Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-18/2025 04.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, DOST-da fəhlə işləyən, məhkum olunmamış, Ağstafa rayonu Göycəli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Ağstafa rayonunun Göycəli kəndində yerləşən evinin bağ sahəsində, 3 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini 2024-cü ilin may ayında torpağa əkərək həmin bitkilərə 20 iyul 2024-cü il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və 20 iyul 2024-ci il tarixədə saat 11:43-dən 12:17-dək müddətdə Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs məxsus evin bağ sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edilmiş ümumi təmiz çəkisi 230 qram olan həmin 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Belə ki, Ağstafa rayonu Göycəli kəndində qeydiyyatda olmaqla yaşayır. Əvvəllər məhkum olunmamışdır. Ağ ciyərində xəstəlik olduğu üçün ağrıları olan zaman narkotik vasitə olan marixunadan 1-2 ildir ki, istifadə edir. 2024-cü ilin may ayında bağda olan vaxt yabanı halda bitən çətənə bitkisi görmüş, həmin yer əlverişli yer olmadığı və kənardan göründüyü üçün 2024-cü ilin may ayında həmin bitkiləri kökündən çıxarıb bağın başqa yerində torpağa əkmişdir. Həmin vaxtdan sonra mütamadi olaraq həmin 3 ədəd çətənə bitkinin ətrafını otlardan təmizləyib, diblərini boşaltmışdır. 1-2 gündən bir axşamlar həmin bitkiləri sulamış, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmin bitkilərin dibini sulamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində evdə olan vaxt polis əməkdaşları həyətə gələrək özlərini təqdim edib ona qərar təqdim etmişlər ki, evdə və həyatyanı torpaq sahəsində baxış keçirəcəklər. O da baxış keçirilməsinə etiraz etməmiş, ona bildirilmişdir ki, evdə və həyatyanı sahədə hər hansı bir qanunsuz narkotik vasitə varsa da təqdim etsin. O da əkib becərdiyi çətənə bitkilərinin polis tərəfindən aşkar olunacağını tam əmin olduğu üçün bildirmişdir ki, bağda çətənə bitkisi əkmişdir. O, polis əməkdaşlarını bağa aparıb bağda qonşunun çəpəri ilə üzüm cərgəsinin arasında əkib becərdiyi 3 ədəd çətənə bitkilərini polislərə göstərmişdir. Həmin vaxt həmin yerə dəvət olunmuş mütəxəssis də bitkilərə baxıb bildirmişdir ki, həmin bitkilərə xüsusi qulluq olunmuşdur. Baxış zamanı aşkar edilmiş 3 ədəd çətənə bitkisi sənədləşdirilib götürülmüşdür. Sonra onun həyətinə, həyətyanı sahədə olan yardımçı tikililərə və evinə baxış keçirilmiş, həmin yerlərdən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onlarla birlikdə Ağstafa RPŞyə gəlmiş, polis şöbəsinin birinci mərtəbəsində olan təhqiqatçıların xidməti iş otağından birinə daxil olmuşlar. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik tərkibli bitkilərin kultivasiya olunmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulacağını bildirmişlər. Vəkillərin siyahısına dair protokol ona təqdim olunduqdan sonra dövlət hesabına müdafiəçi X5 təyin olunmasını xahiş etmişdir. Müdafiəçi X5 iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. O da üzərində heç bir əşya olmadığını dediyi üçün üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya onun prekursorları aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Polis əməkdaşları gələn vaxt həyəcanlı olduğu üçün səhvən 3 ədəd çətənə bitkisi yerinə 2 ədəd çətənə bitgisi demiş, bağında 3 ədəd çətənə bitkisini əkib becərmişdir. Həmin bitkilərin orada olmasını heç kim bilməmiş, çünki həmin yerə heç kim gedib gəlməmişdir. Həmin bitkilərin marixuana bitkisi olduğunu bilmiş, əkib qulluq etməkdə məqsədi böyüyəndən sonra onun hissələrini toplayıb istifadə etmək olmuşdur. Həmin çətənə bitkilərinin hissələrini toplayıb satmaq məqsədi olmamışdır. Törətdiyi əməldən peşmandır, gələcəkdə bir daha belə əməl törətməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Mayıs oğlu ifadəsində göstərdi ki, İTB-nin polis sahə rəisi, polis baş leytenantı vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. Ağstafa rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Ağstafa RPŞ-də olarkən əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa rayonu Göycəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə, Yuxarı Göycəli kəndindəki evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitələr olan çətənə bitkisinin əkib-becərməsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra göstərilən ünvana baxış keçirilməsi üçün məhkəmə qərarının alınmasına vaxt tələb olunduğu nəzərə alınaraq onun əməlinin ifşa olunaraq cinayət başında maddi sübutla birlikdə saxlanılması üçün əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmaqla o, Ağstafa RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Köçvəlili PB-nin tağım komandiri, polis leytenantı Şahid3, Ağstafa RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, sonra əvvəlcədən dəvət edilmiş aqronom Şahid5 iştirakı ilə Ağstafa rayonu, Göycəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə gedilmişdi. Təqsirləndirilən şəxs yaşadığı evdə müəyyən olunaraq ona barəsində çıxarılmış qərar elan olunmaqla yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs narkotik vasitə, qanunsuz saxladığı digər əşya və yaxud həyətyanı sahəsində və digər yerdə narkotik xassəli bitkisi varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı torpaq sahəsində iki ədəd şitilin olduğunu bildirmiş, baxış Təqsirləndirilən şəxs göstərməsi əsasında ilkin olaraq evin həyətyanı torpaq sahəsindən başlamışdır. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə daxil olduqda qonşu ilə arakəsmə ilə üzüm cərgəsinin arası ilə hərəkət edib arakəsmənin öz tərəflərinə düşən hissəsində kolluqda olan üç ədəd bitkini göstərib həmin bitkilərin çətənə bitkisi olduğunu, yabanı halda bitdiyini və onları aşkar olunduğu yerdən bir qədər aralıdan çıxararaq aşkar olunduğu yerə əkdiyini və özü istifadə etmək məqsədi ilə suvarma yolu ilə qulluq etdiyini bildirmişdir. Baxış zamanı bitkilərin dibinin nəm olduğu görünmüşdür. Baxışda iştirak edən bitkiçilik üzrə mütəxəssis (aqronom) Şahid5 aşkar olunmuş bitkilərin narkotik xassəli çətənə bitkisi olduğunu, dibinin yumşaldılaraq suvarma yolu ilə qulluq olduğunu bildirmişdir. Həmin bitkilər kökündən çıxarılmaq yolu ilə çıxarılmış, bitkilərin uzunluğu müvafiq olaraq 1 metr, 1,80 metr və 2 metr olmuşdur. Aşkar olunmuş 03 (üç) ǝdəd bitki polietilen kisǝnin içərisinə qoyulmaqla, üzəri DİN-in 88 nömrəli möhürü ilə möhürlənməklə iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra baxış həyətyanı torpaq sahəsində davam etmişdir. Baxış zamanı həyətyanı torpaq sahəsindən qanunla qadağan olunan hər hansı bir əşya və narkotik tərkibli bitki aşkar olunmamışdır. Baxış evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə, yəni mal damında, toyuq hinlərində və evin arxa hissəsində yerləşən talvar hissədə və orada yerləşən iki otaqda davam etmişdir. Sadalanan yerlərdə iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Bundan sonra baxış yaşayış evində davam etmişdir. Yaşayış evinin otaqlarında, mətbəx otağında və hamam-sanitar qovşaq otağında iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmiş və götürülməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid2, Şahid1 və X1 Alı Mayıs oğlunun ifadəsinə oxşar ifadə verərək göstərilən xüsusatları öz ifadələrində təsdiq etmişlər. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının 21 iyul 2024-cü il tarixli 16/798 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 03 (üç) ədəd kol...” adlar və imzalar olan sintetik kisəni açdıqda, içərisində 3 (üç) ədəd ümumi təmiz çəkisi 230 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssis) Şahid5 rəyinə əsasən təqdim olunan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarından olan məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2024-cü il tarixli 1251 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılaraq məhkəmə məsuliyyətinə verilmiş, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 229,94 qram narkotik xassəli çətənə bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağstafa RPŞ-nın anbarına təhvil verilmişdir. Qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 188, 234,1, 237.2.1, 237.2.3-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin 12:17-dən məhdudlaşdırılmışdır. İşdə olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarından olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 23 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli, 324 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı dörd - iki nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində iki nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməklə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-də saxlanılan 229,94 qram 3 ədəd narkotik xassəli çətənə bitkiləri məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməli və hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 229,94 qram 3 ədəd narkotik xassəli çətənə bitkiləri məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-18/2025
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-18/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver