Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-22/2024 13.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Qazax rayonu Köçvəlili kəndində anadan olmuş, orta təhsilli, ailəli, məhkumluğu ödənilmiş, işləməyən, Ağstafa rayonu Köçvəlili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,570 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 22 iyun 2023-cü il tarixdə saat 10:15 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri, H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin gün saat 11:00-dan 12:50-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,570 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,802 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək qanunsuz olaraq üstündə saxlamış, 17 iyul 2023-cü il tarixdə saat 17 radələrində Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Ağstafa şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa RPŞ-yə gətirilmiş, həmin narkotik vasitə heroin Ağstafa RPŞnin inzibati binasında, həmin gün saat 17:47-dən 17:55-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəksi 13,25 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasistə olan qurudulmuş marixuananı əldə edərək siqaret qutusunun içərisində qanunsuz olaraq üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 20:02-də Ağstafa RPŞnin Köçvəlili PB-nin əməkdaşları tərəfindən Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində saxlanılaraq Ağstafa RPŞ-nin Köçvəlili PB-yə gətirilmiş, həmin narkotik vasitə qurudulmuş marixuana Ağstafa RPŞ-nin Koçvəlili PB-n inzibati binasında həmin gün saat 21:00-dan 21:08-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, ailəlidir və 5 uşağı var. Uşaqları Neftçala şəhərində dini məktəbdə oxuyurlar. Onlar ailəlikcə Neftçalada kirayədə yaşamışlar. O, 22 iyun 2023-cü il tarixdə saat 10 radələrində İcra hakimiyyətinin inzibati binasının qarşısında olarkən polis əməkdaşları onu tutaraq Neftçala RPŞ-nə gətirmişlər. Polis şöbəsində olarkən onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra 17 iyul 2023-cü il tarixdə saat 17 radələrində Ağstafa şəhərində bazar istiqamətində gedərkən H.Əliyev prospektində “İkiqapılı” marketin qarşısında Köçvəlili PB-nin rəisi Azad müəllim onu saxlayaraq polis bölməsinə gətirmiş, üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa 03 avqust 2023-cü il tarixdə saat 20 radələrində Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində olarkən polis əməkdaşları evə gələrək onu polis bölməsinə aparmışlar. Polis bölməsində videoçəkiliş zamanı qurudulmuş marixuana onun cibindən aşkar olunmuşdur. Həmin narkotik vasitəni yoldan tapmışdır. Özündə aşkar edilmiş heroinləri isə Nefçala rayonunda xatırlamadığı yerdən tapmışdır. Əməlindən peşmandır. Himayəsində 6 uşağı var, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyul 2023-cü il tarixdə günorta saatlarında iş yoldaşı Şahid2 ilə xidmətdə olarkən ona məlumat gəlmişdir ki, Ağstafa rayonu Soyuqbulaq qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəlidir. Həmin gün, saat 17 radələrində H.Əliyev prospektində Təqsirləndirilən şəxs saxlayaraq Ağstafa rayon polis şöbəsinə gətirmişlər. Onu vəkillə təmin etdikdən sonra təhqiqatçının otağında videoçəkilişlə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Nemət qeyd olunan heroini Neftçala şəhərində əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid1la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o da yuxarıda göstərilənlərlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ Köçvəlili polis bölməsndə polis nəfəri işləyir. 03 avqust 2023-cü il tarixdə axşam saatlarında Soyuqbulaq qəsəbəsində iş yoldaşı Şahid4 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli kimi aparmasını görmüş, saat 20:02-də şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Köçvəlili polis bölməsinə dəvət etmişlər. Bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, orada müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Nemət bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadır, şəxsi istifadəsi üçün üzərində saxlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid6 Şahid5la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş üzrə şahid olan Şahid8 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Hadisə ilə əlaqədar onu qeyd edə bilər ki, Neftçala şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyatı məlumat yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmiş və icazə alındıqdan sonra əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək təsdiqlənmişdir. 22 iyun 2023-cü il tarixdə saat təxminən 10:15 radələrində daxil olan əməliyyat məlumatı əsasında Hacıyev X3 şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılmış, həmin zaman ətrafda kənar şəxslərin çox olmasını, sənədləşmə işlərinin aparılmasına münasib yer olmadığına görə polis şöbəsinə gətirilmiş, söbə rəhbərliyinə raportla məruzə edildikdən sonra o, Təhqiqat Qrupuna təhvil verilmişdir, Təhqiqatçı tərəfindən tutma qərarı qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Növbətçi Hissədə polis əməkdaşları və müdafiəçi Seymur Abdullayevin iştirakı ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya hər hansı başqa cinayət xarakterli predmet varsa təqdim etmək təklif olunmuş, bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu və təqdim etmək istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyi bükümünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen kəsiyi bükümü açılıb-baxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin polietilen kəsiyi bükümü zərfə qoyularaq ekspertizaya göndərilməsi məqsədilə möhürlənmişdir. Orada təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, digər iştirakçılar kimi o da həmin protokola imza etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 Şahid8la eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş 0,7 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 22 iyun 2023-cü il tarixdə saat 11:00-da başlamış, həmin gün saat saat 12:50-də bitmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən gümüşü kağıza bükülmüş 0,80 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 17 iyul 2023-cü il tarixdə saat 17:47-də başlamış, həmin gün saat saat 17:55-də bitmişdir. İş materiallarında olan 03 avqust 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən “Manschester” markalı siqaret qutusunda 18.15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış 03 avqust 2023-cü il tarixdə saat 21:00-da başlamış, həmin gün saat saat 21:08-də bitmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2023-cü il tarixli, 18/664 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,570 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,570 qram çəkidə heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,520 qram çəkidə heroin qalmışdır). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 iyul 2023-cü il tarixli, 16/734 nömrəli rəyi ilə məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən göy rəngli cins şalvarın yan cibindən aşkar edilmiş 0,8 qram ilkin baxışdan narkotik vasitə kakosa bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,802 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (0,802 qram çəkidə heroindən 0,05 qram ekspertiza tədqiqatına sərf edilmiş, 0,752 qram çəkidə heroin qalmışdır). İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04 avqust 2023-cü il tarixli 16/782 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusunda olan 18,15 qram yaşıl rəngli ilkin baxışdan n/v-ə marixuanaya bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “Manchestr” adlı siqaret qutusunda təmiz çəkisi 13,25 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (13,25 qram çəkidə qurudulmuş marixuanadan 0,02 qram ekspertiza tədqiqatına sərf edilmiş, 13,23 qram çəkidə qurudulmuş marixuana qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-ci il tarixli 1327 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsindəyaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları var. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində hər epizod üzrə 02 gün olmaqla ümumilikdə 06 gün şübhəli şəxs kimi, həmçinin axtarışda olan şəxs kimi 01 gün olmaqla cəmi 07 gün tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən hal-hazıradək həbsdədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməlləri etiraf etməsini, ikisi azyaşlı olmaqla beş uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, təkrar qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasını isə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı tutulduğu 07 gün müddət təyin olunmuş cəzadan çıxılmalı, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,520 qram və 0,752 qram olmaqla cəmi 1,272 qram heroin, həmçinin, 13,23 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114,54 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu cəmi 07 (yeddi) gün müddət ona təyin olunmuş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. X10 narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 0,520 qram və 0,752 qram olmaqla cəmi 1,272 qram heroin, həmçinin, 13,23 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114,54 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-22/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-22/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver