Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-16/2024 18.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1960-cı ildə Qazax rayonu Kalininkənd qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində özünə məxsus, Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsində hadisədən təxminən 10 gün əvvəl “İnstagram” sosial şəbəkəsində tanımadığı səhifədəki adını bilmədiyi şəxsdən sifariş etdiyi, üzərindəki yarısı sınmış vəziyyətdə olan lövhədəki yazılara əsasən 1968-ci ildə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində yerləşən X14 hazırlanması ehtimal edilən silindirik formalı, uzunluğu 2.8 metr, hündürlüyü 1.8 metr və diametri 2.3 metr olan çənə kömür hazırlamaq üçün odun yığaraq, öz əməlinin (hərəkətinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və ya görə biləcəyi halda görməyərək “Təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismarı Qaydaları”nın 5.5.1 və 5.5.2-ci bəndlərinin tələblərini pozaraq, yəni çən təzyiqin müəyyən edilmiş həddən yuxarı qalxmasından mühafizə edən klapan ilə təchiz edilmədən həmin çənə odunları yığıb onu kömür hazırlaması üçün alışdırmış və nəticədə çəndə yanma nəticəsində baş vermiş təzyiqdən yaranmış partlayışın təsirindən çənin uzunluğu 1.94 m, eni 0.84 m olan metal konstruksiyadan hazırlanmış dəmir qapaq hissəsinin qoparaq həmin vaxt satmış olduqları odunun pulunu almaq məqsədi ilə çəndən təxminən 6 metr aralıda dayanan, Ağstafa rayonu, Göycəli kənd sakini xx.xx.1979-cu il təvəllüdlü X15 və xx.xx.1973-cü il təvəllüdlü, Ağstafa rayonu, Göycəli kənd sakini X9 dəyməsi nəticəsində sonuncunun başın ağır küt travması, sol alın-gicgah-təpə və ənsə nahiyyəsini əhatə edən kəllə qapağı sümüklərinin açıq sınığı xəsarətləri ilə nəticələnən, baş beyin yarımkürələrinin dağılması nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatmamazlığından ölümünə səbəb olan, həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətlər, Cəmil Əsgərovun isə boyunun aşağı 1/3-dən yuxarı başın tam amputasiyası, sol bazu sümüyünün açıq qəlpəli sınığı, bazu oynağının əzilmiş-dağılmış yaraları ilə nəticələnən, başın travmatik amputasiyasından ölümünə səbəb olan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan əməl törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Vurğun qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Baş vermiş hadisədən təxminən 10 gün əvvəl o işsiz olduğundan, özünə məxsus torpaq sahəsində odun alaraq kömür hazırlamaq qərarına gəlmiş, bu məqsədlə “İnstaqram” sosial şəbəkəsində kömür hazırlamaq üçün nəzərdə tutulan dəmir çənlərlə maraqlanmış və dəmir çən almaq qərarına gəlmiş, əvvəllər tanımadığı şəxsdən pul qarşılığında dəmir çəni Ağstafa rayonu Vurğun qəsəbəsinə göndərməyini bildirmişdi, çən Vurğun qəsəbəsində ona məxsus həyətyanı sahəyə evakuatorla gətirilmiş, o da çənin pulunu evakuator sürücüsünə vermişdir. Əvvəllər kömür hazırlanması ilə məşğul olmamışdır. Hadisə baş verən günü X20 və Asim Bayramov ona pul qarşılığında odun gətirmişlər. 22 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində o, kömür çənini alışdırıb çənin qapağına yaxınlaşan zaman partlayış baş vermişdir. X20 ilə Asim Bayramov hadisə yerindən 8-10 metr uzaqda olmuşlar. O, özü çənin qapağının qarşısına keçərkən ayağı yerdəki belə ilişərək yerə yıxılmış, qapaq onun üzərindən keçərək mərhumlara dəymişdir. Etdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxslərin hüquqi varislərindən üzrxahlıq etmiş, sonuncular onunla barışmışlar. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Göycəli kəndində yaşayır, X20 onun əri olmuşdur. 22 aprel 2023-cü il tarixdə, saat 21.00 radələrində o, partlayış olmasını və ərinin ölməsini bilmişdir. Sonradan öyrənmişdir ki, həmin gün Təqsirləndirilən şəxs məxsus olan, Ağstafa rayonu Vurğun qəsəbəsoində yerləşən həyətyanı sahədə Yaminin kömür hazırlanmasında istifadə etdiyi çən partlamış, nəticədə əri ölmüşdür. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum Asim Bayramov onun əri olmuş, fəhlə işləmişdir. 22 aprel 2023-cü il tarixdə X19 rayonu, Vurğun qəsəbəsində yerləşən, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə gedərək odunları Yaminə vermiş, kömür hazırlanması zamanı çəndə partlayış olmuş, əri də partlayış nəticəsində ölmüşdür. Ona zəng edib hadisə barədə axşam saatlarında məlumat vermişlər. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonunun Vurğun qəsəbəsinin mərkəzində mağazada işləyir. 22 aprel 2023cü il tarixdə axşam saatlarında mağazada olan zaman qəfildən partlayış səsi eşitmiş, 5- 10 dəqiqə keçdikdən sonra bilmişdir ki, Yamingilin kömürdüzəlmə sahəsində partlayış olmuşdur. Hadisədən bir az əvvəl təqsirləndirilən şəxsin oğlu Ramin də mağazada olmuşdur. Onun işlədiyi mağaza ilə partlayış baş verən yer arasındakı məsafə təxminən 500 metrdir. İş vaxtı olduğu üçün həmin gün hadisə yerinə gedə bilməmiş, baş verən hadisə nəticəsində 2 nəfər şəxsin ölməsini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. 22 aprel 2023-cü il tarixdə axşam saatlarında işdən çıxıb evə gedərkən atası ona zəng edərək siqaret almasını bildirmiş, o da kəndlərində yerləşən minimarketdən siqaret alaraq atasına məxsus olan, Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən həyətyanı sahəyə getmiş, saat 20:30 radələrində partlayış səsi eşitmiş, həyətyanı sahəyə daxil olanda içərinin tüstü olduğunu görmüş, sonra isə atasının kömür hazırlanmasında istifadə etdiyi çənin partlaması nəticəsində qapağının qoparaq 2 nəfər şəxsə dəyməsini, həmin iki nəfərin ölməsini bilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8 Ağstafa rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli rəyində qeyd olunmuşdur ki, 1973-cü il təvəllüdlü X7 meyitinin məhkəmə-tibbi ekspertizasına və ekspertiza qarşısında qoyulmuş sualları nəzərə aşağıdakı nəticəyə gəlinir: X7 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- Başın ağır küt ravması, sol alın-gicgah-təpə və ənsə nahiyyəsini əhatə edən kəllə qapağı sümüklərin açıq sınığı. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum A.H.Bayramovun ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər kustar üsulla hazırlanmış dəmir kömür çəninə odun yığaraq onların yanmasını həyata keçirib kömür hazırlayan zaman kömür çənində yanma nəticəsində baş vermiş təzyiqdən partlayışın təsirindən çənin dəmir qapaq hissəsinin qoparaq dəyməsi nəticəsində əmələ gələ bilərdi. X2 ölümü partlayış nəticəsində baş beyin yarımkürələrinin dağılması nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatmamazlığı olmuşdur. Birliyin kimyəvi şöbəsindən verilmiş 1574/k saylı aktdan görünür ki, X1 spirtli içki və narkotik vasitə qəbul etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8 Ağstafa rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 10 nömrəli rəyində qeyd olunmuşdur ki, 1979-cu il təvəllüdlü X13 meyitinin məhkəmə-tibbi ekspertizasına və ekspertiza qarşısında qoyulmuş sualları nəzərə alaraq, aşağıdakı nəticəyə gəlinir: X13 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- Boynun aşağı 1/3-dən yuxarı başın tam amputasiyası, sol bazu sümüyünün açıq qəlpəli sınığı, bazu oynağının əzilmiş dağılmış yaraları. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum C.A.Əsgərovun ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər kustar üsulla hazırlanmış dəmir kömür çəninə odun yığaraq onların yanmasını həyata keçirib kömür hazırlayan zaman kömür çənində yanma nəticəsində baş vermiş təzyiqdən yaranmış partlayışın təsirindən çənin dəmir qapaq hissəsinin qoparaq dəyməsi nəticəsində əmələ gələ bilərdi. X4 ölümü partlayış nəticəsində baş vermiş başın travmatik amputasiyası olmuşdur. Birliyin kimyəvi şöbəsindən verilmiş 1573/k saylı aktdan görünür ki, X3 spirtli içki qəbul etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8 Ağstafa rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 245 nömrəli rəyində qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibb müayinəsinə, hadisə haqqında olan məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:- Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X18 xx.xx.2023-cü il tarixli, 333/2023-MTBŞ nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2 ədəd sümüyə bənzər fraqment üzərində zəif intensivliyində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB) sistemi üzərində təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş 2 ədəd sümüyə bənzər fraqment üzərində olan ləkələrdən hazırlanmış preparatlarda sitoloji tədqiqat üçün yararlı hüceyrə elementləri aşkar olunmadığı üçün, hər-hansı bir fikir söyləmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyi tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2935 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Baş vermiş hadisə ilə əlaqədar “Təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismar Qaydaları”nın 5.5.1 və 5.5.2 bəndlərinin tələbləri pozulmuşdur. Ağstafa rayonu, Vurğun qəsəbəsində Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə təzyiqin müəyyən edilmiş həddən yuxarı qalxmasında mühafizə edən klapan ilə təchiz edilməmiş kömür hazırlanması üçün çənin istifadə edilməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Ağstafa rayonu, Vurğun qəsəbəsində Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə onun özü tərəfindən kömür hazırlanması üçün istifadə edilmiş çənin təzyiqin müəyyən edilmiş həddən yuxarı qalxmasından mühafizə edən klapan ilə təchiz edilmədən həmin çəndən kömür hazırlanması üçün istifadə etdiyinə görə, onun tərəfindən “Təzyiq altında işləyən tutumların quraşdırılması və təhlükəsiz istismar Qaydaları"nın ” 5.5.1 və 5.5.2 bəndlərinin tələbləri pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxslərin özləri tərəfindən bu sahədə mövcud olan qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. İş materiallarında olan baxış protokolundan görünür ki, hadisənin baş verdiyi yer Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus 0.24 ha həyətyanı torpaq sahəsidir. Çən evin giriş darvazasından 47.5 metr məsafədə yerləşir. Çənin partlayış nəticəsində sıçrayaraq həmin zaman orada olan Cəmil Əsgərov və Asim Bayramova xəsarət yetirməsi ehtimal olunan qapağı isə çəndən 37.1 metr məsafədə yerləşir. Hadisə yerində Cəmil Əsgərov və Asim Bayramova məxsus meyitlər vardır. Meyitlər daxili müayinə olunması üçün morqa göndərilmişdir. Hadisə yeri nəzərdə keçirildikdə müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb olan çənin eni 2.8 metr, diametri 210 sm, hündürlüyü 194 sm-dir. Çənin partlayış nəticəsində sıçrayan qapağının yerləşdiyi yerin eni yuxarı hissədə 90 sm, orta hissədə 110 sm, aşağı hissədə isə 90 sm-dir. Çəndən partlayış nəticəsində qapağın ilk dəydiyi yerə qədər olan məsafə 610 sm, qapağın ilk dəydiyi yerdən 2-ci dəydiyi yerə qədər olan məsafə 20.70 metrdir. Həmin yerdə qapağın ehtiyat hissəsi yerləşir. Qapağın ikinci dəydiyi yerdən 3-cü dəydiyi yerə qədər olan məsafə 2 metr, 3-cü dəydiyi yerdən 4-cü dəydiyi yerə qədər olan məsafə 2.40 metr, 4-cü dəydiyi yerdən sonda dayandığı yerə qədər olan məsafə isə 9.6 metrdir. Qapağın ilk dəydiyi yerdən birinci meyitin başına qədər olan məsafə 640 sm, 2-ci meyitin başına qədər olan məsafə isə 840 sm-dir. 1-ci meyitin başından 2-ci meyitin baş hissəsinə qədər olan məsafə isə 210 smdir. Çənin partlayış nəticəsində qopan qapağının üzərində hava axını üçün nəzərdə tutulmuş boru vardır. Həmin borunun uzunluğu 150 sm, diametri isə 205 sm-dir. Çənin qapağının uzunluğu isə 195 sm-dir. Hadisə yerinə baxış zamanı yerdən meyitlərə məxsus bioloji nümunələr götürülmüşdür. Baxış zamanı hadisə yerini təqdim edən Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10 gün bundan əvvəl Qəbələ rayonunda yaşayan adını xatırlamadığı şəxsdən 2 ədəd dəmir çən almış, xx.xx.2023-ü il tarixdə saat 20 radələrində Cəmil Əsgərov və Asim Bayramovun gətirdikləri odunları kömür çəninə yığmış, və yandırmış, bu zaman Asimlə Cəmil həmin kömür çənindən təxminən 6-7 metr aralıda dayanmış, özü çənin arxa tərəfinə keçib odunların yanmağına nəzarət edib qabaq tərəfə hərəkət edən zaman qəflətən partlayış baş vermiş, özü huşunu itirmiş, daha sonra özünə gələrək ayağa qalxmış, Asimlə Cəmilin meyitinin yerə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Baxış zamanı xx.xx.2023-cü il tarixdə aparılmış baxış zamanı götürülmüş nümunələrdən başqa çənin partlayış nəticəsində qopan qapağından meyitlərə məxsus nümunələr götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, xx.xx.2023 –cü il tarixdə hadisə yerinə ekspertin iştirakı ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb olan çən zavod istehsalıdır, üzərində texniki parametrlərini göstərən, istehsal edildiyi ölkənin və zavodun adı olan lövhə vardır. Lövhənin yarısı sınmış vəziyyətdədir, üzərindəki yazılara görə, çən 1968-ci ildə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində yerləşən X14 hazırlanmış, qeyd olunan çən silindirik formada olmaqla uzunluğu 2.8 m, hündürlüyü 1.8 m, diametri 2.3 m təşkil edir. Çənin bir tərəfində, yəni eninə divarında çənin aşağı hissəsindən yuxarı hissəsinədək olan hündürlükdə, yəni uzunluğu 1.94 m, eni 0.84 m olan metal konstruksiyadan qapı quraşdırılmışdır. Hazırda qapı mövcud deyil, qapı yerindən təzyiq nəticəsində atılması üçün xarakterikdir. Belə ki, çənin qapı olan həmin eninə divarı çölə doğru deformasiya etmiş, qapının çərçivəsi orta hissədə təzyiq nəticəsində yaranmış deformasiyadan sınmış, qapının özü isə petləsindən çıxaraq atılmışdır. Qapının düşdüyü yerdə qapıya baxış keçirilmiş və müəyyən edilmişdir ki, qapı deformasiyaya uğramış, qapının üzərində aşağı hissədən çıxmaqla uzunluğu 1.6 m, diametri 0.71 m olan tüstü borusu vardır. Tüstü borusu yoxlanılmış borunun daxilində hər hansı səviyyədə tutulma olmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 124.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ondan şikayət və tələbinin olmamasını və barışmalarını, müharibə iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 124.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və hadisənin baş verdiyi həyətyanı sahədə saxlanılan çən, bundan başqa, Ağstafa rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan çənin qapaq hissəsi, 02 ədəd bioloji nümunələr məhv edilməli, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Мəhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və hadisənin baş verdiyi həyətyanı sahədə saxlanılan çən, bundan başqa, Ağstafa rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan çənin qapaq hissəsi, 02 ədəd bioloji nümunələr məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-16/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-16/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver