Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-22/2023 24.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN, müdafiəçilər X4 və X5 iştirakı ilə xx.xx.1994-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, işsiz, evli, Yevlax Rayon Məhkəməsinin 08. 1N. N0NN-ci il tarixli hökmünə əsasən üzərində 01 il 11 ay N8 gün müdətə azadalıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-nin N saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx.xx.1999-cu il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilsiz, işsiz, evli, məhkumluğu olmayan, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində başqa iş üzrə seçilmiş həbs qətimkn tədbiri ilə bağlı Ədliyyə Nazirliyi PX-nin N saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan N ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344- 349, 351-353, 356, 358 və 381- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən işləmək üçün Gürcüstana getmək məqsədi ilə xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsN ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında N avqust N0NN-ci il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldıqlarından, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq keçməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən işləmək üçün Gürcüstana getmək məqsədi ilə xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxsN və xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında N avqust N0NN-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldıqlarından, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq keçməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsN hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilmədiyindən işləmək üçün Gürcüstana getmək məqsədi ilə xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında N avqust N0NN-ci il tarixdə saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Ağstafa rayonunda yerləşən 15-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd edərkən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanıldıqlarından, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq keçməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-in N9,318.N-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax rayon sakinidir, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tanışlarıdır. Onlarla münasibətləri yaxşı olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. N0NN-ci ilin avqust ayının əvvəllərində işləmək üçün Gürcüstana getmək qərarına gəlmiş, lakin onun müvafiq sənədləri olmadığından və quru yolları bağlı olması səbəbindən Gürcüstana gizlin- sərhədi pozaraq keçmək qərarına gəlmişdir. xx.xx.N0NN-ci il tarixində, saat 10 radələrində Yevlax şəhərindən "Mersedes Vita" markalı marşurut mikrovatobusu ilə o, Ağstafa şəhərinə, oradan da Ağsafa rayonu Poylu qəsəbəsinə getmiş, saat 15 radələrində Poylu qəsəbəsinə çatmış, taksidən düşdükdən sonra Məhəmmədin qəsəbədə yolun kənarında, mağazanın yanında Elçinlə söhbət etdiklərini görmüş, onlarla görüşdükdən sonra Təqsirləndirilən şəxsN burada nə etdiyini soruşmuş, söhbət zamanı Elçinin də Gürcüstana işləmək üçün getmək istədiyi, lakin təyyarə bileti almağa imkanı olmadığını bilmiş, həmçinin Məhəmmədlə Elçin ondan gəlişinin səbəbini soruşmuş, o da Gürcüstana işləmək məqsədilə getmək istədiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxsN həmin gün Gürcüstana getmək niyyətində olduğundan əvvəlcədən xəbəri olmamışdır. Hər üçü işləmək üçün gizli yolla-sərhədi pozaraq Gürcüstana getmək barədə razılaşdıqdan sonra bir müddət qəsəbə ərazisində olan çayxanada vaxt keçirdikdən sonra, həmin gün saat N1:50 radələrində hər üçü taksiyə əyləşərək Ağstafa rayonu Sadıqlı kəndi istiqamətində getmişlər. Sadıqlı kəndinə yaxın ərazidə onların üçü də taksidən düşərək sərhəd istiqamətində piyada getmişlər. N avqust N0NN-ci il tarixdə sərhədçilər onları tutmuş, oradan sərhəd zastavasına aparmışlar. Əməlindən peşmadır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.N0NN-ci il tarixdə əvvəlcədən tanışlıq əlaqəsində olduğu Gəncə şəhər sakini Təqsirləndirilən şəxsN saat 11 radələrində onunla telefon əlaqəsi saxlayaraq görüşmək istədiyni bildirmişdir. O, Elçinə Ağstafa rayonunun Poylu qəsəbəsində olduğunu və həmin qəsəbəyə gəlməsini bildirmiş, saat 14 radələrində Təqsirləndirilən şəxsN qəsəbəyə çatıqdan sonra onunla qəsəbədə olan çayxanalardan birində oturub söhbət etmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxsN ona işləmək məqsədi ilə Gürcüstana getmək niyyətində olduğunu, təyyarə bileti baha olduğundan və quru sərhədləri də bağlı olduğu üçün sərhəddən gilzin şəkildə keçib getmək istədiyini demiş, onun özü də işləmək üçün Gürcüstana getmək istəmiş, sənədləri olmadığından o da gizlin sərhədi keçmək qərarına gəlmiş, Elçinlə birlikdə Gürcüstana getmək barədə razılaşdıqdan sonra havanın qaralmasını gözləmişlər. Həmin gün, saat 15 radələrində əvvəldən tanışlıq əlaqəsində olduğu Yevlax rayon sakini Təqsirləndirilən şəxs3 onları qəsəbədə görmüş və yaxınlaşmış, o, Novruzdan bura nə üçün gəldiyini soruşmuş, sonuncu işləmək məqsədi ilə Gürcüstana qanunsuz yolla getmək istədiyini demiş, onlar üçü bir yerdə qanunsuz yolla Gürcüstana getməyi planlaşdırımış, bir müddət qəsəbə ərazisində olan çayxanada vaxt keçirdikdən sonra, həmin gün, saat N1-NN radələrində birlikdə taksi ilə Ağstafa rayonu Sadıqlı kəndi istiqamətində yola düşmüşlər, taksidən düşüb bir qədər də piyada getdikdən sonra, N avqust N0NN-ci il tarixdə, saat 01 radələrində Gürcüstana sərhədi pozaraq keçmək istəyərkən sərhədçilər onları saxlamışlar. Əməlindən peşmadır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la əvvəlcədən tanışdır, onlarla münasibətləri yaxşı olmuş, aralarında narazılıq, ədavət olmamışdır. xx.xx.N0NN-ci il tarixdə, səhər saatlarında Gəncə şəhərindən Təqsirləndirilən şəxs1 yaşadığı Ağstafa rayonu Poylu qəsəbəsinə getmiş, Məhəmmədlə görüşdükdə söhbət əsnasında sonuncuya Gürcüstana getmək istədiyini, hava yolu ilə getməyə pulu olmadığını, quru yollarının da bağlı olmasını demiş, Məhəmməd də onunla birlikdə işləmək üçün Gürcüstana getmək istəmiş, söhbət əsnasında vaxt Məhəmməd bir nəfər tanışının gələcəyini və həmin şəxsi qarşılamaq lazım olduğunu bildirmiş, saat 15 radələrində əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs3 onların yanına gəlmiş, söhbət etdikdən sonra məlum olmuşdur ki, Novruz da dövlət sərhədini qanunsuz yolla Gürcüstana keçmək istəyir. Onlar üçün də havanın qaralması üçün bir müddət qəsəbənin ərazisində olan çayxanada vaxt keçirdikdən sonra, saat N1 radələrində taksi ilə Ağstafa rayonunun Sadıqlı kəndi istiqamətində getmiş, sonra taksi onları düşürüb qayıtmış, piyada yola davam etmişlər, bir qədər sonra, N avqust N0NN-ci il tarixdə, saat 01 radələrində sərhədçilər onların üçünü də saxladıqları üçün Gürcüstana gedə bilməmişlər. Əməlindən peşmadır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərdi ki, DSX-nin N saylı hərbi hissəsinin 15-ci sərhəd zastavasında əsgər kimi xidmət edir. N avqust N0NN-ci il tarixdə, saat 01 radələrində "MƏMAS" maşını tərəfindən 3 nəfər şəxsin 7-ci sahə istiqamətində dövlət sərhədinə tərəf hərəkət etdiklərinin müşahidə olunması barədə onlara məlumat verilmiş, o və xidmət yoldaşı Şahid1 qeyd olunan istiqamətdə hərəkət etmiş, həmin yerə çatanda dövlət sərhədini pozmağa cəhd göstərən üç nəfər şəxsi- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 saxlayaraq sərhəd zastavasına məlumat vermişlər. Bundan sonra sərhəd zastavasında "silaha komandasına" qaldırılan "həyəcan" qrupunun heyəti əraziyə gəlib dövlət sərhədini pozmağa cəhd göstərən üç nəfəri zastavaya aparmışlar. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, N avqust N0NN-ci il tarixdə saat N1:30-dan 0N:30-dək əsgər ŞahidN ilə birlikdə 8- 9-cu sahələrdə "sərhəd gözətçisi" sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Xidmətdə olduqları zaman təxminən saat 00:N8-də "MƏMAS" maşını tərəfindən 3 şəxsin 7-ci sahə istiqamətində dövlət sərhədinə tərəf hərəkət etdiklərinin müşahidə olunması barədə onlara məlumat verilmişdir. O və əsgər ŞahidN həmin istiqamətə doğru hərəkət etmişlər. Həmin sahəyə çatdıqdan sonra dövlət sərhədini pozmağa cəhd göstərən üç nəfər şəxsi saxlayaraq bu barədə dərhal o, sərhəd zastavasının rabitə növbətçisinə məlumat vermişdir. Bundan sonra sərhəd zastavasında "silaha komandasına" qaldırılan "həyəcan" qrupunun heyəti əraziyə gələrək, dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılan həmin şəxsləri sərhəd zastavasına aparmışdırlar. İş materiallarında olan DSX-nin Sərhəd Qoşunları N No-li hərbi hissə komandirinin N avqust N0NN-ci il tarixli, 16/1183 No-li məktubundan görünür ki, N avqust N0NN-ci il tarixdə saat 00:3N radələrində N-ci SK-nın 15-ci sərhəd zaastavasının 7-ci sahəsində Azərbaycan Respublikası vətəndaşları Ağstafa rayonu, Poylu qəsəbə sakini Təqsirləndirilən şəxs1, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs3 və Gəncə şəhər sakini Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə qanunsuz yolla keçmək istəyərkən saxlanılmışlar. İş materiallarında olan xx.xx.N0N1-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, sərhəd pozucularının keçməyə cəhd etdiyi ərazi, Ağstafa rayonu Sadıqlı kəndindən N00-300 metr məsafədə, sərhəd zastavasından 5 km məsafədə, asfalt yoldan 700-800 metr aralıda yerləşir. Ərazi kolluq və qamışlıqlardan ibarətdir. Dövlət sərhəd xətti R-17 su kanalından keçir. Baxış zamanı dövlət sərhədini pozmağa cəhd edən şəxslərin saxlanıldığı ərazidə otluq sahənin əzilməsi aşkar edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki iş üzrə inzibati qaydada və şübhəli şəxs kimi cəmi 03 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə inzibati qaydada və şübhəli şəxs kimi cəmi 03 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxsN hazırki iş üzrə inzibati qaydada və şübhəli şəxs kimi cəmi 03 gün tutulmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.N011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in NN1.3, NN8.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.N017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin xx.xx.N0NN-ci i tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Yevlax rayon Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.N.3-cü maddəsi ilə təqsirli bilinərək 0N il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay N8 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.N0NN-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa rayon Məhkəməsinin N8 fevral N018-ci il tarixli hökmünün surətindən görünür ki, Bədirov X6 rayon Məhkəməsinin xx.xx.N018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 318.1, 318.N-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 0N il müddətə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun üzərində 01 il 11 ay N9 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə həmin cəa şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində onun Azərbaycan Respublikası CM-nin 1N6.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 04 ay müddətəxx.xx.N0N3-cü il tarixinə qədər həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışdır. İş materiallarndan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.N014-cü il təvəllüdlü X3, xx.xx.N016-cı il təvəllüdlü X1 və xx.xx.N0N3-cü il tarixli XN adlı 3 azyaşlı azyaşlı uşağı var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxsN yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in N9, 318.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs3 səmimi peşman olub əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşman olub əməlini etiraf etməsini, himayəsində azyaşlı uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsN ilk dəfə olaraq az ağır cinayət törətməyə cəhd etməsini, səmimi peşman olub əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır Azərbaycan Respublikası CM-nin 8-ci, 41.N-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N003-cü il N5 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.N və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun Yevlax rayon Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 1(039)-165/N0NN saylı hökmü ilə üzərində saxlanılmış 01 il 11 ay N8 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, ona qəti cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 03 gün müddət ona qəti olaraq təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr N0NN-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 03 gün müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli N4 iyun N0N3-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılması nəzərə alınmalı, bundan əlavə, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN tutulduğu 03 gün müddət ona təyin edilən cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli N4 iyun N0N3-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.N və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası onun Yevlax rayon Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, 1(039)-165/N0NN saylı hökmü ilə üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, o, qəti olaraq 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutulduğu 03 (üç) gün müddət ona qəti olaraq təyin edilmiş 0N (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınadan çıxılaraq üzərində 0N (iki) il 05 (beş) ay N7 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasınadan çıxılaraq üzərində 11 (on bir) ay N7 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N4 iyun N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasınadan çıxılaraq üzərində 04 (dörd) ay N7 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsN cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli N4 iyun N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş polisin nəzarəti altına vermə iqətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxsN barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu gündən N0 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-22/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-22/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver