Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-30/2024 20.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas Nağıyev Sənan Tahir oğlunun katibliyi Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Qazax rayonu Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir uşaq atası, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,294 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, qanunsuz olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq Ağstafa rayon polis şöbəsinə gətirilmiş, təmiz çəkisi 0,294 qram olan həmin psixotrpop maddə metamfetamin həmin gün saat 12:11-dən 12:20-dək olan müddət ərzində Ağstafa rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarışı zamanı 01 ədəd qızılı rəngli kağız bükümdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Ağstafa rayon polis şöbəsində olarkən Şahid1 ona 01 ədəd bükümdə metamfetamin vermiş, həmin metamfetamini üzərində axtarış aparılan zaman təqdim etməsini bildirmiş, həmin vaxtı digər polis əməkdaşı Şahid2 da yanlarında olmuş, orada olarkən polis əməkdaşları tərəfindən döyüldüyü üçün Şahid1la razılaşmış, döyülmə nəticəsində baş nahiyəsində ağrılar olduğu üçün əli ilə başını tutmuş, ona görə də döyüldüyü üçün üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərindən aşkar olunan metamfetaminin ona aid olmasını bildirmişdir. O, ümumilikdə əvvəllər narkotik vasitə və psixotrop maddələr qəbul etsə də hazırki iş üzrə onun üzərindən aşkar edilmiş metamfetamin onunku deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi kimi tanıyır. 21 sentyabr 2023-cü il tarixdə səhər saatlarında işdə olarkən RPŞnin NQMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, üzərində saxlaması və hazırda Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində olması barədə məlumat daxil olmasını demiş, birlikdə gedərək onu polis şöbəsinə gətirmələrini xahiş etmiş, o da razılaşmışdır. Həmin gün, saat 10 radələrində Təqsirləndirilən şəxs Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində piyada gəzdiyini görüb ona yaxınlaşmış, özlərini təqdim edərək Elvini polis şöbəsinə dəvət etmişlər, Elvin razılaşmış, birlikdə Ağstafa RPŞ-nə gəlmişlər. Rayon polis şöbəsinin inzibati binasında təhqiqatçının otağında Elvin müdafiəçi ilə təmin edilmiş, üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, əvvəlcə Elvinə üzərində qanunla daşınması qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya onların prekursorları varsa könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə metamfetaminə oxşar kütləni çıxarıb təqdim edərək metamfetamin olduğunu, 19 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Dağ Kəsəmən kəndində yerləşən qəbiristanlığın yaxınlığında yolun kənarında yerdən tapdığını və öz şəxsi istifadəçi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzində çəkilmiş, qablaşdırıılıb götürülmüş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, başqa qanunsuz əşya aşkar olunmamışdır. O və Şahid1 Elvini həmin tarixdə Şahid1 və ya başqasının otağına aparmamışlar, ona qarşı hansısa zorakı, qanunsuz hərəkətə yol verməmişlər. Şahid1 onun yanında içərisində metamfetamin olan bükümü Təqsirləndirilən şəxs verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağstafa RPŞ NQMQ-nun baş əməliyyat müvəkkili, polis mayorudur. Təqsirləndirilən şəxsla aralarında hər hansı ədavət düşmənçilik olmamışdır. Onda olan əməliyyat məlumatı əsasında 21 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində o və əməliyyat müvəkkili Şahid2 Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində piyada hərəktdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını deyib onu Ağstafa RPŞ-nə dəvət eləmişlər, Elvin razılaşmış, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edilmiş, üzərində şəxsi axtarış aparılmış, bu vaxt videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarışın əvvəlində Elvinə üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Elvin könüllü olaraq əynindəki şalvarın cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək içində metamfetamin olmasını, 19 sentyabr 2023-cü il tarixdə kəndlərindəki qəbristanlığın yaxınlığında yerdən tapdığını demişdir. Qeyd olunan büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Sonra Elvinin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilməmişdir. O, Elvini polis şöbəsinə gətirdikləri vaxt öz iş otağına aparmamış, ona içində metamfetamin olan büküm verməmiş, Elvinə qarşı zor tətbiq olunmamış, hansısa qanunsuz əmələ yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-də KTQ-nin baş inspektor kriminalisti vəzifəsində işləyir. 21 sentyabr 2023-cü il tarixdə, saat 11-12 radələrində Ağstafa RPŞ-nin inzibati binasında, təhqiqatçının iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, videoçəkilişi həyata keçirmiş, müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı vaxt əvvəlcə Elvinə könüllü olaraq üzərində narkotik vasitə, psixotrop maddə varsa verməsi təklif edilmiş, Elvin cins şalvarının cibindən siqaret kağızı bükümü çıxarıb təqdim etmiş, içində metamfetamin olmasını, 19 senyabr 2023-cü il tarixdə Dağ Kəsəmən kəndinin qəbristanlığının yaxınlığında yoldan tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, qablaşdırılıb götürülmüşdür. Sonra şəxsi axtarış davam etdirilmiş, lakin iş üçün başqa əhəmiyyətli əşya Təqsirləndirilən şəxs üzərindən aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/940 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,294 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (0,294 qram metamfetamindən 0,05 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 0,244 qram metamfetamin qalmışdır). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1979 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 sentyabr 2023-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:11-dən, saat 12:20-dək olan müddət ərzində Ağstafa RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə 0,53 qram metamfetaminəbənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2023-cü il tarixdə azad edilmiş, cəmi 02 gün tutulmuşdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamıdən görünür ki, Muradov X2 rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən CM-nin 76.1, 76.3.1 maddələrinə əsasən cəzasının çəkilməmiş qalan 03 ay 22 gün hissəsində vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşağı var və o, yaşayış yeri üzrə müsbət xarektrizə olunur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeydi insanni rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərsə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sünutlar əsasında onun qeyd olunan əməli törətməsi sübut olunur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə kimi qiymətləndirir və əsaslı hesab etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən onun tutulduğu 02 gün müddət təyin edilən cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,244 qram metamfetamin məhv edilməli, iş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32,40 manat məbləğində pul ondan tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 357, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılaraq üzərində 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:30-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Ağstafa RPŞ-də saxlanılan 0,244 qram metamfetamin məhv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökmün icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin Hökm elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(015)-30/2024
Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-30/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver