Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-15/2024 16.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Qazax rayonunun Oraq-Çəkic kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək 2020-ci ilin oktyabr ayının istintaqa məlum olmayan tarixində və saatda Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Zərərçəkmiş şəxs2 və sonuncunun oğlu Şahid2 ilə Ağstafa rayonu Qaçaq Kərəm kəndində yaşadıqları evin qarşısında, küçədə görüşərək ailəsinə məxsus 10 sot pay torpaq sahəsini Zərərçəkmiş şəxs2 satmağa inandırıb ondan torpağı satmaq müqabilində 1550 manat pulunu Şahid2 vasitəsi ilə alıb, sonradan işin həlli istiqamətində hər hansı bir hərəkət etməyərək və müxtəlif bəhanələrlə pulun qaytarılmasından imtina edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 1550 manat məbləğində pulunu etibarından sui-istifadə edib aldadaraq ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək Ağstafa rayonu Qaçaq Kərəm sakini Zərərçəkmiş şəxs1 oğlu - Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyə inandırıb istintaqa məlum olmayan şəxsə vermək adı ilə Zərərçəkmiş şəxs1 işin düzəlməsi müqabilində sonuncunun yaşadığı Qaçaq Kərəm kəndindəki evinin yaxınlığında, küçədə istintaqa məlum olmayan saatlarda xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022ci il tarixdə 800 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 1600 manat, xx.xx.2022-ci il tarixdə 840 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat pulu nağd şəkildə almaqla, 16 avqust 2022-ci il tarixdə, saat 13:54-də “işi düzəldən” şəxsə göndərmə adı ilə aldadaraq Ağstafa rayonunun Xətai kəndində yerləşən ödəniş terminalından təqdim etdiyi Zərərçəkmiş şəxs1 məlum olmayan həqiqətdə isə həyat yoldaşı Şahid3 məxsus Azərbaycan Beynəlxalq Bankına aid ******************** hesab nömrəsinə 1000 manat, 12 oktyabr 2022-ci il tarixdə saat 10:10-da həmin ödəniş terminalından həmkəndlisi Şahid4 416974******0034 nömrəli Kapital bank kartına 250 manat, 12 oktyabr 2022-ci il tarixdə, saat 13:31-də Şahid4 həmin kartına eyni terminaldan 160 manat pulu göndərtdirərək sonradan həmin pulları qeyd edilən şəxslərdən özü götürməklə, eyni zamanda 25 avqust 2022-ci il tarixdə, saat 14:39-da həmin ödəniş terminalından 250 manat pul borclu olduğu həmkəndlisi Şahid6 510307******3169 nömrəli Kapital bank kartına 250 manat pulun Zərərçəkmiş şəxs1 tərəfindən göndərilməsinə nail olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun cəmi 11500 manat pulunu aldadaraq ələ keçirib sonradan işin həlli istiqamətində hər hansı bir hərəkət etməyərək və müxtəlif bəhanələrlə pulun qaytarılmasından imtina edərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağstafa rayonunun Qaçaq Kərəm kəndində yaşayır. Zərərçəkmiş şəxs2 qonşusudur. Zərərçəkmiş şəxs2 oğlu ilə aralarında torpaq sahəsi barəsində söhbətləri olmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs2 oğluna kənddə yerləşən 10 sot torpaq sahəsini satacağını demiş, bununla bağlı razılaşmışlar. 2020-ci ilin oktyabr ayında, xatırlamadığı gündə və saatda Sevil ilə oğlu kənddə onun yaşadığı evin qarşısına, küçəyə gəlmiş, onunla görüşmüş, o, Sevilin oğlundan torpaqla bağlı Sevili aldadaraq 1550 manat pul almış, lakin qeyd olunan 10 sot torpağı Sevilə və sonuncunun oğluna satmamışdır. Bundan başqa, digər Zərərçəkmiş şəxs1 o, borc kimi hissə-hissə 4000 manata yaxın pul almış və pulun çox hissəsini qaytarmışdır. Sonda 700 manat borcu qalmış, Müslüm ona bildirmişdir ki, 100 manata 25 manat faizi var, o da razı olmuşdur. O, faizi bir-iki dəfə vermiş, daha sonra verməmişdir. Zərərçəkmiş şəxs1 oğlunu işə düzəltməsi üçün ona birdəfəlik 11000 manat pul verməmiş, ayrı-ayrı vaxtlarda hissə-hissə Müslümdən sələmə pul götürmüş, pulun da çox hissəsini Müslümə qaytarıb ödəmişdir. Zərərçəkmiş şəxs2 üzrxahlıq etmiş, lakin pulu olmadığı üçün Sevilin pulunu qaytara bilməmişdir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Onun Dİlqəmlə və Dilqəmin ailə üzvləri ilə münasibətləri normal olmuşdur. Dİlqəmin onu aldadıb pulunu almasından bir müddət əvvəl, işdən qayıdan vaxt Dilqəmin onun oğlu ilə söhbət etməsini görmüş, onları evə dəvət etmiş, Dilqəm söhbət edib gedəcəyini bildirmişdir. Daha sonra oğlundan Dilqəm ilə nə barədə danışdığını soruşduqda, oğlu Dilqəmin ona arvadının ağır xəstə olmasını, onu Bakıya aparmaq üçün özünə məxsus torpaq sahəsini 1600 manata satmasını dediyini bildirmişdir. O da, Dilqəmə məxsus torpaq sahəsini almaq fikri ilə razılaşmışdır. Sonra bankdan kredit götürmüş, 2020-ci ilin oktyabr ayının xatırlamadığı günündə və saatında Dilqəmlə yaşadığı evin qarşsında görüşmüşlər. Orada oğlu da yanlarında olmuşdur. Dİlqəm ona 10 sot torpağını 1550 manata satacağını deyib onu inandırmış, onlar da Dilqəmə 1550 manat pul vermişlər. Dilqəmə verdikləri pul oğlunun deyil, özünün olmuşdur. Sonradan Dilqəm tərəfindən aldadıldığını bilmişdir. Dilqəm ona dəymiş ziyanı ödəməmişdir, odur ki, təqsirləndirilən şəxslə barışmır, ona ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq işsizdir və qəbir üstə gedib pul qarşılığında dua oxuyur. Dilqəm ona bacanağının Fövqəladə Hallar Nazirliyində tanışının olmasını və onun oğlu Şahid1 həmin qurumda işə düzəldəcəyini bildirmişdir. Dilqəm həmin şəxslərin işin düzəlməsi üçün “şirinlik” istəməsini bildirmiş, o da 27 avqust 2022-ci il tarixdə günorta radələrində Dilqəmə yaşadığı Ağstafa rayon Aşağı Kəsəmən kəndində yerləşən evinin içində 1000 manat pul vermişdir. Daha sonra 08 sentyabr 2022-ci il tarixdə ona təkrar 1500 manat pul vermişdir. Bəzən də Dilqəm ona dostunun mağazada işləməsini, həmin mağazadan özünün pulu götürüb verməsini və ona da pulu həmin mağazaya verməsini bildirmiş o da Dilqəmin dediyi kimi etmişdir. Dilqəm onu aldatdıqdan sonra oğlu işlədiyi işdən çıxmışdır. Dilqəm ona cəmi 4 qəbz vermişdir. Sonradan Dilqəmin ona yalan danışdığını hiss edərək onun səsini telefonla yazmışdır. 2022-ci ilin avqust ayının sonlarından oktyabr ayına kimi Dilqəmə hissə-hissə olmaqla cəmi 11500 manat pul vermişdir və bu barədə o, qeydlər dəftərində qeyd aparmışdır. Sonuncu dəfə Dilqəmə oktyabr ayında pul vermişdir. Ona dəymiş ziyan ödənməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, sonuncudan şikayətçidir. Məhkəmədən mülki iddianın təmin olunmasını və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. O, 2019-cu ildən 2022-ci ilin oktyabr ayına kimi Daxili Qoşunlarda işləmişdir. Atasına ona rayonda iş tapmasını, əgər iş tapa bilmirsə burada qalıb işləməsini bildirmiş, atası isə ona Dilqəm adında bir şəxs olmasını və həmin şəxsin ona bacanağının “Azqranatda” işləməsini, əlaqələri olmasını və Fövqəladə Hallara işə düzəltməsini deməsini bildirmişdir. O da atasına Dilqəm ilə danışmasını bildirmişdir. Rayona gəldikdə təxminən iyul ayında Təqsirləndirilən şəxs ilə parkın içində çayçıda oturub söhbət etmiş, Dilqəm ona narahat olmamasını və xidmət vaxtı bitdikdə həmin vaxtı uzatmamasını, həmin vaxta kimi işə düzələcəyini bildirmişdir. Daha sonra Dilqəm ondan hərbi biletinin, şəxsiyyət vəsiqəsinin sürətini, kənd sovetindən arayış almasını və həmin sənədləri Fövqaladə Hallar Nazirliyinə veriləcəyini bildirmişdir. O da həmin sənədlərin kserokopiyasını və arayışı Təqsirləndirilən şəxs özünə vermişdir. Xidmət vaxtı bitdikdə o, vaxtını uzatmamışdır. Daha sonra Təqsirləndirilən şəxs onun atasına və ona yalan vədlər verərək atasından pul almış, onu isə işə düzəltməmişdir. Atası Dilqəmi maraqlandıqda ona həmin şəxsin yalançı olduğunu demişlər. Bundan sonra o, Dilqəmin atası və onunla danışıqlarını telefonla yazmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 (Məmmədova) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı olmuşdur, bir uşaqları var, lakin hazırda rəsmi qaydada boşanmışlar. Həmin vaxtı Dilqəm qonşunun evində fəhləlik edirmiş. Dilqəm ona ev sahibinin Bakıda olmasını və onun əmək haqqını karta yükləyəcəyini, kartını ona verməsini bildirmiş, o da kartı Dilqəmə vermiş, daha sonra Dilqəmlə birlikdə gedib kartdan 1000 manat pulu çıxarıb ona vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 arvadı ondan işə düzəltmə məsələsi barədə soruşduqda ona bu iş barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun anasıdır. O, kənd təsərrüfatı ilə məşğuldur, belə ki kənd camaatından icarəyə torpaq sahəsi götürür. Təqsirləndirilən şəxs ilə həmkəndlidirlər. Ona bir nəfər Dilqəmin torpaq sahəsini satmasını dedikdə, Dilqəm ilə danışmış və gedib birlikdə torpaq sahəsinə baxmışlar. Dilqəm onun anasını aldadıb torpağı satacağını deyərək 2020-ci ilin oktyabr ayında anasının 1550 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Dilqəm onun qonşusudur. Dilqəm ona 12 oktyabr 2022-ci il tarixdə Bakıdakı qohumlarından bir nəfərin ona pul göndərəcəyini və kartını ona verməsini xahiş etmişdir. Bundan sonra bir gündə iki dəfə onun kartına pul yüklənmiş, o da pulu çıxararaq Dilqəmə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. O, Təqsirləndirilən şəxs borc olaraq 270 manat pul vermiş, bir müddətdən sonra Dilqəm ondan kartını istəmiş və borcunu qaytaracağını bildirmişdir. Daha sonra onun kartına 250 manat pul göndərmiş, o da Dilqəmə qalıq qalan 20 manatı istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs Müslüm ona oğlunun ondan oğlunu işə düzəltmək adı ilə pul almasını və qaytarmasını bildirdikdə o, bu işdən xəbərinin olmamasını aralarındakı mübahisəsini özlərinin həll etməsini bildirmişdir. Oğlunun kiməsə torpaq satmasından və ya kimisə işə düzəltməsindən əvvəllər xəbəri olmamışdır. İş üzrə şahid olan Şahid7 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Dilqəm onlarla bir evdə yaşayır. Oğlu Dilqəm arvadı Şahid3 rəsmi olaraq boşanmışlar, Leyla hazılrda azyaşlı oğlu ilə birlikdə kəndlərində öz atası evində yaşayır. O. oğlu Dilqəmin həmkəndliləri Zərərçəkmiş şəxs1 aldadaraq onun oğlu İbrahimi işə düzəltmək adı ilə 11500 manat pulunu alaraq işi düzəltmədiyini və pulunu qaytarmadığı barədə məlumatı olmuşdur. Belə ki, 2022-ci ilin qış ayında Zərərçəkmiş şəxs1 öz həyat yoldaşı ilə birlikdə onun evinə gəlmişlər. Müslüm həmin vaxt onlara demişdi ki, oğlu X1 işə düzəltmək adı ilə Müslümü aldadıb 11500 manat pulunu almışdır, lakin işi düzəıltməmiş, pulunu da qaytarmamışdır. Mən və evdə olan həyat yoldaşı İliş Müslüm və həyat yoldaşına demişlər ki, onların bu işdən xəbərləri yoxdur, Dilqəmin də əvəzinə verməyə pulları yoxdur. Müslüm həmin vaxt çıxıb getmişlər. Həmin vaxtdan da bir daha onların evinə gəlməmişlər. O, təxminən bir il əvvəl gedib qonşuları Şahid4 demişdir ki, qohumu pul göndərmək istəyir, lakin kartı yoxdur. O, Zaurdan xahiş etmişdir ki, kartının kodunu ona desin, qohumu pulu həmin karta yükləsin. Zaur da etiraz etməmiş, öz əmək haqqı kartının kodunu ona demişdir. O, kartın kodunu Zaurdan alandan bir iki gün sonra qohumu Bəsti həmin karta pul göndərmişdir. Oğlu Dilqəm gedib həmin pulu Zaurla birlikdə bankomatdan çıxdarıb ona vermişdir. Bir neçə gün sonra qohumu Bəsti yenə Zaurun kartına pul göndərmişdir. Qohumu Bəsti iki dəfə Zaurun kartına cəmi 1300 manat pul göndərmişdir. Oğlu Dilqəm də gedib həmin pulu Zaurun kartından çıxarıb gətirib ona vermişdir. Bundan sonra bir daha qohumu Bəsti Zaurun kartına pul pul göndərməmişdir. O, yalnız Zaurun əmək haqqı kartına qohumu Bəsti tərəfindən 1300 manat pul göndərilməyindən xəbəri, məlumatı olmuşdur. Başqa kimlərinsə həmin karta pul göndərməyindən məlumatı olmamışdır. İş materiallarında olan X9 Səhmdar Cəmiyyətdən daxil olmuş 22 iyun 2023-ci il tarixli, 2023/111/5004 nömrəli məkub, ödəniş kartı üzrə çıxarış və diskə baxış zamanı Şahid4 məxsus 4169 74** ***0034 nömrəli VSDC Elektron Salery növlü əmək haqqı kartından pul çıxarışı olunan zaman bankomat video görüntülərin əks olunduğu şəxslərin Təqsirləndirilən şəxs və Şahid4 olduğu olduğu və Şahid4 məxsus 4169 74** ***0034 nömrəli VSDC Elektron Salery növlü əmək haqqı kartından cəmi 410 manat pul və Şahid6 məxsus 5103 07** ****3169 nömrəli VSDC Elektron Salery növlü əmək haqqı kartından pul çıxarışı olunan zaman bankomat video görüntülərin əks olunduğu şəxsin Şahid6 olduğu Şahid6 məxsus 5103 07** ****3169 nömrəli VSDC Elektron Salery növlü əmək haqqı kartından 250 manat pul çıxarılması müəyyən edilmişdir. İş materiallarında olan X7 Səhmdar Cəmiyyətdən daxil olmuş 23 iyun 2023-ci il tarixli, 6-2-70/2-19/2023 nömrəli məkub, ödəniş kartı üzrə çıxarış və diskə baxış zamanı Şahid3 məxsus 5103 07** ***3169 nömrəli kartından pul çıxarışı olunan zaman bankomat video görüntülərin əks olunduğu şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olduğu olduğu və Şahid3 məxsus 5103 07** ***3169 nömrəli kartından 1000 manat pul çıxarılması müəyyən edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və 500 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Ağstafa rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 124471/2019 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı və 500 manat cərimə cəzasını ödədiyi üçün xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cəmi 04 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən hal-hazıradək həbsdə saxlanılır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özlərini qismən təqsirli bilməsini, X2 oğlunu işə düzəltmək üçün 11500 manat pul almamasını, ondan az miqdarda hissə-hissə pul almasını və zərərçəkmişin ona pulu faizlə verməsini bildirmişdir. Lakin cinayət işinin materiallarında olan diskə baxış zamanı o, Zərərçəkmiş şəxs1 oğlu və özü ilə söhbətlərində Müslümdən pul almasını və həmin pulu vədlər verərək qaytaracağını bildirmişdir. Qeyd edilənlər zərərçəkmiş şəxslər, şahid ifadələri, işdə olan digər sənədlərlə, eləcə də digər istintaq hərəkətləri ilə inkar edildiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşmaqla onu özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 mülki iddia verərək Təqsirləndirilən şəxs 11500 manat məbləğində pulun və 124,90 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə həmçinin mülki iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, hazırkı cinayət mühakimə icraatında mülki iddia Аzərbaycan Respublikası CPM-nin 181, 183, 187-ci maddələrində göstərilən əsaslarla və qanunun tələblərinə tam əməl edilməklə verilmiş və həmin mülki iddiaya cinayət mühakimə icraatında baxılıb mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər əsaslar vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 11500 manat maddi zərər vurulduğundan, mülki iddia təmin edilməli, 11500 manat məbləğində pul və 124,90 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı olan Zərərçəkmiş şəxs1 ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu cəmi 04 gün təyin ediləcək cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 11500 manat məbləğində pul və 124,90 manat manat dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməli, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, işə əlavə edilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 11500 (on bir min beş yüz) manat məbləğində pul və 124 (bir yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik dövlət rüsumu tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-15/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-15/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver