Məhkəmə qərarları › İş №1(015)-25/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-25/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-25/2025 17.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Natiq Mehdi oğlu Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Ağstafa rayonu Yenigün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Yenigün kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ-21074 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai-Aşağı Göycəli avtomobil yolunun Ağstafa rayonu Yenigün kəndindən keçən hissəsində, Aşağı Göycəli kəndi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolu sağ tərəfində dayanmış vəziyyətdə olan piyadanı nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək onun yanından keçib getməli olduğu halda bunlara riayət etməyərək, cinayətkarcasına özünə güvənərək hərəkətini davam etdirmiş və ehtiyyət yolda dayanmış piyada X4 avtomobilin qabaq hissəsi ilə vuraraq onun baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sağdan İİİ, İV qabırğaların sınığı, sağ qulağın təbil pərdəsinin cırılması, sağ gicgah, ənsə, sağ qulaq seyvanı nahiyələrinin, sağ aşağı ətrafda budun, diz oynağı nahiyəsinin və baldırın iri ölçülü dərialtı hematomaları, alın, sağ bud-çanaq oynağı nahiyələrinin qançırları, sol təpə nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sağ kürək nahiyəsinin, sol saidin, sağ aşıq-baldır oynağı nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə, baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma ilə əlaqədar inkişaf edən baş beyinin ödemi və ensefalitik yumşalması səbəbindən ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitlərinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu Yenigün kəndində ailə üzvləri ilə birlikdə yaşayır. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. ** GL *** qeydiyyyat nişanlı VAZ-21074 markalı avtomobil onun mülkiyyətindədir. Ağstafa rayonunun Yenigün kənd sakini X4 tanıyır. O, onun həmkəndlisidir. Onunla heç bir ədavəti və düşmənçəliyi olmayıbdır. O, 2024-cü ilin aprel ayına kimi «Azərsun» şirkətinin Ağstafa rayonunda fəaliyyət göstərən filialında sürücü işləmişdir. Hər gün səhər saat 08-də işə gedib axşam saat 19-da işdən çıxmışdır. 23 mart 2024-cü il tarixdə səhər tezdən idarə etdiyi ** GL *** qeydiyyyat nişanlı VAZ-21074 markalı avtomobillə işə getmişdir. Həmin gün saat 19 radələrində işdən çıxmışdır. Hava qaranlıq və yağışlı olmuşdur. O, Ağstafa şəhərində bir qədər şəxsi işləri ilə məşğul olub saat 22 radələrində Ağstafa şəhəri M.Allahverdiyev küçəsi ilə avtomobilini hərəkət etdirib, Xətai kəndində «Tataroğlu» marketin yanından sağa yaşadığı Yenigün kəndi istiqamətinə dönmüşdür. Avtomobili uzaqvuran işıqla təxminən 50-60 km sürətlə idarə etmişdir. Təxminən öz evinə çatmağa 800-900 metr qalmış yolda çadır qurulduğunu görmüşdür. Onun hərəkət istiqamətində çadırın sağ tərəfindən keçmək üçün yer olduğunu görmüş bir qədər sürətini azaldıb çadırın yanından keçmək istəyəndə yağış güclü yağdığı üçün diqqətini toplaya bilmədiyindən avtomobilin kiməsə dəydiyini hiss etmişdir. Təxminən 2-3 metr qabaqda avtomobili saxlayıb yerə düşmüş, yerə bir nəfər yıxıldığını görmüşdür. Həmin şəxsə yaxınlaşanda avtomobili ilə vurduğu şəxsin həmkəndlisi Kazım olduğunu bilmişdir. O stul gətizdirib Kazımı stulda otuzdurmuşdur. Həmin vaxt Kazımın alın hissəsində xəsarət olduğunu görmüşdür. Kazım səhhətinin yaxşı olduğunu bildirsə də, orada olan şəxslərdən kimsə təcili tibbi yardıma zəng etmişdir. Bir qədər sonra təcili yardım gəlmişdir. Kazımı təcili yardımla Ağstafa rayon mərkəzi xəstaxanasına gətirmişdirlər. Xəstaxanada olanda Kazımın huşu üstündə deyilmiş. Səhəri gün o xəstəni Qazax şəhərində Diaqnostika mərkəzinə apartdırmışdır. Orada Kazımı aparata saldırmışdır. Bildirmişdilər ki, xəstənin beyninə qan sızıbdır və onu təcili Bakı şəhərinə aparmaq lazımdır. Həmin gün Kazımı Ağstafa rayon mərkəzi xəstaxanasından verilmiş təcili yardım avtomobili ilə Bakı şəhərinə aparmışdırlar. Bakı şəhərində Nevrocərahiyyə xəstaxanasında Kazım başından əməliyyat olunmuşdur. Əməliyyatdan sonra Kazım yenə də koma vəziyyətində olmuşdur. 02 aprel 2024-cü il tarixdə Kazım müalicə aldığı xəstaxanada ölmüşdür. Səhəri gün onu kəndə gətirib dəfn etmişdirlər. Hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş, sonuncu da onunla barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Odur ki, qeyd etdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, X5 onun atasıdır. Təqsirləndirilən şəxs tanıyır, onunla həmkəndlidirlər. Ramilin onunla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. Ramilgil hazırda atası evi ilə qonşuluqda yaşayır. Atası anası ilə birlikdə bir evdə yaşamışdır. 23 mart 2024-cü il tarixdə saat 23 radələrində evdə olan vaxt ona məlumat verilmişdir ki, atasını qonşusu Maksimin evinin qarşısında olan vaxt avtomobil vurmuşdur və xəstaxanaya aparmışdırlar. O bu xəbəri eşidib xəstaxanaya gəlmişdir. Ona məlum olmuşdur ki, atasını qonşusu Ramil idarə etdiyi avtomobillə vurub xəsarət yetirmışdir. Həmin gün atası xəstaxanada huşsuz vəziyyətdə qalmışdır. Səhəri gün atasını Bakı şəhərinə Nevrocərahiyyə xəstaxanasına aparmışdırlar. Orada atası başından əməliyyat olunmuşdur. 02 aprel 2024-cü il tarixdə atası xəstaxanada aldığı xəsarətdən ölmüşdür. 03 aprel 2024-cü il tarixdə atasını kəndlərində dəfn etmişdirlər. Atasının yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb ölməsi ilə bağlı şikayətləri olmadığı üçün hüquq mühafizə orqanlarına şikayət etməmişdirlər. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Yenigün kəndində yaşayır. Təqsirləndirilən şəxs və X4 tanıyır. Onlar onun həmkəndliləridir. Onun onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 23 mart 2024-cü il tarixdə qonşusu Maksim adlı şəxsin arvadı rəhmətə getmişdir. Axşam o evdən çıxıb yas yerinə gəlmişdir. Yas üçün çadır yolda qurulmuşdur. O çadırın yanına çatanda çadırın yanında Kazımın stolda oturduğunu və yanında şəxslər olduğunu görmüşdür. O nə baş verdiyini soruşanda məlum olmuşdur ki, Ramil avtomobili ilə Kazımı vurmuşdur. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və Kazımı xəstaxanaya aparmışdırlar. Sonra o çıxıb evə gəlmişdir. Bir neçə gündən sonra eşitmişdir ki, Kazım müalicə olunduğu xəstaxanada yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən rəhmətə getmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, o da şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Yenigün kəndində yaşayır. Təqsirləndirilən şəxs və X4 tanıyır. Onlar onun həmkəndliləridir. Onun onlarla heç bir ədavəti və düşmənçəliyi olmamışdır. 23 mart 2024-cü il tarixdə qonşusu Maksim adlı şəxsin arvadı rəhmətə getmişdir. Axşam o evdən çıxıb yas yerinə gəlmişdir. Hava yağışlı olmuşdur. Həmin gün saat 22 radələrində çadırda iş görən vaxt çadırın kənarında tappıltı səsi eşitmişdir. O, çadırdan yola çıxanda qonşusu Kazımın çadırın yanında yerə yıxıldığını görüb ona yaxınlaşmışdır. Bir qədər aralıda VAZ-2107 markalı avtomobildən digər qonşusu Ramil düşüb onlara tərəf gəlmişdir. Kazımı qaldırıb stolda oturtmuşlar. Ramil maşından düşəndə Kazımın yanında təkcə o, olmuşdur. Ramil bildirmişdir ki, diqqətsizlik etdiyi üçün Kazımı yolda dayanmış vəziyyətdə vurubdur. Sonra onların yanına qonşular gəlmişlər. Bir qədər sonra təcili tibbi yardım gəlmiş o, köməklik edib Kazımı avtomobilə mindirmişlər. Sonra o, evlərinə getmişdir. Zəngilanda fəhlə işlədiyi üçün səhəri gün Zəngilan rayonuna getmişdir. Sonra eşitmişdir ki, Kazım həmin avtomobil qəzasında aldığı xəsarətlərdən ölübdür. Hadisə zamanı Ramildə hər hansı bir sərxoşluq vəziyyəti hiss etməmişlər. İş materiallarında olan 04 may 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Xətai-Aşağı Göycəli avtomobil yolunun Ağstafa rayonu Yenigün kəndindən keçən hissəsində baş vermişdir. Hadisə baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 3,5 metr olmaqla, yol asfaltbeton örtüklü olmuşdur. Yol örtüyünün ümumi eni 7 metr olmaqla sağ və sol hissəsində ehtiyyat yol yerləşir. Hər iki tərəfə ehtiyyat yolun eni 2,5 metrdir. Piyadanı vurma Aşağı Göycəli kəndi istiqamətində yolun orta xəttindən 4,7 metr məsafədə sağ ehtiyyat hissədə baş vermişdir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisədən öncə avtomobil Aşağı Göycəli kəndi istiqamətinə hərəkət etmişdir. Piyada avtomobilin qabaq sağ hissəsi ilə vurulmuşdur. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 02 dekabr 2024-cü il tarixli 8/2701 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 aprel 2024-cü il tarixli 31/MEŞ nömrəli rəyindən görünür ki, mərhum X2 meyidi üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sağdan İİİ, İİİİ qabırğaların sınığı, sağ qulağın təbil pərdəsinin cırılması, sağ gicgah, ənsə, sağ qulaq seyvanı nahiyələrinin, sağ aşağı ətrafda budun, diz oynağı nahiyəsinin və baldırın iri ölçülü dərialtı hematomaları, alın,sağ bud-çanaq oynağı nahiyələrinin qançırları, sol təpə nahiyyəsinin, döş qəfəsinin ön səthinin, sağ kürək nahiyəsinin, sol saidin, sağ aşıqbaldır oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan K.H.Qurbanovu vurması nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. 2.K.H.Qurbanovun ölümünün bilavasitə səbəbi baş beyinin əzilməsi, toxumasına, qişaları altına və mədəciklərə qansızma ilə əlaqədar inkişaf edən baş beyinin ödemi və ensefalitik yumşalması olmuşdur. 3.K.H.Qurbanovun meyitində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, hərəkətdə olan avtomaşının ilkin kontaktı K.H.Qurbanovun şaquli və ona yaxın vəziyyətlərində sağ aşağı ətrafından olmuşdur. İş materiallarında olan AF 801261 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına DİN BDYPİ Qİİ/Tovuz ASAN x.m. tərəfindən xx.xx.2020ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X6 adlı bir azyaşlı uşağı olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə eləməsini, həmin şəxsin ondan şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “VAZ-2107” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ-2107” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar