Məhkəmə qərarları › İş №1(015)-27/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-27/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-27/2025 21.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Yaqubəliyeva (Bayramova) Elnarə Şahin qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, işləməyən, əvvəllər məhkum olunmamış, , ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü Aylin və xx.xx.2018-ci il təvəllüdlü Mələk adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində alimentin tutulub tələbkar Yaqubəliyeva (Bayramova) Elnarə Şahin qızına verilməsinə dair Ağstafa Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(015)-200/2022 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(015)-313/2023 saylı, xx.xx.2024-cü il tarixli, 3(015)-65/2024 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək birinci halda 08 gün, ikinci halda isə 15 gün müddətinə inzibati qaydada həbs olunmuş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsini könüllü icrasının tələb olunmuş, əks halda barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi haqqında sonucu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2024-cü il tarixədək 7900,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Yaqubəliyeva (Bayramova) Elnarə Şahin qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs (Bayramova) onun arvadı olmuş, onların Aylin və Mələk adlı iki uşaqları dünyaya gəlmiş, sonradan Elnarə ilə ayrılmışlar, uşaqlar Elnarənin himayəsindədir. Məhkəmənin qərarı ilə hər uşağa 140 manat olmaqla cəmi 280 manat aliment pulunu Elnarəyə ödəməli olsa da imkansızlıq ucbatından həmin pulu ödəyə bilməmiş, ümumilikdə onun Elnarəyə 7900 manat borcu yaranmış, həmin borcu ödəmədiyi üçün inzibati qaydada həbs edilmiş, sonra isə ona cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuş, pulu ödəyə bilmədiyi üçün barəsində cinayət işi başlanmışdır. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs (Bayramovaya) olan 7900 manat miqdarında aliment borcunu tamamilə ödəmişdir, ona görə də barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Yaqubəliyeva (Bayramova) Elnarə Şahin qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri olmuş, onlar 2016-cı ildə evlənmişlər, Aylin və Mələk adlı uşaqları olmuşdur. Sonradan boşanmışlar, uşaqlar onunla qalmışdır. Ağstafa Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi qərara alınmış, lakin Tural alimenti ödəməmiş, nəticədə Turalın 7900 manat aliment borcu yaranmışdır. Tural hazırda ona olan 7900 manat aliment borcunu tamamilə ödəmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs (Bayramovanın) məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan 7900 manat məbləğində pul ödənilmişdir, ondan şikayəti yoxdur, işin icraatına xitam verilməsini xahiş edir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" ASC Ağstafa filialından daxil olmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 və 6999 manat olmaqla cəmi 7900 manat məbləğində pul X1 ödənilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(015)-200/2022 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən aliment borcunu tam şəkildə Zərərçəkmiş şəxs (Bayramovaya) ödəməsi cinayət qanunu müddəalarına əsasən cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi qəbul edildiyindən, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar