Məhkəmə qərarları › İş №1(015)-28/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-28/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-28/2025 12.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları iləiştirakları ilə xx.xx.2006-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2004-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Ağstafa rayonunda yerləşən "xxxx" QSCnin İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa- Qazax mənzilinin 7-ci və 8-ci kilomertlərində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus ümumi dəyəri 345,02 manat dəyərində yarım-yararlı 154 ədəd R-50 tipli əksqaçıcını relslərin üzərində olan daşlar vasitəsilə zərbə vurmaqla çıxararaq özləri ilə gətirdikləri kisələrə yığıb gizli yolla talayaraq "xxxx" QSC-nə cəmi 345,02 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Ağstafa rayonunda yerləşən "xxxx" QSCnin İnfrastruktur Departamenti Yol xidmətinin 7 nömrəli Ağstafa yol sahəsinin Ağstafa- Qazax mənzilinin 7-ci və 8-ci kilomertlərində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus ümumi dəyəri 345,02 manat dəyərində yarım-yararlı 154 ədəd R-50 tipli əksqaçıcını relslərin üzərində olan daşlar vasitəsilə zərbə vurmaqla çıxararaq özləri ilə gətirdikləri kisələrə yığıb gizli yolla talayaraq "xxxx" QSC-nə cəmi 345,02 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə o, bibisi oğlu Məhəmməd ilə söhbət edən zaman Məhəmməd ona Ağstafa rayonu Dağ Kəsəmən kəndi yaxınlığında dəmir yoluna aid dəmir hissələrinin olduğunu və həmin dəmir hissələrini sataraq pul əldə edə biləcəklərini demişdir. Həmin vaxt maddi imkanı zəif olduğundan o, Məhəmməd ilə razılaşmış və onlar birlikdə həmin gün saat təxminən 17:00 radələrində Ağstafa Rayonu Dağ Kəsəmən kəndinin yaxınlığında olan dəmir yolu relslərinin kənarına getmişdirlər. Orada olan zaman Məhəmməd və o qastil kimi tanıdıqları əks qaçıcıları relslərin üzərində olan daşlar ilə vuraraq çıxarmış və özləri ilə gətirdikləri kisələrə yığmışdırlar. Onlar qeyd edilən ərazidən təxminən 154 ədəd "xxxx" QSC-nə məxsus əks qaçıcı sökərək oğurlamışdırlar. Həmin 3 ədəd içərisində əksqaçıcı olan kisəni avtomobil yolunun kənarına aparmış və Məhəmməd metal tullantıları alan Malış kimi tanıdıqları Taleh ilə əlaqə saxlayaraq bir sıra metal tullantıları yığdıqlarını, satmaq istədiklərini həmçinin olduqları yeri demişdir. Bir müddət sonra isə Taleh adını sonradan bildiyi Vüsal adlı şəxs ilə birlikdə “VAZ 2101” markalı nömrəsini xatırlamadığı minik avtomobili ilə gəlmiş və onlar kisələrə yığdıqları əksqaçıcıları tərəzidə çəkmişdirlər. 3 ədəd kisəyə yığdıqları əksqaçıcıların ümumi çəkisi 130 kiloqram olmuşdur və Taleh hər kiloqramını 0,30 manatdan hesablayaraq cəmi 39 manat məbləğində pul vermişdir. Bundan sonra o, 39 manatı Məhəmməd ilə aralarında yarıya bölmüş və öz yaşadıqları evə getmişdirlər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmiş və o etiraz etməyərk həmin şöbəyə getmişdir. Şöbədə olan zaman etdikləri oğurluq əməlini könüllü olaraq etiraf etmişdirlər. Əməlindən peşimandır. Dəmiryoluna dəymiş ziyan ödənilmişdir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Xətai kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. xx.xx.2024cü il tarixdə o, dayısı oğlu Amin ilə söhbət edən zaman Aminə Ağstafa rayonu Dağ Kəsəmən kəndi yaxınlığında dəmir yoluna aid dəmir hissələrinin olduğunu və həmin dəmir hissələrini sataraq pul əldə edə biləcəklərini demişdir. Həmin vaxt maddi imkanı zəif olduğundan Amin onun ilə razılaşmış və onlar birlikdə həmin gün saat təxminən 17:00 radələrində Ağstafa Rayonu Dağ Kəsəmən kəndinin yaxınlığında olan dəmir yolu relslərinin kənarına getmişdirlər. Orada olan zaman Amin və o qastil kimi tanıdıqları əks qaçıcıları relslərin üzərində olan daşlar ilə vuraraq çıxarmış və özləri ilə gətirdikləri kisələrə yığmışdırlar. Onlar qeyd edilən ərazidən təxminən 154 ədəd "xxxx" QSC-nə məxsus əks qaçıcı sökərək oğurlamışdırlar. Həmin 3 ədəd içərisində əksqaçıcı olan kisəni avtomobil yolunun kənarına aparmışlar və o metal tullantıları alan Malış kimi tanıdıqları Taleh ilə əlaqə saxlayaraq bir sıra metal tullantıları yığdıqlarını, satmaq istədiklərini həmçinin olduqları yeri demişdir. Bir müddət sonra isə Taleh adını sonradan bildiyi Vüsal adlı şəxs ilə birlikdə “VAZ 2101” markalı nömrəsini xatırlamadığı minik avtomobili ilə gəlmiş və onlar kisələrə yığdıqları əksqaçıcıları tərəzidə çəkmişdirlər. 3 ədəd kisəyə yığdıqları əksqaçıcıların ümumi çəkisi 130 kiloqram olmuşdur və Taleh hər kiloqramını 0,30 manatdan hesablayaraq cəmi 39 manat məbləğində pul vermişdir. Bundan sonra o 39 manatı Amin ilə aralarında yarıya bölmüş və öz yaşadıqları evə getmişdirlər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmiş və o, etiraz etməyərək həmin şöbəyə getmişdir. Şöbədə olan zaman etdikləri oğurluq əməlini könüllü olaraq etiraf etmişdirlər. Hazırda əməlindən peşmandır, himayəsində azyaşlı uşağı var, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan ödənilmişdir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxs - "xxxx" QSC-nin nümayəndəsi X1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, "xxxx" QSCnin, Hüquq İdarəsi, Məhkəmələrlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. "xxxx" QSC tərəfindən hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində prosesdə iştirak etmək ona həvalə edilmişdir. xx.xx.2024-cü il tarixdə Ağstafa-Qazax mənzilinin 7-8 kilometrində "xxxx" QSC-nə məxsus 154 ədəd R-50 tipli yarım-yararlı əksqaçıcının həmin ərazidə olan dəmir yolu relslərindən sökülərək oğurlanması müəyyən edilmiş və hadisə nəticəsində "xxxx" QSC-nə 345 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid1 ilə birlikdə Vüsala məxsus olan avtomobil ilə əlvan və qara metalların alqı-satqısı ilə məşğul olur. Bir gün ərazidə dəmir yığan zaman təqsirləndirilən şəxs Məhəmməd ona zəng edərək dəmir satmalarını bildirmişdir. O, da Vüsal ilə birlikdə Məhəmmədin ona dediyi yerə gedərək Məhəmməd və Amindən ümumi çəkisi 130 kq olan üç kisə dəmir almışlar. Dəmirlər kisədə olduğu üçün kisənin içərisində nə olduğunu görməmişdir. Təqsirləndirilən şəxslərdən həmin dəmirləri haradan əldə etmələrini soruşduqda həmin şəxslər onlara dəmirlərin qırıntı dəmirlər olmasını bildirmişlər. Dəmirlərin əvəzində onlara nə qədər pul verdiklərini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin eksperti vəzifəsində işləyir. Gəncə stansiyasında X9 İstintaq və təhqiqat Qrupunun baş müstəntiqi polis baş leytenantı Hikmət Əliyevin xx.xx.2024-cü il tarixli qərarı əsasında "xxxx" QSC-nə məxsus R-50 tipli, yarım-yararlı əksqaçıcıların dəyərinin müəyyən olunması üçün ekspertiza keçirtmişdir. Həmin tədqiqat obyekləri ekspertizaya təqdim edilmədiyi üçün qiymətləndirmə respublikada yerləşən ticarət məbntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə, Mərkəzdə olan məlumatlardan istifadə edilməklə və eləcə də, tədqiqata təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən, ekspertiza təyini haqqında qərarda götərilən 01 ədəd R-50 tipli yarım-yararlı əksqaçıcının orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2,24 manat olması müəyyən edilmişdir. "xxxx" QSC-nə məxsus yarım-yararlı R-50 tipli əksqaçıcının 01 ədədinin qiyməti 2,24 manat olmaqla 154 ədəd yarım-yararlı R-50 tipli əksqaçıcının ümumi dəyəri 344,96 manat olması nəzəri qaydada aparılmış ekspertiza nəticəsində müəyyən edilmişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq yəni özünə məxsus VAZ 21011 markalı **-XM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə əlvan və qara metal alıb sataraq dolanışığını təmin edir. xx.xx.2024-cü il tarixdə onunla birlikdə işləyən Şahid2 bir nəfər şəxs zəng edərək 3 kisə yığılmış metalının olduğunu və satmağı təklif etmiş və onlar həmin şəxs ilə razılaşıb dediyi ünvana, yəni Ağstafa rayonu, Dağ Kəsəmən kəndinə getmişdirlər. Orada olan zaman adlarını sonradan bildiyi iki nəfər şəxs Məhəmməd və Amin onlara yaxınlaşmış və yolun kənarında olan üç ədəd ağzı bağlı dəmir dolu kisəni onlara təqdim etmişdirlər. Onlar həmin dəmir dolu kisələri tərəzidə çəkmiş və təxminən 130 kiloqram çəkidə olduğunu müəyyən etmişdirlər. Bundan sonra hər kiloqram dəmir üçün 0,30 manat ümumilikdə isə 39 manat ödəniş edərək Məhəmməd və Aminin satdığı dəmirləri ona məxsus avtomobilin arxa oturacaq hissəsinə yükləmiş və oradan uzaqlaşmışdırlar. Onlar, yəni o və Taleh Qazax şəhəri Heydər Əliyev prospektində olan zaman polis əməkdaşları onları saxlatmış və avtomobildə nə olduğunu soruşduqda onlar polis əməkdaşlarına avtomobillərində bir sıra əlvan və digər metalların olduğunu demişdirlər. Daha sonra polis əməkdaşları onları şöbəyə dəvət etmişdirlər və polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə getmişdirlər. Polis şöbəsində olan zaman onun razılığı ilə avtomobilinə baxış keçirilmiş və baxış zamanı ona məxsus avtomobilin arxa oturacağıda olan üç ədəd kisənin içərisində "xxxx" QSC-nə məxsus “qastil” kimi tanıdığı əksqaçıcıların olduğu müəyyən edilmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Qazax rayonu Qarapapaq kəndində ailəsi ilə birlikdə yaşayır. 2009-cu il tarixdən DİO-da, 2023-cü il tarixdən isə Qazax RPŞ-in PPXB-nin manqa komandiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə 5 saylı avtopatrul xidmətində polis nəfəri, polis serjantı Şahid4 ilə xidmətdə olan zaman xidməti avtomobil ilə Qazax şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan zaman VAZ 21011 markalı **-XM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində və yük hissəsində çox saylı dəmir parçalarının olduğu görmüş və həmin dəmir parçlarının oğurluq olmasında şübhələnib qeyd edilən avtomobili saxlatmışdırlar. Bundan sonra həmin şəxslərə dəmir parçalarını haradan əldə etdiklərini soruşduqda adlarını sonradan bildikləri Vüsal və Taleh adlı şəxslər onlara həmin dəmir parçlarını müxətlif şəxslərdən aldıqlarını demişdirlər. Onlar VAZ 21011 markalı **-XM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə oğurluq metallar olmasından şübhələnib həmin şəxsləri avtomobil ilə birlikdə Qazax RPŞ-nə dəvət etmiş və həmin şəxslər onlara etiraz etməyərək şöbəyə gəlmişdirlər. Şöbədə olan zaman sürücü Şahid1 razılığı ilə avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa oturacağıda kisənin içərisində "xxxx" QSC-nə məxsus əksqaçıcılar aşkar edilmişdir. Bundan sonra Taleh və Vüsala əksqaçıcıları haradan əldə etdiklərini soruşduqda Vüsal və Taleh onlara həmin əksqaçıcıları Ağstafa rayonu Dağ Kəsəmən kəndində Məhəmməd və Amin adlı şəxslərdən aldıqlarını demişdirlər. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o da Şahid3la eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağstafa rayonu, Molla Cəfərli kəndinin ərazisindən keçən dəmiryol xəttlərinin üzərində olan 154 ədəd “qəstilləri” daşla sökərək 39 manat qarşılığında satdıqlarını bildirmişlər və bu barədə müvafiq protokol tərtib edilərək materiala əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünalıq ekpertizasının xx.xx.2024-cü il tarixli 9/3526 nömrəli rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd s R-50 tipli yarım-yararlı əksqaçıcının orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2,24 manat müəyyən edilir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən “Elektron məhkəmə informasiya portalı” vasitəsilə məhkəməyə daxil olmuş ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsin qeyd olunan cinayət işi ilə bağlı təqsirləndirilən şəxslər barədə heç bir şikayət və tələbləri yoxdur. Cəza təyin edilməsi məsələsini məhkəmə mülahizəsinə buraxırlar. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il təvəllüdlü X3 adlı bir uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 1267 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Qazax Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 1268 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Qazax Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi şəxsin “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-24/2-328/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ağstafa RMX PHŞ-in Poliklinika şöbəsinin psixiatr və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onların cəzaçəkmə müddətlərinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtan hesablanmalı, Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, ona münasibətdə hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, ona münasibətdə hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübutlar olan, Azərbaycan Dəmir Yolları QSC-nə məxsus yarım-yararlı 154 ədəd R-50 tipli əksqaçıcının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 münasibətdə hökmün icrası Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Qazax və Tovuz rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 münasibətdə hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar olan, Azərbaycan Dəmir Yolları QSC-nə məxsus yarımyararlı 154 ədəd R-50 tipli əksqaçıcının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri-aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar