Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-27/2024 04.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkən, Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 06 mart 2023-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan saatda Ağstafa şəhəri Füzuli kücəsi ev 48-də yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan yarı tikili evin həyətinin hasarından həyətə, oradan da evin qapısını açıb evə qanunsuz daxil olaraq evin divarına bərkidilmiş Rusiya istehsalı olan, ümumi qiyməti 108 manat olan 04 top 360 metr uzunluğunda 2.5 mm-lik elektrik naqili, Rusiya istehsalı olan, 300 manat qiymətində, 5 top 4 mm-lik və Rusiya istehsalı olan, 50 manat qiymətində, 50 metr uzunluğunda 6 mm-lik naqilləri sökərək gizli olaraq talayıb zərərçəkmiş şəxsə 458 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 12 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixə kimi olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan gündə və saatda Ağstafa şəhəri 27-ci məhəllədə yerləşən, Ağstafa rayonu Qaçaq Kərəm kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə, oradan da evə qanunsuz daxil olaraq evin divarına bərkidilmiş və otaqda olan Rusiya istehsalı olan, qiyməti 20 manat olan 1 ədəd 25-lik ümumi elektrik avtomatı, Rusiya istehsalı olan, ümumi qiyməti 165 manat olan, 11 ədəd 16-lıq paylayıcı elektrik avtomatları, Rusiya Federasiyası istehsalı, ümumi qiyməti 40 manat olan 8 ədəd kluçateli, Rusiya Federasiyası istehsalı olan, ümumi qiyməti 30 manat olan 6 ədəd razetkanı, Rusiya Federrasiyası istehsalı olan, ümumi qiyməti 24 manat olan, 8 ədəd patronu, Rusiya istehsalı olan, ümumi qiyməti 360 manat olan hər paçkada 100 metr 4 mm-lik elektrik naqili olmaqla cəmi 600 metr elektrik naqili olan 6 ədəd paçkanı, Rusiya istehsalı olan, ümumi qiyməti 32 manat olan 16 metr 12 mmlik elektrik naqilini, qiyməti 8 manat olan Rusiya istehsalı olan 1 ədəd işıqlandırıcı lampa fotoreleni (drosel) gizli olaraq talayıb zərəçəkmiş şəxsə 679 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 2023-cü ilin iyun ayının ortalarında gecə saatlarında Ağstafa şəhəri Azər Yusifli küçəsi ev 2 də yaşayan Zərərçəkmiş şəxs4 məxsus, yaşadığı evin həyətində yerləşən evə bitişik tikilinin arxa qapısına bağlanmış metal məftili sındırıb qapısını açaraq həmin tikiliyə qanunsuz daxil olaraq həmin tikilidə əşyalar yığılan rəfdən Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd işlək vəziyyətdə 2013-cü il buraxılışlı, Rusiya Fedrerasiyası istehsalı, “Mars Profesional MMA 2500” markalı qaynaq aparatını gizli olaraq talayıb zərəçəkmiş şəxsə 180 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 21 iyun 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində Ağstafa rayon Mərkəzi bazarında, orada geyim əşyaları satan Ağstafa rayonu Qırlı kənd sakini Zərərçəkmiş şəxs3 geyim əşyaları satdığı piştaxtanın üzərindən Azər Rüstəmova məxsus, işlək vəziyyətdə, 2021-ci il buraxılışlı, Çin Respublikası istehsalı olan “Samsung A- 20S” markalı mobil telefonunu içərisində olan ***-***-**-** nömrəli GSM danışıq kartı ilə birlikdə geyim əşyaları satıldığı piştaxtanın üzərindən götürərək gizli olaraq talayıb zərəçəkmiş şəxsə 124 manat manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti aşağı olduğuna görə oğurluq etmək qərarına gəlmiş, 06 mart 2023-cü il tarixdə, xatırlamadığı vaxtda Ağstafa şəhəri Füzuli kücəsi ev 48-də yerləşən, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi ikimərtəbəli evin həyətinə oğurluq məqsədi ilə təkbaşına hasardan tullanmış, sonra qapını açıb evə daxil olmuş, evdən divara bərkidilmiş müxtəlif elektrik naqillərini söküb aparmış, naqilləri çöllük ərazidə yandırmış, tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə yanmış mis naqili Ağstafa rayonu Vurğun qəsəbəsinə metal yığımı məntəqəsinə aparıb satmış, əldə etydiyi pulu öz ehtiyacları üçün xərcələmişdir. Daha sonra o, 12 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixə kimi olan müddət ərzində, yadında qalmayan gün və saatda tək Ağstafa rayonu 27-ci məhəllədə gedərkən orada yaşayış olmayan, sonradan Cahangir adlı şəxsə məxsus olduğunu bildiyi evdən də oğurluq etmək qərarına gəlmiş, həmin vaxt evin hasarından həyətə tullanmış, evdə heç kim olmadığına əmin olduqdan sonra evin içinə daxil olmuş, orada divarına bərkidilmiş mis elektrik naqillərini, sayını dəqiq xatırlamadığı elektrik avtomatlarını, kluçatel, patron və razetkaları divardan söküb çıxarmış, özü ilə gətirdiyi sellofan torbaya yığaraq çıxıb getmiş, torbanı yaxınlıqdakı çöllük əraziyə aparıb orada elektrik naqillərini, avtomat, elektrik avtomatlarını, kluçatel, patron və razetkaları yandırmış və içərisindən təxminən 4-5 kq mis naqilini götürüb torbaya qoymuş və öz yaşadığı evə aparmış, bir neçə gündən sonra, xx.xx.2023-cü il tarixdə tanımadığı taksi avtomobili ilə qeyd olunan mis elektrik naqilini Ağstafa rayonu Vurğun qəsəbəsinə metal yığımı məntəqəsinə aparmış, cəmi 31 manata satmış, pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan başqa o, 2023-cü ilin iyun ayının ortalarında gecə saatlarında tək Ağstafa şəhəri Azər Yusifli küçəsində döngə 3, ev 2 də yerləşən tanımadığı, sonradan Zərərçəkmiş şəxs4 məxsus olduğunu bildiyi evdən oğurluq etmək məqsədi ilə hasardan aşıb həyətə düşmüş, evə bitişik tikilinin qapısına bağlanmış dəmir məftili sındırıb qapını açaraq tikiliyə daxil olmuş, oradan 01 ədəd qaynaq aparatını götürüb oğurlayaraq gəldiyi yerdən geri qayıdaraq küçəyə düşmüş və öz yaşadığı evə getmişdir. Həmin qaynaq aparatı boz rəngdə olmuş, markası “Mars professional MMA2500” olmuşdur. Səhəri gün tezdən Ağstafa şəhər sakini tanışı Şahid4 Ağstafa rayon Dəmir yolu vağzalının yanında görüb oğurladığı qaynaq aparatını ona satmaq üçün təklif etmişdir. O, Familə satmaq istədiyi qaynaq aparatının özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, Famil qaynaq aparatının oğurluq olmasını bilməmişdir. Familə qaynaq aparatını 100 manata pula satmaq istədiyini demiş, lakin Famil baha olduğunu bildirərək almaq istəməmiş, Familə 50 manat pul verməsini demişdir. Famil ona üzərində pul olmadığını, nisyə alıb pulunu daha sonra verəcəyini bildirmişdir. O da razı olmuşdur. O, həmin vaxt tanımadığı bir taksi avtomobili ilə qaynaq aparatını aparıb Familin həyətinə düşürüb getmişdir. Lakin daha sonqra pulu Famildən ala bilməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində o, Ağstafa şəhərindəki mərkəzi bazarda olan zaman geyim əşyaları satılan piştaxtada satıcı işləyən, adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 adlı şəxsin alıcılarla söhbət etdiyini, başının onlara qarışdığı və özünə məxsus “Samsung A20S” markalı mobil telefonunu geyim əşyaları satdığı piştaxtanın üzərinə qoyduğunu görmüş, heç kimin onu görmədiyinə əmin olduqdan sonra fürsətdən istifadə edib Rüstəmin mobil telefonunu piştaxtanın üzərindən götürüb oğurlamışdır. O, həmin telefonu oğurladıqdan sonra bazardan uzaqlaşıb Ağstafa şəhəri H.Əliyev prospekti ilə öz yaşadığı evə gedən zaman küçədə polis əməkdaşı oğurluqda şübhəli olduğuma görə onu saxlayıb Ağstafa RPŞ-nə aparmışlar. O, polis şöbəsinə gedərkən oğurladığı həmin mobil telefon üzərindən aşkar edilməsin deyə mobil telefonu taksi avtomobilinin ayaqaltısının altına atmışdır. Sonradan məlum olmuşdur ki, polis əməkdaşları onun oğurladığı “Samsung A20S” markalı mobil telefonu həmin taksi avtomobilindən aşkar edib götürmüşlər. Hazırda törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq eləmişdir, səhhətində ciddi problemlər var, maddi imkanı olmadığı üçün vurmuş olduğu zərəri ödəyə bilmir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri, Füzuli kücəsi ev 48-də yerləşən ev ona məxsusdur, yaşadığı evlə üzbəüz yerləşir. Oğurluq edilən vaxt evdə təmir-tikinti işləri aparılmışdır. Həmin ev 2 mərtəbəli olmaqla 3 otaq və hamam birinci mərtəbədə, 5 otaq isə ikinci mərtəbədə yerləşir. Evdə elektrik xətti çəkilişi işləri aparıldığından o, evinə elektrik naqilləri almışdır. Həmin naqilləri içərisindən keçirmək üçün qara rəngli plastmas borular da almışdır. Həmin naqillər usta tərəfindən divara bərkidilmişdir. 07 mart 2023-cü il tarixdə səhər saatlarında evə gedib baxanda görmüşdür ki, evdə çəkilmiş elektrik naqilləri boruların içərisindən çəkiluib çıxarılmaqla oğurlanıb aparılmışdır. Onun evindən Rusiya istehsalı olan, ümumi qiyməti 108 manat olan 04 top 360 metr uzunluğunda 2.5 mm-lik elektrik naqili, Rusiya istehsalı olan, 300 manat qiymətində, 5 top 4 mm-lik və Rusiya istehsalı olan, 50 manat qiymətində, 50 metr uzunluğunda 6 mm-lik naqillər oğurlanmış, ona 458 manatlıq ziyan dəymişdir. Sonradan evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyi üçün o, Təqsirləndirilən şəxsla barışmamışdır, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Ağstafa şəhəri 27-ci məhəllədə yerləşən özünə məxsus fərdi yaşayış evi var. Hal-hazırda həmin evdə yaşayış yoxdur. O hazırda Ağstafa rayonu Qaçaq Kərəm kəndində yerləşən atası evində yaşayır. O hərdən, həftədə 1-2 dəfə gedib Ağstafa şəhəri 27-ci məhəllədə yerləşən evinə baş çəkirmiş. xx.xx.2023-cü il tarixdə saat 16-radələrində o, evinə baş çəkməyə getmiş və həmin vaxt həyətdə 3 ədəd ağac əkmişdir. Həmin vaxt evində hər şey yerli yerində olmuş, evindən heç nə oğurlanmamışdır. xx.xx.2023-cü il tarixdə yenə evinə baş çəkməyə gedəndə evin 750 manat dəyərində elektrik xəttinin (elektrik naqilləri, patronlar, avtomatlar və s) tamamilə sökülüb oğurlandığını aşkar etmişdir. Evə baxdıqda 2 otaqda ümunilikdə 20 kvadrat metr standart olmayan pol taxtasının da sökülüb oğurlandığını aşkar etmişdir. Taxtaların ümimi dəyəriuni bilməmişdir. Onun evimdən ümimilikdə Rusiya istehsalı olan 1 ədəd 25-lik böyük ümumi elektrik avtomat, 11 ədəd 16-lıq paylayıcı elektrik avtomatlar, 8 ədəd kluçatel, 6 ədəd razetka, 8 ədəd patron, hər paçkada 100 metr 4-lük elektrik naqili olmaqla cəmi 600 metr elektrik naqili olan 6 ədəd paçka, 16 metr 12-lik elektrik naqili, 1 ədəd işıqlandırıcı lampa drosel və 20 kvadrat standart olmayan pol taxtası oğurlanmışdır. O, həmin vaxt AR DİN-nin 102 xidmətinə zəng edərək evindən əşyaların oğurlanması barədə məlumat vermişdir. O, sonra bilmişdir ki, evində olan 20 kvadrat metr standart olmayan pol taxtalarını hadisədən əvvəl atası Qurbanov Aydın artıq evə lazım olmadığına görə bir nəfər tanımadığı şəxsə hədiyyə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Ağstafa şəhəri Azər Yusifli küçəsi ev 2 də yaşayır, yaşadığı evin yanında evə bitişik formada, küçədən və evin arxa tərəfindən qapısı olmaqla girişi olan və arxa tərəfi hasar ilə əhatəli tikili var. Tikilidə istifadə etdiyi müxtəlif növ alətlər, həmçinin qaynaq aparatı da saxlamış, qaynaq aparatı ilə müxtəlif vaxtlarda evin həyətində bəzi təmir işləri görmüşdür. 2023-cü ilin iyun ayının ortalarında, gecə saatlarında evdə yatarkən qeyd olunan tikilidə səs eşitmiş, lakin hər hansı küçə pişiyi olduğunu düşünüb əhəmiyyət verməmişdir. Təxminən bir həftə sonra qaynaq aparatını götürmək üçün həmin tikiliyə girdikdə oranın arxa qapısına bağladığı məftilin sındırıldığını və qapının açıq vəziyyətdə olduğunu, qaynaq aparatının da orada görmüş, qaynaq aparatının oğurlandığını bilmişdir. Aparatı özü axtarmış, bir neçə gün polisə şikayət etməmişdir. Aparatı tapa bilmədikdə isə bu barədə polisə məlumat vermişdir. Qeyd olunan aparatı boz rəngli və markası “Mars professional MMA2500” markalı olmuşdur. Sonradan həmin aparatı Təqsirləndirilən şəxs oğurladığını bilmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu, Qırılı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Ağstafa rayon Mərkəzi bazarında geyim əşyaları satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində bazarda geyim əşyalarını satarkən özünə məxsus 2021-ci ildə Çin Respublikasında istehsal edilmiş “Samsung A20S” markalı mobil telefonunu geyim əşyaları satdığı piştaxtanın üzərinə qoymuş, başı alverə qarışmış, sonra piştaxtaya baxdıqda qeyd olunan mobil telefonunun yerində olmadığını görmüş, telefonda olan özünə məxsus ***-***-**-** nömrəsinə başqa telefondan zəng etmiş, lakin telefon bağlı olduğu üçün zəng çatmamışdır. Belə olduqda telefonunun oğurlandığını bilmiş və bu barədə polisə məlumat vermişdir. Sonradan telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxsla barışmışdır, ondan şikayətçi deyil, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 21099” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşgul olub ailəsini dolandırır. O, hər gün Ağstafa şəhər mərkəzi bazarının yaxınlığında avtomobilini saxlayıb müştəri gözləyir. 2023-cü ilin mart ayında Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs onun yanına gəlib onu Ağstafa rayonu Vurgun qəsəbəsinə aparmasını bildirmişdir. O Şamillə gediş haqqı olaraq 3 manat alacağı barədə razılaşmış, onun avtomobilinə əyləşmişdir. Şamilin əlində içərisində yanmış mis naqil olan torba olmuşdur. O, Təqsirləndirilən şəxs Ağstafa rayonu Vurğun qısəbəsində yerləşən metal qəbulu məntəqəsini aparıb düşürmüş, Şamil özü ilə apardığı yanmış mis naqili satdıqdan sonra Şamili öz avtomobili ilə Ağstafa şəhəri avtovağzalının yaxınlığında düşürmüş, Şamil çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Ağstafa mərkəzi bazarının yaxınlığında yenə ona yaxınlaşmış onu Ağstafa rayonu Vurğun qəsəbəsinə, metal yığımı məntəqəsinə aparmasını demiş, yenə əlində içərisində yanmış mis naqil olan torba olmuşdur. O, Şamildən metal yığımı məntəqəsinə nə yaxşı tez-tez getdiyini, mis naqili haradan əldə etdiyini soruşmuş, Şamil isə ona qohumunun usta olduğunu, evlərdə işlədiyini, iş zamanı qalan, yararsız elektrik naqillərinin qırıntılarını satmaq üçün ona verdiyini demişdir. O, yenə Şamili Ağstafa rayonu Vurğun qəsəbəsinə, metal yığımı məntəqəsinə aparıb düşürmüş, Şamil yanmış mis naqili orada satdıqdan sonra onunla birlikdə Ağstafa şəhərinə qayıtmışdır. O, Şamili Ağstafa şəhər mədəniyyət evinin yaxınlığında düşürüb getmiş, bir daha Şamili müştəri kimi aparmamışdır. O, Şamilin onun avtomobili ilə Ağstafa rayonu Vurğun qəsəbəsinə metal yığımı məntəqəsinə apardığı yanmış mis naqilin oğurluq olmasını bilməmiş, sonradan polis əməkdaşlarından bunu eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən həmkəndlisi Nizami Hümbətliyə məxsus metal qəbulu məntəqəsini Gəncə şəhər sakini Vüsal Əliyev icarəyə götürüb işlətmişdir. O da həmin məntəqədə günü 10 manata fəhlə işləmişdir. Həmin məntəqədə o və Vüsal metal və əlvan metal tullantılarını çəkib qəbul edərək Bakı şəhərinə Qaradağ rayonuna metal qəbulu və əritmə zavoduna satmışlar. O, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında ədavət, düşmənşilik olmamışdır. xx.xx.2023-cü il tarixdə günortadan sonra Təqsirləndirilən şəxs Ağstafa rayonu Vurğun qəsəbəsində işlədiyi metal yığımı məntəqəsinə gəlmiş, 2 kq 100 qram yanmış mis naqil gətirib satmaq istədiyini bildirmişdir. O, həmin yanmış elektrik naqili olan misi elektron tərəzidə çəkmiş, 2 kq 100 qram olmuşdur. O, Şamildən həmin yanmış elektrik naqili olan misi haradan aldığını soruşanda Şamil ona özünün olduğunu, yandırıb satmaq üçün gətirdiyini demişdir. O, da həmin misi Şamildən qəbul edib 19 manat pul vermişdir. Şamildən həmin vaxt şəxsiyyət vəsiqəsini istəmişdir. Şamil şəxsiyyət vəsiqəsini vermişdir. O, da Şamilin şəxsiyyət vəsiqəsini götürüb telefonda şəkilini çəkmişdir. Şamildən yanmış mis elektrik naqili almağı barədə iş dəftərində qeydiyyat aparmışdır. Səhəri gün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yenə selofan torbada yanmış mis naqil gətirmiş, demişdir ki, öz evindən gətirib, pula ehtiyacı olduğindan satır. O, həmin mis elektrik naqilini elektron tərəzidə çəkmiş, 2 kq 100 qram çəkidə gəlmiş və o, 10 manat Şamilə pul verib həmin misi almışdır. O, Şamildən mis almağı barədə iş dəftərində qeydiyyat aparmışdır. O, artıq Şamildən gətirdiyi naqilin oğurluq olmasından şübhələnmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onun işlədiyi metal qəbulu məntəqəsinə yenə selofanda yanmış elektrik naqili gətirib satmaq istədiyini bildirmişdir. O, misi elektron tərəzidə çəkmişdir, 4 kq olmuşdur. O, Şamildən həmin misi götürmüş, 31 manat pul vermiş, dəftərin vərəqinə qeydiyyat aparmağı unutmuşdur. O, artıq Şamildən gətirdiyi naqilin oğurluq olmasından şübhələnmişdir. Səhəri gün, yəni xx.xx.2923-cü il tarixdə Şamil yenə işlədiyi metal yığımı məntəqəsinə gəlmiş, gətirdiyi 1 kq 900 qram yanmış mis elektrik naqili satmaq istədiyini bildirmişdir. O, 15 manat pul vermiş və misin oğurluq olmasından şübhələndiyinə görə polisə məlumat vermiş, tezlıiklə polis əməkdaşları gəlib Şamili onun işlədiyi metal qəbulu məntəqəsində saxlayıb özləri ilə aparmışlar. O, Təqsirləndirilən şəxs ona satdığı misin oğurluq olduğunu bilməmiş, yanmış elektrik naqilini alarkən Şamildən şəxsiyyət vəsiqəsinin surətini almışdır. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, heç bir yerdə işləmir. O, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət, düşmənşilik olmamışdır, qohumluq əlaqələri yoxdur. O, təxminən 10 gün əvvəl səhər saat 06-radələrində Ağstafa Dəmir yolu vağzalına getmiş, mağazadan siqaret alan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq bir ədəd qaynaq aparatının olduğunu, satmaq istədiyini demişdir. O, əvvəl almaq istəməmiş, birdən oğurluq olar demişdir. Lakin Şamil öz evindən gətirib satmaq istədiyini, özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə 100 manata satmaq istədiyini demişdir. O, isə Şamilə baha olduğunu, almaq istəmədiyini demişdir. Şamil isə ona 50 manata sata biləcəyini demişdir. O, bir şərtlə almağa razılaşmışdır ki, hazırda pulu yoxdur, Şamilə pul verməyəcək, 10-15 gündən sonra yəni ogurluq olmamasına tam əmin olandan sonra pulunu verəcəkdir. Şamil onunla razılaşmışdır. Şamil özü həmin qaynaq aparatını gətirib onun evinə qoymuşdur. O, sonra evə gələndə görmüşdür ki, Şamilin ona satmaq istəyi qaynaq aparatı onun yaşadığı evin həyətindədir. Şamil 3-4 gündən sonra onun evinə gəlmiş, ondan qaynaq aparatının pulunu istəmişdir. Lakin o, Şamilə demişdir ki, pulu yoxdur, qaynaq aparatını götürüb aparsın, onun işi məhkəmədədi, yaxın günlərdə baxılacaq, bəlkə onu həbs etdilər. Lakin Şamil qaynaq aparatını aparmamışdır. Bundan 3-4 gün sonra yaşadığı evin yaxınlığında küçədə polis əməkdaşları ondan bir qaynaq aparatı oğurlandığını, xəbərinin olubolmamasını soruşmuş, o da polis əməkdaşlarına demişdir ki, Təqsirləndirilən şəxs onun evinin həyətinə bir ədəd qaynaq aparatı gətirib qoymuşdur, ona satmaq istəyir. Həmin vaxt o, polis əməkdaşlartı ilə birlidə yaşadığı evin həyətinə getmiş, özü könüllü olaraq Şamilin ona satdığı bir ədəd qaynaq aparatını polis əməkdaşlarına təqdim etmişdir. O, həmin vaxt bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı bir ədəd qaynaq aparatı oğurluqdur, Təqsirləndirilən şəxs ona satmaq istədiyi qaynaq aparatının oğurluq olmasını bilməmişdir. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Ağstafa rayonu 10 saylı elektrik şəbəkəsində montyor işləyir. 2022-ci ilin qış aylarında o, həmkəndlisi Zərərçəkmiş şəxs1 oğlıunun Ağstafa şəhəri 27-ci məhəllədə yerləşən yaşayış olmayan evində elektrik işləri aparmış, evin elektrik naqillərini o, çəkmişdir. O, Cahangirin evinə elektrik naqilləri çəkmiş, evə paylayıcı avtomatlar olan karopkalar düzəltmiş, 1 ədəd 4 dilli kluçatel, 2 ədəd razetka qoymuş, patronlar da qoymuşdur, fotorelə özü yanan işıq da düzəltmişdir. O, işini qurtarıb işıqları yandırıb Cahangirin atası Aydına təhvil verib getmişdir. Sonra Cahangirin atası Aydın ona zəng edib demişdir ki, həmin evdən oğurluq olub, eleltrik kabellərini, razetkalar, kluçatellər oğurlanıb. Onun bu barədə başqa heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs1 evinə 4 top 4-lük, 2 top 2.5 -lik, cəmi 6 top təxinənən 600 metr elıektrik naqili çəkmiş, 1 ədəd 4 dilli vkliçatel, 2 ədəd razetka, ümumi 11 ədəd elektrik avtomatlar olan şiti yığmış, təzminən 8 ədəd patronlar , 1 ədəd fotorele düzəltmiş, plafon qoymuşdur. O, həmin evdə işləyən zaman evin otaqlarında taxta millərin qoyulduğunu, millərin üzərinə isə taxtalar qoyulduğunu, həmin taxtaların sayını bilmədiyini, döşəməyə vurulmadığını göstərmişdir İş üzrə şahid olan Şahid6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs Ağstafa şəhər mərkəzi bazarında Ağstafa rayonu Qırlı kənd sakini Zərərçəkmiş şəxs3 Samsung A-20S markalı mobil telefonunu oğurlamasında şübhəli olduğu barədə məlumatım olmuşdur. 21 iyun 2023-cü il tarixdə saat 13:40-radələrində Ağstafa rayon QİS-nin yaxınlığında küçədə Təqsirləndirilən şəxs tək piyada hərəkət edərkən ona yaxınlaşmış və onun mobil telefon oğurlamasında şübhəli olduğunu demiş, onunla birlikdə Ağatafa rayon polis şöbəsinə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə polis şöbəsinə getməyə etiraz etməmiş, o, sifariş verdiyi bir taksi avtomobili ilə özü könüllü olaraq taksiyə əyləşmişdir. Şamil taksi avtomobilinin arxa oturacağında, o, isə qabaq oturacağında əyləşmişdir. O, Təqsirləndirilən şəxs Ağstafa rayon polis şöbəsinə gətirmişdir. Sonra mənbə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğurladığı Samsung A-20S markalı mobil telefonu avtomobildən düşərkən özü taksi avtomobilinin arxa otracağında ayaqaltının altında qoyub gizlədərək düşmüşdür. Sonra həmin Şamilin oğurladığı Samsung A-20S markalı mobil telefon Şahid2 adlı şəxsin idarə etdiyi taksi avtomobilinin arxa oturacağının ayaq altı hissəsində aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs Samsung A-20S markalı mobil telefonu həmin gün, yəni xx.xx.2023cü il tarixdə Ağstafa rayon mərkəzi bazarından oğurladığını polisə özü etiraf etmişdir. İş üzrə şahid olan Şahid2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zaman elan edilmiş ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus “VAZ 21015” markalı, **-BX-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağstafa rayonunda taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 13:40 radələrində Ağstafa şəhəri, H.Əliyev prospektində, Ağstafa QİS-nin yaxınlığında, “Al” marketin qarşısında dayanlb müştərti gözləyən zaman 2 nəfər şəxs yanına gəlib taksiyə əyləşmiş, onları müştəri kimi Ağstafa RPŞ-yə aparmağını istəmişlər. O, həmin şəxsləri Ağstafa RPŞ-yə aparmışdır. Onlardan birinin polis əməkdaşı olduğunu bilmişdir. Həmin polis əməkdaşı avtomobilin qabaq oturacağında digər şəxs isə arxa oturacaqda əyləşmişdir. O, həmin şəxsləri aparıb Ağstafa RPŞ-yə düşürdükdən sonra yaşadığı evə getmişdir. O. həmin gün evinin həyətində avtomobilində təmizlik işləri aparan zaman avtomobilin arxa oturacağının rezin ayaqaltının altında “Samsung” markalı mobil telefon olduğunu görmüşdür. Həmin telefonu bir neçə dəqiqə əvvəl avtomobilinə əyləşmiş tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin qoyduğunu bilmiş və tez telefonu təqdim etmək üçün həmin gün təxminən 45 dəqiqədən sonra Ağstafa RPŞ-yə gəlmişdir. Avtomobilində aşkar etdiyi mobil telefonu həmin vaxt Ağstafa RPŞ-də polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs mobil telefonu onun avtomobildə gizlətməyindən xəbəri olmamışdır. O, sonra bilmişdir ki, Təqsirləndirilən şəxs avtomobilində gizlətdiyi Samsung markal mobil telefonu Ağstafa şəhər mərkəzi bazarından oğurlamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4257 №-li, 20 iyun 2023-ci il tarixli rəyindən görünür ki, qeyd olunan 1 ədəd 25-lik böyük ümumi elektrik avtomat 1 ədədinin qityməti 20 manat, ümumi qiyməti 20 manat, 11 ədəd 16-lıq paylayıcı elektrik avtomatlar 1 ədədinin qiyməti 15 manat, ümumi qiyməti 165 manat, 8 ədəd kluçatel 1 ədədinin qiyməti 5 manat, ümumi qiyməti 40 manat, 6 ədəd razetka 1 ədədinin qiyməti 5 manat, ümumi qiyməti 30 manat, 8 ədəd patron, 1 ədədinin qiyməti 3 manat, ümumi qiyməti 24 manat, hər paçkada 100 metr, 4 mm-lik elektrik naqili olmaqla cəmi 600 metr elektrik naqili olan 6 ədəd paçka 1 ədədinin qiyməti 60 manat, ümumi qiyməti 360 manat, 16 metr 12 mm-lik elektrik naqili 1 ədədinin qiyməti 2 manat, ümumi qiyməti 32 manat, 2023-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 671 manat müəyyən edilir. İş materialarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4258 №-li, 20 iyun 2023-ci il tarixli rəyindən görünür ki, qeyd olunan 360 metr uzunluğunda 2,5 mm-lik elektrik naqillərinin bir ədədinin qiyməti 0,3 manat, ümumi qiyməti 108 manat, 5 top 500 metr uzunluğunda 4 mm-lik elektrik naqillərinin bir ədədinin qiyməti 0,6 manat, ümimi qiyməti 300 manat 50 metr uzunluğunda 6 mm-lik elektrik naqilləri bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 50 manat 2023-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 458 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4842 №-li, 23 iyun 2023-ci il tarixli rəyindən görünür ki, qeyd olunan 2013-cü il buraxılışlı, Rusiya istehsalı, Mars Profesional MMA 2500” markalı qaynaq aparatının orta istismar müddəti ona istismar intyensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 180 manat təşkil edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4843 №-li, 23 iyun 2023-ci il tarixli rəyindən görünür ki, qeyd olunan 01 ədəd “Samsing A 20S” markalı mobil telerfon komplektləşməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti ona istismar intyensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi bdəyəri nəzəri hesablama yolu ilə təxminən 120 manat təşkil edir, ***-***-**-** nömrəli GSM danışıq kartı 4 manat müəyyən edilir. İş materiallarında olan “Dostluq MMC”-nin 31 №-li 12 sentyabr 2023-cü il tarixli arayışına əsasən qeyd olunan 01 ədəd 10-15 vatt gücündə işıqlandırıcı lapma üçün fotorelenin (drosel) 2023-cü ilin mart ayına orta bazar qiyməti 8 manat müəyyən edilir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən və Ağstafa Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1ci maddəsinə əsasən həmin cəza Ağstafa rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2000 manat miqdarda cərimə cəzası ilə tamamilə birləşdirilmiş, ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat miqdarında cərimə cəzası təyin edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, o, “8 noyabr-Zəfər günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq olunmaqla Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 2000 manat cərimə cəzasından azad edilmiş, Ağstafa Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki 30 yanvar 2024-cü il tarixli hökmündən apellyasiya şikaytəti və ya protesti verilməmiş, hökm qanuni qüvvəyə minib icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 83.1.-ci maddəsinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtardığı gündən 02 il müddət keçmədən və məhkumluq müddəti məhkəmə tərəfindən vaxtından əvvəl onun üzərindən götürülmədən CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməllərini törətmişdir, bu da cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətləri etiraf edərək əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzrxahlıq etməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 onunla barışmalarını, həmin şəxslərə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar, əməlində cinayətlərin residivinin olmasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişdirsə, o, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətlərdə də təqsirli olduğu müəyyən olunarsa ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Ağstafa Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyi üçün ona cinayətlərin məcmusu qaydasında cəza təyin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəza ona Ağstafa Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza təyin edilməli, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmalı, onun hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübutlar- Ağstafa RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus 01 kq 300 qram çəkidə yanmış elektrik naqili sahibi C. Qurbanova qaytarılmalı, zərərçəkmiş şəxs Azər Rüstəmova məxsus, ona qaytarılmış 01 ədəd “SAMSUNG A-20 S” markalı mobil telefon sahibi R. Rüstəmovun istifadəsinə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus, ona qaytarılmış 01 ədəd “Mars Profesional MMA 2500” markalı qaynaq aparatı sahibi M. Cəfərovun istifadəsinə verilməli, iş üzrə məhkəmə xərcləri- ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Ş. Məhərrəmovdan alınaraq dövlət büdcəsinə- AzMEMVÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** MüxbirhesabAz41 NABZ 013601**********3944 SVİFTBİKCTREAZ 22 nömrəli hesaba keçirilməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, onlara vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Ağstafa Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, o, qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin 06 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar olan, Ağstafa RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs1 məxsus 01 kq 300 qr çəkidə yanmış elektrik naqili sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın, Zərərçəkmiş şəxs3 qaytarılmış, ona məxsus 01 ədəd “SAMSUNG A-20 S” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs3 istifadəsinə verilsin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus, ona qaytarılmış 01 ədəd “Mars Profesional MMA 2500” markalı qaynaq aparatı sahibi Zərərçəkmiş şəxs4 istifadəsinə verilsin. İş üzrə məhkəmə xərcləri- ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə- AzMEMVÖEN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** MüxbirhesabAz41 NABZ 013601**********3944 SVİFTBİKCTREAZ 22 nömrəli hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, onlara vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Hökm elan olunduğu (məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-27/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-27/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver