Məhkəmə qərarları › İş №1(015)-16/2023

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-16/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-16/2023 20.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 308.1 və 309.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, o, Ş. Abadov adına Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, dərnək rəhbərini təyin etmək və azad etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi 2019/2020 tədris ilində direktor vəzifəsində işlədiyi müddətdə xx.xx.2019-cu il tarixli, 58 nömrəli əmrlə həmin məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Şahid2 adına 2019/2020 tədris ilində rəsmiləşdirilmiş azərbaycan dili və ədəbiyyat fənnindən 10 və 11-ci siniflərdə, hər birində 2 saat olmaqla ayda cəmi 4 saat fakultətiv məşğələ dərsinə görə 1386,66 manat, həmin məktəbin digər azərbaycan dili və ədəbiyyat müəllimi olan Şahid6 adına 2019/2020 tədris ilində rəsmiləşdirilmiş azərbaycan dili və ədəbiyyat fənnindən 9a sinfində aylıq 1 saat fakultətiv məşğələ dərsinə görə cəmi 396,66 manat, həmin məktəbin ingilis dili müəllimi olan Zərərçəkmiş şəxs5 adına 2019/2020 tədris ilində rəsmiləşdirilmiş ingilis dili fənnindən 6b sinfində aylıq 3 saat dərnək məşğələsinə görə cəmi 846 manat olmaqla ümumillikdə 2629,32 ( iki min altı yüz iyirmi doqquz manat, otuz iki qəpik) manat məbləğində pulun, sonuncular tərəfindən dərnəklərin faktiki olaraq keçirilmədiyini bilə-bilə vəzifəli şəxs kimi həmin dərnəklərin fəaliyyətini dayandırmalı olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə tamah niyyətilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, yəni dərnəklərin fəaliyyətini dayandırmayaraq aylar üzrə fakültativ məşgələ və dərnəklər üçün dövlət tərəfindən yuxarıda qeyd edilən məbləğdə ayrılmış vəsaitin sonuncular tərəfindən yuxarıda göstərilən illərin müxtəlif ay və günlərində, istintaqa məlum olmayan saatlarda məktəbdə olan xidməti otağında ona verilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlətə məxsus əmlakı mənimsəyərək talamış və dövlətin qanunla qorunan mənafələrinə, yəni təhsil verənlər arasında qanunçuluğa olan inamın sarsılmasında ifadə olunan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, Ş. Abadov adına Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru olaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixli, 58 nömrəli əmrlə rəsmiləşdirilmiş 2019/2020 tədris ilində Şahid12 tərəfindən 9a sinfində aylıq 1 saat riyaziyyat fənnindən dərnək məşğələsinə görə 198,33 manat, Şahid14 tərəfindən 11b sinfində aylıq 2 saat coğrafiya fənnindən dərnək məşğələsinə görə 396.66 manat və 7b sinfində aylıq 3 saat coğrafiya fənnindən fakultətiv məşğələ dərsinə görə 423 manat, Şahid9 tərəfindən 9b sinfindən aylıq 2 saat riyaziyyat fənnindən dərnək məşğələsinə görə 396.66 manat və 8a sinfində aylıq 3 saat fakultətiv məşğələ dərsinə görə 423 manat, Şahid18 tərəfindən 7a sinfində aylıq 3 saat tarix fənnindən dərnək məşğələsinə görə 423 manat, Şahid20 tərəfindən 8b sinfində aylıq 3 saat fizika fənnindən dərnək məşğələsinə görə 423 manat, X5 tərəfindən 6a sinfində aylıq 3 saat texnologiya fənnindən dərnək məşğələsinə görə 390 manat vəsait alınmasına baxmayaraq sonuncular tərəfindən həmin dərnək və fakültətiv məşğələ dərslərinin faktiki olaraq keçirilmədiyini bilə-bilə vəzifəli şəxs kimi həmin dərnək və fakültativ məşgələlərin fəaliyyətini xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni onların qazanc əldə etməsi niyyəti ilə dayandırmayaraq ayrılmış ümumilikdə 3073,65 manat ( üç min yetmiş üç manat, altmış beş qəpik) məbləğində pulun adları yuxarıda qeyd edilən müəllimlər tərəfindən yuxarıda göstərilən illərin müxtəlif ay və günlərində, istintaqa məlum olmayan saatlarda alınmasına şərait yaratmaqla təkrarən, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlətə məxsus əmlakı israf etməklə talamış və dövlətin qanunla qorunan mənafələrinə, yəni təhsil verənlər arasında qanunçuluğa olan inamın sarsılmasında ifadə olunan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, Ş. Abadov adına Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, dərnək rəhbərini təyin etmək və azad etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi 2020/2021 tərdis ilində direktor vəzifəsində işlədiyi müddətdə xx.xx.2020-ci il tarixli, 45 nömrəli əmrlə həmin məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Şahid2 adına 2020/2021 tədris ilində rəsmiləşdirilmiş azərbaycan dili və ədəbiyyat fənnindən 5b sinfində ayda 3 saat dərnək məşğələsinə görə cəmi 780 manat, həmin məktəbin digər azərbaycan dili və ədəbiyyat müəllimi olan Şahid6 adına 2020/2021 tədris ilində rəsmiləşdirilmiş 7b sinfində aylıq 3 saat dərnək məşğələsinə görə cəmi 846 manat vəsaitin sonuncular tərəfindən dərnəklərin faktiki olaraq keçirilmədiyini bilə-bilə vəzifəli şəxs kimi həmin dərnəklərin fəaliyyətini dayandırmalı olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə tamah niyyətilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, yəni dərnəklərin fəaliyyətini dayandırmayaraq hər birindən aylar üzrə dərnəklər üçün dövlət tərəfindən ayrılmış, ümumillikdə 1626 (min altı yüz iyirmi altı) manat məbləğində pulun sonuncular tərəfindən yuxarıda göstərilən illərin müxtəlif ay və günlərində, istintaqa məlum olmayan saatlarda məktəbdə olan xidməti otağında ona verilməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə təkrarən, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlətə məxsus əmlakı mənimsəyərək talamış və dövlətin qanunla qorunan mənafələrinə, yəni təhsil verənlər arasında qanunçuluğa olan inamın sarsılmasında ifadə olunan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, Ş. Abadov adına Ağstafa rayonu, Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi 2021/2022 tədris ilində direktor vəzifəsində işlədiyi müddətdə xx.xx.2021-ci il tarixli əmrlə 2021/2022 tədris ilində X2 adına rəsmiləşdirilmiş 8a sinfində aylıq 3 saat texnologiya fənnindən dərnək məşğələsinə görə 293,75 manat məbləğində pulun sonuncu tərəfindən alınmasına baxmayaraq həmin dərnək məşğələsinin faktiki olaraq keçirilmədiyini bilə-bilə vəzifəli şəxs kimi həmin dərnəyin fəaliyyətini dayandırmalı olduğu halda xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yəni onun qazanc əldə etməsi niyyəti ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməyərək, yəni dərnəyin fəaliyyətini dayandırmayaraq ayrılmış ümumilikdə 293,75 (iki yüz doxsan üç manat yetmiş beş qəpik) manat məbləğində pulun Şahid26 tərəfindən yuxarıda göstərilən tədris ilinin müxtəlif ay və günlərində, istintaqa məlum olmayan saatlarında alınmasına şərait yaratmaqla təkrarən, qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş dövlətə məxsus əmlakı israf etməklə talamış və dövlətin qanunla qorunan mənafələrinə, yəni təhsil verənlər arasında qanunçuluğa olan inamın sarsılmasında ifadə olunan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Ş. Abadov adına Ağstafa rayonu, Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru kimi təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini həyata keçirmək, məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi 2015-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayının 21dək direktor vəzifəsində işlədiyi müddətdə xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar kənara çıxaraq, heç kimin və heç bir halda etmək hüququ olmayan hərəkətləri edərək –yəni müəllimlərin qanuni dərs bölgüsünə əsasən dərslərini keçməsinə baxmayaraq vahid niyyətlə əhatə olunan qəsdlə heç bir səbəb olmadan həmin məktəbin ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs1 2017/2018 tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr, yanvar aylarında hər ay 20 manat olmaqla ümumilikdə 100 manat, 2018/2019 tədris ilində hər ay 20 manat olmaqla ümumilikdə 10 ay üçün 200 manat, 2019/2020 tədris ilinin sentyabr,oktyabr,noyabr,dekabr, yanvar aylarında hər ay üçün 20 manat olmaqla ümumilikdə 100 manat, 2020/2021 tədris ilinin 12 ayı üçün aylıq 30 manat olmaqla ümumilikdə 360 manat, 2021/2022 tədris ilinin sentyabr ayında 50 manat, oktyabr ayında 50 manat olmaqla ümumilikdə 2017-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına qədər 860 manat, həmin məktəbin ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs3 keçdiyi dərs saatlarına görə 2018/2019 tədris ilində 12 ay üçün hər ay 30 manat olmaqla ümumilikdə 360 manat, 2019/2020 tədris ilinin sentyabr oktyabr,noyabr, dekabr və yanvar aylarında hər ay üçün 20 manat olmaqla ümumilikdə 100 manat, 2020/2021 tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr və yanvar ayları üçün hər ay 20 manat olmaqla ümumilikdə 100 manat, 2021/2022 tədris ilinin sentyabr ayında 20 manat, oktyabr ayında 20 manat, noyabr ayında isə 40 manat olmaqla ümumilikdə 2018-ci ildən 2021-ci ilin noyabr ayına kimi 640 manat, həmin məktəbin biologiya müəllimi Zərərçəkmiş şəxs4 keçdiyi dərs saatlarına görə 2021/2022 tədris ilinin oktyabr və noyabr aylarında hər ay üçün 50 manat olmaqla ümumilikdə 100 manat, həmin məktəbin ingilis dili müəllimi Zərərçəkmiş şəxs5 keçdiyi dərs saatlarına görə 2019/2020 tədris ilinin 7 ayında, aylıq 20 manat olmaqla ümumilikdə 140 manat, 2020/2021 tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr və yanvar aylarında aylıq 20 manat olmaqla ümumilikdə 100 manat, 2020/2021 tədris ilinin may ayında 50 manat, 2021/2022 tədris ilinin sentyabr ayında 50 manat olmaqla ümumilikdə 2019-cu ilin sentyabr ayından 2021-ci ilin oktyabr ayına qədər 340 manat, məktəbin informatika müəllimi Zərərçəkmiş şəxs2 keçdiyi dərs saatlarına 2015/2016 tədris ilinin 12 ayında hər ay üçün 30 manat olmaqla ümumilikdə 360 manat, həmin məktəbin informatika müəllimi Zərərçəkmiş şəxs6 2019/2020 tədris ilinin sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral aylarında hər ay 50 manat olmaqla ümumilikdə 300 manat, 2021-ci ilin oktyabr və noyabr aylarında hər ay üçün 50 manat olmaqla ümumilikdə 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına kimi 400 manat olmaqla cəmi 2700 (iki min yeddi yüz) manat məbləğində pulu yuxarıda qeyd edilən illərin müxtəlif ay və günlərində, istintaqa məlum olmayan saatlarda məktəbdəki şəxsi otağında almış və 2021-ci ilin dekabr ayınının 21-də saat 11:15-də məktəbdə öz şəxsi otağında həmin məktəbin ibtidai sinif müəllimi Zərərçəkmiş şəxs1 əvvəlcədən onun adına tarifləşdirdiyi 3 saat dərsə görə almalı olduğu pulu gətirib ona verməsini tələb edərək vətəndaşların, eləcə də dövlətin qanunla qorunan mənafelərinə- təhsil verənlər arasında qanunçuluğa olan inamın sarsılmasında ifadə olunan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində oğlu və gəlini ilə birlikdə yaşayır, 2000-ci ildən 2022-ci ilin fevral ayının ortalarına qədər Ş. Abdaov adına Ağstafa rayonu Aşağı Kəsəmən kənd orta məktəbində direktor olaraq işləmiş, 2021-ci ilin sonunda məktəbin ibtidai sinif müəlliməsi olan Zərərçəkmiş şəxs1 ondan Ağstafa rayon təhsil şöbəsinə şikayət etmiş, dekabr ayının 21-də öz şəxsi otağında Zərərçəkmiş şəxs1 adına əvvəlcədən tarifləşdirdiyi 3 saat dərsə görə pul istəmiş, məktəbdəki şəxsi otağında olarkən Zərərçəkmiş şəxs1 onun səsini yazmış, həmin səs yazısı kütləvi informasiya vasitəsində yayıldıqdan sonra işdən azad edilmiş, Aşağı Kəsəmən kənd tam orta məktəbində aparılmış maliyyə yoxlaması zamanı məktəbdə bir sıra qanunpozuntuları aşkar edilmış, müxtəlif illərdə məktəbin müəllimləri olan Şahid2, Zərərçəkmiş şəxs5, Şahid6 dərnək və fakultətiv məşğələ dərslərinə görə əmək haqlarından aylıq formada pul almış, adları qeyd olunan müəllimlərlə əvvəlcədən bununla bağlı aralarında hər-hansı razılaşma olmamış, dərs ilinin əvvəlində dərnək və fakultətiv məşğələ dərsləri həmin müəllimlərin adına onun tərəfindən rəsmiləşdirildikdən sonra məktəbin müəllimləri Şahid6, Şahid2 və Zərərçəkmiş şəxs5 həmin dərnək və fakutlətiv məşğələ dərslərinə görə aldıqları aylıq pulu tələb etmiş, ancaq aldığı məbləğləri tam olaraq xatırlamamış, eyni zamanda əvvəlcədən bununla bağlı həmin müəllimlərlə aralarında hər-hansı razılaşma olmamış, həmin məktəbin müəllimləri Şahid12, Şahid9, Şahid14, Şahid23, Şahid20, Şahid18, Vəfalı Alıyevanın dərnək və fakültətiv məşğələ dərslərini keçmədiklərini bildiyi halda sonuncuların əmək haqlarını almasına şərait yaratmış, əvvəlcədən həmin müəllimlərlə arasında bununla bağlı hərhansı razılaşma olmamış, məktəbin müəllimləri olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 qanuni keçdikləri dərs saatlarına görə müxtəlif il və aylarda aylıq bəzən 20 bəzən 50 manat olmaqla pul almış, eyni zamanda əvvəlcədən həmin müəllimlərlə arasında bununla bağlı hər-hansı razılaşma olmamış, dərnək və fakültətiv məşğələ dərslərinin müəllimlər tərəfindən keçirilməsi vəziyyətinin yoxlanılması özünün səlahiyyətində olmuş, bir sıra müəllimlərinin dərnək keçmədiyi halda əmək haqlarını özlərinin almasına onların sosial vəziyyətləri yaxşı olmadığı üçün göz yummuş, əvvəlcədən bununla bağlı müəllimlərlə arasında hər-hansı razılaşma olmamışdır. O, Vusalə Məmmədovadan, Lətafət Rustəmovadan, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 2021-ci ilin dekabr ayına kimi dəqiq hatırlamadığı müxtəlif ay və günlərdə, saatlarda məktəbdəki kabinetində cəmi 2700 manat pul almışdır. Halbuki adı göstərilən müəllimlər məktəbdə qanuni dərs bölğusunə əsasən dərslərini özləri keçmişlər.O, 21 dekabr 2021-ci il tarixdə, saat 11:15-də məktəbdəki öz şəxsi otağında ibtidi sinif müəlliməsi Vusalə Məmmədovadan onun adına yazdığı 3 saat dərsə görə almalı olduğu pulu ona verməsini tələb etmişdir. Əməlindən peşmandır. Vurulmuş ziyanın böyük hissəsini ödəmiş, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, zərərçəkmiş şəxslər də onunla barışmışlar. Yaşını, səhhətini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Onların məktəbində direktor olmuş Təqsirləndirilən şəxs onun şəxsi kabinetində qanuni keçdiyi dərs saatlarına görə 2017/2018 tədris ilinin sentyabr, oktyabr,noyabr, dekabr,yanvar aylarında hər ay 20 manat olmaqla ümumilikdə 100 manat, 2018/2019 tədris ili üçün isə hər ay 20 manat olmaqla ümumilikdə 10 ay üçün 200 manat, 2019/2020 tədris ilində cəmi 5 ay, yəni birinci yarımillikdə, sentyabr,oktyabr,noyabr,dekabr, yanvar aylarında hər ay üçün 20 manat olmaqla ümumilikdə 100 manat pulu 2020/2021 tədris ilində isə yay tətili də daxil olmaqla ümumilikdə 12 ay üçün aylıq 20 manat olmaqla ümumilikdə 360 manat, 2021/2022 tədris ilinin sentyabr ayında 50 manat, oktyabr ayında 50 manat olmaqla ümumilikdə 860 manat pul vermiş, məktəbin direktoru Təqsirləndirilən şəxs pulu ondan əlavə dərs saatı verməyə görə yox, qanuni keçdiyi dərs saatlarına görə aylıq formada almış, 2021-ci ilin dekabr ayınının 1-də həmin məktəbin direktoru Təqsirləndirilən şəxs məktəbin ibtidai sinif müəlliməsi Qələndərova Minəxanımın pensiyaya çıxmağı ilə bağlı onun ibtidai siniflərə keçdiyi 3 saat dərsi ona vermiş və həmin 3 saat dərsə görə alacağı pulu hər ay gətirib ona verməyini tələb etmiş, 2021-ci ilin dekabr ayınının 21-də saat təqribən 11:15 radələrində dərsdə olduğu zaman direktor onu kabinetinə çağırmış, bu zaman “Redmi” markalı telefonu cibinə qoyaraq onun kabinetinə getmiş, kabinetində ondan pul istəyən zaman direktorun səsini yazmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, dəymiş ziyanı ödəmişdir, o da təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ş. Abadov adına Ağstafa rayonu, Aşağı Kəsəmən kənd orta məktəbində informatika müəllimi işləyir. Məktəbin direktoru olmuş Təqsirləndirilən şəxs onun şəxsi kabinetində qanuni keçdiyi dərs saatlarına görə 2015/2016 tədris ilinin 12 ayında hər ay 30 manat olmaqla ümumilikdə 360 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan əlavə dərs saatı verməyə görə yox, qanuni keçdiyi dərs saatlarına görə aylıq formada almışdır. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, dəymiş ziyanı ödədiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ş. Abadov adına Ağstafa rayonu, Aşağı Kəsəmən kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. Təqsirləndirilən şəxs həmin məktəbin direktoru olmuşdur. Sonuncu onun şəxsi kabinetində qanuni keçdiyi dərs saatlarına görə 2018/2019 tədris ilində yay tətili də daxil olmaqla ümumilikdə 12 ay üçün hər ay 30 manat olmaqla ümumilikdə 360 manat, 2019/2020 tədris ilində isə birinci yarımillikdə yəni, sentyabr oktyabr,noyabr, dekabr və yanvar aylarında hər ay üçün 20 manat olmaqla ümumilikdə 100 manat, 2020/2021 tədris ilində 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və yanvar ayları üçün hər ay 20 manat olmaqla ümumilikdə 100 manat, 2021/2022 tədris ilində 2021ci ilin sentyabr ayında 20 manat, oktyabr ayında 20 manat, noyabr ayında isə 40 manat olmaqla ümumilikdə 2018-ci ildən 2021-ci ilin noyabr ayına kimi 640 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan əlavə dərs saatı verməyə görə yox, qanuni keçdiyi dərs saatlarına görə aylıq formada almışdır. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, dəymiş ziyanı ödəmişdir, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, məhkəmədən Təqsirləndirilən şəxs yüngül-azadlıqdan məgrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Aşağı kənd orta məktəbində bilogiya müəllimi işləyir. Təqsirləndirilən şəxs onların məktəbində direktor olmuşdur. O, keçdiyi 2 saat fərdi məşğələ dərsinə görə 2021/2022 tədris ilində 2021-ci ilin oktyabr və noyabr aylarında hər ay üçün 50 manat olmaqla Təqsirləndirilən şəxs onun şəxsi kabinetində ümumilikdə 100 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan əlavə dərs saatı verməyə görə yox, qanuni keçdiyi dərs saatlarına görə aylıq formada almışdır. Hazırda təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, ona vurduğu ziyanı ödədiyi üçün o, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncudan şikayətçi deyil, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Ş. Abadov adına Ağstafa rayonu, Aşağı Kəsəmən kənd orta məktəbində ingilis dili müəlliməsi işləyir. Təqsirləndirilən şəxs qeyd olunan məktəbdə direktor olmuşdur. Təqsirləndirilən şəxs onun şəxsi kabinetində 2019/2020 tədris ilinin yay tətili də daxil olmaqla 12 ayın 7 ayında, aylıq 20 manat olmaqla ümumilikdə 140 manat, 2020/2021 tədris ilinin birinci yarımilliyində, yəni sentyabr, oktyabr, noyabr, dekabr və yanvar aylarında aylıq 20 manat olmaqla ümumilikdə 100 manat, 2020/2021 tədris ilinin 2ci yarımilliyində, yəni 2021-ci ilin may ayında 50 manat, 2021/2022 tədris ilində, yəni 2021ci ilin sentyabr ayında 50 manat olmaqla ümumilikdə 2019-cu ilin sentyabr ayından 2021ci ilin oktyabr ayına qədər qanuni keçdiyi dərs saatlarına görə ümumilikdə 340 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan əlavə dərs saatı verməyə görə yox, qanuni keçdiyi dərs saatlarına görə aylıq formada almış, 2019/2020 tədris ilində ingilis dili fənnindən 6b sinfində 3 saat dərnək məşğələsini keçməmiş, həmin məşğələyə görə ümumilikdə aldığı 846 manat pulu aylıq formada direktor Təqsirləndirilən şəxs ondan tələb etdiyi üçün ona vermiş, bununla bağlı əvvəlcədən aralarında hər-hansı razılaşma olmamışdır. Sonradan Təqsirləndirilən şəxs Hazırda təqsirləndirilən şəxs ondan üzrxahlıq etdiyi, ona vurduğu ziyanı ödədiyi üçün o, ondan üzrxahlıq etdiyi, dəymiş siyanı ödədiyi üçün o, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs7un ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, 2015-ci ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 8 saylı Regional Maliyyə müfəttişliyində müfəttiş vəzifəsində işləyir. Ş. Abadov adına Ağstafa rayonu Aşağı Kəsəmən kənd orta məktəbində yol verilmiş pozuntularla bağlı dövlətə 8284,22 manat ziyan dəymişdir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ş. Abadov adına Ağstafa rayonu, Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Təqsirləndirilən şəxs onun şəxsi kabinetində qanuni keçdiyi 2 saat fərdi məşğələ dərsinə görə 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər, yəni sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral aylarında hər ay 50 manat olmaqla ümumilikdə 600 manat, qanun keçdiyi dərs saatlarına görə isə 2021-ci ilin oktyabr və noyabr aylarında hər ay üçün 50 manat olmaqla ümumilikdə 100 manat olmaqla 2019-cu ilin sentyabr ayından 2021-ci ilin dekabr ayına kimi ümumilikdə 400 manat pul vermiş, Təqsirləndirilən şəxs pulu ondan əlavə dərs saatı verməyə görə yox, qanuni keçdiyi dərs saatlarına görə aylıq formada almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məktəbin direktoru Təqsirləndirilən şəxs həmin məktəbin müəllimləri olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 onların keçdikləri qanuni dərs saatlarına görə hər ay onlardan bəzən 30, bəzən də 50 manat pul almış, dəfələrlə həmin müəllimlər direktorun öz-başınalıqları barədə ona öz narazıçılıqlarını bildirmiş, bununla bağlı direktorla dəfələrlə mübahisə etsə də direktoru Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, adına 2019/2020 tədris ilində tarifləşdirilmiş 10, 11a siniflərində hər biri 2 saat olmaqla cəmi 4 saat fakultətiv məşğələ dərsini və 2020/2021 tədris ilində 5b sinfində 3 saat dərnək məşğələ dərsini tədris etməmiş, dərnək və fakultətiv məşğələ dərslərinə görə 2019/2020 və 2020/2021 tədris ilində aldığı ümumilikdə 2166 (iki min yüz altmış altı qəpik) əmək haqqını müxtəlif aylarda aylıq olaraq sabiq direktor Təqsirləndirilən şəxs tələb etdiyi üçün ona vermiş, direktorla aralarında dərnək və fakultətiv məşğələ dərsinə görə alacağı pulu aybaay ona verəcəyi ilə bağlı əvvəlcədən hər-hansı razılaşma olmamış, direktor sonradan həmin pulu aylıq olaraq ondan istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, 2019/2020 tədris ilində 10-cu sinifdə oxuduqları zaman məktəbdə təşkil olunmuş dil-ədəbiyyat fənnindən fakultətiv məşğələ dərsi Şahid2 tərəfindən onlara keçirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verib onun göstəridiklərini bir daha təsdiq etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 digər şahidlər Şahid4 və Şahid5ilə eyni məzmunlu ifadə verib göstəridiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019/2020 tədris ilində adına tarifləşdirilmiş 9a sinfində 1 saat azərbaycan dili və ədəbiyyat fənnindən fakultətiv məşğələ dərsini və 2020/2021 tədris ilində 7b sinfində 3 saat azərbaycan dili və ədəbiyyat fənnindən dərnək məşğələsini keçməmiş, dərnək və fakultətiv məşğələ dərslərinə görə 2019/2020 və 2020/2021 tədris ilində aldığı ümumilikdə 1242.66 ( min iki yüz qırx iki manat altmış altı qəpik) əmək haqqını müxtəlif aylarda sabiq direktor Təqsirləndirilən şəxs tələb etdiyi üçün ona vermiş, direktorla aralarında dərnək və fakultətiv məşğələ dərsinə görə alacağı pulu aybaay ona verəcəyi ilə bağlı əvvəlcədən hər-hansı razılaşma olmamış, direktor sonradan həmin pulu aylıq olaraq ondan istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019/2020 tədris ilində məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Şahid6 onlara azərbaycan dili və ədəbiyyat fənnindən fakultətiv məşğələ dərsini keçməmiş və 2019/2020 tədris ilində Şahid12 tərəfindən onlara riyaziyyat fənnindən fakultətiv məşğələ dərsi keçirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2019/2020 tədris ilində məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Şahid6 onlara azərbaycan dili və ədəbiyyat fənnindən fakultətiv məşğələ dərsini keçməmiş Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid9 tərəfindən onlara 2019/2020 tədris ilində riyaziyyat fənnindən fakultətiv məşğələ dərsi keçirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 digər Şahid10 ilə eyni məzmunlu ifadə verib göstəridiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2019/2020 tədris ilində 9a sinfində riyaziyyat fənnindən fakultətiv məşğələ dərsini tədris etmədiyi halda buna görə əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, buna baxmayaraq maddi imkanı zəif olduğu üçün sonuncu buna göz yummuş, eyni zamanda məktəbdəki dərs yüklərinə görə sabiq direktor Təqsirləndirilən şəxs heç zaman ondan aylıq və ya digər formada pul və s maddi nemət istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2020/2021 tədris ilində pandemiya olduğu üçün 7a sinfində 3 saat riyaziyyat fənnindən dərnək məşğələsini ümumiyyətlə keçə bilməmiş, 9b sinfində 2 saat riyaziyyat fənnindən fakultətiv məşğələ saatını isə ümumiyətlə keçməmiş, lakin 2021/2022 tədris ilində 5a sinfində 3 saat riyaziyyat fənnindən dərnək məşğələ dərsini və 10 a sinfində 1 saat riyaziyyat fənnindən fakultətiv məşğələ dərsini keçmiş, 13 aprel 2022-ci il tarixdə hava kəskin dərəcədə pis olduğu üçün uşaqlar məktəbə gəlmədiyi üçün həmin günü dərnək məşğələsini keçə bilməmiş, 2019/2020 tədris ilində adına tarifləşdirilmiş dərnək və fakuktətiv məşğələ dərslərini keçmədiyi halda əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, buna baxmayaraq maddi imkanı zəif olduğu üçün sabiq direktor buna göz yummuş, məktəbdəki dərs yüklərinə görə sabiq direktor Təqsirləndirilən şəxs heç zaman ondan aylıq və ya digər formada pul və s maddi nemət istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, həmin məktəbdə adına 2019/2020 və 2020/2021 tədris illərində tarifləşdirilmiş 7a sinfində tarix fənnindən dərnək məşğələsini keçməmiş, lakin əmək haqqısını almış, dərnək məşğələsini keçmədiyi halda əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, lakin maddi imkanı zəif olduğu üçün buna göz yummuş, eyni zamanda sabiq direktor ondan məktəbdəki dərs yüklərinə görə heç zaman pul və s maddi nemət istəməmiş, 2021/2022 tədris ilində adına tarifləşdirilmiş həm 8b sinfində fakultətiv məşğələ dərsini, həm də 7a sinfində fakultətiv məşğələ dərsini tam olaraq tədris etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki, 2019/2020 tədris ilində fizika fənnindən 8 b sinfində 3 saat dərnək məşğələsini və 2020/2021 tədris ilində 6a sinfində fizika fənnindən 3 saat dərnək məşğələsini keçməmiş, lakin əmək haqqısını almış, dərnək məşğələsini keçmədiyi halda əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, lakin maddi imkanı zəif olduğu üçün buna göz yummuş, eyni zamanda sabiq direktor ondan məktəbdəki dərs yüklərinə görə heç zaman pul və s maddi nemət istəməmiş, 2021/2022 tədris ilində 6b sinfində 3 saat fizika fənnindən dərnək məşğələsini isə tam olaraq keçmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, məktəbin texnologiya müəllimi Şahid23 tərəfindən onlara 2019/2020 tədris ilində texnologiya fənnindən dərnək məşğələsi keçirilməmiş və məktəbin digər texnologiya müəllimi X4 tərəfindən 2021/2022 tədris ilində onlara texnologiya fənnindən dərnək məşğələsi keçirilməmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid25 digər Şahid24 ilə eyni məzmunlu ifadə verib onun göstəridiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2021/2022 tədris ilində adına tarifləşdirilmiş 8a sinfində 3 saat texnologiya fənnindən dərnək məşğələsini problemləri ilə əlaqədər tədris edə bilməmiş, lakin buna görə əmək haqqı almış, dərnək məşğələsini keçmədiyi halda əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, lakin maddi imkanı zəif olduğu üçün buna göz yummuş, eyni zamanda sabiq direktor ondan məktəbdəki dərs yüklərinə görə heç zaman pul və s maddi nemət istəməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 2019/2020 tədris ilində Şahid12 tərəfindən onlara riyaziyyat fənnindən fakultətiv məşğələ dərsi keçirilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 2019/2020 tədris ilində adına tarifləşdirilmiş coğrafiya fənnindən 11b sinfində 2 saat fakultətiv məşğələ dərsini, həmin tədris ilində coğrafiya fənnindən 7b sinfində 3 saat dərnək məşğələ dərsini keçmədiyi halda əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, buna baxmayaraq maddi imkanı zəif olduğu üçün sabiq direktor buna göz yummuş, məktəbdəki dərs yüklərinə görə sonuncu heç zaman ondan aylıq və ya digər formada pul və s maddi nemət istəməmiş, 2021/2022 tədris ilində isə 9b, 10b, 11-ci siniflərdə hər biri 1 saat olmaqla cəmi 3 saat fakultətiv məşğələ dərsini keçmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, 2019/2020 tədris ilində coğrafiya müəllimi Şahid14 onlara dərnək məşğələsini tədris etməmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 və Şahid17 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrindən görünür ki, onlar da Şahid15 ilə eyni məzmunlu ifadə verib sonuncunun göstəridiklərini bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid19 və X3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələrindən görünür ki, tarix fənni üzrə müəllim Şahid18 2019/2020 tədris illərində onlara dərnək məşğələsini keçməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid21 və Şahid22 ibtidai istintaq zamanı verdikləri, məhkəmə istintaqında elan edilmiş ifadələrindən görünür ki, məktəbin fizika müəllimi Şahid20 tərəfindən onlara 2019/2020 tədris ilində fizika fənnindən dərnək məşğələ dərsi keçilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid23 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, 2019/2020 tədris ilində 6a sinfində 3 saat texnologiya fənnindən dərnək məşğələsini keçməmiş, lakin buna görə əmək haqqı almış, dərnək məşğələsini keçmədiyi halda əmək haqqı almasından sabiq direktor Təqsirləndirilən şəxs məlumatı olmuş, lakin maddi imkanı zəif olduğu üçün buna göz yummuş, eyni zamanda sabiq direktor ondan məktəbdəki dərs yüklərinə görə heç zaman pul və s. maddi nemət istəməmiş, 2021/2022 tədris ilində isə 5a sinfində 3 saat texnologiya fənnindən dərnək məşğələsini keçmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli, 4/462-4/472 nömrəli məhkəməfonoskopik ekspertizasının rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan fonoqramın qeydə alındığı fayl ilkin olmadığından və yazılışdan sonra mesencr proqramı vasitəsilə emal olunduğundan faylı hansı cihaz vasitəsilə qeydə alındığını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q2” kimi işarə olunan diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim edilmiş 1 ədəd işlək olmayan üzü ağ rəngli DVD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda tədqiqi hissədə göstərilən kəsilmələr qeydə alınmışdır. Mübahisəli fonoaramdakı danışıqların yazılı mətni aşağıdakı kimidir. “Q1- ///Natamam/// Q2- Onu yazmazsan, dekabrın 1-dən sən yazajaxsan Q1-Hə,elə onnan yazıram mən Q2- O, 3 saata da nə düşür həmən o pulu maa gətirersən. Da uje buna bir bəhanə axdardun tufanını çöyürəjəm Q1- İndi mən sizə bir söz deyim ay Mətanət məllim. Bax bu həmişə hörmət eləmişəm də mən heç bir vaxd boyun qaçırdmamışam. İndi mən tutalım ki, verə bilmədim, onda nətər olacağ? Allah haqqı bu dəyqə cavabımı gözdüyürəm, bəlkə də əməliyyata göndərdi. Mən nağayrem, nətər eliyim? Yəni, mən elə məcburdumu mən elə hər ay verəm o pulu sizə (00 dəq 41 saniyə) Q2- Bax bu söhbət burda olmadı da, sənnən 1 manat da isdəmirəm. Oldumu? Nə də gedib orda teatr açma mana. Teatr açma başına elə teatr açaram yarandığına peşman eliyərəm. Q1- Qaldı da ki, Mətanət məllim Q2- Heç nə kutardı söhbətlər danışmağın lazım deyil. Danışmağın lazım deyil kutardı söhbət Q1- Belə baxanda məllim, vallah bir yana baxanda bu rüşvət də sayıler da Q2- Rüşvət say/// Qulaq as, sayılermı? Çıx burdan Q1- Xətrinizə dəyməsin məllim Q2- Çıx burdan, çıx burdan, qutardı söhbət Q1- Məllim bir dəyqə qoy sözümü deyim. Zəhmətnən müəllimin qazandğını uj alırsız rüşvətdi dana Q2- Aleyrammı? Yeri get, yeri get Q1- Mən məllim öz haqqımı tələb eliyirəm Q2- Yaxşı eliyirsən, düz eliyirsən Q1- Mən həmişə vermişəm indi də verə bilmirəm, nağayrım mən? Q2- Heç vermə də, verməyin lazım da döyül yeri işinnən məşğul ol Q1- Nətər eliyim məllim? Əgər ona görə məynənsə çəkişərsinizsə, onda /// Q2- Sənə mən heç kimə mənim borcum yoxdu. Hər cür əziyyətinizi çəkib, hər şe örtörəmA Q1- Mən başa düşörəm. Amma vallah məllim çox vijdansızdığ eliyirsiz ay Məl qurana and olsun vijdansızdığ eliyirsiz. Həmişə, bax hər ayın axırı olanda *** (01 həmişə hər ayın axırı olanda məllim bir belə // Məllim quran haqqı heç kim məktəbd Q2-... Qapını ört görüm Q1- Məllim quran haqqı hamıdan da alersınız Allaha and olsun Q2- Az qapını ört görüm kimdən alıram mən? Q1- Olmaz məllim Q2- Sən danışersan ə? Sən düşünürsən? Dediyinnən sənin başına bilirsən nə oy Nə danışırsan? Q1- Siz yaxşı vəzifənizdən sui istifadə eliyin məllimnən rüşvət almaqda. Yəni, oı haqqın əlinnən alersınızsa o ... Ba deyirsiz 3 saatın pulunu maa ver məllim. Onda mən o 3 saatı. İsdəmerəm. Birinə yazdırın onnan da alın qurban olum (unison danışıq) Q2- Sən qulaq as Q1- Bax onun bu dəyqə summativi var, yazısı var, rübü var, isdəmirəm o 3 saatı. Kirr Q2- Səni, mən heç səni belə tanımamışam e Q1- Məllim mənim bu qədər ehtiyac... Başa düşürəm e ... quran haqqı imkan eliyəmrr Q2- Sən imkan eliyə bilmirsən sən hamının adınnan niyə danışersan? Bu saat ham bura Q1- Məllim qurana and olsun burda sizə pul verənlər qırağda hamısı danışer. Allaha danışer Q2- Kimnən mən rüşvət aleyram? Q1- Elə məllim həmişə ayın başında alersınız da Q2- Nə aleyram ? Q1- Məllim o bizim qan pulumuzdu e, o bizim zəhmət haqqımızdı Q2- Az sən qan pulu bilmersiz nədi. Siz o uşağın qan pulunu yeyirsiz Q1- Məllim biz canımızı qoyuruq Q2- O valideyinin canını sovursuz. Bugündən sonra gösdərərəm sizlərə Q1- Ay məllim biz canımızı///” İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Baş Prokurorluğunun 04/1628 nömrəliAğstafa rayon Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam məktəbin maliyyə təsərrüfatı yoxlamasının nəticələrinə dair aktda qeyd olunmuşdur ki, 2019/2020-ci tədris ilində “Fakültatif” məşğələlərini tədris edən (riyaziyyat fənni üzrə müəllimləri Şahid9 9b sinfində aylıq 2 saata görə 793,33 manat, Şahid12 9a sinfində aylıq 1 saata görə 396,66 manat, azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimləri Şahid6 9a sinfində aylıq 1 saata görə 396,66 manat, Şahid2 10,11a siniflərində hər biri 2 saat olmaqla aylıq cəmi 4 saata görə 1386,66 manat, coğrafiya fənni üzrə müəllimi Şahid14 11b sinfində aylıq 2 saata görə 793,33 manat) əmək haqqı hesablanmışdır. 2019/2020-ci tədris ilində “Dərnək” məşğələrini tədris edən ( məktəbin riyaziyyat fənni üzrə müəllimi Şahid9 8a sinfində aylıq 3 saata görə 846,0 manat, ingilis dili fənni üzrə müəllimi Zərərçəkmiş şəxs5 6b sinfində aylıq 3 saata görə 846,0 manat, tarix fənni üzrə müəllimi Şahid18 7a sinfində aylıq 3 saata görə 846,0 manat, coğrafiya fənni üzrə müəllimi Şahid14 7b sinfində aylıq 3 saata görə 846,0 manat, fizika fənni üzrə müəllimi Şahid20 8b sinfində aylıq 3 saata görə 846,0 manat, texnologiya fənni üzrə müəllimi Şahid23 6a sinfində aylıq 3 saata görə 780,0 manat) manat əmək haqqı hesablanmışdır. 2020/2021-ci tədris ilində “Dərnək” məşğələrini tədris edən (azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimləri Şahid2 5b sinfində 3 saata görə 780,0 manat, Şahid6 7b sinfində aylıq 3 saata görə 846,0 manat əmək haqqı hesablanmışdır. 2021/2022-ci tədris ilinin yoxlanılan dövrü ərzində “Dərnək” məşğələrini tədris edən texnologiya fənni üzrə müəllimi Vəfalı Alıyevaya 8a sinfində aylıq 3 saata görə 293,75 manat əmək haqqı hesablanmışdır. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli, 9/4857 nömrəli məhkəmə-mühasibat ekspertizasının rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 2019/2020 tədris ilində məktəbdə “Fakültatif” məşğələlərini tədris edən (riyaziyyat fənni üzrə müəllimləri pandemiya dövrü üçün 6 ay əyani tədris müddəti olduğu nəzərə alındığı təqdirdə Şahid9 9b sinfində 2 saata görə 793,33/12*6=396,66 manat, Şahid12 9a sinfində 1 saata görə 396,66/12*6=198,33 manat, azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimləri Şahid6 9a sinfində 1 saata görə 396,66/12*6=198,33 manat, Şahid2 10,11a siniflərində hər biri 2 saat olmaqla cəmi 4 saata görə 1.386,66/12*6=693.33 manat, coğrafiya fənni üzrə müəllimi Şahid14 11b sinfində 2 saata görə 793,33/12*6=396,66) manat əsassız əməkhaqqı ödənilməsi müəyyən edilmişdir. 2019/2020-ci tədris ilində “Dərnək” məşğələrini tədris edən (riyaziyyat fənni üzrə müəllimləri pandemiya dövrü üçün 6 ay əyani tədris müddəti olduğu nəzərə alındığı təqdirdə Şahid9 8a sinfində 3 saata görə 846,0/12*6= 423,00 manat, ingilis dili fənni üzrə müəllimi Zərərçəkmiş şəxs5 6b sinfində 3 saata görə 846,0/12*6= 423,00 manat, tarix fənni üzrə müəllimi Şahid18 7a sinfində 3 saata görə 846,0/12*6= 423,00 manat, coğrafiya fənni üzrə müəllimi Şahid14 7b sinfində 3 saata görə 846,0/12*6= 423,00 manat, fizika fənni üzrə müəllimi Şahid20 8b sinfində 3 saata görə 846,0/12*6= 423,00 manat, texnologiya fənni üzrə müəllimi Şahid23 6a sinfində 3 saata görə 780,00/12*6= 390,00 manat) əsassız əməkhaqqı ödənilməsi müəyyən edilmişdir. 2020/2021-ci tədris ilində “Dərnək” məşğələrini tədris edən (azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimləri Şahid2 5b sinfində aylıq 3 saata görə 780,0 manat, Şahid6 7b sinfində aylıq 3 saata görə 846,0 manat əsassız əməkhaqqı ödənilməsi müəyyən edilmişdir. 2021/2022-ci tədris ilinin yoxlanılan dövrü ərzində Dərnək” məşğələsini tədris edən (texnologiya fənni üzrə müəllimi Vəfalı Alıyevaya 8a sinfində aylıq 3 saata görə 293,75 manat) əsassız əməkhaqqı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 07/g nömrəli Qazax-Tovuz Regional Təhsil İdarəsinin məktubundan görünür ki, 2019/2020 tədris ilində tədris prosesi 3 mart 2021-ci il tarixdən etibarən dərs ilinin sonunadək dayandırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 259 nömrəli qərarına əsasən 2020/2021 tədris ilində ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə dərslər 22 sentyabr 2021-ci il, ümumtəhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrində 29 sentyabr 2021-ci il tarixdən distant formada keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi barədə “30 sentyabr 2020-ci il tarixli F-460 nömrəli əmrinin 2-ci bəndinə uyğun olaraq 28 sentyabr-2 noyabr tarixlərində tədris dayandırılmış, 2 noyabr 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixinə kimi dərslər distant formada tədris edilmişdir. 01 fevral 2021-ci il tarixdən dərslər “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə əlavə tədbirlər barədə” 2021-ci il, 22 yanvar tarixli 12 nömrəli Qərarının və “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il, 29 yanvar tarixli F-21 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə müvafiq dəyişikliklər edilərək yeni redaksiyada hazırlanan “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik tövsiyyələr”ə əsasən təşkil edilmişdir. Həmin müddətdə siniflər yarımqruplara bölünmüş, eyni zamanda dərsdənkənar və dərnək məşğələlərinin distant formada təşkili tövsiyyə olunmuşdur İş materiallarında olan DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ümumilikdə vurulmuş 2700 manat ziyan tam şəkildə ödənilmiş, bundan başqa, dövlətə vurulmuş 8284,22 manatlıq ziyandan 6343,56 manatlıq hissəsi ödənilmiş, 1940,66 manatlıq hissə ödənilməmiş qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 311 və 179.2.1 və 313-cü maddələrinin tərkibi olmadığı əsası ilə həmin hissələrdə barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 39-cu bəndinə əsasən əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək təkrarən dövlətin əmlakını mənimsəmə və israf etmə yolu ilə taladığından məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 309.1-ci maddələri ilə elan edilmiş ittihamdan CM-nin 308.1-ci maddəsi, CPM-nin 318.1-ci maddəsinə əsasən xaric edilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 309.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı sübut edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur, o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, dövlətə vurmuş olduğu ziyanın çox hissəsini ödəməsini, 61 yaşının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin təqsirləndirilən şəxsin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona CM-nin 179.2.2 və 179.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 309.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər cəzası təyin olunması məqsədəmüvafiqdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxalanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin təqsirli bilindiyi hər iki maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və islah işləri cəzaları təyin edilməli, CM-nin 66.2, 66.4 və 68.3.1-ci maddlərinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin, Şəmkir, Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin, Şəmkir, Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs1 mobil telefonundan götürülmüş səs yazısının əks olduğu 01 ədəd disk, kütləvi informasiya vasitəsindən götürülmüş səs yazısının əks olunduğu 01 ədəd disk və ondan götürülmüş səs nümunələrinin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 450 manat məbləğində pul M. Məmmədovadan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2 və 179.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2, 66.4 və 68.3.1-ci maddlərinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin, Şəmkir, Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin, Şəmkir, Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs1 mobil telefonundan götürülmüş səs yazısının əks olduğu 01 ədəd disk, kütləvi informasiya vasitəsindən götürülmüş səs yazısının əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs götürülmüş səs nümunələrinin əks olunduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar