Məhkəmə qərarları › İş №1(015)-31/2025

Ağstafa Rayon Məhkəməsi Hökm — İş №1(015)-31/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağstafa rayonu İş № 1(015)-31/2025 30.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X16 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağstafa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 17 radələrində Ağstafa rayon Pirili kəndində yerləşən artezian qurğusunun yanına gələrək Pirili kənd sakini Şahid2 Komsomol oğlunun şəhid olmuş oğlunun adına həmin kənddə salınmış parka həmin arteziandan su çəkilməsinə etiraz edib mübahisə etmiş, həmin vaxt hadisə yerinə gələn həmkəndlisi Zərərçəkmiş şəxs orada olan və onunla münaqişədə olan Şahid2 qardaşı Şahid1 ilə səmimi görüşməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan sərxoş vəziyyətdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq orada olan şəxslərin gözü qarşısında, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı qərəzli surətli laqeydlik və etinasızlıq göstərərək, özünü ətrafdakı şəxslərin fövqündə qoyub Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb mübahisə edərək sağ əlinin yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə 3 dəfə qəsdən zərbələr vuraraq sonuncuya sol gözün alt səthində qançır, sol qaşın üst səthində sıyrıq, burun şişkinliyi və burun qanaxması ilə müşaiyyət edilən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən xəsarəti yetirərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, uşaq vaxtlarından qan azlığı xəstəliyindən və qara ciyər serrozundan əziyyət çəkir. Ona görə də hərbi xidmətə getməmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Həmkəndlisi Zərərçəkmiş şəxs yaxşı tanıyır, münasibətləri yaxşı olub, əvvəllər heç zaman düşmənçilikləri və ya ədavətləri olmamışdır. 22 iyul 2024-cü il tarixdə saat 11 radələrində Ağstafa rayonunun Muğanlı kəndində yaşayan dostunun övladının xeyir işinə getmişdir. Saat 16-17 radələrində toydan çıxıb öz yaşadığı evə gəlmişdir. Evinə gələn zaman görmüşdür ki, kəndin artezanından evlərinə gələn su kəsilmişdir. Bununla bağlı artezanın yanına getmişdir. Artezanın yanına çatan zaman görmüşdür ki, həmkəndliləri Bayram, onun qardaşları Məhət, Möhtərəm və indi xatırlamadığı həmkəndliləri artezanın yanında iş görürlər. Həmin vaxt görmüşdür ki, artezan çəninin üst hissəsi kəsilib və içini təmizləyirlər. Bu zaman o, çənin üst hissəsinin kəsilməsinin düzgün olmadığını bildirərək çənin içərisində olan zibillərin evlərə gedən boruların içinə dolacağını demişdir. Həmin vaxt Məhət ona çəni kəsdirib içərisini təmizlədiklərini demişdir. O, Məhətə yenə də çənin düzgün kəsilmədiyini bildirmiş və bununla bağlı onların arasında sözlə mübahisə yaranmışdır. Məhət onun ünvanına söyüş söydüyünə görə o, da Məhətə söyüşlə cavab vermişdir. Həmin vaxt anası Zərniyarla arvadı Sinəxanım kəndə gələn sərnişin avtobusundən düşüb artizanın yanına gəlmişlər. Onlar onun Məhətlə mübahisə etdiyini görüb onların yanına yaxınlaşmışlar. Sinəxanım onların yanında dayanmayıb evə getmişdir. Anası isə onun yanında qalmış və Məhətlə onu sakitləşdirmişdir. Bundan sonra artezanın yanında olan şəxslərin demək olar ki, hamısı çıxıb getmişlər. Elə həmin vaxt artezanın yanına onun qonşusu Zərərçəkmiş şəxs gəlmiş, orada olan adamlara onu nəzərdə tutaraq ona söz atmış və qaz borusunun üstündə oturmuşdur. Müsəllim həmin sözləri dedikdən sonra anası Müsəllimə “o nə sözdü ay Müsəllim, utanmırsanmı elə söz danışırsan” demişdir. Müsəllim isə onun anasına yaxşı edib elə söz danışdığını deyərək onun ünvanına var-yox söyüşü söymüşdür. Müsəllimin ona varyox söyüşündən əsəbləşdiyi üçün o, da Müsəllimə varyox söyüşü edib üstünə getmişdir ki, Müsəllimi vursun. Həmin vaxt Müsəllim də oturduğu qaz borusunun üstündən durub onun üstünə gəlməyə başlamışdır. Bu zaman anası Müsəllimlə onun arasında dayanaraq əlləri ilə sinələrindən itələməyə başlamışdır ki, Müsəllimlə o, bir-birlərinə xəsarət yetirməsinlər. Həmin vaxt Müsəllim ona, o, da Müsəllimə yumruq atmağa başlamışlar. Müsəllimin atdığı yumruqlardan biri onun sifətinin sağ tərəfindən dəydiyini, özünün atdığı yumruqlardan da Müsəllimin sifətinə dəydiyini qeyd etmiş, lakin atdığı yumruqların Müsəllimin konkret olaraq onun sifətinin harasına dəydiyini dəqiq xatırlamadığını bildirmişdir. Bundan sonra Müsəllim əlləri ilə onun boğazından tutub boğmağa başlamış, o, da əlləri ilə Müsəllimin biləklərindən tutmuşdur ki, Müsəllimin əllərini boğazından aralasın. Həmin vaxt Müsəllim arxaya doğru gedərək qaz borusundan arxaya üzü üstə yerə yıxılmışdır. Bundan sonra o, Müsəllimi vurmaq üçün onun üstünə getməmiş və anası ilə birlikdə evlərinə qayıtmışdır. Bir neçə dəqiqədən sonra Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları onların evinə gələrək onu polis Şöbəsinə gətirmişlər. Sonradan Müsəllimdən üzrxahlıq etmiş, barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır, himayəsində 4 azyaşlı uşağı var. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonunun Pirili kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla məşğul olub ailəsini dolandırır. Həmkəndlisi Təqsirləndirilən şəxs yaxşı tanıyır, əvvəllər heç zaman düşmənçilikləri və ya ədavətləri olmamış, bir həmkəndli kimi mehriban olmuşlar. 22 iyul 2024-cü il tarixdə saat 15 radələrində qohumu Aqşin ailəsi ilə birlikdə onun evinə qonaq gəlmişdir. Aqşinlə yemək yeyib 2-3 rumka araq içmişdir. Saat 17 radələrində Aqşin ailəsi ilə birlikdə onun evindən getmişdir. Bundan sonra o, evdən çıxıb eyni kənddə yaşadığı bibisi oğlu X2 evinə gedib onunla söhbət edib vaxt keçirmək qərarına gəlmişdir. Yaşadığı evdən çıxıb təxminən 500 metr getdikdən sonra kəndin mərkəzində yerləşən artezyanın yaxınlığında çoxlu adam toplaşdığını görmüşdür. Bununla bağlı o, da həmin yerə yaxınlaşmışdır. Artezanın yanına yaxınlaşanda görmüşdür ki, Saleh ora toplaşan adamlara “kişi döysünüzmü, niyə qoyursunuz burdan su çəkməyə” deyirmiş. Həmin vaxt orada Salehin anası Zərnigarı, arvadı Sinəxanımı və qardaşı oğlu Muradı da görmüşdür. Lakin sonra Salehin arvadı çıxıb getmiş, anası Zərniyar isə orada qalmışdır. Həmin vaxt həmkənlisi şəhid atası Bayramın, onun qardaşı Möhtərəmin, digər qardaşı Məhətin artezanın yanında olan qaz turbasının üstündə oturduqlarını və Salehə tamaşa etdiklərini görmüşdür. Bundan sonra o, həmin şəxslərə yaxınlaşıb hamısı ilə salamlaşaraq onların yanında oturub nə baş verdiyini və Salehin nə üçün əsəbləşdiyini soruşmuşdur. Bayram ona demişdir ki, o, Ağstafa rayon İcra Hakimiyyəti Başçısının icazəsi ilə şəhid olan oğlu İlkinin adına saldığı parka su çəkmək istəyir, lakin Saleh artezandan həmin parka su çəkilməsinə icazə vermir. Həmin vaxt Saleh onun Bayram və qardaşları ilə salamlaşıb görüşdüyünü görmüşdür. Bundan sonra Saleh onun ünvanına nalayiq ifadələr işlədərək onun üstünə doğru gəlməyə başlamışdır. Salehin onun üstünə gəldiyini görüb o da oturduğu trubanın üstündən yerə düşüb ayaqüstə dayanıb özünü tarazlamışdır ki, Saleh onu vurmaq istəsə ona imkan verməsin. Saleh onun qabağına gələrək yumruqlarını sinəsinə qədər qaldırıb döyüş vəziyyətinə gələrək qabağında atılıbdüşməyə başlamışdır ki, guya onu vurmağa hazırlaşır. O, isə Salehə “aralan məndən əl çək, qanını mənim üstümə tökmə” deyərək uzaqlaşıb getməsini tələb etmişdir. Həmin vaxt Salehin anası Zərnigar onun qollarından tutaraq Salehlə dalaşmağa qoymamışdır. Elə həmin vaxt Saleh fürsətdən istifadə edib sağ əlinin yumruğu ilə onun sol gözünün altına, sonra həmin gözünün üst nahiyyəsinə, sonda isə burnundan zərbə vurmuşdur. Salehin onun burnuna zərbələrindən sonra onun burnundan qan axmağa başlamışdır. O, əllərini birtəhər Zərnigarın əllərindən çıxardıb Salehin sinəsindən itələyərək onu özündən uzaqlaşdırmışdır ki, Saleh onu daha vura bilməsin. Bundan sonra Salehin qardaşı oğlu Murad da hadisə yerinə gəlmiş və Zərniyarla birlikdə Salehi onun yanından uzaqlaşdırıb evlərinə aparmışlar. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə polis əməkdaşları gəlib sənədləşmə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Salehin anasıdır. Hadisə baş verən gün o, Salehin həyat yoldaşını Tovuz rayonuna həkim yanına aparmışdır. Tovuz rayonundan gələndə kəndin ərazisində yerləşən artezanın yaxınlığında bir neçə adam toplaşdığını görmüş, həmin şəxslərin yanına yaxanlaşan zaman görmüşdür ki, oğlu Saleh həmkəndliləri Məhətlə mübahisə edir. O, Salehə yaxınlaşıb Məhətlə nə üçün mübahisə etdiyini soruşub ondan sakitləşməsini tələb etmişdir. Saleh də ona bildirmişdir ki, artezanın çəninin içini təmizləmək üçün çənin üst hissəsindən kəsiblər, ona görə də çənin içində olan zibillər kənd əhalisinə gedən su borularının içinə dolur. Saleh Məhətdən tələb etmişdir ki, çənin alt hissəsindən kəsib içini təmizləsinlər ki, zibillər borulara dolmasın. Ona görə Məhətlə aralarında mübahisə yaranmışdır. Elə bu zaman Müsəllim sərxoş halda artezanın yanına gəlmişdir. Həmin vaxt Müsəllim də Saleh də içkili olduğu üçün onlar arasında dava olmuş, hər ikisi də bir birini vurmuşdur. Onları ayırmağa gücü çatmamış, bir qədər sonra onlar ayrılmışlar və o, Salehi evə aparmışdır. Təxminən yarım saatdan sonra Ağsafa rayon Polis Şöbəsinin əməkdaşları onların evinə gələrək X17 aparmışlar. İş üzrə şahid olan X3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu Pirili kəndində yaşayır. Yaşadığı kənddə şəhid Məcid Əhmədov adına tam orta məktəbdə gözətçi işləyir. Həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxşı tanıyır. Müsəllimlə münasibəti yaxşı olsa da Salehlə bir-birlərini təxminən 3-4 ildir ki, danışdırmırlar. Baş vermiş hadisə ilə bağlı bildimişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 15 radələrində o, qardaşları Bayram və Möhtərəm, o cümlədən digər kənd sakinləri kəndin ərazisində yerləşən artezan quyusundan qardaşı Bayramın şəhid olan oğlu İlkinin kənddə adına salınmış parkına su çəkirmişlər. Həmin vaxt Saleh qardaşı Mübarizlə birlikdə idarə etdiyi ağ rəngli, VAZ 2107 markalı avtomobillə onların yanıa gəlmişlər. Həmin vaxt Mübariz avtomobilin qabaq sağ tərəfindən düşüb onların parka su çəkdiklərini görmüşdür. Sonra isə avtomobildən düşüb sükan arxasında olan qardaşı Salehə “qardaş heç nədən narahat olma arxanda dağ kimi dayanmışam” deyərək piyada öz yaşadığı evinə doğru getməyə başlamışdır. Mübarizin Salehə həmin sözləri nə üçün dediyini onlar başa düşməmiş və onlara fikir verməyib öz işləri ilə məşğul olmağa başlamışlar. Mübariz çıxıb getdikdən sonra Saleh də avtomobili ilə onların yanından uzaqlaşıb getmişdir. Lakin təxminən 5 dəqiqədən sonra Saleh avtmobili ilə yenidən onların yanına qayıtmışdır. Saleh avtomobildən düşdükdən sonra artezana yaxınlaşıb artezan çənindən kənd evlərinə gedən 250-lik dəmir borunun kim tərəfindən kəsildiyi soruşub etiraz etməyə başlamşdır. Həmin vaxt o, Salehə borunu onun kəsdirdiyini, içi pasla dolduğuna görə kəsdirib içini təmizlətdiyini demişdir. O, bu sözləri Salehə dedikdən sonra Saleh heç bir əsaslı səbəb olmadan camahatın içində birbaşa onun varyoxuna söymüşdür. Bundan sonra o, da əsəbləşərək Salehə varyox söyüşü etmişdir. Bundan sonra Saleh artezanın yanında olan təxminən 2 metr uzunluğunda və 2 sm enində olan ağacı götürüb onun üstünə gəlmişdir ki, onu vursun. Belə olan halda həmkəndlisi Ramiz Təqsirləndirilən şəxs qabağına keçərək onun üstünə gəlməyə qoymamışdır. Bundan sonra qardaşı Bayram istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək polis gəlməsini xahiş etmişdir. Saleh onların yanın olan şəxslərə artezandan qardaşı Bayramın şəhid oğlunun adına salınmış parka su çəkilsə kənddə olan evlərə su gəlməyəciyini və ona görə də həmin parka su çəkməyə qoymayacağını demiş, sonra isə artezanın elektrik şitinin naqillərini əli ilə dartıb qırmışdır. Bundan sonra Salehlə onun arasında təxminən bir saata yaxın sözlə mübahisə olmuşdur. Onlar Salehlə mübahisə edən zaman həmkənlisi Zərərçəkmiş şəxs də hadisə yerinə gəlmiş və o, Möhtərəmlə öpüşüb görüşmüş, sonra isə artezanın yanında olan dəmir qaz borunun üstündə Möhtərəmin yanında oturub söhbət etməyə başlamışdır. Müsəllimin Möhtərəmlə öpüşüb görüşdüyünü görən Saleh heç bir səbəb olmadan Müsəllimə ana, bacı, arvad, qız, varyox, ağız söyüşü etmişdir. Bundan sonra Müsəllim də Salehin ünvanına söyüşlər söyüb onun üstünə doğru getməyə başlamışdır ki, Salehlə dalaşsın. Lakin o, Müsəllimin qabağına keçib onu Salehlə dalaşmağa qoymamışdır. Bu zaman Salehin anası Zərnigar və adını indi xatırlamadığı arvadı kəndə gələn sərnişin avtobusundən düşüb onların yanına gəlmişlər. Həmin vaxt o, görmüşdür ki, hadisə yerində qalsa Salehlə dalaşacaq və ona görə də orada qalmayıb evinə getməyə başlamışdır. Bu zaman Saleh ondan polislərin niyə gəlmədiyini və harada qaldıqlarını soruşmuşdur. O, da Salehə polislərin birazdan gələcəklərini demişdir. Saleh yenə də onun ünvanına varyox söyüşü söymüşdür. O, Salehə yenə söyüşlə cavab vermiş və evinə getmişdir. Qardaşı Bayram və Möhtərəm isə hadisə yerində qalmışlar. Həmin günün axşamı o, hadisə yerindən evinə gəldikdən bir qədər sonra Ağstafa RPŞ-nin əməkdaşları onun evinə gəlmişlər. Polis əməkdaşları ondan nə baş verdiyini və hadisə yerinin hara olduğunu soruşmuşlar. O, da polislərə hadisəni olduğu kimi danışmış və onlarla birlikdə hadisə yerinə, yəni artezanın yanına getmişdir. Artezanın yanına çatan zaman görmüşlər ki, Müsəllim hadisə yerindədir, üzündan qan axır. Həmin vaxt Müsəllim polis əməkdaşlarına demişdir ki, Saleh onu vurub xəsarət yetirib. Saleh isə həmin vaxt hadisə yerində yox imiş. Daha sonra isə Polis əməkdaşları Müsəllimi və sonra Salehin evinə gedib onu da evindən götürüb Ağstafa rayon Polis Şöbəsinə aparmışlar. Bundan əlavə o, işin mahiyyəti ilə bağlı ona verilən suallara cavab olaraq Salehin onun ünvanına söyüş söydüyünü və əlinə ağac götürüb onu vurmaq üçün üstünə gəldiyini qardaşları Bayram, Möhtərəm, həmkəndliləri Ramiz Alıyev, Musa, Firdofsi Aşurov, Möhbəddin və indi xatırlamadığı şəxslərin gördüklərini, Salehin onun ünvanına uca səslə söyüşlər söyməsinin, onunla mübahisə etməsinin, artezanın elektrik şitinin naqillərini dartıb qırmasının təxminən bir saat yarım davam etdiyini, Salehin qanunsuz hərəkətlərini yolla keçən kənd camaatının gördüyünü və Salehdən şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş X1 ifadəsindən görünür ki, o da qardaşı X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid olan Şahid1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Pirili kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub ailəsini dolandırır. Həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxşı tanıyır. Müsəllimlə münasibəti yaxşı olsa da Salehlə küsülüdür. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 15 radələrində o, qardaşları Bayram və Məhət, həmkəndliləri Müşfiq, Ramiz, Vidadi, o cümlədən digər kənd sakinləri ilə birlikdə kəndin ərazisində yerləşən artezan quyusundan qardaşı Bayramın şəhid olan oğlu İlkinin adına salınmış parka su çəkirmişlər. Həmin vaxt Saleh qardaşı Mübarizlə birlikdə avtomobillə onların yanına gəlmişlər. Mübariz avtomobilin qabaq sağ tərəfindən düşüb onların parka su çəkdiklərini görmüşdür. Sonra isə avtomobildən düşməyən, yəni sükan arxasında olan qardaşı Salehə “qardaş heç nədən narahat olma arxanda dağ kimi dayanmışam” deyərək piyada öz yaşadığı evə getmişdir. Mübarizin Salehə həmin sözləri nə üçün dediyini onlar başa düşməmiş və öz işləri ilə məşğul olmağa davam etmişlər. Mübariz çıxıb getdikdən sonra Saleh də avtomobili ilə onların yanından uzaqlaşıb getmişdir. Lakin 5 dəqiqədən sonra Saleh avtomobillə onların yanına qayıtmışdır. Saleh avtomobildən düşdükdən sonra artezana yaxınlaşıb artezan çənindən kənd evlərinə gedən 250 mm-lik dəmir borunun kim tərəfindən kəsildiyi soruşaraq etiraz etməyə başlamışdır. Həmin vaxt qardaşı Məhət Salehə borunu onun kəsdirdiyini, borunun içi paslı olduğuna görə kəsdirib içini təmizlədiklərini demişdir. Məhət bu sözləri Salehə dedikdən sonra Saleh heç bir əsaslı səbəb olmadan camahatın içində birbaşa Məhətə varyox söyüşü etmişdir. Bundan sonra Məhət də Salehə əsəbləşərək varyox söyüşü söyüb cavabını qaytarmışdır. Bundan sonra Saleh artezanın yanında olan təxminən 2 metr uzunluğunda və 2 sm enində olan ağacı götürüb Məhətin üstünə gəlmişdir ki, Məhəti vursun. Həmin vaxt orada olan həmkəndliləri Ramiz Salehin qabağına keçərək Məhətin üstünə gəlməyə qoymamışdır. Bundan sonra digər qardaşı Bayram istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək polis gəlməsini xahiş etmişdir. Saleh onların yanında olan şəxslərə artezandan Bayramın şəhid oğlunun adına salınmış parka su çəkilsə kənddə olan evlərə su gəlməyəciyini və ona görə də həmin parka su çəkməyə qoymayacağını demiş, sonra isə artezanın elektrik şitinin naqillərini əli ilə dartıb qopartmışdır. Həmin vaxt Ramiz Salehi tutub naqillərin yanından uzaqlaşdırmışdır ki, Salehi cərəyan vurub öldürməsin. Bundan sonra Salehlə Məhətin arasında təxminən bir saata yaxın sözlə mübahisə olmuşdur. Onlar mübahisə edən zaman həmkənliləri Zərərçəkmiş şəxs də hadisə yerinə gəlmiş və onunla öpüşüb görüşmüş, sonra isə artezanın yanında olan dəmir qaz borusunun üstündə onun yanında oturub söhbət etməyə başlamışdır. Müsəllimin onunla öpüşüb görüşdüyünü görən Saleh heç bir səbəb olmadan Müsəllimə ana, bacı, arvad, qız, varyox, ağız söyüşü söymüşdür. Bundan sonra Müsəllim də Salehin ünvanına söyüşlər söyüb onun üstünə doğru getməyə başlamışdır ki, Salehlə dalaşsın. X7bağına keçib onu Salehlə dalaşmağa qoymamışdır. Bu zaman Salehin anası Zərnigar və arvadı Sinəxanım kəndə gələn sərnişin avtobusundən düşüb onların yanına gəlmişlər və onlar da Salehin Məhətə və Müsəllimə qarşı nalayiq söyüşlər söydüklərinin şahidi olmuşlar. Həmin vaxt Məhət hadisə yerində qalıb Salehlə dalaşmaq istəməmiş və digər qardaşı Bayramla birlikdə evlərinə getmişlər. Sinəxanım da orada dayanmamış və o, da evinə getmişdir. O, Müsəllim, Saleh, Salehin anası Zərnigar, Müşfiq və Vidadi isə hadisə yerində qalmışlar. Həmin vaxt Saleh yenidən Müsəllimə çox ədəbsiz söz demişdir. Müsəllim də Salehə həmin sözünə görə cavab vermişdir. Bundan sonra Saleh Müsəllimin üstünə gələrək onunla dalaşmaq istəmişdir. Zərniyar isə Müsəllimin qabağına keçib onun qollarından tutub saxlamağa başlamışdır ki, Salehlə dalaşmasın. Həmin vaxt Saleh sağ əlinin yumrugu ilə Müsəllimin sol gözünün altına, sonra isə həmin gözünün üst nahiyyəsinə, sonda isə burnundan bir dəfə zərbə vurmuşdur. Salehin zərbəsindən sonra Müsəllimin burnundan qan açılmış və Müsəllim əllərini Zərnigarın əllərindən çıxardıb Salehin sinəsindən itələyərək onu özündən uzaqlaşdırmışdır ki, Saleh ona növbəti zərbələri vura bilməsin. Bundan sonra Zərnigar Salehi hadisə yerindən uzaqlaşdırıb evlərinə aparmışdır. Bir neçə dəqiqədən sonra isə hadisə yerinə polis əməkdaşları gəlib sənədləşmə aparmışlar. Bundan əlavə o, işin mahiyyəti ilə bağlı ona verilən suallara cavab olaraq Salehin hadisə yerində etdiyi qanunsuz hərkətlərin təxminən bir saat yarım davam etdiyini, salehin qanunsuz hərəkətlərini yolla keçən kənd camaatının gördüyünü, lakin heç kimin Salehin etdiyi hərkətlərə tamaşa etmədiklərini və öz yolları ilə keçib getdiklərini, Salehin anası Zərnigarın Müsəllimin qollarından və əllərindən tutan zaman Salehin sağ əlinin yumrugu ilə Müsəllimin sol gözünün altına, sonra isə üst nahiyyəsinə, sonda isə burnundan zərbə vurduğunu, Salehin Müsəllimi döyən zaman hadisə yerində o, Müşfiq və Vidadinin olduğunu, yəni Salehin Müsəllimi döyüb xəsarət yetiriyini gördüyünü, Salehlə Müsəllim mübahisə edən zaman hadisə yerində olan şəxslərin hamısının, o cümlədən onun qardaşları Bayram və Məhətin də hadisə yerində qalmayaraq evlərinə getdiklərini bildirmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxslə anası Zərniyar Əliyevanın yalan ifadə verdiklərini, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs qaz borusunun üstündə üzü üstə yerə yıxılmadığını, Zərərçəkmiş şəxs sifət nahiyyəsində olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. İş üzrə şahid olan X6 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağstafa rayonu Pirili kəndində yaşayır. Müdafiə Nazirliyinin nəzdində olan və Ağsafa rayonu Poylu kəndinin ərazisində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu işləyir. Həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxşı tanıyı, onların hər ikisi ilə münasibəti yaxşıdır. Əvvəllər heç biri ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildimişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 15 radələrində iş yerindən piyada olaraq evinə qayıdan zaman kəndin əhalisinə su verilən artezanın yaxınlığında bir neçə adam toplaşdığını görmüşdür. O, artezanın yaxınlığına çatan zaman görmüşdür ki, Salehlə Müsəllim bir-birləri ilə mübahisə edirlər. Salehin anası Zərniyar və arvadı Sinəxanım isə Salehi sakitləşdirməyə çalışırlar. Elə həmin vaxt Saleh sağ əlinin yumrugu ilə Müsəllimin sol gözünün altına, sonra isə həmin gözünün üst nahiyyəsinə, daha sonra isə burnundan zərbə vurmuşdur. Saleh Müsəllimin burnuna zərbə vurduqdan sonra Müəllimin burnundan qan açılmış və Müsəllim Salehin sinəsindən itələyərək onu özündən uzaqlaşdırmışdır. Bundan sonra o, hadisə yerində qalmayıb evinə getmişdir. Bundan əlavə o, işin mahiyyəti ilə bağlı ona verilən suallara cavab olaraq Müsəllimin Salehə xəsarət yetirdiyini görmədiyini, Salehin Müsəllimə xəsarət yetirdikdən sonra Müsəllimin əli ilə Salehin sinəsindən itələyib uzaqlaşdığını hadisə yerində Möhtərəmi, Vidadini və Məhəti gördüyünü, baş vermiş hadisənin əvvəlindən sonuna kimi orada olmadığını, lakin hadisə yerinə gəldikdən sonra hadisənin 2-3 dəqiqə ərzində baş verib qurtardığını və sonra yaşadığı evə getdiyini bildirmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxslə anası Zərniyar Əliyevanın yalan ifadə verdiklərini, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs qaz borusunun üstündə üzü üstə yerə yıxılmadığını, Zərərçəkmiş şəxs sifət nahiyyəsində olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişdir. İş üzrə şahid olan Şahid3 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun Pirili kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub ailəsini dolandırır. Həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxşı tanıyır. Onların hər ikisi ilə münasibəti yaxşıdır, əvvəllər heç bir düşmənçilikləri və ədavətləri olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildimişdir ki, 22 iyul 2024-cü il tarixdə saat 15 radələrində o, tək olaraq kəndin ərazisində ona verilmiş pay torpaq sahəsindən kəndin yolu ilə evinə qayıdırmış. Yolla gələrkən kəndin əhalisinə su verilən artezanın yaxınlığında bir neçə adam toplaşdığını görmüşdür. O, artezanın yaxınlığına çatmış və həmin vaxt görmüşdür ki, Möhtərəm, onun qardaşı Bayram və Müşfiq qaz durbasının üstündə oturublar. Artezanın digər tərəfində isə Müsəllim, Saleh, Salehin anası Zərnigar mübahisə edirlər və bir-birləri ilə çəkişirlər. Həmin vaxt Salehin qardaşı oğlu Murad da yolla qaça-qaça onarın yanına gəlmişdir. Həmin vaxt o, hiss etmişdir ki, Salehlə Müsəllim dalaşmaq istəyirlər, Zərniyar Müsəllimin qolundan tutub onu sakitləşdirmək istəyir, Müsəllim də əlləri ilə Salehin qollarından tutub ki, Saleh ona xəsarət yetirməsin. Çünki baxanda hiss olunurmuş ki, Saleh Müsəllimi vurmaq istəyir. Murad da Salehlə Müsəllimi sakitləşdirirmiş, Bunan sonra o, hadisə yerində qalmayıb evinə getmişdir. Yəni hadisə ilə bağlı onun gördükləri bunlardan ibarət olmuşdur. Ona sonradan məlum olmuşdur ki, Saleh Müsəllimi vurub xəsarət yetirib və hadisə yerinə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları gəlmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Ağstafa rayonu Pirili kəndidir. Kəndin mərkəzində yerləşən Ağstafa SSİ-nin balansında olan subartezian quyusunun elektrik naqilləri və kauçuk boru yerindən qazılaraq sındırılmış və yararsız hala salınmış vəziyyətdədir. Bunun nəticəsində subartezian quyusundan su gəlmir. Baxış zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. İş materiallarında olan X14 Sistemlərinin İstismarı İdarəsindən verilmiş 25 dekabr 2024-cü il tarixli, 571 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində Ağstafa rayon Pirli kəndində yerləşən artezian ərazisində baş vermiş hadisə zamanı arteziana heç bir zərər (elektrik şiti, naqillər və s.) dəyməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 291 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol gözün alt səthində qançır, sol qaşın üst səthində sıyrıq, burun şişkinliyi, burun qanaxması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərə vurmaya aiddir. İş materiallarında olan Təqsirləndirilən şəxs adına verilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” ilə bağlı xx.xx.2024-cü il tarixli 212 №-li aktından görünür ki, o, hadisənin baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə olmuş və müayinədən keçirilən zaman onun bədəni üzərində har hansı zədə izi, əzilmə, yara və ya xəsarət izləri aşkar edilməmişdir. İş materiallarında olan “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X18 verilmiş xx.xx.2025-cü il tarixli, 18-1-24/2-4/2025 saylı məktubdan görünür ki, Alıyev X10 RMX PHŞ Poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X12 adlı dörd uşağı var, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun əməli cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində dörd azyaşlı uşaqlarının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək etməsini, zərərçəkmiş şəxsə barışıq əldə eləməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin qərarda qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkum edilənin əmək haqqının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan başqa daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. Habelə qərarda göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8-ci, 41.2-ci və 58.3-ci maddələrinə müvafiq olaraq, məhkəmə ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Cəzanın məqsədi məhkumun islah edilməsini, cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtmasını, ümumi yaşayış qaydalarına hörmətlə yanaşmasını və normal cəmiyyətə tamamilə uyğunlaşmasını güdür. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə qeyd edilənlərə əsasən və Аzərbaycan Respublikası CPM-nin 344-347ci, 349-cu, 351-353-cü, 384-cü maddələrini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 06:00-dək və yaşadığı Ağstafa rayonu, həmçinin Tovuz və Qazax rayonları ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağstafa Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar