Məhkəmə qərarları › İş №1(015)-23/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-23/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-23/2025 25.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas X5, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Ağdam rayonu Sırxavənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi, məhkum olunmamış, Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Cəyirli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə saat 23 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ilə idarə edərək, X3 məxsus VAZ-21099 minik markalı, 90FA306 dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa-Köçəsgər avtomobil yolunun Köçəsgər kəndi ərazisindən keçən hissəsində, Ağstafa şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirərək həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və hadisənin qarşısının alınması məqsədi ilə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin dayanıqlı hərəkətini təmin etməli və avtomobilin idarəolunmaz vəziyyətə düşməsinə, yoldan çıxmasına səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli olduğu halda, bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək əlində tutduğu telefona baxıb diqqətini yayındırmaqla avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək idarəetməni itirmiş və avtomobilin hərəkət istiqamətində yoldan sağ tərəfə çıxaraq yol kənarında olan qaz borusuna və ağaclara çırpılmaqla maneələrə dəyməsi nəticəsində ehtiyyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ kürək sümüyünün qapalı, sağ dirsək sümüyünün açıq, sağ döş qəfəsinin İ-İİ-İİİ-İV qabırğaların qapalı sınıqları, hemopnevmotoraks, ağ ciyərin kontuziyası xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarəti almasına, Zərərçəkmiş şəxs1 QKB-travması, sağ təpə nahiyyəsinin əzilməsi, göz ətrafı qansızma və sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı xəsarətləri ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına, X6 başın ağır küt travması, qapalı kəllə-beyin travması, sol ənsəgicgah nahiyəsinə qansızma, kəllə əsası sümükdə xətt şəkilli sınıq, alt çənə sümüyünün sınığı, boynun sağ səthində səthi cırılmış yaralar, alt dodağın sol səthində, alt çənənin ön alt səthində çapılmış yaralar, boynun sağ yan səthində sıyrılmış didilmiş yara, sağ saidin orta 1/3-nin tış səthində kəsilmiş yaralar və sağ böyründə sıyrılmış yaraları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, həmin xəsarətlərdən beyinə qansızma və ödem nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatışmamazlığı səbəbindən ölümünə, atası Cavanşir Hüseynova məxsus “VAZ-21099” minik markalı, 90FA306 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3265 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu Cəyirli kəndində ailəsi ilə birlikdə yaşayır. X3 məxsus VAZ-21099 markalı, **-FA-*** dövlət qeydiyat nişanlı avtomobili atası tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Onun sürücülük vəsiqəsi vardır. 30 aprel 2024-cü il tarixdə axşam saatlarında dostları ilə birlikdə idarə etdiyi avtomobildə Qazax rayonuna gələrkən telefonuna səsli mesaj gəlmişdir. O, göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı özü, Kamal, Niyaməddin müxtəlif dərəcəli bədən xəsarətləri almış, Murad Məmmədov isə hadisə yerində ölmüş, hadisə baş verən zaman avtomobili təxminən 60-70 km/saat sürətlə idarə edirmiş, o telefona baxdığı üçün fikri yayınmış və yolun sağına doğru çıxıb qaz borusuna və ağaclara dəydikdən sonra idarəetməni itirmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzr istəmiş, sonuncu da onunla barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla birlikdə Qazax şəhərində yerləşən BDU-nun filialında oxuyur. Həmin vaxt Təqsirləndirilən şəxs atasına məxsus VAZ-21099 markalı, **- FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Onun avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Onlar arada Sənanın avtomobili ilə Qazax şəhərində, eyni zamanda aradabir Tovuz şəhərinə gedib orada biraz gəzir, yemək yeyib gəlirmişlər. Həmin vaxt onunla eyni univeristetdə təhsil alan digər tanışları X10 və Zərərçəkmiş şəxs2 da tanıyır, onlarla da münasibəti normal olmuşdur. 30 aprel 2024-cü il tarixdə axşam saatlarında dördü birlikdə Sənanın idarə etdiyi VAZ-21099 markalı, **-FA- *** dövlət qeydiyyat nişanlı avtomobillə gəzmək üçün Tovuz şəhərinə getmişlər. Yemək yedikdən sonra Sənanın avtomobili ilə birlikdə kirayə qaldıqları Qazax şəhərinə yola düşmüşlər. Sənan istifadəsində olan mobil telefonu aux naqil vasitəsilə avtomobilin moqnitofonuna qoşmuşdur. Sənan avtomobili idarə edə-edə telefona mesaj gəlibgəlmədiyini yoxlamaq üçün sağ əli ilə telefonun ekranına toxunmuş, sol əli ilə isə avtomobilin sükanını tutmuşdur. Sənanın fikri telefona yayındığı üçün başını qaldırıb yola baxanda görmüşdür ki, yolun hərəkət hissəsindən çıxıb, yolun sağına doğru, yəni torpaq hissəsi ilə gedirlər. Bu zaman Sənan idarəetməni itirmişdir və avtomobil yolun kənarında olan qaz borularına, sonra isə iri həcmli ağaclara çırpılmışdır. Həmin vaxt o aldığı xəsarətdən huşsuz vəziyyətə düşmüşdür. O, bir müddət sonra özünə gələndə görmüşdür ki, Ağstafa rayon Mərkəzi xəstəxanasındadır. Bundan başqa Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı özü, Sənan və Niyaməddin müxtəlif dərəcəli bədən xəsarətləri almış, Murad Məmmədov isə hadisə yerində ölmüşdür, hadisə baş verməmişdən əvvəl Sənan, eləcə də avtomobildə olan şəxslərdən heç kim spirtli içki qəbul etməmişlər, hamısı ayıq olmuş, həmin vaxt sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlığından xəsarət alsa da ona qarşı heç bir şikayəti və tələbi yoxdur, aralarında barışıq əldə olunmuş, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, oğlu Murad Məmmədovun yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi ilə bağlı Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, Türkiyə Cumhuriyyətində magistr təhsili aldığına görə məhkəmə prosesində iştirak edə bilmədiyi üçün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə razıdır və onsuz keçirilməsini xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 11 oktyabr 2024-cü il tarixli 8/1779 nömrəli rəyinə əsasən VAZ-21099 markalı 90FA306 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 18 noyabr 2024-cü il tarixli 467 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ kürək sümüyünün qapalı, sağ dirsək sümüyünün açıq, sağ döş qəfəsinin İ- İİ-İİİ-İV qabırğaların qapalı sınıqları, hemopnevmotoraks, ağ ciyərin kontuziyası – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin ağaca dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2024-cü il tarixli 466 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – QKB-travması, sağ təpə nahiyyəsinin əzilməsi, göz ətrafı qansızma və sağ bazu sümüyünün orta 1/3-nin yerdəyişmiş sınığı – küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobilin ağaca dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 may 2024-cü il tarixli 05 nömrəli rəyində göstərilmişdir ki, X6 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur – başın ağır küt travması, qapalı kəllə-beyin travması, sol ənsə-gicgah nahiyəsinə qansızma, kəllə əsası sümükdə xətt şəkilli sınıq, alt çənə sümüyünün sınığı, boynun sağ səthində səthi cırılmış yaralar, alt dodağın sol səthində, alt çənənin ön alt səthində çapılmış yaralar, boynun sağ yan səthində sıyrılmış didilmiş yara, sağ saidin orta 1/3-nin tış səthində kəsilmiş yaralar və sağ böyründə sıyrılmış yaraları – qeyd olunan xəsarətlər həyatidirlər, mərhum M.Ş.Məmmədovun ölümündən əvvəl küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər hərəkətdə olan avtomobilin yoldan çıxıb ağaca dəyməsi nəticəsində əmələ gələ bilərdi. X2 ölümü beynə qansızma və ödem nəticəsində baş vermiş mərkəzi tipli ağciyər-ürək çatışmamazlığı olmuşdur. Mərhum X1 spirtli içki və narkotik vasitə qəbul etməmişdir. İş materiallarında olan “X19 İstismarı İdarəsi Ağstafa Xidmət Sahəsindən” alınmış xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Köçəsgər kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yolun kənarında olan qaz borusu zədələnsə də boru tamamilə təmir olunmuş, dəymiş ziyan aradan qaldırılmış, bununla bağlı idarənin heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli 118 nömrəli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, maddi sübut olan “VAZ-21099” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan “Ağdam rayon Mərkəzi Xəstəxanası” X18 sorğu əsasında alınmış cavaba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağdam RMX PHŞ poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istntaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin şəxslərin ondan şikayətinin və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza, birinci növbədə, təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İş üzrə maddi sübut olan saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-21099” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində saxlanılmalı, məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzanın icra olunaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmış “VAZ-21099” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxsdən tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar