Məhkəmə qərarları › İş №1(015)-14/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-14/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-14/2025 23.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Ağstafa rayonu Saloğlu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən avtomobil təmiri sexinin həyətindəki Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyat hissələri yığılmış otağın qarşısına gələrək məftil ilə bağlanmış qapısının məftilini açdıqdan sonra qapını əli ilə açaraq içəriyə qanunsuz daxil olub otaqda olan VAZ markalı avtomobilə məxsus işlək vəziyyətdə olan 1 ədəd 150 manat dəyərində matorun başlıq hissəsi(qalofqa), 01 ədəd 100 manat dəyərində VAZ-2101 markalı avtomobilə məxsus işlək vəziyyətdə dirsəkli val, 01 ədəd 130 manat dəyərində VAZ-2103 markalı avtomobilə məxsus işlək vəziyyətdə dirsəkli val, 01 ədəd 80 manat dəyərində “Mercedes Benz C180” markalı avtomobilə məxsus istismara yararlı karter və 01 ədədi 10 manat olmaqla VAZ markalı avtomobillərin matoruna məxsus işlək vəziyyətdə olan 800 manat dəyərində 80 ədəd porşeni götürüb gedərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1260 manat dəyərində maddi ziyan vurub, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə gecə saatlarında Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən avtomobil təmiri sexinin həyətindəki Zərərçəkmiş şəxs2 məxsus avtomobil ehtiyat hissələri yığılmış otağın qarşısına gələrək bağlı vəziyyətdə olan kilidini sındıraraq içəriyə qanunsuz daxil olub otaqda olan 01 ədəd 100 manat dəyərində GAZ- 24 markalı avtomobilə məxsus işlək vəziyyətdə olan starter, 01 ədəd 80 manat dəyərində VAZ-21063 markalı avtomobilə məxsus işlək vəziyyətdə olan dinamo, 01 ədəd 15 manat dəyərində VAZ-21063 markalı avtomobilə məxsus işlək vəziyyətdə olan babin, 01 ədədinin qiyməti 15 manat olmaqla VAZ-21063 markalı avtomobilə məxsus 20 ədəd 300 manat dəyərində işlək vəziyyətdə olan starterin avtomatı, 01 ədədinin qiyməti 20 manat olmaqla GAZ-24 markalı avtomobilə məxsus 03 ədəd 60 manat dəyərində işlək vəziyyətdə starterin avtomatı, 01 ədədinin dəyəri 20 manat olmaqla Qazel markalı avtomobilə məxsus işlək vəziyyətdə 5 ədəd 100 manat dəyərində starterin avtomatı, 01 ədədinin dəyəri 3 manat olmaqla “Qazel” markalı avtomobilə məxsus yarasız vəziyyətdə 5 ədəd 15 manat dəyərində starterin avtomatı, 80 manat dəyərində 01 ədəd Belarus markalı traktora məxsus işlək vəziyyətdə starterin yakrı, 01 ədədinin dəyəri 5 manat olmaqla Vaz markalı avtomobillərə məxsus 5 ədəd 25 manat dəyərində istismara yarasız olan starterin yakrı, 01 ədədinin dəyəri 40 manat olmaqla “Vaz” markalı avtomobillərə məxsus 5 ədəd 200 manat dəyərində işlək vəziyyətdə olan starterin yakrı və 01 ədədinin qiyməti 25 manat olmaqla “Vaz” markalı avtomobilə məxsus 5 ədəd 125 manat dəyərində işlək vəziyyətdə olan generatorun sarğısını götürüb gedərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1100 manat dəyərində maddi ziyan vurub, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərazində istintaqa dəqiq məlum olmayan tarixdə saat 23 radələrində Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus yaşadığı evin hasarından aşaraq qanunsuz olaraq həyətə daxil olmuş, həyətdə olan çardağa yaxınlaşıb dəmir tordan olan qapısını açaraq çardağın altına qanunsuz daxil olaraq oradan 01 metrinin dəyəri 1 manat 60 qəpik olmaqla Rusiya istehsalı işlək vəziyyətdə 50 metr uzunluğunda 80 manat dəyərində 4 çıxışlı, 4-lük elektrik naqilini, 01 ədədinin qiyməti 20 manat olmaqla Rusiya istehsalı işlək vəziyyətdə 03 ədədi 60 manat dəyərində qazqaynaq cihazının avadanlığını(qarelka), 01 ədədinin dəyəri 4 manat olmaqla 09 ədəd 36 manat dəyərində 32-lik latun başlıq(amerikanka), 01 kiloqramının dəyəri 7 manat 50 qəpik olmaqla 5,25 manat dəyərində 700 qram latun düymələr(qaynaq üçün), 01 ədədinin dəyəri 3 manat 50 qəpik olmaqla 06 ədəd 21 manat dəyərində 25-lik latun başlığı(amerikanka) götürüb gedərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 202 manat 25 qəpik dəyərində maddi ziyan vurub, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus kafenin qarşısına gələrək taxta materialından olan giriş qapısına yaxınlaşıb kafedə heç kimin olmadığına əmin olduqdan sonra kafenin həyətinə qanunsuz olaraq daxil olmuş, həyətdə olan 01 ədəd 2002-ci il buraxılışlı Rusiya istehsalı olan “Pentan” markalı soyuducunun 40 manat dəyərində 01 ədəd matorunu, sonra isə kafenin həyətində saxlanc yeri kimi istifadə edilən otağın məftillə bağlanmış dəmir materialından olan giriş qapısını açıb içəriyə qanunsuz olaraq daxil olub orada olan 01 ədəd 1987-ci il buraxılışlı Rusiya istehsalı olan işlək vəziyyətdə soyuducunun 25 manat dəyərində mis sarğısını, 01 ədəd 1992-ci il buraxılışlı Azərbaycan istehsalı “Çinar” markalı soyuducunun 25 manat dəyərində mis sarğısını, 01 ədədinin qiyməti 30 manat olmaqla 03 ədəd Azərbaycan istehsalı pivə aparatının 90 manat dəyərində mis sarğılarını, 01 ədəd 30 manat dəyərində “Bonn” markalı kondisionerin matorunun mis sarğısını, həyətdə olan digər saxlanc yerinin plastik pəncərəsinə mexaniki təsir edib açmaqla oradan da 01 ədədinin qiyməti 80 manat olmaqla 02 ədəd Azərbaycan istehsalı pivə aparatının 160 manat dəyərində matorlarını, 01 ədəd 30 manat dəyərində Azərbaycan istehsalı “BK 200” markalı kondisionerin matorunu və 01 ədədinin qiyməti 8 manat olmaqla Rusiya istehsallı 5 ədəd 40 manat dəyərində kislarod reduktorunu götürüb gedərək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 440 manat dəyərində maddi ziyan vurub, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx.xx.2024-cü il tarixdə saat 24 radələrində Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs4 məxsus yaşadığı evin həyətində dəmir torun üzərindən aşaraq qanunsuz olaraq daxil olmuş, evin giriş qapısının üzərində olan qıfılı yerdən tapdığı dəmir parçası ilə sındıraraq qapını açıb evə qanunsuz daxil olaraq evin yataq otağındakı stulun üzərində olan əl çantasının içərisindən 320 manat dəyərində nağd pulu, sonra isə mətbəxdəki şkafın üzərindən 01 ədəd 12 manat dəyərində mətbəx bıçağını götürüb gedərək, zərəçəkmiş şəxs Dayandur Həsənova ümumilikdə 332 manat dəyərində maddi ziyan vurub, mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə gecə saat 11-12 radələrində Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən avtomobil təmiri sexinin qapısını açaraq içəriyə daxil olmuş və sağ tərəfdə yerləşənə otaqdan təxminən 30-40 ədəd mis sarğılar götürmüşdür. Daha sonra həmin aliminiumu Qazax şəhərində metal alan bir şəxsə satmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs2 məxsus avtomobil təmiri sexinə dəqiq xatırlamadığı bir tarixdə daxil olmuş və oradan maşın elektrik hissələrini götürmüşdür. Zərərçəkmiş şəxs2 sexindən generatorun sarğısını və yakorları aparmamışdır. Oradan balaca burjunlar aparmışdır. Daha sonra o, xatırlamadığı tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs3 Ağstafa rayonu, Saloğlu qəsəbəsində evinə gecə saatlarında daxil olaraq evin həyətindən latun aparmışdır. Həmin evdən kabel aparmamışdır. Zərərçəkmiş şəxs3 evindən götürdüklərini Tovuz şəhərinə apararaq 70 manata satmışdır. Zərərçəkmiş şəxs2 evindən götürdüklərini Gəncə şəhərindən gələn küçə ticarətçisinə 35 manata satmışdır. X1 Ağstafa rayonu Poylu kəndinə gedən yolun sağ tərəfində yerləşir. Həmin kafeyə xx.xx.2024-cü il tarixdə gecə saat 23 radələrində daxil olaraq orada yerləşən təxminən 3-4 ədəd pivə aparatının mis durbalarının sarğılarını və 1 ədəd işləməyən soyuducunun motorunun mis spirallarını aparmışdır. Kafedən götürdüklərini küçə ticarətçisinə satmışdır. İttihamda yazılmışdır ki, oradan kondisoner aparmış, lakin o, həmin yerdən kondisioner aparmamışdır. Zərərçəkmiş şəxs4 həmkəndlisidir. Onun evinə xx.xx.2024-cü il tarixdə gecə saat 00:00 radələrində daxil olaraq evdə olan qadın çiyin çantasının içərisindən 320 manat pul və 01 ədəd bıçaq götürmüşdür. Pulu da bıçağı da qaytarmışdır. Əməlindən peşmandır. Hazırda səhhətində problemlər var. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, oğlu ilə birlikdə Ağstafa şəhəri R.Alıcanov küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyir. 02 aprel 2024-cü il tarixdə sexə getdikdə görmüşdür ki, sexdə olan onların işlədiyi otağın qıfılı sınmış və içəri girilmişdir. Sexdən 1 ədəd 100 manat qiyməti olan QAZ 24 markalı olan maşının startyoru, 1 ədəd 80 manat dəyərində VAZ63 markalı maşına məxsus işlək vəziyyətdə olan dinamo, VAZ 2106 markalı maşının dinamosu, 1 ədəd 15 manat dəyəri olmaqla, 20 ədəd 300 manat dəyəri olan startyorun avtomatı, Qaz 24 markalı maşına məxsus 3 ədəd 60 manat dəyəri olan startelin avtomatı, 1 ədədi 20 manat dəyəri olan QAZ24 markalı maşına məxsus 5 ədəd 100 manat dəyərində olan startelin avtomatı, 15 manat dəyəri olan yararsız olan startelin avtomatı, 80 manat qiyməti olan 1 ədəd Belarus markalı traktora məxsus startelin yakoru, 5 ədəd 25 manat dəyərində istismara yararsız olan stertelin yakoru, 40 manat olan 5 ədəd startelin yakoru, Vaz21 markalı 5 ədəd 125 manat dəyərində generatorun sarğısı götürülmüşdür. Əşyalar qayıdıb, lakin yararsızdırlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, qaynaqçı işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Hadisənin tarixi dəqiq yadında deyil. Səhər saatlarında yoldaşı orucunu açan vaxt pərdəni aralayıb həyətə baxanda ona demişdir ki yol qapıları açıqdır. O da tez durmuş, gedəndə görmüşdür ki, qapılar açıqdır. Bu əvvəl də onların başına gəldiyi, artıq üçüncü dəfə olduğu üçün o anlamışdır. Talvarın altına baxanda görmüşdür ki, hər şey tökülüb dağılmışdır. Sarı latunlar yoxa çıxmışdır. Daha sonra yola qaçmış, lakin artıq gec olmuşdur. Oğru yenicə çıxmışdır. Bir dənə də qaynaq sarğısı ayaq altında qalmışdır. Görünür ki, oğru tələsik çıxmış, 6 kiloluq sarı sim qalmışdır. Təqsirləndirilən şəxs onun istifadə etdiyi bütün alətləri götürmüşdür. Daha sonra polisə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 40 ildir Saloğlu kəndində müəllim işləyir. Həmçinin həyat yoldaşı da müəllim işləyir. Təxminən 3 ildir ki, pensiyaya çıxmışdır. Ağstafa şəhərində oğlunun evi var. Bazar günləri həyat yoldaşı ilə oğlunun evinə gedirlər. 2024cü il may ayının 27-si günü dərs qurtarmış, o, yenə həyat yoldaşını götürüb oğlunun evinə getmişdir. Həmin günü o, xəstələnmişdir. Oğlu hərbçidir. 1-ci günü oğlu yoldaşını evə aparmış, yarım saat keçməmiş oğlu ona zəng eləmişdir ki, evdə qıfılı sındırıblar. O, oğluna bildirmişdir ki, heç nəyə toxunmasın, gəlib onu götürsün və gedib sahə müvəkkilinə xəbər versinlər. Daha sonra gedib sahə müvəkkilinə xəbər vermişlər. O, da onlarla birlikdə hadisə yerinə gəlmişdir. Qapının qarşısında iki dənə ayaq izləri qalmışdır. Sahə müvvəkkili ayaq izlərinə baxan kimi demişdir ki, bu ayaq izləri ona tanışdır. Ondan oğurluq edənin kim olduğunu soruşduqda, sahə müvəkkili ona oğurluq edənin kim olduğunu araşdıracaqlarını bildirmişdir. 1 saatdan sonra ona zəng eləmişdir ki, oğrunu tapmışlar. Onun kim olduğunu soruşduqda ona həmkəndliləri Yaşarın olduğunu bildirmişdir. Yoldaşının çantasında 350 manat pulu olmuş, ona bildirmişdir ki, pul çantada yoxdur. Evin arxa tərəfində qarajları var. Qaraja girəndə görmüşdür ki, orada olan köhnə soyuducunun hissələri, maşınının ehtiyat hissələri yoxdur. Təqsirləndirilən şəxs hətta aristonun kabellərini söküb çıxarmışdır. Bir sözlə dəmir metal əlinə nə keçibsə hamısını aparmışdır. Sonra da zəng edib bildirmişdir ki, o, aparmış ehtiyaclarına xərcləmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, Ağstafa şəhəri R.Alıcanov küçəsində avtomobil təmiri sexi var. Həmin sexdə özü əvvəllər avtomobil mühərriklərinin təmirini həyata keçirir. Səhhəti ilə əlaqədar olaraq təxminən 1 il olar ki, işləmir. Həmin sexdə Ağstafa rayon Poylu kənd sakinləri Zərərçəkmiş şəxs2 və X6 işləyir. Bildirir ki, həmin sex 5 təmir otağından ibarətdir. Həmin otaqlardan 3 otaqda ona məxsus işlənmiş avtomobil ehtiyat hissələri yığılmışdır. Həmin otaqdan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə VAZ-2101 markalı avtomobilə məxsus işlək vəziyyətdə olan 1 ədəd matorun başlıq hissəsi (qalofqa), VAZ-2101 markalı avtomobilə məxsus dirsəkli val, VAZ-2103 markalı avtomobilə məxsus 01 ədəd dirsəkli val, “Mercedes Benz C180” markalı avtomobilə məxsus 01 ədəd istismara yararlı karter və VAZ markalı avtomobillərin matoruna məxsus işlək vəziyyətdə olan 80 ədəd porşen Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Qeyd edir ki, həmin otağın giriş qapısının kilidi yox imiş, həmin qapını məftil ilə bağlayırmış. Təqsirləndirilən şəxs həmin məftili açaraq içəri daxil olubdur. Axırıncı dəfə hadisədən 2 gün əvvəl ehtiyat hissələrinin həmin otaqda olduğunu yoxlayıbmış. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Ağstafa şəhər R.Alıcanov küçəsində özünə məxsus kafe işlədir. Kafeni bir il olar ki, bağlayıbmış, fəaliyyətini dayandırmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdən bu günə kimi oğlu Eyvaz ilə kafedə təmizlik işləri görmüş və kafeni işə salacaqmış. xx.xx.2024-cü il tarixdə kafeyə gələndə görüb ki, kafenin otaqlarının qapısı və pəncərələri açıq vəziyyətdədir. Kafeyə özü baxış keçirəndə kafenin həyətinə quraşdırdığı 1 ədəd soyuducunun matorunun mis sarğısı sökülərək aparıldığını görmüşdür. Otaqlara baxanda isə otaqda olan 2 ədəd soyuducunun mis sarğısı, 3 ədəd pivə aparatının sarğısı, 2 ədəd pivə aparatının matoru, 1 ədəd kondisionerin matoru və 5 ədəd reduktorun yerində olmadığını görmüşdür. Ona görə də xx.xx.2024-cü il tarixdə AR DİN 102 xidmətinə zəng vuraraq kafedən oğurluq olmasını bildirmişdir. Ağstafa RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək onun ərizəsini alaraq araşdırma aparmağa başlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Dondar Quşçu kəndində metal qəbulu işi ilə məşğul olur. Təqsirləndirilən şəxs satmaq üçün 6 kilo 700 qram mis gətirmişdir. Kilosu 10 manat olmaqla ona 67 manat pul vermişdir. Təqsirləndirilən şəxsin adını yazmış, lakin o, şəxsiyyət vəsiqəsini verməmişdir. Həmin misi satmamış, maddi sübut kimi polisə təhvil vermişdir. Ona usta olmasını və sənədi gətirəcəyini bildirmiş, o da inanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Qazax rayonu, Çinardibi adlanan yerdə metallom sexində işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi yerə mis, 1 kilo latun və 16 kilo dəmir gətirib satmış, o da, bunun qarşılığında ona 102 manat pul vermişdir. Oğurluq hadisəsi ilə bağlı sex sahibi polis əməkdaşları ilə birlikdə gəldikdə məlumatı olmuşdur. Metalı maddi sübut kimi polisə vermiş, lakin mis ilə latunu artıq satmışdır. Təqsirləndirilən şəxsi ilk dəfə həmin gün görmüşdür. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər səyyar metal alqı-satqısı ilə məşğul olurmuş, lakin pulu olmadığı üçün bir neçə ay olar ki, işini dayandırmışdır. 2024-cü ilin aprel ayının əvvəllərində, Ağstafa rayonu Saloğlu qəsəbəsində olarkən tanımadığı şəxs ona yaxınlaşıb satılıq dəmirləri olduğunu və satmaq istədiyini bildirmişdir. Dəmir alan da onunla razılaşmış, bundan sonra həmin şəxs 2 ədəd qırmızı və yaşıl rəngli torbalarla boruları gətirib ona göstərmişdir. Adını ilk əvvəl ona deməyən şəxsə ona alacağı əşyaları şəxsiyyət vəsiqəsi ilə alacağını bildirmişdir. Bundan sonra həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Onun adı Təqsirləndirilən şəxs kimi yazılmışdır. Torbaları açıb içərisinə baxmış və tərəziyə qoymuşdur. Yaşardan aldığı metalların çəkisi dəqiq olaraq yadında qalmayıbdır. Ondan aldığı metallar üçün Yaşara ümumi olaraq 36 manat pul vermişdir, həmin əşyaları götürüb getmişdir. Bundan sonra ərazinin polis əməkdaşlarına məlumat vermişdir. Təqsirləndirilən şəxs aldığı əşyaları təhqiqata təqdim etmişdir. İş üzrə şahid olan Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqında elan olunmuş ifadələrindən görünür ki, onlar zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən X2 məxsus avtomobil təmiri sexinə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Nizami Hüseynov ona məxsus sexə yığmış olduğu ehtiyat hissələrinin olduğu yerləri göstərmiş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus avtomobil təmiri sexinə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs2 ona məxsus sexə yığmış olduğu ehtiyat hissələrinin olduğu yerləri göstərmiş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus qaynaq-dəmir sexinə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs3 ona məxsus yaşadığı evin həyətində olan sexə yığmış olduğu qaynaq avadanlıqları və naqillərin olduğu yerləri göstərmiş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus kafeyə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs5 ona məxsus kafedə olan mis materialından olan hissələrinin söküldüyü soyuducu və pivə aparatlarının olduğu yerləri göstərmiş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs4 ona məxsus yaşadığı evin yataq otağındakı içərisində pul olan çantanın və bıçağın olduğu yerləri göstərmiş, bununla əlaqədar fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Xəlilov X7 şəhəri, R.Alıcanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus sexdən avtomobil ehtiyat hissələrini oğurlayaraq Qazax şəhərində yerləşən metal qəbulu məntəqəsinə satdığı 35 ədəd ehtiyat hissəsi olan starter(hissələri ilə) və 04 ədəd babin(hissələri ilə) iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən baxış keçirilib qablaşdırılmaqla götürülmüş, bununla əlaqədar protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Xəlilov X7 şəhəri, R.Alıcanov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus sexdən avtomobil ehtiyat hissələrini oğurlayaraq Tovuz şəhərində yerləşən metal qəbulu məntəqəsinə satdığı soyuducu və pivə aparatlarının üzərindən sökdüyü müxtəlif ölçülərdə mis boru iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən baxış keçirilib qablaşdırılmaqla götürülmüş, bununla əlaqədar protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Xəlilov X7 rayonu Saloğlu qəsəbəsində yerləşən Bayram İsmayılova məxsus dəmir qaynaq sexindən oğurlayaraq yaşadığı kənd ərazisində səyyar dəmir alışı ilə məşğul olan şəxsə satdığı 11 ədəd latun başlıq, 01 ədəd qaz qaynaq cihazı başlığı və 1,580 qram çəkidə mis naqil içliyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən baxış keçirilib qablaşdırılmaqla götürülmüş, bununla əlaqədar protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs onun iştirakı ilə Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdən oğurladığı 01 ədəd bıçağa baxış keçirilən zaman həmin bıçağın Zərərçəkmiş şəxs4 evindən oğurladığı bıçaq olduğunu təsdiq etmişdir. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/3220 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 27 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2910,50 manat müəyyən olunur. O cümlədən: Zərərçəkmiş şəxs1 məxsus mallar-1260,00 manat: Zərərçəkmiş şəxs2 məxsus mallar -1100,00 manat: Zərərçəkmiş şəxs3 məxsus mallar-150,50 manat: Zərərçəkmiş şəxs5 məxsus mallar-400,00 manat: Digər 3 adda mallar haqqında kifayət qədər məlumat (markası,təyinatı və.s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 16/675 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq əldəqayrılma üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü ildə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 05 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.23-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(015)-13/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni, 03 avqust 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 4(015)-13/2024 saylı qərarı ləğv olunmuş və onun barəsində istintaq müddətinin sonunadək yəni 03 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Mahizər və xx.xx.2013-cü il təvəllüdlü Aytac adlı uşaqları var. İş materiallarından görünür ki, İsmayılova (Xəlilova) Mahizər Yaşar qızı adlı uşaq xx.xx.2012-ci il tarixdə Ağstafa şəhərində anadan olmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi vaxtı əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 09 günlük hissəsindən azad edilmiş, qeyd olunan 05 ay 09 gün günlük çəkilməmiş cəza müddəti başa çatmadan yenidən qəsdən az ağır cinayət törətmişdir, bu da cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları olmasını, törətdiyi cinayətləri qismən etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, dəymiş ziyandan bir qismini qaytarmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır, xüsusilə ağır cinayət törətdikdə məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir, ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Yuxarıdakılara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 05 ay 09 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş cəzaya, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 09 günlük hissəsi qismən birləşdirilməli, ona qəti cəza təyin edilməli, o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 04 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs5 məxsus 89 ədəd müxtəlif ölçülərə mis borular Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 məxsus 11 ədəd (08 ədədi 32-lik, 03 ədədi 25-lik) latun başlıq, 01 ədəd qaz qaynaq cihazı başlığı, 1580 qram çəkidə mis naqil içliyi Zərərçəkmiş şəxs3, 01 ədəd Zərərçəkmiş şəxs4 məxsus bıçaq Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 35 ədəd avtomobil ehtiyat hissəsi olan starter (sökülmüş hissələri ilə birlikdə), 04 ədəd babin (sökülmüş hissələri ilə birlikdə) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmalı, iş üzrə məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 05 (beş) ay 09 (doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 09 (doqquz) günlük hissəsi qismən birləşdirilsin, o qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs5 məxsus 89 ədəd müxtəlif ölçülərə mis borular Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 məxsus 11 ədəd (08 ədədi 32-lik, 03 ədədi 25-lik) latun başlıq, 01 ədəd qaz qaynaq cihazı başlığı, 1580 qram çəkidə mis naqil içliyi Zərərçəkmiş şəxs3, 01 ədəd Zərərçəkmiş şəxs4 məxsus bıçaq Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 35 ədəd avtomobil ehtiyat hissəsi olan starter (sökülmüş hissələri ilə birlikdə), 04 ədəd babin (sökülmüş hissələri ilə birlikdə) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar