Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-25/2024 18.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Ağstafa rayonu Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək üzərində 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, çəkilməmiş 03 ay 26 gün azadlığın məhdudlaşdrılması cəzası qalmış, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qızılı rəngli kağız bükümdəki 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,234 qram və 0,209 qram olmaqla ümumi təmiz çəkisi 1,443 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib qanunsuz olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamış, 19 avqust 2023-cü il tarixdə saat 19 radələrində Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Ağstafa şəhərindəki dəmiryolu vağzalının yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa RPŞ-yə gətirilmış və həmin gün saat 19:56-dan 20:13-dək müddətdə Ağstafa RPŞ-nin inzibati binasında keçirilən şəxsi axtarış zamanı həmin 01 ədəd qızılı rəngli kağız bükümdəki 02 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,234 qram və 0,209 qram olmaqla ümumi təmiz çəkisi 1,443 qram çəkidə narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindəki 01 ədəd üzərində “West” sözü yazılmış siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Xətai kəndində yaşayır. 19 avqust 2023-cü il tarixdə, saat 19 radələrində tanışı Mətin adlı şəxslə piyada Ağstafa şəhərindəki Dəmiryolu vağzalının yaxınlığında gedərkən polis əməkdaşları yaxınlaşıb onu Ağstafa RPŞ-nə dəvət etmişlər, polis şöbəsində müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən “West” siqaret qutusu aşkar edilmiş, qututunun içində heroin olmuş, o, qeyd olunan qutunu içərisindəki heroin bükümləri ilə birlikdə həmin gün Göycəli kəndi ərazisində yerləşən tikilidən tapıb şəxsi istifadəsi üçün şalvarının cibində saxlamışdır. Onda heroin olmasından Mətinin məlumatı olmamışdır. Əməlindən peşmandır, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-ci il tarixdə saat 19 radələrində daxil olmuş məlumat əsasında, polis serjantları Şahid4 və Şahid3 ilə birlikdə, Ağstafa şəhəri Dəmir yolu vağzalının yaxınlığında piyada hərəkət edən şübhəli şəxslər- Təqsirləndirilən şəxs və Şahid1 saxlayaraq özlərini təqdim etdikdən sonra onlara üzərlərində narkotik vasitə gəzdirməkdə və saxlamaqda şübhəli olduqlarını bildirmiş, onları Ağstafa rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin də iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparılmış, şəxsi axtarış saat 19:56-dan, 20:13-dək davam etmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusundan içərisində heroinəbənzər kütlə olan bükümlər aşkar edilmiş, qeyd olunan bükümlər elektorn tərəzidə çəkilib qablaşdırılmış, üzəri mğhürlənmiş, sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Etibaar oğlu və Şahid3 da eyni məzmunli ifadələr verərək yuxarıda göstərilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Ağstafa rayon polis şöbəsinin inzibati həmin gün saat 19:56-dan saat 20:23-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində “west” sözü yazılmış siqaret qutusunun içərisindən selofan bükümlərdə ayrı-ayrılıqda 0.14 qram, 0.06 qram, 1.50 qram, 0.31 qram narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/830 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd selofan bükümdə və digər 01 ədəd selofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,234 qram, 0,209 qram, ümuniu təmiz çəkisi 1,443 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, kağız paketdəki 02 ədəd selofan bükümdə olan kütlələr pambıq hissələrdir (1,443 qram heroindən 0,1 qram ekspertiza tədiqatına sərf edilmiş, 1,343 qram heroin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1523 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaylicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağstafa Rayon İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş 09 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, həmin günə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 26 günü çəkilməmiş qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən halhazıradək həbsdə saxlanılır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun həmin cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübut olunur, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olub törətdiyi əməli etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki hökmə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi cəzanın məqsədinə nail olunmasnı təmin etmir. Məhkəmə yuxarıda sadalananları, aşkar edilmiş narkotik vasitənin miqqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına, Ağstafa Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 ay 26 günlük hissəsi, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən qismən birləşdirilməli, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən qəti cəzadan çıxılmalı o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 1,343 qram heroin məhv edilməli, məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60,8 manat məbləğində pul ondan tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344- 347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edimiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, onun Ağstafa Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 03 (üç) ay 26 (iyirmi altı) günlük hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesabı ilə hesablanmaqla qismən birləşdirilsin, o, qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona qəti olaraq təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəsası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi olan və Ağstafa RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 1,343 qram heroin məhv edilsin. İş üzrə məhkəmə xərcləri- aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-25/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-25/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver