Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 1(015)-30/2025 06.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Kəmaləddin oğlunun iştirakları ilə, xx.xx.2003-cü ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Eynallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarixdə saat 23 radələrində Ağstafa rayonu Eynallı kəndi ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Zərərçəkmiş şəxs digər həmkəndlisi və tanışı Şahid4 aid şəkilləri sonuncudan istəməsini irad tutaraq Şahid4 əl çəkməsini, onu narahat etməməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra sağ əlinin yumruğu ilə Zərərçəkmiş şəxs çənəsinin sol nahiyyəsindən bir dəfə vuraraq sonuncuya çənənin sağ cisim nahiyyəsinin yerdəyişən sınığı və sol cisim nahiyyəsinin yerdəyişməyən sınığı ilə müşayiət edilən, həyat üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib göstərdi ki, o Bakı şəhəri Yasamal rayonunda yerləşən “1955” adlanan restoranda ofisiant işləyir və arada bir yaşadığı kəndə ata-anasına baş çəkməyə gəlir. 13 iyun 2024-cü il tarixdə o Bakı şəhərindən yaşadığı kəndə gəlmişdir. 16 iyun 2024-cü il tarixdə Fəridə ona zəng etmiş və ondan köməklik istəmişdir. O isə Fəridədən ona nə kimi köməklik etməsini istədiyini soruşmuşdur. Fəridə ona demişdir ki, Vüqar onu təhdid edir və ona görə də Vüqarla danışıb ondan əl çəkməsini tələb etsin. Bu səbəbdən 16 iyun 2024-cü il tarixdə saat 23 radələrində Vüqarla görüşmüş, görüş zamanı Vüqar onu söydüyündən onu yumruqla vurub xəsarət yetirmişdir. Sonradan əməlindən peşman olmuş, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxsla barışmış, ondan üzrxahlıq etmiş, ona vurduğu maddi ziyanı ödəmişdir. Barəsindəki cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq olunmuş ərizəsini təqdim edib göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də onun barəsində CMnin 127.1-ci maddəsi ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə prosesində Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunan ərizə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 21 iyun 2024-cü il tarixli 230 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – çənənin sağ cisim nahiyyəsinin yerdəyişən sınığı, sol cisim nahiyyəsinin yerdəyişməyən sınığı – küt əşyanın təsirindən törəmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X2 sorğu əsasında alınmış cavaba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağstafa RMX PHŞ poliklinika şöbəsinin narkoloji və psixoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin ərizəsi üzrə təqsirləndirilən şəxsin və dövlət ittihamçısının fikrini öyrənib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməli, o, həmin hissədə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmış, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri, xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 40.1, 321, 384.1 və Azərbaycan Respublikası CM-nin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağstafa rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №1(015)-30/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №1(015)-30/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver