirmişdir ki, münasib vaxtda, evdə heç kim olmayanda ona xəbər edəcək, evi göstərəcək. 04 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Mersedes markalı sərnişin mikroavtobusu ilə Aytənin evində yaşayan nənəsini onlara cehiz əşyaları gətirildiyi üçün evlərinə aparmağa getmiş, Aytəngilin darvazalarında qıfıl gördükdə nənəsinə zəng edib harada olmağını soruşmuş, nənəsi öz evlərində olmasını demiş, orada Vüsalı tapıb Aytənin evinə oğurluğa göndərməyi fikirləşmiş, Vüsalın evinə tərəf gedən vaxt küçədə Vüsalın qardaşıVasifin OPEL markalı ** KD *** qeydiyyat nişanlı taksi avtomobilinin gəldiyini, Vüsalın da avtomobildə olmasını görmüş, Vasifin avtomobilini saxlatmış, avtomobilindən düşüb Vüsala bildirmişdir ki, düşsün söhbət etsinlər. Vüsal avtomobildən düşüb ona yaxınlaşmış, Vüsala Aytənin evində heç kim olmadığını, evi göstərmək istədiyini demiş, Vüsal razılaşmış, o, avtomobilini küçədə saxlayıb Vasifin taksilik etdiyi Opel markalı avtomobilinə- arxa oturacağa oturmuş, Vüsal da onun yanında arxada oturmuşdur. Vasifə istiqamət verdiyi tərəfə sürməyi bildirmişdir. Aytənin evini avtomobildə Vüsala göstərmiş, lakin bunu Vasif görməmiş, Vüsal Aytənin evinin yaxınlığında avtomobildən düşəndən sonra Vasifə onu öz maşınının yanına qaytarmağını xahiş etmiş, Vasifin avtomobilindən düşdükdən sonra isə nənəsi evinə gedərək nənəsini götürüb evlərinə aparmışdır. Bir qədər oturandan sonra nənəsi və sinif yoldaşı Kamranı götürüb Ağstafa şəhərinə gedərkən yolda bibisi Aytən nənəsinə zəng vurub evdən oğurluq olmasını demişdir. Əvvəlcədən Vüsalla aralarında olan razılığa əsasən evdən oğurlanan əmlakı bölməli olmuşlar. Həmin gün, saat 16 radələrində Ağstafa şəhərində dəmiryol vağzalının yanında Vasif onunla görüşmüş, Vüsalın Aytənin evindən 20000 Rus rublu, 100 manat, 1 ədəd saat və 1 ədəd fotoaparat oğurldığını, kafedə onunla görüşmək istədiyini demiş, bəhanə edib Vüsalla görüşməmiş, Aytənin evinə getmişdir. Həmin vaxt evdə polis əməkdaşları olmuşdur. Aytən bildirmişdir ki, evdən 200 qram çəkidə müxtəlif qızıl-zinət əşyaları, 4100 manat, 2630 ABŞ dolları, 25000 Rus rublu, müxtəlif saatlar və fotoaparat oğurlanmışdır. O, bir qədər orada qaldıqdan sonra Aytənin evindən çıxmış, həmin gün saat 18 radələrində Vüsalın evinə getmiş, Vüsal adi kişi qol saatı və fotoaparatı ona göstərib bildirmişdir ki, onları oğurlamış, evdən qızıl götürməmişdir. Oğurladığı pul isə 20000 Rus rublu və 100 manat olmuşdur. O, Vüsala Aytənin çoxlu qızıl, dollar aparılmasını bildirdiyini demiş, Vüsal isə təkidlə bildirmişdir ki, onlardan xəbəri yoxdur. Hadisədən təqribən 5-6 ay əvvəl Aytənin evində olmuş, orada Aytənin oğlunun 2500 manat dəyərində qızıl saatı olmasını bilmiş, bunu Aytənin oğlu özü ona demiş, həmin saatını satmaq istədiyini söyləmişdir. Onların qabaqcadan razılaşdıqları oğurluq planı ancaq qızıl saata görə olmuş, Vüsal ona heç nə verməmiş, oğurluqdan sonra qızılı rəngli qol saatını və fotoaparatı ona göstərib götürməsini demiş, o da Vüsala bildirmişdir ki, onları gizlətsin, müştəri tapsa xəbər edəcək. Vüsalın bildirməsinə əsasən evdən 20000 Rus rublu, 100 manat pul, 01 ədəd saat və 01 ədəd fotoaparat oğurlanmışdır, zərərçəkmişin digər göstərdiyi pul və əşyalardan onun məlumatı yoxdur. Mülki iddianı da o hissədə qəbul edir. Vüsalın qardaşı Vasif onların oğurluq planlaşdırdıqlarını bilməmiş, oğurluq ediləndən sonra Vasif bu haqda qardaşı Vüsaldan eşitmişdir. Məhkəmə istintaqızamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hal-hazırda ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır,“Qazax ailəvi-istirahət əyləncə mərkəzinin” mətbəxində müxtəlif şirniyyat və salatların bişirilməsi ilə məşğul olur. Ailə üzvləri əri, oğlu və özündən ibarətdir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 qardaşının oğludur, digər Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 04 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən, evində qonaq olan anası Şahid1 ilə birlikdə çıxaraq işə, anası isə öz evinə getmişdir. Həmin gün, saat 15 radələrində oğlu İlkin zəng edərək evlərindən oğurluq edilməsini demiş, dərhal evə getmiş, ora çatanda evlərinin mətbəx kimi istifadə etdikləri birinci mərtəbəsində yerləşən otağından pəncərənin sındırıldığının şahidi olmuşdur. Oğurluq nəticəsində yataq otağındakı dolabda saxladığı təxminən müxtəlif qızılzinət əşyaları, 4100 manat, 2630 ABŞ dolları və 25000 Rus rublu oğurlanmışlar. Evindən oğurlanan qızıllar 583 əyyarlı olmaqla 1 ədəd 08 qram çəkidə qızıl boyunbağı, l ədəd 50 qram çəkidə “Tros” qızıl boyunbağı, 01 ədəd 30 qram çəkidə qızıl boyunbağı, 01 ədəd 80 qram çəkidə “Mafyoz” qızıl boyunbağı, 01 ədəd 12 qram çəkidə qızıl boyunbağı, l ədəd 20 qram çəkidə qızıl qolbaq, 01 ədəd 20 qram çəkidə “Yolka” qızıl qolbaq, 01 ədəd 4 qram çəkidə “Kaliso” qızıl qolbaq, l ədəd 22 qram çəkidə qızıl qadın saatı, l ədəd 16 qram çəkidə qızıl kişi saatı, 1 dəst yaşıl zümrüd qaşlı briliyant sırğa-üzük, 1 dəst 20 qram çəkidə “KNobra” qızıl sırğa-üzüki, 01 cüt 08 qram çəkidə “Samovar” qızıl sirğa, l cüt 6 qram çəkidə “Yolka” adlandırılan sırğa, 01 cüt 200 manat dəyərində 04 qram çəkidə “Kaliso” qızıl sırğa, 01 ədəd üst diş qızıl protezi, 4 qram çəkidə gümüş dəst, 01 ədəd 4 qram çəkidə gümüş kişi qolbağı, 01 ədəd 6 qram çəkidə gümüş kişi qolbağı, 5 qram çəkidə mirvari dəsti, 1 ədəd markasını bilmədiyi qol saatı, 1 ədəd qol saatı, 1 ədəd qol saatı, 1 ədəd “SONY” markalı rəqəmsal fotoaparat, 1 ədəd kişi qol saatı oğurlanmışdır. Oğurlanmış əşyaların qiymətləri barədə ekspertiza rəyində göstərilənlərlə razıdır, bundan başqa, oğurlanmış 583 əyarlı yaşıl zümrüd qaşlı briliyant sırğa-üzük 1500 manat, 5 qram çəkidə mirvari dəstinin qiyməti 50 manat, qol saatlarından birinin qiyməti 150 manat, birinin qiyməti 100 manat və birinin də qiyməti 120 manat, qızıl üst diş protezinin qiyməti 1500 manat təşkil edir. Sonradan evindən Təqsirləndirilən şəxs1 oğurluq etdiyini, bu əmələ Vüsalı qardaşı oğlu Elməddin Alahverdiyevin vadar elədiyini, həmçinin evin və evdəki oğurlanacaq əşyaların yerini Elməddinin Vüsala bildirdiyini öyrənmişdir. Oğurluq nəticəsində ona 36997,26 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ondan üzrxahlıq etmiş, Təqsirləndirilən şəxs1 ona 200 manat, Təqsirləndirilən şəxs2 isə 2000 manat ödəmiş, bundan başqa, Təqsirləndirilən şəxs2lə dəymiş ziyanın yarısının hissəhissə ona ödənilməsi barədə razılığa gəlib barışmışlar, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir ki, dəymiş ziyanı hissə-hissə də olsa ödəsinlər, həmçinin mülki iddianı müdafiə etməklə, mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 qardaşı, Təqsirləndirilən şəxs2 isə həmkəndlisi və sinif yoldaşıdır. Zərərçəkmiş şəxs Aytən Salıfovanı əvvəllər tanımamışdır. Həm qardaşı, həm də Elməddin ilə münasibətləri yaxşı olmuşdur. 04 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi Opel markalı avtomobillə Ağstafa şəhərindən qardaşı Vüsalla birlikdə evə qayıdan vaxt qarşıdan avtomobili ilə gələn Elməddin avtomobilin işıqlarını yandırıb söndürərək onu saxlatmış, Elməddin avtomobilini saxlayıb Vüsalı çağırdığı üçün Vüsal avtomobildən düşüb onun yanına getdmişdir. Onlar bir neçə dəqiqə kənarda söhbət edib avtomobilə qayıtmışlar. Onların nə söhbət etdiklərini bilməmişdir. Onlar avtomobilə oturduqdan sonra Elməddin demişdir ki, kənddə bir yerə getməlidirlər və onun gediş haqqını verəcəkdir. O, avtomobili Elməddinin göstərdiyi istiqamətə sürmüş, sonradan adını bildiyi Aytənin evinin yaxınlığında Vüsal avtomobildən düşmüş, ona bildirmişdir ki, 15-20 dəqiqədən sonra onu götürər. Elməddin ona avtomobilinin yanına qaytarmağı bildirmiş, Elməddini gətirib götürdüyü yerə düşürmüş, təxminən 15 dəqiqədən sonra Vüsalı götürdüyü küçəyə gedəndə Vüsalın qarşısına gəldiyini görmüş, Vüsalı götürəndən sonra sonuncu Ağstafa şəhərinə getməli olduqlarını bildirmişdir. Yolda Vüsal onun avtomobilinə 10 manatlıq benzin vurmuş, Vüsalın cibində rus pullarını və 100 manatlıq görüb şübhələnmiş, pulların ondan haradan olmasını soruşduqda Vüsal Elməddinin bibisi evindən oğurluq etməsini demiş, cibindən 01 ədəd qol saatı və 01 ədəd fotoaparat çıxarıb onları da Aytənin evindən oğurladığını, onu həmin evə Elməddinin göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır, zərərçəkmiş şəxs Aytən Salıfova qızıdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 nəvəsidir, digər Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onun özünün evi olsa da bəzən qızı Aytən ilə sonuncunun evində qalır. 04 oktyabr 2022-ci il tarixdə o və Aytən sonuncunun evindən çıxmışlar, Aytən işə, özü isə evində getmişdir. Həmin gün, günorta saatlarında nəvəsi Elməddin gəlib onu evlərinə gələcək cehizlə bağlı aparmış, saat 15-16 radələrində Elməddinlə birlikdə sonuncunun avtomobili ilə Ağstafa şəhərinə gedərkən yolda Aytən ona zəng vurmuş, evə oğru girdiyini, qızıl zinət əşyalarını, həmçinin onun qızı Aytənə verdiyi, özünə məxsus olan qızıl üst diş protezini oğurladığını bildirmidir. Sonradan öyrənmişdir ki, evdən oğurluğu Təqsirləndirilən şəxs1 etmiş, evin və evdən oğurlanacaq əşyaların yerini Elməddin Vüsala bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 may 2023-cü il tarixli 9/2972 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların istifadədə olması nəzərə alaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120,0 manat, təqdim edilməmiş, qərarda göstərilən 18 adda malların orta isismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 24056,00 manat müəyyən edilir. Digər təqdim edilməyən 4 adda mallar haqqında kifayət qədər məlumat (çəkisi, əyarı, neçə predmetdən ibarət olması və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 01 ədəd “Sony” markalı DSC-V330 modelli rəqəmsal foroaparat 40 manat, 01 ədəd üzərində “Edifice Casio” markalanma göstəriciləri olan kişi qol saatı 80 manat, 01 ədəd 583 əyarlı 08 qram çəkidə qızıl boyun bağı qramı 80 manat, ümumilikdə 640 manat, 01 ədəd 583 əyarlı 50 qram çəkidə “Tros” qııl boyunbağı qramı 80 manat, ümumilikdə 4000 manat, 01 ədəd 583 əyarlı 30 qram çəkidə qızıl boyunbağı qramı 80 manat, ümumilikdə 2400 manat 01 ədəd 583 əyarlı 80 qram çəkidə “Mafyoz” qızıl boyunbağı qramı 80 manat, ümumilikdə 6400 manat, 01 ədəd 583 əyarlı 12 qram çəkidə qızıl boyunbağı qramı 80 manat, ümumilikdə 960 manat, 01 ədəd 583 əyarlı 20 qram çəkidə “Yolka” qızıl qolbağı qramı 80 manat, ümumilikdə 1600 manat, 01 ədəd 583 əyarlı 4 qram çəkidə “Kaliso” qızıl qolbağı qramı 80 manat, ümumilikdə 320 manat, 01 ədəd 583 əyarlı 22 qram çəidə qızıl qadın saatı qramı 80 manat, ümumilikdə 1760 manat, 01 ədəd 583 əyarlı 16 qram çəkidə qızıl kişi saatı 80 manat, ümumilikdə 1280 manat, 01 dəst 583 əyarlı yaşıl zümrüd qaşlı briliyant sırğa-üzük-aydın deyil 01 dəst 583 əyarlı 20 qram çəkidə “Knobra” qızıl sırğa üzük qramı 80 manat, ümumilikdə 1600 manat, 01 cüt 583 əyarlı 08 qram çəkidə “Samovar” qızıl sırğa qramı 80 manat, ümumilikdə 640 manat, 01 cüt 583 əyarlı 6 qram çəkidə “Yolka” adlandırılan sırğa qramı 80 manat, ümumilikdə 480 manat, 01 cüt 583 əyarlı 4 qram çəkidə “Kaliso” adlandırılan sırğa qramı 80 manat, ümumilikdə 320 manat, 01 ədəd üst diş protezi-aydın deyil 04 qram çəkidə gümüş dəst qramı 4 manat, ümumilikdə 16 manat, 01 ədəd 4 qram çəkidə gümüş kişi qolbağı 16 manat, 01 ədəd 6 qram çəkidə gümüş kişi qolbağı, 24 manat 5 qram çəkidə mirvari dəsti- aydın deyil 01 ədəd qol saatı-aydın deyil 02 ədəd markası bilinməyən qol saatı-aydın deyil. İş materiallarında olan DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayan X5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.1995-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1nn sağ əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək 04 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində X5 məxsus olan və Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evinə oğurluq məqsədi ilə haradan daxil olduğunu, evdən pul, qol saatı və foroaparatı haradan oğurlamasını əyani olaraq göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəmiş şəxs Aytən Salıfova ilə Təqsirləndirilən şəxs1 üzünə qarşı onun yaşadığı evdən 1 ədəd fotoaparat, müxtəlif kişi qol saatları, 200 qram çəkidə müxtəlif qızıl-zinət əşyaları, 4100 manat, 2630 ABŞ dolları və 25.000 Rus rublu pul oğurlandığını demişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” ASC-ni Ağstafa filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 04 oktyabr 2022-ci il tarixdə 1 ABŞ dollarının nağd alış qiyməti 1,6970 manat, satış qiyməti isə 1,7020 manat, bundan başqa, bir Rus rublunun nağd alış qiyməti 0,0215 manat, satış qiyməti isə 0,033 manat təşkil edir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 10 ay 08 gün müddətə azadlığın məhdudlaşdrılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağstafa İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən 01 il azaldılmış, o, cəzasını çəkib qurtardığı üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarınından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Ağstafa RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Ağstafa RİHB-nın Dağ Kəsəmən kənd İƏD üzrə namyəndəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci il təvəllüdlü Samirə Böyükkişiyeva, xx.xx.2014-cü il təvəllüdlü Səma Böyükkişiyeva və xx.xx.2016-cı il təvəllüdlü Sara Böyükkişiyeva adlı qızları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterziə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən 583 əyarlı yaşıl zümrüd qaşlı briliyant sırğa-üzüyün, mirvari dəstinin, qol saatlarının və qızıl üst diş protezinin qiyməti zərərçəkmiş şəxs Aytən Salıfovanın ifadəsində göstərdiyi qiymətlərə əsasən müəyyən edilmiş, bundan başqa, Şahid2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası CM-nin 177 və 307-ci maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə özünü CM-nin 32.4,177.2.3, 32.4,177.2.4, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə ilə təqsirli bilsələr də zərərçəkmiş Aytən Salıfovanın evindən qızıl-zinət əşyalarının oğurlanmaması barədə göstərdikləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə istintaqı zamanı, həmçinin, ibtidai istintaqda Təqsirləndirilən şəxs1 zərərçəkmiş Aytən Salıfovanın evindən yalnız 01 ədəd saat, 01 ədəd videokamera, 20000 Rus rublu və 100 manat pul oğurladığını, oradan ümumiyyətlə qızıl-zinət əşyalarını oğurlamadığını qeyd etsə də, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun oğurladığını etiraf etdiyi əşyalar və pulla yanaşı evdən qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 36997,26 manatlıq oğurluq etməsi öz təsdiqini tapmışdır, ona görə də məhkəmə təqsirləndirilən şəxslərin bu barədə göstərdiklərini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların əməlləri sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMin 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 32.4,177.2.3, 32.4,177.2.4, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti qismən etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd göstərib ondan üzrxahlıq eləməsini, dəymiş ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törədilməsində köməkçi və təhrikçi olmasını, əməlini qismən etiraf eləməsini, X7 iştirakçısı olmaqla “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medallarıyla təltif edilməsini, zərərçəkmiş şəxslə barışığa cəhd göstərib ondan üzrxahlıq eləməsini, dəymiş ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə həmçinin mülki iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Aytən Salıfova mülki iddia verərək Təqsirləndirilən şəxs1 18800, Təqsirləndirilən şəxs2 isə 16800 manat dəymiş zərərin, bundan başqa, onların ikisindən 203 manatlıq dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı cinayət mühakimə icraatında mülki iddia Azərbaycan Respublikası CPM-nin 181, 183, 187-ci maddələrində göstərilən əsaslarla və qanunun tələblərinə tam əməl edilməklə verilmiş və həmin mülki iddiaya cinayət mühakimə icraatında baxılıb mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əsaslar vardır. İş materiallarından görünür ki, hazırki halda Təqsirləndirilən şəxs1 tərəfindən 200 manat Aygün Salıfovaya ödənilmişdir, bundan başqa, iş üzrə maddi sübutlar olan 40 manat qiymətində 01 ədəd “SONY” markalı, “DSC-V330” modelli rəqəmsal fotoaparat və 80 manat qiymətində 01 ədəd “Edifice Casio” markalı qol saatı saxlanılması üçün Aytən Salıfovaya qaytarılmışdır. Buna görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 18340,13 manat və Təqsirləndirilən şəxs2 16540,13 manat məbləğində pul alınaraq mülki iddiaçı Aytən Salıfovaya verilməlidir. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 11 ay 24 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs Aytəm Salıfovaya qaytarılmış, ona məxsus olan 01 ədəd “SONY” markalı, “DSC-V330” modelli rəqəmsal fotoaparat və 01 ədəd “Edifice Casio” markalı qol saatı sahibi A. Salıfovanın istifadəsində saxlanılmalı, mülki iddia qismən təmin edilməli, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 18340,13 manat və Təqsirləndirilən şəxs2 16540,13 manat məbləğində pul alınaraq mülki iddiaçı Aytən Salıfovaya verilməli, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində 01 (bir) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,177.2.3, 32.4,177.2.4, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X5 qaytarılmış, ona məxsus olan 01 ədəd “SONY” markalı, “DSC-V330” modelli rəqəmsal fotoaparat və 01 ədəd “Edifice Casio” markalı qol saatı sahibi Aytən Salıfovanın istifadəsində saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 18340 (on səkkiz min üç yüz qırx) manat 13 (on üç) qəpik və Təqsirləndirilən şəxs2 16540 (on altı min beş yüz qırx) manat 13 (on üç) qəpik məbləğində pul alınaraq mülki iddiaçı X5 verilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-14/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-14/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver