Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-28/2023 30.03.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər X3 və X4 iştirakları ilə xx.xx.1980-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, ünvan 1-də qeydiyyatda olmaqla və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.2001-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1-də qeydiyyatda olmaqla və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən qızı Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayında tanımadığı şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq üçün ona verdiyi 1 ədəd kibrit qutusunda 6,60 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:25-dən, 18:50-dək Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanına bitişik, Ağstafa şəhəri Ağamalıoğlu küçəsi ev 6 ünvanında əmisi X7 məxsus yaşayış olmayan evin həyətyanı sahəsində daş parçalarının altında 1 ədəd kibrit qutusunda 6,60 qram təmiz çəkidə həmin narkotik vasitə olan qudurulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd kibrit qutusunda 6,60 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 2022-ci ilin avqust ayında tanımadığı şəxsdən satış məqsədi olmadan əldə edərək qanunsuz olaraq anası Təqsirləndirilən şəxs1 vasitəsi ilə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:25-dən 18:50-dək Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanına bitişik, Ağstafa şəhəri Ağamalıoğlu küçəsi ev 6 ünvanında anası Təqsirləndirilən şəxs1 əmisi X7 məxsus yaşayış olmayan evin həyətyanı sahəsində daş parçalarının altında həmin 1 ədəd kibrit qutusunda 6,60 qram təmiz çəkidə narkotik vasitə olan qudurulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Ağstafa şəhəri Ağamalıoğlu küçəsində yerləşən yaşadıqları evdə olarkən polis əməkdaşları yaşadıqları evə gələrək qızı Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbirinin keçirilməsi haqqında qərarı və özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin istifadəsində və qanunsuz olaraq saxlanmasında şübhəli olduğunu bildirmişlər. Sonra Mehinə üzərində və yaşadıqları evdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif edilmişdir. O da təxminən bir ay əvvəl qızı Mehinin ona saxlamaq üçün verdiyi 01 ədəd kibrit qutusuda olan qurudulmuş marixuananı onlarla eyni məhəllədə yerləşən əmisi X7 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan daş parçalarının altında gizlətdiyini və təqdim edə biləcəyini bildirmişdir. Sonra onun və baxışda iştirak edən şəxslərin iştirakı ilə həmin evin həyətinə daxil olmuşlar və Təqsirləndirilən şəxs2 ona verdiyi kibrit qutusunda olan qurudulmuş marixunanı təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə qeyd etdiyi kimi Mehinə məxsus olmuşdur. Aşkar edilmiş kütlə kibrit qutusu ilə birlikdə iş üzrə sübut əhəmiyyəti kəsb etməsi bildirilməklə qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Sonra Ağstafa RPŞ-də narkotik vasitələrin qanunsuz olaraq saxlanmasında şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Qeyd olunan 01 ədəd kibrit qutusunda olan 6,60 qram çəkidə qurudulmuş marixuananı evlərindən polislər tərəfindən tapılmasından qorxduğu üçün əmisinin həyətyanı sahəsində saxlamaışdır. Narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul deyillər, belə fikirləri də yoxdur, etdiyi əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Ağstafa şəhəri Ağamalıoğlu küçəsində yerləşən yaşadıqları evdə olarkən polis əməkdaşları yaşadıqları evə gələrək evin ətrafında əməliyyat tədbirinin keçirilməsi haqqında qərarı və özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin istifadəsində və qanunsuz olaraq saxlanmasında şübhəli olduğunu bildirmişlər. Sonra ona üzərində və yaşadıqları evdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif edilmişdir. O da təxminən bir ay bundan əvvəl Tovuz şəhərində tanımadığı şəxsdən narkotik vasitə aldığını və saxlamaq üçün anasına verdiyini demişdir. Anası isə öz növbəsində həmin qutuda olan narkotik vasitə qurudulmuş marixunananı onlarla eyni məhəllədə yerləşən anasının əmisi X5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində olan daş parçalarının altında gizlətdiyini və təqdim edə biləcəyini bildirmişdir. Sonra onun və baxışda iştirak edən şəxslərin iştirakı ilə həmin evin həyətinə daxil olmuşlar, anası Təqsirləndirilən şəxs1 onun verdiyi kibrit qutusunda olan qurudulmuş marixunanı təqdim etmişdir. Anasının təqdim etdiyi narkotik vasitə qeyd etdiyi kimi ona məxsus olmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitsəilə çəkilmiş, qutusu ilə birlikdə ümumi çəkisinin 9,40 qram, təmiz çəkisinin isə 6,60 qram olduğu müəyyən edilmişdir. Qeyd olunan marixuananı saxlaması üçün həqiqətən də evə gitrdiyi vaxt anasına vermiş, anası da qurudulmuş marixuananı sonuncunun əmisinin yaşayış olmayan həyətində gizlətmişdir ki, polislər axtarsa tapmasınar. Aşkar edilmiş kütlə kibrit qutusu ilə birlikdə iş üzrə sübut əhəmiyyəti kəsb etməsi bildirilməklə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Həmin narkotik vasitəni təxminən 1 ay qabaq almışdır, saxlamaqda məqsədi isə öz şəxsi istifadəsi üçün olmuşdur. O narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır, özü istifadə etmiş, istifadə etdiyinə görə əməlindən peşiman olmuşdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağstafa RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona bildirmişdilər ki, əməliyyat tədbiri keçiriləcək, o da, həmin tədbirdə iştirak edəcək. Həmin vaxt məlum olub ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə gəzdirir. Onun ətrafında əməliyyat axtarış tədbirləri keçiriləcək, o da həmin tədbirdə iştirak edəcək. Həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə saat 18:25-dən 18:50-dək Təqsirləndirilən şəxs2 yaşadığı evə bitişik anası Təqsirləndirilən şəxs1 əmisi X7 məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə baxış keçirilərkən həmin həyətdə olan daş parçalarının altından 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,60 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin ona məxsus olduğunu və özü istifadə etmək üçün anası Təqsirləndirilən şəxs1 verib saxladıqlarını bildirmişdir. Aşkar edilmiş kütlə qablaşdırılmış, üzəri RPŞ-nin 88 nömrəli mühürü ilə mühürlənmişdir. Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza atmışdır. Təqsirləndirilən şəxs2 saxlayaraq üzərinə baxış keçirilməsi üçün saat 19:45 radələrində Ağstafa rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 ona təyin edilmiş vəkili Мehti Hüseynovun iştirakı ilə Ağstafa RPŞ-nin inzibati binasında təhqiqatçı Təhmasib Yusifov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində 20:11-dən, 20:15-dək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, paltarında və bədənində narkotik vasitə və qanunsuz saxladığı hər hansı əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında və bədənində narkotik vasitə və qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi həmin tarixdə saat 18:25-dən 18:50-dək Təqsirləndirilən şəxs2 yaşadığı evə bitişik anası Təqsirləndirilən şəxs1 əmisi X7 məxsus yaşayış olmayan evin həyətyanı sahəsinə baxış keçirilərkən həmin həyətdə olan daş parçalarının altından 1 ədəd kibrit qutusunda 6,60 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitənin ona məxsus olduğunu və özü istifadə etmək üçün anası Təqsirləndirilən şəxs1 verib saxladıqlarını bildirmişdir.Aşkar edilmiş kütlə qablaşdırılmış, üzəri RPŞ-nin 88 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan göründüyü kimi həmin tarixdə saat 20:43-dən, saat 20:47-dək olan müddət ərzində Ağstafa RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən narkotik vasitə və hər hansı qanunsuz saxladığı əşya aşkar olunmamışdır. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan göründüyü kimi həmin tarixdə saat 20:11-dən, saat 20:15-dək olan müddət ərzində Ağstafa RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən narkotik vasitə və hər hansı qanunsuz saxladığı əşya aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 1809 №-li 30 noyabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 1932 №-li 22 dekabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1144 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 anasının əmisinə məxsus evin həyətyanı sahəsindən aşkar olunmuş kütlə” Sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (6,60 qram marixuanadan 0,02 qram ekspertiza tədqiqatına sərf edilmiş, 6,58 qram marixuana qalmışdır). İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 15 mart 2006-cı il tarixdə Yevlax XPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, həmin iş xx.xx.2006-cı il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan “Amnistiya aktının tətbiq edilməsi barədə” 06 iyun 2007-ci il tarixli qərardan görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 15 noyabr 2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 3500 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Abbasova X2 Rayon Məhkəməsinin 15 noyabr 2006-cı il tarixli hökmü ilə təyin olunmuş şərti maliyyə vahidi məbləğinin 3500 misli miqdarında cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilməklə azad edilmişdir İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Ağstafa rayon mərkəzi xəstəxanasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağstafa RMX-nin Poliklinika şöbəsinin psixo-nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Ağstafa rayon mərkəzi xəstəxanasından təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağstafa RMX-nin Poliklinika şöbəsinin psixo-nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, qızı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi, anası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni saxlamasını isə iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduqları 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onların yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etmələrinə və yaşadıqları Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, üzərlərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək yaşadıqları Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərlərinə yaşadıqları ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 6,58 qram qurudulmuş marixuana məhv edilməli, məhkəmə xərcləri - aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30,4 manat məbləğində pul onlardan müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344- 347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1nn barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə profiliktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanılan 6,58 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №1(015)-28/2023
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-28/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver